davranışlarını xeyli dərəcədə müəyyən stereotiplərə, qrup rəylərinə uyğun
istiqamətləndirirlər. Sosial subyekt öz daxili inamına uyğun hərəkət edərkən
əvvəlcə öz hərəkətinin məqsədəuyğunluğunu dərk edir, bundan sonra arzu
etdiyi məqsədə doğru istiqamət götürür.
Hüquq normasının verilməsinədək və onun verilməsindən sonra
insanların davranışı üzərində tədqiqatlar aparan norveçli alimlər təsdiq və
izah edirdilər ki, hüquq norması «yalnız aşağıdakı 4 inkişaf mərhələ
sindən keçdikdən sonra, onun səmərəli olub-olmaması üzə çıxır:
1) fərdin gizli həyati məqsədlərinin normativ variantda aktuallaş-
ması;
2) yeni normanın məqsədlərə nail olmaq üçük daha əlverişli olma
sının dərk edilməsi;
3) adi stereotiplərdə normativ nümunənin rəsmiləşdirilməsi;
4) əvvəlki davranış formalarının nüfuzdan düşməsi.1
Deməli, hər hansı hüquq norması ilk başlanğıcda mühüm həyati
maraqlarım (on azı onun müəyyən bir hissəsini) obyektiv şəkildə ifadə
etməlidir. Yəni hüquq norması «kağız üzərində» qalmamalı, fərdik vacib
həyati maraqlarına dərhal nüfuz etməli, onun gündəlik həyati fəaliy
yətinin ayrılmaz hissəsinə çevrilməlidir. Yalnız bu halda hüquq norma
sının icrası fərdin vərdişinə çevrilir. Normativ nümunənin gündəlik həyati
normaya çevrilməsi və hüquq normasına rəhbər qüvvə kimi münasibət
göstərilməsi də məhz belə hallarda baş verir. Nəticədə davranış forması
yeni hüquq normasına uyğun olaraq əvvəlki davranış formasını əvəz edir
və bu nəticə hasil olunur ki, hüquq norması fərdin davranışına dəyiş
mişdir. Müvafiq surətdə hər bir sosial subyekt hüquq normasının təsbit və
mühafizə etdiyi dəyərləri sosial dəyərlər kimi qiymətləndirir.
Hüquqauyğun davranışın daxili cəhəti xarici amillərlə - hüquqi gös
tərişlərin məzmunu və ifadə forması, hüququ tətbiq edən orqanların möv
cud sonuncu sanksiyaları realizə etmək qabiliyyəti ilə möhkəmlən
dirilməlidir.2
Hüquqi davranış ən ümumi şəkildə orqanizmin mühitə uyğunlaşması
prosesində yaranan fəallığı kimi müəyyən edilir. Lakin bunu insan hərə
kətlərinin xarakteristikası üçün tam məqbul hesab etmək olmaz. Bu za
man insanın davranışının keyfiyyət spesifikliyi də nəzərə alınmalıdır.3
1 Боботов C.B. Буржуазная нрава. M ., 1978, c. 166.
2 Юридическая социология. Учебник. M ., НОРМ А-ИНФРА, 2000, c.159.
3 Кудрявцев B.H. Закон, поступок, ответственность. М., Наука, 1986, с. 132.
316
İnsan davranışının sosial spesifikliyi tədqiqatçıların həmişə diqqət
mərkəzində olmuşdur və başlıca məqsədlərdən biri onu bütün təfərrüatı
ilə dürüst müəyyən etməkdən ibarətdir. Məsələn, Y.A.Şerkovin yazır:
«Davranış insanın sosial əhəmiyyətli obyektlərə münasibətdə daxili
vəziyyətinin aşkar hərəkətlərə çevrilməsidir».1 V.N.Kutryavtsev bunu
kifayət qədər uğurlu tərif2 kimi qiymətləndirmişdir.
V.N.Kudryavtscvin fikrincə, insanın və ya sosial qrupun davranışı,
birincisi, onun təşkili səviyyəsi, ikincisi, obyektiv (sosial və ya təbii) əla
qələr nəzərə alınmaqla onun məzmunu, üçüncüsü, onun subyektiv istiqa
məti (motivləri, məqsədləri, hərəkətlərin planı) və dördüncüsü, nonnativ-
liyin xarakteri, yəni müxtəlif sosial və texniki normalara münasibətlə
səciyyələndirilir.3
Beləliklə, insanın hüquq sfcrasındakı fəaliyyəti həm sosial, həm do
hüquqi cəhətdən qiymətləndirilə bilər. Ona görə də biz, hüquqauyğun və
hüquqazidd davranış haqqında danışarkən problemi onun hüquqi gös
tərişlərə uyğunluğu nöqteyi-nəzərindən tədqiq edirik. Bundan başqa,
insanın hərəkətlərinin xarakteristikası zamanı subyektiv məqamın nəzərə
alınması vacibdir.
Sosial subyektin davranışını yalnız bir amil mövqeyindən təhlil
etmək qənaətbəxş olmazdı. Birtərəfli yanaşma hər hansı xətanı düzgün
qiymətləndirməyə, onun nəticələrini düzgün tosnif etməyə, xətaya döv
lətin və cəmiyyətin əks reaksiyasını müəyyənləşdirməyə imkan vermir. O
cümlədən, hüquqi xətaya bəzən yalnız bir, yuridik cəhətdən yanaşılır.
Hüquq normalarına uyğun olan hər cür davranış hüquqauyğun, bu nor
malara zidd olan davranış isə hüquqazidd, yaxud hüquq pozuntusu kimi
başa düşülür. Buna görə də sosial subyektin davranışının təkcə hüquqi
deyil, həm də sosial cəhətdən təhlili zamanı onun variant müxtəliflikləri
aşkar olunur. Belə ki, hüquq normaları çərçivəsindən həyata keçirilən,
onları pozmayan, lakin cəmiyyətə, yaxud ayrı-ayrı vətəndaşlara zərər
vuran davranış variantı mümkündür. Bəzən elə olur ki, sosial subyekt hüquq
normasını pozur, hüquqazidd hərəkətlər edir, lakin onun hərəkətləri ətraf
dakılar üçün hər hansı mənfi nəticələrin meydana çıxmasına səbəb olmur.
Buna görə də hüquqi davranışın növlərini hüquqauyğun və hüququ pozan
1 Шсрковин Ю.А. Социальная психология: Краткий очерк. М., 1975, с.67.
2 Кудрявцев В.Н. Закон, поступок, ответственность. М., Наука, 1986, с. 132.
3 Y en ə orad a, s. 132-133.
317
davranış növləri ilə məhdudlaşdırmaq düzgün olmazdı. Cəmiyyətin sosial
inkişafı və hüquqi praktikanın tələbatları bu məsələyə daha differensasiyalı
yanaşmanı tələb edir. Çünki hüquqi hərəkətlərin növ müxtəlifliyi müvafiq
yuridik reqlamentləşdirməyə möhtacdır.
Yuxanda ifadə olunanlar hüquqi davranışın aşağıdakı növlərini
fərqləndirməyə imkan yaradır:
1) hüquqauyğun davranış - hüquqi göstərişlərə uyğun olan sosial-
faydalı davranış;
2) hüquq pozuntusu - hüquq normalarının tələblərini pozan sosial-
zərərli davranış;
3) hüquqdan sui-istifadə etmə - sosial-zərərli, lakin hüquq normaları
çərçivəsindən həyata keçirilən davranış;
4) obyektiv cəhətdən hüquqazidd davranış - zərər vurmayan, lakin
hüquqi göstərişlərin pozulması ilə həyata keçirilən davranış. Hüquq
fəaliyyəti olmayan şəxsin hüquqazidd davranışını da buraya aid etmək
olar.
Qiymət
Hüquq normalarının
tələblərinə uyğun deyil
Hüquqi göstərişlərə
ziddir
hüquqi
sosial
Sosial-faydalıdır
hüquqauyğundur
Obyektiv cəhətdən
hüquqaziddir
Sosial-zərərlidir
Hüquqdan
sui-istifadə etmə
Hüquq pozuntusu
Qeyd etmək lazımdır ki, hüquq pozuntuları hüquqi davranışın yalnız
bir hissəsini təşkil edirlər. Hüquqi davranış isə artıq göstərildiyi kimi həm
hüquqauyğun, həm do hüquqazidd (qeyri-hüquqi) davranışı əhatə edir.
Ədəbiyyatda ifadə olunan belə bir fikiriə də razılaşmaq lazım gəlir
ki, keçmiş SSRİ-də və bu ittifaqa daxil olan müttəfiq respublikalarda
«hüququ sosial münasibətlərin mühüm tənzimləyicisi hesab edək tarixi
ənənə olmamışdır. Hüquq əsasən repressiv variantda qəbul olunmuşdur.
Onun kündəlik münasibətləri tənzimləyən dispozitiv forması əhalinin
geniş təbəqələrinə yaxşı məlum deyildi, öz hüquqlarının müdafiəsi üçün
318
məhkəməyə müraciət edənlərin isə sayı az idi.1 Ona görə do məhkəməyə
adətən, ancaq mülki işlərə və cinayət işlərinə baxan orqan kimi baxılırdı.
Əhalinin böyük əksəriyyəti məhkəməni hüquqları müdafiə, boıpa edən
orqan
qismində
təsəvvür
etmirdi.
Əslində,
cəmiyyət
üzvləri,
ümumiyyətlə, hüququ müdafiənin sosial təcrübəsinə malik deyildi, o öz
konstitusiya hüquq və vəzifələrinin mahiyyətini, hüquqların məhkəmə
qaydasında müdafiə üsullarını yetərincə bilmirdi. Mənəvi hüquqların
müdafiəsindən isə, ümumiyyətlə söhbət belə gedə bilməzdi.
Totalitar cəmiyyət üzvlərinin hüquqauyğun davranışının motivləş-
dirilməsində müəyyən hüquq normalarının passiv yerinə yetirilməsi
vərdişləri özünü büruzə verir. Belə ki, vətəndaşlar hüquq normalarının
göstərişlərini qorxa-qorxa icra edir, üstəlik onları həm do hüquqi məsu
liyyət vahimələndirir. Sosial münasibətlərin hüquq tənzimlənməsilə bağlı
daxili tələbatın inkişafı, hüquq normalarına daxili və şüurlu hörmət
əlaməti olaraq əməl olunması nə totalitar cəmiyyətə, nə do fərdin özünə
sanki «sərf etmir». Belə aşağı fəallığın səbəblərinə diqqət yetirən
Y.İ.Qrcvtsov yazır ki, totalitar cəmiyyətdə «təbii hüququn əhəmiyyəti ta
mamilə vərdişdən kənar görünür və hətta cəmiyyət üzvlərinin böyük
əksəriyyəti üçün yad olur».2
Hazırda hüquqauyğun davranışın formalaşmaqda olan yeni nümu
nələrini əsasən istehlakçılar nümayiş etdirirlər. Onlar istehlakçıların
hüquqlarının müdafiəsi üzrə müxtəlif təşkilatların köməyilə artıq dərk
edir və qavrayırlar ki, qanun təkcə qadağanlardan ibarət deyil. İsteh
lakçıların davranışında qanun müdafiəcdici qüvvə kimi təzahür edir və
aşkar surətdə müşahidə olunur ki, qanun zəruri hərəkətləri elmək üçün
hüquq və imkanlar verən qüdrətli vasitədir.
Beləliklə, hüquqi davranış cəmiyyətin sosial münasibətləri sis
temində hüququn (hüquq normalarının) yerini və rolunu, cəmiyyət üzv
lərinin hüquqa reaksiyasım dərk etməyə imkan verir.
2. Hüquqi sosiallaşma
Hüquqi sosiallaşma (şəxsiyyətin hüquqi sosiallaşması) dedikdə,
şəxsiyyətin normativ standartları, qanuna itaətli davranış standartlarını
1 Юридическая социология. Учебник. M ., НОРМА-ИНФРЛ, 2000, с. 159.
2 Гревцов Ю .И. Очерки теории и социологии права. СПб., 1996, с. 143.
319
Dostları ilə paylaş: |