tənzimləmənin müvafiq sistemini müəyyən etmiş və ondan istifadə edən
sinfin, sosial qrupun və ya bütövlükdə cəmiyyətin mənafelərinə zərər və
ziyan vurmaqdan ibarətdir. Sosial-mənfi davranış şəxsiyyətin inkişafına
mənfi təsir göstərir, cəmiyyətin normal axarına mane olur. Sosial-mənfi
davranışın fərdin yetkinlik dövrünü yaşadığı proseslərdə təzahür etməsi
onun sonrakı yaş dövrlərində bir şəxsiyyət kimi yetişməsi gedişində daha
böyük fəsadların meydana çıxması, yaxud baş verməsilə müşayiət oluna
bilər.
Sosial-mənfi davranış nisbi yayılmış hadisədir. Buna görə də onunla
mübarizə, bir qayda olaraq, təşkilati tədbir formalarının işlənib hazırlan
masını və həyata keçirilməsini nəzərdə tutur. Mövcud sosial normalardan
yayınmaların sosial əhəmiyyətinin çoxluğu və ya azlığı hüquqyaratma
prosesində, eləcə də hüquqi və əxlaqi sanksiyalarm tətbiqinin ictimai
praktikasında nəzərə alınır.
Əgər sosial normalardan yayınmaların fərdi xətası deyil, xətalar
məcmusu nəzərdən keçirilərsə, bu zaman onların hamısı üçün səciyyəvi
olan aşağıdakı bir sıra xüsusiyyətləri müşahidə edə bilərik:
a) əhalinin oxşar qruplarında (təbəqələrində) çox və ya az dərəcədə
eyni şəraitdə təsadüf olunan yayınmaların istiqamətlərinin eyniliyi;
b) onları yaradan və onların xaricində ifadə olunan səbəblərin ya
xınlığı, yaxud birliyi;
v) göstərilən hadisələrin zamana görə və ərazi kəsiklərində müəyyən
təkrarlığı, sabitliyi.
Sadalanan xüsusiyyətlərin məcmusu söhbətin cəmiyyətdə yayılan və
yayınmaqda davam edən, genişlənən, yaxud belə ənənələrə malik olan
hadisələr barəsində getməsi haqqında şəhadət verir. Bu hadisələr məhz
belə ənənəviliyi ilə eksseslərdən - təsadüfi, ekctraordinar hərəkətlərdən
fərqlənirlər.
Beləliklə, yuxanda qeyd olunanlara əsaslanaraq sosial yayınmalara
aşağıdakı kimi tərif vermək olar:
Sosial yayınmalar dedikdə, oxşar sosial şəraitdə müəyyən kütləvi
liyi, sabitliyi və yayılması ilə səciyyələndirilən sosial normaların pozul
ması başa düşülür.
Tarixi aspektdə nəzərdən keçirilən sosial yayınmalar dəyişkən və
nisbi hadisələr qismində çıxış edirlər. Bu səbəbə görə də onlara verilən
sosial qiymət tarixi və xalis konkret olmalıdır. Əvvəllər norma kimi
qiymətləndirilən, lakin insanların həyat tərzinin dəyişməsi nəticəsində
342
bəzən yayınma xarakter əldə edən norma kimi yayınma hesab olunan
hadisə də normaya çevrilə bilər.
Sosial normaların hər dəfə dəyişdiyi zaman ictimai rəy dərhal təza
hür edir. Yeni baxışların və davranış formalarının tərəfdarları və rəqibləri
meydana gəlir. Eyni zamanda əvvəlki təsir gücünü itirmiş normaların
yerini yeni normalar tutur.
2. Pozitiv yayınmalar problemi
Sosial normanın xarakteristikalarından ən mübahisəli olanı onun
faydalılıq və zərərlilik dərəcəsinin qiymətləndirilməsi olduğuna görə, ona
xüsusi diqqət yetirmək zərurəti yaranır. Sualın qoyuluşu belədir: sosial
yayınmalar bütün hallarda zərərlidirmi, yaxud onlar sosial cəhətdən
faydalı da ola bilərmi?
Sual sadə deyildir. «Yayınma» ideyasının özü nəzəri cəhətdən
simmetriyanı nəzərdə tutur. Norma daimi, orta və tipikdir. Ondan yayın
malar həm mənfi (söhbət məhz bu barədə gedir), həm də pozitiv (müsbət)
ola bilər. Əslində isə mənzərə göründüyündən daha da mürəkkəbdir.
Tarixi təcrübənin öyrənilməsi göstərir ki, istənilən sosial yayınmanın
pozitiv yayınma qismində qiymətləndirilməsi, əvvələ, müvafiq sosial
normanın qiymətləndirilməsindən və ikincisi, bu iki qiymətləndirməni
(yəni normanı və yayınmanı) aparan sosial birliyin mövqeyindən asılıdır.
Bu zaman hər cür sosial yayınma aşağıdakılar baxımından nəzərdən
keçirilməlidir:
1) cəmiyyətdə hökmranlıq edən qüvvələrin mənafeləri;
2) yayınmanın mövcud olduğu sosial qrupun mənafeləri;
3) həmin tarixi dövrün şəraiti;
4) cəmiyyətin inkişaf perspektivləri;
5) cəmiyyətdə, o cümlədən ayrı-ayrı sosial qruplar və ya birliklər
arasında mövcud olan ziddiyyətlərin kökləri.
Hər hansı xətanın faydalılığı, zərərliliyi və ya neytrallığı, onun
icazəliliyi və ya yasaqlılığı, ictimai zəruriliyi və ya perspektivsizliyi
yuxarıda göstərilən bütün hallarda üst-üstə düşməyə və hətta bir-birinə
köklü surətdə zidd ola, yaxud biri digərinin tamamilə inkarından ibarət
ola bilər.
343
Bu halı nəzərə almaqla sosial normalardan pozitiv yayınma
probleminə aid aşağıdakı əsas mülahizələri irəli sürmək olar.
Birincisi, lazımi davranışın sərt sərhədlərini müəyyən edən müəyyən
normativ sistem mövqeyindən və həmin sistem çərçivəsində normadan
hər hansı yayınmaya (yəni müəyyən edilmiş sərhəddən kənara çıxmalara)
pozitiv yayınma kimi baxıla bilməz, əks təqdirdə normanın özünün
mövcudluğuna heç bir ehtiyac yaranmazdı.
Ümumi şəkildə aydındır ki, formal-normativ nöqteyi-nəzərindən
bütün sosial yayınmalar (bu normaların pozuntusu kimi) artıq öz tərifinə
görə neqativ (mənfi) hesab olunurlar. Təcrübi nümunə qismində hərbi
nizamnamələrdən birinin göstərişinə müraciət edək. Məsələn, Azərbay
can Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin 3-cü
maddəsinin birinci abzasında deyilir: «Hərbi intizam hər bir hərbi
qulluqçunu borclu edir ki:
- Azərbaycan Respublikasının Konstitusiyasına və başqa qanunlarına
ciddi əməl etsin, hərbi andın, hərbi nizamnamələrin tələblərini, ko
mandirlərin (rəislərin) əmr və sərəncamlarını dəqiq yerinə yetirsin». Bu
nümunədə davranışın bütün hədləri məhdudlaşdırılmışdır. I-Iorbi nizam
namələrin tələbləri, əmr və sərəncamlar yerinə yetirilməlidir və bunun
heç bir digər alternativi yoxdur və ola bilməz. Belə tələb hərbi xidmətin
özünəməxsus spesifikliyindən irəli gəlir. Verilmiş hərbi əmrin və ya
sərəncamın yerinə yetirilməsi vacibdir və bunu hərbi qulluqçunun hərbi
andının təbiəti tələb etdiyinə görə, bundan yayınma hərbi intizamın
kobud şəkildə pozulması kimi qiymətləndirilir.
Qeyd etmək vacibdir ki, sosial normanın davranışın hər iki sərhədini
müəyyən etdiyi, şərti desək, onun «yuxarı» və «aşağı» həddini nəzərdə
tutduğu halda məsələ başqa şəkil alır. Hüquq sahəsində bu adətən,
imperativ - vəzifəvcrici və qadağanedici normalarda təzahür edir. Əkər
sosial norma heç bir «yuxarı» hədd müəyyən etmirsə, aydındır ki, belə
normanın müəyyən etdiyi həddi «aşmaq» həmin normadan yayınma de
yildir. Yüksəldilmiş istehsalat, müqavilə öhdəliklərinin yerinə yetiril
məsini buna misal göstərmək olar.
Bəzi müəlliflər belə bir mülahizə irəli sürürlər ki, sosial yayınmalar
faydalı hərəkətlərə (o cümlədən yenilikçiliyo, sosial yaradıcılığa) da şamil
3 4 4
olunurlar.1 2
B.Kutırcvin fikrincə, yayınmalar müsbət istiqamətə də
yönəldilə bilərlər. Biz, məsələn, təşəbbüsün təzahürünü, bacarığı nəzərdə
tuturuq." Göründüyü kimi, adları çəkilən müəlliflər burada adi hərəkət
tərzinə dair norma haqqında birtərəfli təsəvvürə əsaslanırlar. Yəni onlar
davranışa hərəkətin orta statistik xarakteristikası kimi baxırlar. Yaxud
söhbət ictimai tərəqqini ləngidən köhnəlmiş nonna haqqında gedir.
Lakin sosial norma ictimai zərurəti (faydalılığı), mütləqliyi (istəyi)
və faktiki yerinə yetirməni birləşdirən mürəkkəb təsisatdır. Əgər
köhnəlmiş və həmin məqamda mütərəqqi olan normaya əsaslansaq, nəticə
başqa cür olmalıdır: belə normadan yayınma arzuolunmaz, neqativ
hadisədir. Qeyd etmək lazımdır ki, yenilikçilik və ya yaradıcılıq mütə
rəqqi normaları - nə lıiiqııq, nə də əxlaq normalarını Iıcç də pozmurlar.
Nə hüquq, nə də əxlaq təşəbbüsü, sosial yaradıcılıq aktlarını qadağan
etmir, əksinə, onları mükafatlandırır.
Deməli, sosial normalardan neqativ və pozitiv yayınma eyni müstəvi
üzərində deyil və onlar eyni normativ sistem nöqteyi-nəzərindən bərabər,
eyni səviyyədə qiymətləndirilə bilməzlər. Konkret normativ sistem
çərçivəsində ondan yayınmaya həmin sistemi yaratmış sosial birlik
tərəfindən neqativ yayınma qismində baxılır. Əksinə, normadan yayınma
daha mütərəqqi sistem nöqteyi-nəzərindən mütərəqqi sayıla bilər. Lakin
bu halda normanın özünə neqativ hadisə kimi baxılacaq və bu, sosial
qiymətləndirmə praktikasının təhlili nöqteyi-nəzərindən ikinci mülahizə
olacaqdır.
Diqqət yetirilməsi zəruri olan üçüncü mülahizə ondan ibarətdir ki,
sosial normalardan yayınmanın qiymətləndirilməsi zamanı konven-
sionalist (relyativist) yanaşma yolverilməzdir. Belə yanaşmaya uyğun
olaraq «hər şey nisbidir» və «hər kəs özünə görə haqlıdır».
Hər bir sosial norma və ondan yayınma cəmiyyətin sinifləri və sosial
qrupları tərəfindən müxtəlif cür qiymətləndirilir. Lakin ictimai tərəqqi
mövqelərindən sosial normaların vektor qiymətləndirilməsi birtərəfli
istiqamətə malikdir. Bu istiqamət keçmişdən gələcəyə, qədim sinfi-tarixi
formasiyalardan sosial perspektivlərə malik yeni formasiyalara doğru
hərəkətdə olan istiqamətdir.
1 Глинский Я.И. О системной подходе к преступности.
Правоведение, 1981, №5, с.53.
2 Кутырсв Б. Стимулы порядка.
Наука и жизнь. 1981, № 10, с.46.
345
Dostları ilə paylaş: |