- maliyyo vo kredit-bank sahəsində törədilən cinayətlər;
- yüksək texnologiyalar sahəsində törədilən cinayətlər;
- dövlət quruluşu əleyhinə yönəlmiş cinayətlər».1
Məlumdur ki, cinayətkarlıq, xüsusən də mütəşəkkil cinayətkarlıq və
cinayətkar birliklər tərəfindən törədilən sosial təhlükəli əməllər böyük
sosial-iqtisadi vo digər maddi zərərlərin meydana çıxmasına səbəb olur.
İqtisadi cinayətkarlığın vurduğu ziyanın miqdarı ildən-ilə artır və bu
ziyan hər il bir neçə milyard dollarlarla hesablanır.
İqtisadi fəaliyyət sahəsindəki cinayətlər... qanuni sahibkarlıq fəaliy
yətinin müdafiəsinə, əmtəə-pul sistemində dövlət inhisarının, əmtəə və
xidmət istehlakçılarının hüquqlarının qorunmasına, Azərbaycan Respub
likasında müəyyən edilmiş gömrük və vergi münasibətlərinin müdafiə
sinə yönəldilmişdir. Bazar münasibətlərinə keçid zamanı iqtisadi müna
sibətlərdə köklü dəyişikliklər, sahibkarlıq imkanlarının və mülkiyyətin
formalarının əhəmiyyətli dərəcədə genişlənməsi nəzərə alınmaqla,2
qüvvədə olan cinayət qanunvericiliyində iqtisadi münasibətlər sahəsində
törədilən sosial təhlükəli əməllərə qarşı mübarizə məqsədilə xüsusi
normalar nəzərdə tutulmuşdur.
Sorxoşiuğun və alkoqolizmin sosial-iqtisadi nəticələri də son dərəcə
ağırdır. Təcrübə göstərir ki, bilavasitə alkoqolizmdən hər il minlərlə insan
dünyasını dəyişir vo dəhşətlisi budur ki, sərxoşluqla məşğul olanlar içə
risində gənclər və orta nəslin nümayəndələri çoxluq təşkil edirlər.
Yetkinlik yaşma çatmayanların sərxoşluğa cəlb olunması da həll edilməli
olan əsas problemlərdən biridir.
«Narkotik vasitələrin və psixotrop maddələrin və prekursorların
qanunsuz dövriyyəsi ilə mübarizə haqqında» Azərbaycan Respublikasının
18 iyun 1999-cu il tarixli Qanununun 1-ci maddəsinə uyğun olaraq
narkomanlıq dedikdə, xroniki intoksikasiya doğuran, narkotik vasitələrin
və psixotrop maddələrin sui-istifadəsi nəticəsində yaranmış narkotik va
sitələrdən vo psixotrop maddələrdən psixi və ya fiziki asılılıqla müşayiət
olunan xəstəlik vəziyyəti başa düşülür.
Məlum olduğu kimi, iyerarxiya strukturunun mövcudluğunu idarəet-
məsiz təsəvvür etmək qeyri-mümkündür. İdarəetmənin inteqral xarakte
ristikası sinergiyanın səmərəliliyinin əmələ gəlməsidir. Sinergiyanın
1 B eynəlxalq sənədlər toplusu. IV cild, B akı, “Q a n u n ”, s .74-75.
2 A ğayev İ.B . A zərbaycan R esp ub likasın ın cin a y ət hüququ. Ü m u m i v ə xüsusi
hissələr: D ərslik . Bakı, “N u rla n ”, 2010, s.587.
3 50
səmərəliliyi hər hansı sosial təşkilat iştirakçılarının fərdi səylərinin əlavə
enerjisinin artması deməkdir.1 Məhz bunun sayəsində narkomanlıq geniş
miqyas alır. Narkotiklərin qeyri-qanuni dövriyyəsi isə bu prosesi daha da
gücləndirir.
XX əsrin ortalarından başlayaraq dünyanın siyasi xəritəsində baş
vermiş dəyişikliklər, xüsusilə do ikinci dünya müharibəsindən sonrakı
dövrdə soyuq müharibəyə son qoyulması, istər transmilli, istərsə də milli
cinayətkarlıq, eləcə də cinayətlərin yeni təhlükəli, daha qəddar növlərinin
meydana gəlməsi müasir dövr üçün başlıca təhlükələrdən birinə çevril
mişdir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi
ilə əlaqədar cinayətlər, xüsusilə narkomaniya müasir dövrün ictimai
təhlükəli əməlləri içərisində özünün xüsusi çəkisi ilə fərqlənir.2
Bir daha aydın olur ki, cinayətkarlığın müasir vəziyyətinə, struktu
runa vo dinamikasına sosial yayınmalar da özünün müəyyən təsirini
göstərir. Təsadüfi deyildir ki, sosial yayınmalar ilk növbədə bütövlükdə
cəmiyyətə son dərəcə ciddi ziyan vururlar. Xüsusilə də hər hansı dövlətin
və müasir sivil cəmiyyətin keçid dövrünü yaşadığı müddət ərzində
alkoqolizmin, narkomanlığın, dələduzluğun, soyğunçuluğun, quldurluğun
və s. cinayətlərin sayı durmadan artır. Kriminogcn vəziyyətin mürəkkəb
ləşməsi nəticəsində, yeni iqtisadi münasibətlərə keçid və uyğunlaşma
şəraitində iqtisadi cinayətkarlığın və eləcə də narkobiznesin miqyası ge
nişlənir. Zəhmətsiz gəlirlər əldə etməyə meyllilik rüşvətxorluğun, kor
rupsiyanın, bürokratçılığın, qulluq mövqeyindən sui-istifadə hallarının
çoxalmasına səbəb olur.
Sosial normalardan yayınma ilə bağlı mənfi davranışın digər növləri
-əxlaqsızlıq, dini fanatizm, irqi dözülmozlik təzahürləri və s. də çoxsaylı
mənfi nəticələrin meydana çıxmasına gətirib çıxarır. Belə mənfi dav
ranışların iqtisadi, sosial və mənəvi zərəri son dərəcə böyük və bəzən
aradan qaldırılmaz olur. Hələ də dünyada mövcud olan köləlik, qadın və
uşaq əməyinin istismarı, irqi ayrıseçkilik (apartheid), soyqırım, bey
nəlxalq terrorçuluq, milli zəmində baş verən işğalçılıq və təcavüzkarlıq
hərəkətləri kimi hadisələr bunlarsız da artıq bir sıra qlobal problemlərdən
yorulmuş insanlığa böyük zərər vurur. Bəzi dövlətlərin separatçı qüvvo-
1 Социология. Основы общ ей теории / П од ред.Осипова Г.В., Москвичсва Л.Н. М.,
1996, с.268.
2 Z a h id o v B.S. N ark otizm vo narkobiznes: m übarizənin aktual problem ləri (cin ayət
v ə krim inoloji aspektlər). B akı, B D U , 2004, s.5 0 I.
351
lorinin tozyiqi altında həmin dövlətlərin yeritdiyi düşünülməmiş işğalçılıq
siyasəti (məsələn, Azərbaycanın əzəli torpaqlarına göz dikmiş Ermə
nistanın ölkəmizə qarşı xaincəsinə həyata keçirdiyi işğalçılıq siyasəti)
beynəlxalq hüquq normalarının və prinsiplərinin kobudcasına pozulması
ilə nəticələnir. Lakin bu, məsələnin yalnız bir - görünən tərəfidir.
Lakin problemin digər - görünməyən, insanı heyrətləndirən və çox
zaman dərindən hiddətləndirən və qəzəbləndirən tərəfi ondan ibarətdir ki,
beynəlxalq birlik, xüsusən do dünyanın Rusiya Federasiyası, ABŞ, Alma
niya, Fransa, İngiltərə və s. bu kimi fövqəlgüco malik dövlətləri buna göz
yumur. Yəqin ki bu dövlətlərə üçüncü dünya müharibəsi dünyanı yenidən
bölüşdürmək üçün sərfəli görünür. Çünki ikinci dünya müharibəsi
ərəfəsində də analoji vəziyyət yaranmışdı. Doğrudur, dövr həmin dövr
olmasa da, lakin adları çəkilən ölkələrin rəhbərləri və siyasətçiləri öz
aşkar laqeydlikləri ilə bunu nümayiş etdirirlər. XX yüzilliyin 40-cı il
lərinə doğru Polşanın faşist Almaniyası tərəfindən iki həftə ərzində işğal
olunması Avropa dövlətlərinin (SSRİ do daxil olmaqla) vicdanını vaxtın
da oyatmadı. Nəticə isə artıq bütün bəşəriyyətə molumdur.
İndi isə dünyanın «başbilən» dövlətləri Ermənistan kimi (Azərbay
canın qədim tarixi torpaqları hesabına özünə qondanna dövlət yaratmış
və xroniki torpaq xəstəliyinə tutulmuş bir saxtakar qurumun) separatçı,
terrorçu bir cılız ölkənin xəstə təxəyyülə malik oyuncaq siyasətinin sanki
«mərhəmətli havadarlarına»çcvrilmişlor. Məhz buna görə sadalanan döv
lətlərin bilavasitə özlərinin sağlam düşüncəli siyasətinə inanmaq çətindir.
Fikrimizco, Ermənistan azğınları nə qədər ki, Rusiya, ABŞ, Fransa, AFA,
Böyük Britaniya və başqa iri dövlətlərlə torpaq, ərazi davasına qalx
mayıb, bu ölkələrin rəhbərləri və siyasi dairələri qəflət yuxusundan ayıl
mayacaqlar.
Nə qədər acı və ədalətsiz, eləcə də bu əsərin müəllifinin əqidəsinə
tamamilə yad olsa da, erməni separatçılarının Rusiyaya, ABŞ-a və
Fransaya qarşı ərazi iddialarına düşmələri arzuolunandır. Bəlkə bu zaman
Amerika və Avropanın fövqəlgücləri ermənilərin mənfur simasını tanımış
olardılar. Heç bir siyasətşünas, təcrübəli dövlət xadimi və ya ictimai xa
dim (əzabkeş erməni imici yaradan Ermənistanın fitnəkarlığına uymamaq
şərtilə) təminat verə bilməz ki, əgər bir gün ABŞ-ın, Fransanın və Ru
siyanın başı üzərini məhv olmaq təhlükəsi alarsa, Ermənistan separatçıları
bu dövlətlərə və başqalarına qarşı ərazi iddiası irəli sürməyəcək. Erməni
separatçıları və terrorçu daşnakları hətta indinin özündə Armavirdən
3 5 2
İrəvanadək olan ərazilərin «Böyük Ermənistan» əraziləri olduğunu
həyasızcasına iddia edərək, Rusiya kimi dövlətə ultimativ şəkildə barmaq
silkələyirlər. Rusiyanın qorbaçovları cirinovskilori və digər bu kiıııi
siyasətbazları isə hələ do sanki «qış yuxusu»ndadırlar.
Erməni separatçılarına olan «sevgiləri» müqabilində istər Rusiyanın,
istərsə do adları çəkilən digər dövlətlərin elə əbədi yuxuya dalmaları
məsləhətdir. Çünki təsadüfən diksinib ayılsalar, aşotlar, vartanlar, vaz-
genlər və başqa əzabkeş yanlar bu «ülvi sevgidən» məhrum ola bilərlər.
Axı, «insaf dinin yarısıdır» deyiblər. Son demə, Tanrının «ən gözəl
yaranmışları» olan bu ermənilərin işi, gücü və peşəsi dünyanın bütün
xalqlarına «öz dərin sevgisini əta etməkdən ibarət olub».
Əlbəttə ki, bütün bu yuxarıda göstərilənlər nəticəsində Azərbaycan
cəmiyyətinə vurulmuş maddi və mənəvi zərəri aradan qaldırmaq ölkəyə
heç do asan başa gəlməyəcək. Lakin on əsas olanlardan biri tarixin dərs
lərindən ibrət götürməkdir, Erməni xislətinə bir daha uymamaq
cəmiyyətimiz üçün on önəmli olanlardan biridir. Çünki ermənilərin dav
ranışı və hərəkətləri mənfidən do mənfidir. Onların bu davranışı bütün
ümumbəşəri dəyərlərə ziddir və o, insanlığın bilavasitə zərərinə yönəl
dilmişdir,
Cəmiyyətə mənfi davranışla, normadan sosial yayınma ilə vurulan
obyektiv zərər və həmin zərərin vətəndaşların özləri tərəfindən obyektiv
qiymətləndirilməsi heç də həmişə və tam dərəcədə üst-üstə düşmür. Belə
uyğunsuzluq, o cümlədən onunla əlaqədardır ki, cəmiyyətdə mövcud olan
mənəvi prinsiplərin ləngər vurması ilə yanaşı, müxtəlif cinayətkar hərə
kətlərin və digər hüquq pozuntularının - narkomanlığın, fahişəliyin,
pornoqrafik hərəkətlərin yayılması, intiharların və digər bu kimi hadisə
lərin sayının artması da müşahidə olunur. ABŞ-da və digər dövlətlərdə
«qurbansız cinayətlər» (narkotik vasitələrin istehlakı, pornoqrafiya, fahi-
şəlik, qumar oyunları, homoseksualizm və s.) adlandırılan nəzəriyyə
mövcuddur. Həmin nəzəriyyə adları çəkilən əməllərin, ümumiyyətlə,
cinayət qanunvericiliyindən çıxarılmasını məqbul sayır. Bununla belə,
sözsüz ki, burada qurbanlar vardır. Belə hərəkətlərə və ya fəaliyyətə cəlb
olunan insanları, onların ailələrini və uşaqlarını, eləcə də yaxın və doğ
malarım qurbanlar hesab etmək olar. Bir sıra kriminoloqların ədliyyəni
belə hadisələrlə mübarizədən «azad etməyə» doğru yönələn təklifləri
özünü doğrultmamışdır. Kriminoloqların mülahizəsinə görə, hər bir insan
353
Dostları ilə paylaş: |