özü üçün həyat tərzi seçmək hüququna malikdir. Lakin ədliyyə belə
mülahizələri məqsədəuyğun hesab etməmişdir. Şübhəsiz ki, bu zaman
«cinayət faktının bir fakt olaraq qalması» əsas götürülmüşdür.
Bununla belə, məhz həmin tezis yuxarıda adı çəkilən nəzəriyyə ilə
oxşar olan digər bir nəzəriyyənin əsasını təşkil edir, həmin nəzəriyyəyə
uyğun olaraq narkotik vasitələrin istehlakı, sərxoşluq, intihar - bütün bu
sosial təhlükəli əməllər hər bir subyektin sırf şəxsi işi, onun mənəvi
hüququdur. Əlbəttə ki, hər bir insanın həyat şəraiti rəngarəng və mürək
kəb, hətta faciəli ola bilər. Bu nöqteyi-nəzərdən isə hər cür hərəkəti
binnonalı qiymətləndirmək düzgün olmazdı. Lakin adları çəkilən kri
minal əməllərə bütövlükdə diqqət yetirilərsə, onları əxlaqi cəhətdən haqq
qazandırılan hərəkətlər kimi qiymətləndirmək məntiqsiz olardı, çünki
onların hər biri sosial bəladır. Sərxoşluğa və ya narkomanlığa aludə olan,
həyatdan könüllü (intihar edən) gedən şəxslər son həddə həyatın çətin
likləri ilə mübarizədə öz passivliklorini nümayiş etdirirlər. Onlar nəinki
özlərini, həmçinin də öz yaxınlarını və doğmalarını iztirablara düçar
edirlər.
XIX yüzilliyin sonu və XX yüzilliyin əvvəllərində bir sıra ölkələrin
cinayət qanunvericiliyi ilə sərxoşluq, narkotik vasitələrin istehlakı, həm
do hüquqi sanksiyalar nəzərdə tutulurdu. İntihar hallarında özünüöldü-
rənlərin vəsiyyətini hüquqi alçaqlı hesab etmək, dəfn mərasiminin dini
ayinlərlə icrasını qadağan saymaq və hətta intihara sui-qəsdin baş tutma
dığı halda həbsxana cəzası kimi sanksiyalar tətbiq etmək təcrübəsindən
istifadə edilmişdir.
Müasir dünyada hər bir insanın şəxsi həyat və sağlamlıq hüququ
tanınır, bu məsələyə hətta sosial baxışlar da dəyişmişdir. Lakin ictimai
əxlaq yenə də əksər hallarda öz həyatını şüurlu surətdə məhv edənləri
mənfi qiymətləndirir. Bu da tamamilə düzgündür, çünki insan həyatı və
sağlamlığı ən dəyərli nemət, sərvətdir. Hətta son dərəcə konkret mü
rəkkəb situasiyada həyat və sağlamlıq bütün mümkün vasitələrlə müdafiə
edilməlidir.
Sosial yayınmaların «kompcnsasiyacdici» əhəmiyyəti adı ilə adlan
dırılan nəzəriyyə də mövcuddur. Bu nəzəriyyənin mahiyyəti ondan iba
rətdir ki, sosial cəhətdən yayınma kimi qiymətləndirilən davranış özündə
guya müxtəlif səbəblərə görə qanuni şəkildə həyata keçirilməyən və bu
nöqteyi-nəzərdən də obyektiv surətdə mövcud olan ictimai tələbatları
tamamlayan (kompensasiya edən) faydalı fəaliyyəti əvəz edir. Belə
3 54
mübahisəli izah vəziyyətində, məsələn, əvvəllər mövcud olmuş və bəzi
ölkələrdə indi də mövcud olan «qara bazamın ticarət sistemindəki ça
tışmazlıqları tamamladığını inkar etmək çətindir.
Görmək çətin deyildir ki, burada sosial yayınmaların səbəbləri,
funksiyaları və nəticələri əvəz olunmuş, yekun nəticədə isə prinsip eti
barilə onların sosial rolu təhrif edilmişdir. Həqiqətən do sosial cəhətdən
yayman davranışın bəzi formaları mövcud çatışmazlıq və çətinliklər
əhatəsində pisləşirlər. Bəs belə olan halda onlar nəyi və kimi kompen
sasiya edirlər? Onlar qanuna əməl edən vətəndaşlara ancaq ziyan vurur,
faydanı isə işbazlar, rüşvətxorlar və kazinoçular götürürlər. Nəticədə ic
timai funksiyaların kompensasiya edilməsi deyil, onların daha da zəiflə
məsi baş verir.
Dünyanın müxtəlif regionlarında hələ də rasizmə, separatçılığa və
özgə ərazilərinə təcavüzctmo istiqamətində millətçiliyə, uşaqlarla ticarətə,
köləliyə və uşaq, qadın əməyinin istismarına haqq qazandırılması cəhd
lərinə təsadüf olunur. Təcavüzkarlıq siyasəti nəticəsində işğal olunmuş
ərazilərdən narkobiznes məqsədilə istifadə edilməsi hallarına beynəlxalq
birlik aşkar surətdə göz yumur.
Şübhəsiz ki, bu problemin həllinə BMT kimi universal bir təşkilatın
göz yumması aşkardır. Bu beynəlxalq təşkilatın öz funksional vəzifələrini
layiqincə yerinə yetirməməsi onda zəruri islahatların aparılmasını labüd
edir. BMT-nin qəbul etdiyi qətnamələrin icra olunmaması (çünki bu
qətnamələrin heç biri icra mexanizminə malik deyildir) bir sıra döv
lətlərin haqlı narazılıqları ilə müşayiət olunur. Belə təsəvvür yaranır ki,
BMT bir təşkilat kimi beynəlxalq hüquq normalarına uyğun fəaliyyət
göstərmək və beynəlxalq hüququn hamılıqla qəbul olunmuş prinsiplərinə
əməl etmək iqtidarında deyildir. Bu zaman təbii sual meydana çıxır:
göstərilən vəziyyətdə belə bir beynəlxalq təşkilatın mövcudluğuna ehti
yac varmı? Cavab müsbət və mənfi ola bilər. Əgər ehtiyac varsa, o halda
bəs nə üçün dünya birliyi bu təşkilatda islahatlar aparılmasını tələb etmir?
Əgər ehtiyac yoxdursa, deməli, onu dünya dövlətləri üçün faydalı
beynəlxalq təşkilat hesab etmək heç bir məntiqə sığmır. Bir daha qeyd
etmək zəruridir ki, BMT-nin hazırkı fəaliyyəti müasir sivil cəmiyyətlərin
elementar normalarının kobudcasına pozulmasına şərait yaradır.
Azərbaycan Respublikasında cinayətkarlığın və digər hüquq pozun
tularının, eləcə də müxtəlif mənfi sosial hadisələrin vurduğu zərərin
qiymətləndirilməsi qanunvericilikdə ifadə olunan rəsmi dövlət qiymət-
355
bndirməsinə bu və ya digər doıocədo uyğundur. Məsələn, qətl, zorlama,
qəsdən sağlamlığa ağır zərər vurma, soyğunçuluq, quldurluq, xuliqanlıq
kimi böyük sosial təhlükəli cinayətkar əməllərə, yaxud uşaq oğurluğu,
qadm əməyinin istismarı və s. bu kimi kriminal hadisələrə dövlət tərə
findən verilən qiymətlə vətəndaşların təzahür edən barışmaz reaksiyası
arasında elə bir köklü fərqlər müşahidə olunmur. Bir sıra fərqlər, törə
dilmiş böyük sosial təhlükəli kriminal əməllərə görə vətəndaşların
gözlədiklərindən daha yüngül cəzaların təyin edilməsilə bağlı məsələlərdə
nəzərə çarpır. Məsələn, rüşvətxorluq, korrupsiya haqqında söhbətlərin
hələ də səngimədiyinə, məhkəmə orqanlarının vətəndaşların taleyinə la
qeyd münasibət göstərilməsinə dair kütləvi informasiya vasitələrində
müntəzəm olaraq məlumatların verilməsinə baxmayaraq, belə şərait
cəzalandırma sisteminin nisbi zəifliyi ictimaiyyəti qane etmir. Vətən
daşların haqlı narazılığına səbəb olan hallardan biri do məhkəmə qə
rarlarının vaxtında icra olunmamasıdır.
Bununla yanaşı, vətəndaşların vo xüsusən do gənclərin mənəvi, hü
quqi şüurunun inkişaf etdirilməsi, mənfi sosial davranışların vurduğu real
zərərin əhalinin diqqətinə çatdırılması, belə zərərə qarşı dözülməzliyin və
barışmazlığm tərbiyə edilməsi, özünün vo cəmiyyətin digər üzvlərinin
davranışına məsuliyyətlə yanaşma hisslərinin artırılması zərurəti həmişə
diqqət mərkəzində olmalıdır. Ancaq belə yanaşma geniş əhali kütləsini
cəmiyyət əleyhinə mənfi hallarla mübarizəyə səfərbər etmək, bunun üçün
zəruri olan dövlət tədbirlərini və sosial tədbirləri vaxtında və səmərəli
həyata keçirmək imkanı yaradır.
3 56
DOQQUZUNCU FƏSİL
SOSİAL NƏZARƏT
1. Sosial nəzarət anlayışı
Cəmiyyətdə mövcud olan və fəaliyyət göstərən institutların möhkəm
ləndirilməsində sosial nəzarət mexanizmi mühüm rol oynayır. Sosial
nəzarəti cəmiyyət institutlarının mərkəzi əsəb sisteminə bənzətmək olar.
Eyni elementlər, o cümlədən insanların davranışında təsbit edilmiş vo
standartlaşdırılmış davranış qaydaları və normaları sistemi məhz sosial
instituta və sosial nəzarətə daxildir.
«Sosial nəzarət» sosiologiyada hamılıqla qəbul olunan mühüm
anlayışlardan biridir. Özüntin qeyri-itaətkar üzvlərini cilovlamaq üçün hər
bir sivilizasiyalı cəmiyyət onun tətbiqinin on müxtəlif vasitələrindən
istifadə edir. Heç bir cəmiyyət sosial nəzarətsiz ötüşə bilməz. Hətta
adamların təsadüfən bir araya gəlmiş kiçik bir qrupuna öz nəzarət me
xanizmlərini işləyib hazırlamaq lazım gəlir1.
Cəmiyyətdə mövcud olan sosial institutlarında sosial nəzarətin
alətləri qismində çıxış etmələri təsadüfi deyildir. Çünki institutların
cəmiyyəti normativ tənzimləməsi cəmiyyət üzvlərinin tabeliyini (qanun
lara) və intizaınlı olmalarım stimullaşdırır. Məhz buna görə də institut
davranış normaları və nümunələrinin məcmusu kimi başa düşülür.
Sosial nəzarət mürəkkəb, birmənalı izah edilməyən ictimai hadisədir.
Təsadüfi deyildir ki, fəlsəfi-sosioloji fikir tarixində bu problemə müxtəlif
cür yanaşılmışdır. Bütün görkəmli sosioloqlar bu problemin araşdırılma
sına öz töhfəsini verməyə səy göstərmiş, maraqlı mülahizələr söyləmişlər.
Sosial nəzarət cəmiyyətin fəaliyyətində, inkişafında mühüm əhəmiyyət
kəsb edir, insanın, sosial qrupların davranışı, həyat tərzi ilə əlaqədar ən
müxtəlif prosesləri əhatə cdir.“
«Sosial nəzarət» anlayışından konseptual şəkildə istifadə etmək
təşəbbüsü fransız sosioloqu və kriminoloqu Qabricl Tarda (1843-1904)
məxsusdur. Q.Tard sosial nəzarəti cinayətkarın normal, sağlam mülki
həyata qayıtmasının əsas vasitəsi hesab etmişdir.
1 Vahidov F.Q., A ğayev T.B. Cost, kitab, s. 192.
3 5 7
Dostları ilə paylaş: |