R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə86/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   82   83   84   85   86   87   88   89   ...   131

nur.  Digər  hallarda  isə  insan  ya  qanundan  və  əxlaq  normalarından  (ino- 
vasiya)  yan  keçir,  ya cəmiyyətin  göstərişlərinə  əməl  etməklə  əlçatmazlıq 
kimi  öz  məqsədlərindən  imtina  edir  (ritualizm),  ya  «günəş  altında  yer» 
uğrunda  mübarizəni  tərk  edərək  məqsədlərə  və  normalara  laqeyd  olur 
(retritizm),  ya da  sosial  sistemin  yararsızlığmı  dərk edərək,  dəyərlərin və 
onlara nail olmanın əvəzini (qiyam) axtarır.
T.Parsons  anomiyanı,  deməli,  həm də deviant motivasiyaların yaran­
masım  ümidlərin  yerinə  yetirilməməsilə  izah  edir.1  Başqa  sözlə,  fərdin 
davranışı  ətrafdakılarm  ümidlərinə  uyğun  olmaya  bilər.  Eynilə  də  ətraf 
mühit  heç  də  həmişə  fərdin  ümidlərilə  üst-üstə  düşmür.  Nəticədə  şəx­
siyyətin  psixoloji vəziyyəti  kimi  gərginlik  (frustrasiya) yaranır və bu gər­
ginlik  digər  insanlara  münasibətdə  də  təzahür  edir.  Fərdin  frustrasi- 
yalaşdırıcı  amillər  reaksiyası  ikili  olur:  uyğunlaşdırıcı  və  özgəninkiləş- 
dirici,  formasına  görə  isə  fəal  və  passiv.  «Uyğunlaşdırım  fəal»  yönüm 
inovasiyaya,  «uyğunlaşdırım passiv» yönüm isə ritualizmə aparır.
Amerikalı  sosioloq  A.Koen  T.Parsons  kimi  eyni  mövqeyə  əsas­
lanaraq  izah  edir ki,  fərdi  motivlər həm  deviant,  həm  də  konformist dav­
ranışdan  ibarətdir.  Onun  fikrincə,  sosial  sistemlər elə  tərzdə qurulmuşdur 
ki,  insanlar  həmin  sistemlərdə  bu  və  ya  digər  dərəcədə  gərginlik  hiss 
edirlər.  Lakin  onların  əksəriyyəti  hamılıqla  qəbul  olunmuş  normaları 
pozmurlar,  yəni  onlar  konformistdirlər.  Deməli,  gərginliyin  götürülmə­
sinin yalnız yayman  üsulu mövcud deyildir.2
Deviant  davranış,  hər  şeydən  əvvəl,  konformizmə  nisbətən  böyük 
gərginliyə  səbəb  olur  və  o,  risqin  müəyyən  payı  ilə  bağlıdır.  Fərdin  qar­
şısında  konformizm  və  ya  deviasiya  alternativ  kimi  dayanır.  Nəyi  seç­
məyi  insan  müstəqil  surətdə  öz  əxlaq  kritcriyalarına  uyğun  olaraq  həll 
edir.  Məsələn,  homoseksual  meylli  şəxsiyyət bu  meylliyə  imkan vennəyə 
də  bilər,  belə  ki,  gedonistik  qazancların  mənəvi  dəyəri  həddən  ziyadə 
yüksək  olur,  yaxud  cynicinsli  seksual  əlaqələr  ictimai  rəydə  «pis»  hesab 
olunur, həmçinin do o, kişilik ləyaqətinin inkar edilməsi deməkdir.3
Fərdin  hansı  davranış  formasını  seçməyi  həll  etməsi  referent  qru­
pundan asılıdır. Yəni bu, şəxsiyyətin hansı birliyin nəzərində nümunə olması
1  Феофанов  К. А.  Социальная  аномия:  о бзор   подходов  в  американской  социологии // 
Социологические  исследования,  1992, № 5, с.88.
2  Коэн  А.  Исследование  проблем  социальной  дезорганизации  и  отклоняющегося 
поведения // Социология сегодня.  П роблемы  и перспективы.  M.,  1965, с.528.
3 Y en ə orada,  s.529.
3 3 2
ilə  müəyyən  edilir.  Lakin  AXocnin  qeyd  etdiyi  kimi,  fərd  bu  problemin 
həllinin  digər  variantına da malikdir.  Əvvələn  o,  onu  narahat  edən  xətaları 
mühakimə  etməyən  qrupu  tapa  bilər.  İkincisi,  fərd  daha  qətiyyətli  əhval- 
ruhiyyə  ilə  öz  həmfikirlərilə  birlikdə  yeni  referent  qrupu  yarada  bilər. 
Üçüncüsü,  şəxsiyyət  təklikdə,  ətrafdakılarm  hər  hansı  dəstəyi  olmadan 
hərəkət edə bilər. Bu sonuncu fərd üçün ön çətin həyati seçimdir.1
A.Koen  deviant  davranışın  fərdi  motivlərilə  yanaşı,  yayınmaların 
artımının  sosial  amillərini  də  tədqiq  edir.  Bu  amillərin  ən  mühümünü 
sənayeləşdirmə  təşkil  edir.  Sənayenin  və  kommunikasiya  vasitələrinin 
sürətli  inkişafının  getdiyi  cəmiyyətdə  dövlət  aparatının,  iqtisadiyyatın, 
elmin  və s. bütün səviyyələrində kütləvi  iş yeri yaradılır.' Yaranmış bütün 
iş  yerlərini  cəmiyyətin  ancaq  elitasının  nümayəndələri  tamamlaya 
bilmirlər.  Beləliklə,  yaradıcı  və  ümumiyyətlə  «isti  yerlərə»  digər  qrup­
ların  fərdləri  iddia edirlər.  Bu, əvvəllər öz həyat şəraitini  yaxşılaşdırmağa 
heç  bir  şansı  olmayanlara  ümid  verir.  İnsanlarda,  elə  həmin  hökmran 
ideologiya  ilə  həvəsləndirilən  böyük  iddialar  yaranır,  çünki  iqtisadi  sis­
temin rəqabətcdici kadrlara ehtiyacı yaranır.
Lakin  əslində  ümidlər,  iddialar  və  real  imkanlar  arasında  öz  növ­
bəsində  normaların  qüvvəsini  və  sosial  institutları  zəifliyə  aparan,  nara­
hatlıqlar  doğuran  ziddiyyətlər  yaranır.  Bu  isə  sonda  normaların  nüfu­
zunun inkar edilməsilə nəticələnir.3
Deviant davranışı həmçinin də fərdin sosial nizamsızlıq vəziyyəti  ilə 
izah etmək olar.4  Sosial nizamsızlıq  insan tərəfindən tutulan elə mövqedir 
ki,  o,  fərdin  nə  qabiliyyətlərinə,  nə  do  cəmiyyətin  nail  olduğu  inkişaf 
səviyyəsinə  uyğun  gəlmir.  Məsələn  ali  təhsilli  hüquqşünas  gözətçi  və  ya 
sürücü,  çilingər isə  avtomobil  dayanacağında nəzarətçi  işləyir.  Belə halda 
peşə  potensialının  tələb  olunmaması  nəticəsində  fərd  psixoloji  gərginlik 
hiss edir,  onda hər  hansı kənar yolların köməyilə ədalətin  bərpa  ediləcəyi 
haqqında fikir yaranır.
Deviant  davranışın  mənfi  formaları.  Deviant  davranışın  aşağıdakı 
üç mənfi fonnasını  göstərmək olar:
1  Коэн  Л.  И сследование  проблем  социальной  дезорганизации  и  отклоняющегося 
поведения // Социология  сегодня.  Проблемы  и  перспективы.  М ,  1965,  с.530-531.
2  Коэн  А.  Отклоняющееся  поведения  и  контроль  над  ним  //  Американская  социо­
логия.  М.,  1972,  С.290.
3  Y en ə  orada,  s.292.
4  Гилинский  Я.И.  Социология  девиантного  поведения  как  специальная  социо­
логическая теория // Социалистическая  исследования,  1991,  №  4,  с.75-76.
333


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə