niyetməlik yaşına yaxınlaşdıqca valideynlərin və müəllimlərin təsiri də
tədricən zəifləməyə başlayır. Belə ki, yeniyetmə bu dövrdə artıq öz
həmyaşıdlarının küllü təsirini hiss etməyə başlayır və o, əksər hallarda öz
həmyaşıdlarına bənzəməyə çalışır. Həmyaşıdların əhatəsi, güclü təsiri
bəzən yeniyetməyə öz uğursuzluqlarını unutmağa kömək edir, Hətta o,
valideynlər tərəfindən diqqəti də nəzərə almır. Ona görə də pis ailə
mühitindən çıxan yeniyetmələr öz həmyaşıdlarının əhatəsində daha çox
olmağa xüsusi üstünlük verirlər. Fərd məhz öz həmyaşıdlarının mühitində
münaqişəli situasiyaların həllini tapmağı öyrənir. Ford məhz öz həm
yaşıdları arasında ya lider olur, ya ortabab, ya da autsayder sayılır. Başqa
sözlə o, mənsub olduğu yaş qrupunda öz yerini tapmağa cəhd göstərir.
Müəyyən yaş qrupunda mövcud olan münasibətlər də uşağa özünü
daha yaxşı tanımağa, öz qabiliyyətinə bələd olmağa, öz şəxsiyyətinin
güclü və zəif cəhətlərini bilməyə imkan verir. Həmyaşıdlar qrupu erkən
uşaqlıq dövründə əldə olunmuş ailə dəyər təsəvvürlərini korrektə edir.
Qrup, bir qayda olaraq, insana onun öz nəslinin dəyərlərini öyrədir və ey
ni zamanda da «oğullar və atalar miinaqişosi»ni doğurmaqla valideynlərlə
uşaqlar arasında qarşıdurma yaradır. Həmyaşıdlar qrupu üzvlərinin sosial
vəziyyətindoki fərqləri müşahidə edən uşaq özünün şəxsi sosial vəziy
yətini öyrənir.
Sosiallaşmanın agentləri içərisində kütləvi informasiya vasitələ
rinin və ilk növbədə televiziyanın da adını çəkmək lazımdır. Kütləvi
informasiya vasitələrinin əhalinin bütün qruplarına və xüsusilə də uşaqla
ra və yeniyetmələrə təsiri son dərəcə böyükdür. Çoxsaylı filmlər və
xüsusən do seriallar uşaqlarda və yeniyetmələrdə davranış stereotiplərini
çox fəallıqla formalaşdırır. Belə ki, uşaqlar və yeniyetmələr həmin ste
reotipləri nə ailədə, nə də həmyaşıdlarının əhatəsində görə bilmirlər. Bu
ilk növbədə dəbdəbəli və varlı, toy-bayramlı «közəl həyat» səhnələrinə
aiddir. Bununla yanaşı, bəzən zorakılıq səhnələri do uşaq və yeniyetmələr
də az reaksiyaya səbəb olmur. Televiziyalarda döyüş filmlərinin tez-tez
nümayiş etdirilməsi və bundan əvvəl belə filmlərin xüsusi cəlbedici kadr
larının dəfələrlə reklam olunması yeniyetmələrdə böyük həvəs oyadır və
onlar həmin filmlərin nümayişini səbirsizliklə gözləyirlər.
Sənaye cəhətdən inkişaf etmiş müasir cəmiyyətlərdə iş (əmək)
sosiallaşmanın mühüm amillərindən biri qismində çıxış edir. Fərdin yaşlı
insanlar aləminə sosial inteqrasiyasını məhz iş təmin edir. Lakin əməyin
ideologiyasının formalaşması çox qədimlərə aiddir. Bu, xeyli dərəcədə
324
valideynlərin peşəsi ilə şərtləşir. Məsələn, hüquqşünasın oğlu və ya qızı
mühəndisin oğlu və ya qızı ilə müqayisədə sosial münasibətlər aləminə
tamam başqa nəzərlərlə baxır. Bundan başqa, bir çox insanlar hələ
uşaqlıqdan əmək münasibətləri aləminə qoşularaq pul qazanmağa baş
layır. Özünü erkən yaşlardan belə əməyə alışdıran insanlar sənəti və ya
peşəni öz həyatının mənası hesab edir, əsil yaşamağın mənasını və
dəyərini işləməkdə və yaşamaq üçün pul qazanmaqda görür.
Peşə bir çox insanlar üçün özüniicyniləşdirmənin başlıca vasitəsidir.
Danılmaz həqiqətdir ki, iş insana öz yerini tapmaqda və sosial sistemdə
öz mövqeyini müəyyən ötməkdə kömək edir. Faydalı əmək insanı bər
kidir və onu dözümlü edir. «İş insanın cövhəridir», «işləməyən dişləməz»
və s. bu kimi cl məsəlləri bu giin də dillər əzbəridir.
Ford məhz əmək vasitəsilə işveronlərlə və həmkarları ilə ünsiyyət
təcrübəsi qazanır. Faydalı əməkdə və həmkarların əhatəsində tədricən püxtə
ləşmə adətə, fərdin bütün gələcək həyat yolunu müəyyən edir. İş prosesində
müəyyən əmək fəaliyyətinin yerinə yetirilməsi məqsədilə qəbul olunmuş
qaydalar və dəyərlərlə tanışlıq fərd üçün həyati vərdişə çevrilir. Ford məhz
əməyin sayəsində sosial cəhətdən əhəmiyyətli bir varlıq kimi yüksəlir,
ictimai faydalı iş onda özünə inamı artırır və daha da gücləndirir.
Sosiallaşmanın on mühüm nəticələrindən biri fərd üzərində sosial
nəzarətin müəyyən edilməsidir. Fərdin davranışının tənzimlənməsi onun
inteqrasiya olunduğu qrupa tabe olmasına yardım göstərir. Belə tabelik
qrup tərəfindən düşünülmüş şəkildə formalaşdırılmış davranış normala
rında, göstərişlərdə və tələblərdə ifadə olunur. Bu prosesdə sosial-nəzarəti
həmin norma və göstərişlərə düzgün əməl olunması tələb edir.
Siyasi və hüquqi tərbiyə fərdin sosiallaşması sisteminin mühüm
ayrılmaz tərkib hissəsidir. Hüquqi tərbiyə məqsədyönlü hüquqi təbliğatın,
hüquqi maarifləndirmənin və təhsilin aparılması yolu ilə həyata keçirilir.
Şəxsiyyətin inkişaf səviyyəsi, o cümlədən hüquq mədəniyyəti səviyyəsi
hüquqi tərbiyənin keyfiyyətindən xeyli asılıdır. Şübhəsiz ki, hüquqi bilik
lərin qavranılması üçün şəxsi səylər, yəni özünütərbiyo də zəruridir.
Elmdə uzun müddət hüquqi tərbiyə haqqında belə bir təsəvvür mövcud
idi ki, hüquqi tərbiyəyə hüquqi biliklərin qazanılması prosesində nail olu
nur. Hüquq haqqında biliklərin çoxluğu guya hüquqi tərbiyənin başlıca
amilidir. Belə yanaşmanın çatışmazlığı və qüsuru ondan ibarətdir ki,
burada ümumi mədəniyyətin və hüquq mədəniyyətinin formalaşmasına
lazımi diqqət yetirilmir.
325
Hüquq mədəniyyəti vətəndaşların siyasi və hüquqi şüurunun inki
şafına yönəldilmişdir. O, insana dərhal aşağıdakı bir neçə istiqamətdə
təsir göstərir.
Birincisi, hüquq mədəniyyəti forddə müəyyən sosial rolları oynamaq
qabiliyyətini formalaşdıraraq, onun sosiallaşmasına, cəmiyyətdə qəbul
olunmuş davranış nümunələrinə uyğunlaşmasına yardım göstərir.
İkincisi, hüquq mədəniyyəti sayəsində təzahür edən sosiallaşma
insanı bir şəxsiyyət kimi formalaşdırır və onu cəmiyyətdəki real həyata
uyğunlaşdırır.
Üçüncüsü, hüquq mədəniyyəti fərd tərəfindən dəyərlərin müəyyən
sisteminin müəyyənləşdirilməsinə təsir göstərir.
Dördüncüsü, hüquq mədəniyyətinin təsirinin istiqaməti hüquqi dav
ranış vərdişləri və stereotiplərinin işlənib hazırlanmasında təzahür edir.
Artıq qeyd edildiyi kimi, hüquqi sosiallaşma şəxsiyyətin normativ,
hüquqauyğun davranış standartlarını qavrama prosesidir. Hüquqi sosial
laşma ümumi sosiallaşmanm nüvəsində həyata keçirilsə də, o öz spesifik
xüsusiyyətlərinə malikdir. Belə ki, hüquqi sosiallaşma tarixən şərtləşdiril-
miş xarakterə malikdir. Məlum olduğu kimi, hər bir konkret cəmiyyətə
özünün dövlət quruluşu tipi, hüquq haqqında öz təsəvvürləri, fərdlərin
cəmiyyət işlərində iştirakının özünəməxsus qayda və üsulları (metodları)
xasdır. Hüquqi sosiallaşma fərd tərəfindən həmin cəmiyyətdə sosial
mövcud olmanın bu norma qaydalarının qavranılmasından ibarətdir.
Hüquqi sosiallaşmanm aşağıdakı üç növünü fərqləndirmək olar:
1) öyrətmək vasitəsilə sosiallaşma;
2) təcrübənin verilməsi yolu ilə sosiallaşma;
3) rəmzi sosiallaşma.
Öyrətmə vasitəsilə hüquqi sosiallaşma dedikdə, elementar hüquqi
biliklərin əldə olunması və müvafiq hüquq normalarının qavranılması
(mənimsənilməsi) başa düşülür.
Təcrübənin verilməsi yolu ilə hüquqi sosiallaşma fərdin öz səhv
lərini və öz təcrübəsindən irəli gələn hadisələri, habelə onu əhatə edən
insanların həyat təcrübəsini sərf-nəzər etməsi, fikir süzgəcindən keçirməli
nəticəsində baş verir.
Rəmzi sosiallaşma (hüquqi sosiallaşma) insanın dövlət, hüquq, nor
ma, ölkə, millət və s. haqqında öz mücərrəd təsəvvürlərinə əsaslanır. Belə
təsəvvürlər hər bir ayrıca fərddə özünəməxsus məzmun və məna ça-
larlarına malik ota bilər.
3 2 6
İndiki nəslin hüquqi sosiallaşması prosesini həyata keçirən əsas
institutlara ailə, vətəndaş cəmiyyəti və dövlət aiddir. Bu sosial institutlar
hüquqi sosiallaşmanm pozitiv (müsbət) formalarını təşkil edirlər. Belə ki,
həmin institutlar fərdin hüquqi sosiallaşmasının başlıca həlqələridir.
Hüquqi sosiallaşmanm pozitiv formaları ilə yanaşı, mənfi, pis və
pozucu formalar da mövcuddur. Belə formalar nəticəsində fərd tərəfindən
adətən və əsasən mənfi sosial təcrübənin qavranılması baş verir. Son
nəticədə cəmiyyətə (yaşlı nəslin sıralarına) qanuna itaətli olmayan fərdlər
və kriminal davranışa meylli olan subyektlər daxil olurlar.
Sağlam sosial münasibətlərin mövcud olmadığı ailələr, qeyri-htiquqi
dövlət institutları və normal mühitin olmadığı müəyyən sosial əhatə
dairələri hüquqi sosiallaşmanm xoşagəlməz formalarının mövcudluğunun
əsas təqsirkarları hesab olunurlar.
3. Deviant davranışın ümumi səciyyəsi
Deviant davranış dedikdə, hər hansı normadan yayınmada ifadə
olunan davranış tərzi başa düşülür. Dcviantlığın (devinat davranışın)
məzmunu haqqında danışmaq üçün norma və onun mahiyyəti barəsində
heç olmasa ümumi təsəvvürə malik olaq zəruridir.
Məlumdur ki, norma bir anlayış kimi müxtəlif elmlər tərəfindən nə
zərdən keçirilir. Norma anlayışına hər bir elmin özünəməxsus yanaşması
mövcuddur. Müasir sosiologiyada (o cümlədən hüquq sosiologiyasında)
norma anlayışı mərkəzi anlayışlardan biridir.
Sosiologiya elmində sosial norma dedikdə, insanların, sosial qrup
ların və sosial təşkilatların həmin konkret cəmiyyətdə yol verilən (icazə
verilən və ya məcburi olan) davranışının, fəaliyyətinin tarixən təşəkkül
tapmış həddi, ölçüsü və interval] başa düşülür.1
Normaların formalaşması subyekti nöqteyi-nəzərindən onları rəsmi
müəyyən edilən və faktiki təşəkkül tapan normalara bölmək otar.
Rəsmi müəyyən edilən normalar dedikdə, qanunverici və ya digər
səlahiyyətli şəxslər tərəfindən yaradılan normalar başa düşülür. Burada
normayaratma yuridik qanunlar külliyyatında, inzibati aktlarda, vəzifə
təlimatlarında, idarə, müəssisə və təşkilatların daxili qaydalarında, ictimai
təşkilatların nizamnamələrində və s. təcəssüm olunur.
Гилинский Я.И. Социология девиантного поведения как специальная социо
логическая теория // Социалистическая исследования, 1991, № 4, с .74.
3 27
Dostları ilə paylaş: |