Sonralar Qərbi Avropanın E.Ross, R.Park, A.Lapyer kimi sosio
loqları sosial nəzarət konseptinin müxtəlif aspektləri üzərində işləmiş və
tədqiqatlar aparmışlar.
Sosial nəzarət dedikdə, normativ tənzimetmənin praktiki-mənəvi
vasitələrinin köməyilə sivilizasiyalı sistemi nizamlı, dinamik-müvazinətli
vəziyyətdə saxlamaq üsulu başa düşülür.
İctimai qaydanın və onun xüsusi mexanizmlərinin qorunması üçün
hakimiyyət səlahiyyətlərindən istifadə olunur. Bu zaman sosial normalar,
sanksiyalar tətbiq edilir və hakimiyyət anlayışı ön plana çəkilir. Başqa
sözlə, cəmiyyət üzvlərinin fəaliyyətinə dövlət və cəmiyyətin özü
tərəfindən nəzarət həyata keçirilir.
Fordlərin və bütövlükdə cəmiyyətin həyatına, fəaliyyətinə dövlət və
cəmiyyət tərəfindən nəzarətin sosial mexanikası həyati məqsədlərin
reyestrlərinin təkliflər praktikası və həmin məqsədlərə nail olunması
vasitələrinin köməyilə həyata keçirilir. Sosial davranışın məqsədli tən
zimlənməsi incə və zərif xarakter daşıyır, eləcə də dəyər yönümlorinin
seçilməsində sərbəst və azad iradənin maksimum fəal iştirakım nəzərdə
tutur.
İmkanların gcnişliyinə baxmayaraq, azadlıq vasitələrinin seçimi sfe
rasında müəyyən normativ məhdudiyyətlərin mövcudluğu da istisna olun
mur. Adətlərin, ənənələrin, dini normaların, əxlaq normalarının, hüquq
normalarının köməyilə cəmiyyət və dövlət qarşıda duran məqsədlər nail
olmaq üçün insanların istifadə etdikləri vasitələr sferasına nəzarəti həyata
keçirir.
Hüquq sahəsində sosial nəzarətin həyata keçirilməsinə hüquq-
mühafizə orqanlarının fəaliyyəti kömək edir. Məlumdur ki, hüquq-
mühafizə orqanlarının fəaliyyəti hüquq normalarının və qanunların
gündəlik həyatda realizə olunmasına, dövlətlə şəxsiyyət arasında sivil
münasibətlərin təşkilinə və yaranmış mübahisə və münaqişələrin ədalət
mühakiməsi orqanlarının bilavasitə iştirakı ilə həllinə istiqamətləndiril
mişdir.
Hüquq sahəsində sosial nəzarət hüququn tətbiq edilməsinin aşağıdakı
iki əsas formasında çıxış edir:
1) əməliyyat-icra forması. Bu, dövlətin səlahiyyətli orqanlarının
hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitam olunması yolu
ilə hüquqi göstərişlərin realizəsi üzrə fəaliyyətindən ibarətdir;
2) hüquq-mühafizə forması - dövlətin səlahiyyətli orqanlarının hü
3 5 8
quq qaydasının və qanunçuluğunun qorunması və hüquq pozuntularından
müdafiəsi üzrə fəaliyyətidir.
Beləliklə, sosial nəzarət insanların davranışının təmin edilməsinə yö
nələn normaların, institutların və münasibətlərin məcmusundan ibarətdir.
Sosial nəzarət cəmiyyətə münasibətdə aşağıdakı iki əsas funksiyanı
yerinə yetirir:
a) mühafizəcdici funksiya;
b) səbitləşdirici funksiya.
Mühafizəcdici funksiya dedikdə, sivilizasiyalı cəmiyyətdə mövcud
olan dəyərlərin və şəxsiyyətin varlığı üçün zəruri olan nemətlərin
mühafizəsinə yönəldilən sosial nəzarətin təsirinin əsas istiqamətləri başa
düşülür.
Sabitləşdirici funksiya cəmiyyətdə mövcud olan ictimai münasi
bətlərin möhkəmləndirilməsində ifadə olunur,
Sosial nəzarətin hər iki funksiyası bir-biri ilə sıx bağlıdır, bir-birini
qarşılıqlı surətdə tamamlayır. Bu əlaqəni aydın təsəvvür etmək üçün belə
bir sadə misala müraciət edək. Cəmiyyətdə sosial nəzarət sistemi vətən
daşların hüquqlarının reallaşmasını təmin edirsə, deməli, onların hüquq
ları qoıunur, mühafizə edilir. Hüquqların qorunması isə cəmiyyətin sabit
liyini təmin edən çox müluim amillərdən biridir. Sabitlik möhkəmlən
dikcə, hüquqlar daha da dolğunlaşmaq, real məzmun kəsb etmək imkanı
qazanır.1
Hər bir sivilizasiyalı cəmiyyətdə fərdləriıı, sosial qrupların və bir
liklərin həyat və güzəranını layiqincə təşkil edə bilən səmərəli vasitələr
fəaliyyət göstərir. Onları bəzən cəmiyyətin səmərəli təşkiledici aləti də
adlandırırlar. Sosial nəzarət də məhz belə, özü də ən səmərəli alətlərdən
biri hesab olunur. Məhz bu ən səmərəli alətin köməyilə cəmiyyətin qüd
rətli və rəşadətli institutları sadə insanların həyat və fəaliyyətini təşkil
edirlər.
Sosial nəzarətin alətləri, yaxud metodları, hər şeydən əvvəl, özlərinin
müxtəliflikləri ilə diqqəti cəlb edirlər. Onlar istifadə olunduqları situasi
yadan, konkret sosial qrupun xarakteri və məqsədlərindən asılıdırlar.
Onlar münasibətlərin təkbətək aydınlaşdırılmasmdan psixoloji təzyiqə,
fiziki zorakılığa və iqtisadi məcburiyyətədək uzanıb istiqamət alırlar. Bu
prosesdə sosial nəzarət mexanizmlərinin arzu olunmayan şəxsi kənar-
1 Vahidov F.Q., A ğayev T.B. Göst.kitab, s. 192.
359
laşdırması vo qalanlarının loyallılığı stimullaşdırması vacib olmur.
«Təcrid ctmə»yə, hər şeydən əvvəl, fərdin özü deyil, onun digər şəxslərə
münasibətdə hərəkətləri və söyləmələri məruz qalır. Yəni sosial nəzarət
mexanizmləri fərdi deyil, onun törətdiyi xətaları və işlətdiyi ifadələri
qınaq obyektinə çevirir, fərd özü isə sanki bütün bunlardan kənarda qalır.
Sosial nəzarət özündə sosial normalar, sosial göstərişlər və sank
siyalar kimi anlayışları ehtiva edir. Sosial normalar və sosial göstərişlər
barəsində əsərin əvvəlki fəsillərində kifayət qədər məlumat verildiyinə
görə yalnız sanksiyalar üzərində dayanmağı məqsədəuyğun hesab edirik.
Artıq hamılıqla qəbul olunmuşdur ki, hüquq heç də həmişə mövcud
olmamışdır. O, bəşəriyyətin sivilizasiya yolu ilə uzun və çətin gedişinin
nəticəsidir. Hüququn konkret olaraq hansı yüzillik və ya minllikdə əmələ
gəldiyini söyləmək çox çətindir. Elmə məlumdur ki, ibtidai cəmiyyətdə
hüquq olmamışdır. İbtidai insanlar vərdiş etdikləri adətlər və ənənələr
əsasında yaşamışlar. Adətlərə vərdişlər əsasında əməl olunurdu. Ənə
nələrə isə ibtidai insanlar ictimai məcburiyyət sayəsində əməl edirdilər,
Adətlər və ənənələr sirli ayinlər, rituallar vo sohnəloşdirilmiş tamaşalarla
əhatə olunmuşdu. İbtidai cəmiyyətdə mövcud olmuş qaydalar yazılı
olmamışdır və şifahi formada nəsildon-nəslo ötürülürdü. Sonrakı
dövrlərdə onların bir qismi sənədlərdə öz yazılı əksini tapmışdır. Deməli,
sanksiya adlandırılan cəzalandırma vasitəsi də olmamışdır.
İnsan davranışında hüququn proobrazı qadağanlar (tabu) olmuşdur.
Məsələn, çoxaldılması zəruri olan heyvanların ovlanması, yaxud qohum
larla çin-si əlaqədə olma, dini ayinləri icra etməmə və ya onların icrasını
pozma və s. yasaq edilmişdir. Bununla belə, insanların həyatı reqlament-
ləşdirilmişdir. Tədricən dövlətin və hüququn formalaşması prosesində
həmin qaydalar dövlətin qüvvəsi ilə sanksiyalaşdırılmışdır. Dövrümü-
zədək gəlib çatan ən qədim qanunlar Mesopotamiya qanunları olmuşdur.
Bu qanunların müəllifləri c.ə. yaşamış Şumer hökmdarları olmuşdur.
Onlar bazar qiymətlərini məhz həmin qanunların köməyilə tənzimləməyə
səylər göstərmişlər.
Qanunlar insanlar arasında ictimai razılaşmanın, sazişin mühüm
aləti olmuşdur. Hüquq insanların davranış qaydaları haqqında müqa
viləni təşkil etmişdir. Qaydaların bir qismini insanın vəzifəsini (başqa cür
deyil, məhz belə hərəkət etməli), digər qismi isə onun hüququnu (başqa
cür deyil, belə hərəkət et) təşkil edirdi. Vəzifə hərəkət sərbəstliyini
3 6 0
məhdudlaşdırır, hüquq isə bu sərbəstliyi genişləndirirdi. Özündə azadlığı
təcəssüm etdirən hüquq yalnız yeni dövrün nailiyyətidir.
Beləliklə, sanksiyalar dedikdə, təkcə cəzalar deyil, həm do sosial
normalara əməl olunmasına kömək edən hovəslondinuəlor başa düşülür.
Dəyərlərlə yanaşı onlar insanların normaları yerinə yetirməyə soy göstər
mələrinə məsuldurlar. Normalar iki tərəfdən - dəyərlər vo sanksiyalar
tərəfindən müdafiə olunurlar.
Sosial sanksiyalar - bu, normaların yerinə yetirilməsinə, yəni kon-
formizmə, onunla razılığı, cəzaya və ondan yayınmaya görə, yəni dc-
viantlığa
görə mükafatlandırmanın müfəssəl sistemidir. Konformizm
hamılıqla qəbul olunmuş qaydalarla zahiri razılaşmaqdan ibarətdir. Elə
buna görə do fərd onunla narazılığını öz daxilində qoruya bilər. Mahiy
yətinə görə, sosial nəzarətin məqsədlərindən biri konformizmə nail
olmaqdan ibarətdir.
Sosial sanksiyaların aşağıdakı 4 tipi fərqləndirilir:
a) pozitiv sanksiyalar;
b) neqativ sanksiyalar;
c) formal sanksiyalar;
d) qeyri-formal sanksiyalar.
Formal pozitiv sanksiya (Fəl) dedikdə, rəsmi təşkilatlar (hökumət,
müəssisələr, yaradıcılıq ittifaqı) tərəfindən açıq bəyənilmə başa düşülür.
Bu, hökumət təltiflərində, dövlət mükafatlarının və təqaüdlərinin, titul
ların, alimlik dərəcələri və rütbələrinin verilməsində, abidələr qoyul
masında, fəxri fərmanların verilməsində vo s. ifadə olunur.
Qeyri-formal pozitiv sanksiya (Q +) - bu, rəsmi təşkilatlardan gəl
məyən açıq bəyənmədir. Dostluq tərifləri, xoş sözlər, susmaqla etiraf
etmə, alqışlar, şərəf, şöhrət, liderlik və ya ekspcrtlik keyfiyyətlərini tərif
ləmə, təbəssüm ifadə etmə və s. belə sanksiyalara aiddir.
Formal neqativ sanksiya (F - ) dedikdə, hüquqi qanunlarla, höku
mət fərmanları ilə, inzibati təlimatlarla, göstəriş və sərəncamlarla nəzərdə
tutulan cəzalar başa düşülür. Mülki hüquqlardan məhrum etmə, həbsxana
cəzası, həbs etmə, işdən və ya vəzifədən çıxarma, çərimə, əmlak
müsadirəsi, vəzifəni aşağı salma, ölüm cəzası vo s. belə sanksiyalar hesab
olunur.
Qeyri-formal neqativ sanksiya (Q - ) - bu, rəsmi instansiyalarla
nəzərdə tutulmayan cəzalardır. Məzəmmət, irad tutulması, rişxənd, xoşa
gəlməz zarafat, mənfi ləqəb, etinasızlıq, əl verməkdən və ya münasi
361
Dostları ilə paylaş: |