ədəbiyyatlardan istifadə və ya hansı mənbələrə istinad etməklə yerinə
yetirilməsi müəllimi maraqlandırmır. Müəllim bu zaman öz şagirdlərinə
tam sərbəstlik verir.
Lakin müəllim başqa cür də davrana bilər. Məsələn, o, tapşırığın
müddətlərini, həcmini müəyyən edə, bundan başqa, istifadə edilməli zə
ruri ədəbiyyatları göstərə, plan tərtib olunmasını tələb edə bilər. Bunlarla
yanaşı, müəllim işin təhvil verilməsinin konkret vaxtını müəyyənləşdirə
bilər və xəbərdarlıq edə bilər ki, əgər iş vaxtında təhvil verilməsə, həmin
şagird qeyri-məqbul qiymət alacaqdır. Bununla da o, prosesin bütün
gedişinə nəzarət etmiş olur. Burada hərəkət sərbəstliyi son dərəcə az
olduğuna görə, həmin nəzarət müfəssəl nəzarət adlandırılır.
Sosial nəzarət hər bir cəmiyyətin həyatında dövlət tərəfindən həyata
keçirilən funksiyaların bilavasitə ictimai həyata aid hissəsinin ayrılmaz
tərkib hissəsi qismində çıxış edir. Sivil cəmiyyətləri sosial nəzarətsiz tə
səvvür etmək çətindir. Məhz nəzarətin olduğu yerdə çatışmazlıqlar vax
tında aradan qaldırılır, meydana çıxmaq imkanı olan halların qarşısı
alınır. Nəzarətsiz sosial həyat kompassız gəmini xatırladır.
2. Sosial nəzarətin formaları
Tanzimetmənin normativ metodu və ictimai münasibətlərin etibarlı
mühafizəsi təkcə sosial nəzarət mexanizmlərinin mövcudluğu və
fəaliyyətilə kifayətlənmir. İstər normativ tənzimetmə, istərsə də mühafizə
bu fəaliyyət sahəsinə sistemli yanaşmanı, eləcə də zəruri olan tədbirlərin
kompleks şəkildə həyata keçirilməsini labüd edir.
Artıq yuxarıda deyildiyi kimi, sosial nəzarət özündə institusinal,
dəyər və davranış aspektlərini ehtiva edir. Belə ki, sosial nəzarət fərdlərə
münasibətdə, kiçik sosial qruplarda, böyük insan birliklərində, siniflərdə
və bütövlükdə cəmiyyət miqyasında realizə olunur.
Bundan başqa, həmçinin də qeyd olundu ki, sosial nəzarətin əsasını
din, əxlaq, hüquq, estetika və s. sferaların normalar və dəyərlər sistemi
təşkil edir. Yəni sosial nəzarət normativ tanzimetmənin nəhəng bir poten
sialına söykənir. Belə ki, sosial normalar və dəyərlər sosial nəzarətin ən
mühüm və zəruri komponentləri qismində çıxış edirlər. Bunlar elə norma
və dəyərlərdir ki, onları davranış qaydaları nümunələrinin işlənib hazır
lanması prosesində etalonlar qismində qəbul etmək mümkündür. Məhz bu
3 66
xüsusiyyətlərinə görə də söhbətin sosial nəzarət haqqında getdiyi zaman
həmin norma və dəyərlərə bir qədər başqa nöqteyi-nəzərdən (pozitivi
mənada) yanaşılır.
Sosial normalar və dəyərlər insan davranışında hamılıqla qəbul
olunmuş standartlardan yol verilən yayınmaların hüdudlarını müəyyən
edirlər. Onlar əxlaqi, hüquqi və digər sanksiyaların tətbiq edilməsi üçün
əsas rolunu oynayır və cəmiyyətdə sabitliyin möhkəmlənməsinə xidmət
etməklə, sosiallaşmanın intensivliyini daha da artırırlar.
Sosial nəzarət hər bir sinifli cəmiyyətdə ziddiyyətli xarakterə malik
olur. Çünki müxtəlif sosial qrupların, birliklərin və siniflərin maraqlarını
əks etdirən bir çox davranış normaları bir-birilə üst-üstə düşmür, bəzi
məqamlarda isə onların bir qismi digər qismi rədd edir. Cəmiyyətin bütün
sosial təbəqələrinin köklü maraqlarının üst-üstə düşdüyü cəmiyyətin
mövcudluğunu təsəvvür etmək çətindir.
Sivil cəmiyyətlərdə müxtəlif təbəqələrin davranışının ümumi qayda
larının, əxlaq normalarının, eləcə də sosial nəzarətin dövlət və ictimai
institutlarının bütöv bir sisteminin formalaşmasına baxmayaraq, cəmiy
yətin müxtəlif sosial qrupları arasında bəzi ziddiyyətlər az və ya çox
dərəcədə qalmaqda davam edir. Bütün bunların təsiri altında insanların
davranışına sosial-psixoloji təsirin qüdrətli vasitəsi olan cynicinsli ictimai
rəy formalaşır.
Sosial nəzarət formaları müxtəlif səviyyələrdə həmişə müxtəlif
olmuşdur Artıq qeyd olunduğu kimi, bütövlükdə cəmiyyət səviyyəsində
həm formal, həm də qeyri-formal sosial nəzarət fəaliyyət göstərir. Bu
barədə əvvəlki paraqrafda ətraflı danışıldığına görə, başlığa diqqətin
sosial nəzarətlə bağlı ədliyyə sisteminin fəaliyyətinə yönəldilməsini
məqsədəuyğun hesab edirik.
Molum olduğu kimi, hər bir ölkənin, o cümlədən Azərbaycan Res
publikasının ədliyyə sistemi dövlətin ən mütəşəkkil aparatlarından biridir.
Ədliyyə sistemi konstitusiyaya, konstitusiya qanunlarına, digər qanunlara
və hüquq normalarına ciddi əməl olunmasını rəhbər tutaraq cəmiyyətin
qanunvericilik iradəsinin təcəssümüdür. İnkişaf etmiş hər bir cəmiyyətdə
ədliyyə sistemi sosial nəzarətin hüquq qaydasına və qanunçuluğa əməl
olunmasını təmin edən hissəsinin mərkəzində dayanır.
Ədliyyə sistemi tərəfindən həyata keçirilən sosial nəzarət özünə
məxsus mühüm xüsusiyyətlərə malikdir. Həmin xüsusiyyətlər bir tərəf
dən bu sistemin məqsədləri ilə, digər tərəfdən isə onun təşkili və cə-
3 67
miyyotdəki fəaliyyətilə müəyyən edilir. Qeyd etmək lazımdır ki, ədliyyə
sistemi öz fəaliyyətinin spesifikliyi ilə seçilən qüdrətli sistemlərdən
biridir. Ədliyyə sistemini səciyyələndirən bir sıra spesifiklikləri nəzərdən
keçirək.
Əvvələn, ədliyyə sisteminin və onun ayrı-ayrı orqanlarının fəaliyyəti
dövlət vəzifələrinin həyata keçirilməsilə bilavasitə bağıdır və həmin
fəaliyyət dövlət fəaliyyətinin ayrılmaz tərkib hissəsidir. Ədliyyə siste
minin fəaliyyətinin məzmunu qanunla ciddi reqlamentloşdirilmişdir.
İkincisi, dövlətin məcburiyyət tədbirlərini yalnız bu sistem tətbiq
etməyə haqlıdır. Bu nöqteyi-nəzərdən həmin sistemin əsas həlqəsi olan
ədalət mühakiməsi orqanlarının rolunu qeyd etmək zəruridir. Ədalət mü
hakiməsi məhkəmə orqanları vasitəsilə həyata keçirilir. Azərbaycan Res
publikası Konstitusiyasının 125-ci maddəsinin 1-ci hissəsinə əsasən-
«Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühaki
məsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər». Ölkədə hüquq qay
dası və qanunçuluq rejiminin qorunmasının on optimal şərti də məhz
bundan ibarətdir.
Üçüncüsü, inkişaf etmiş cəmiyyətlərdə ədliyyə sistemi xalqın nəza
rəti altında fəaliyyət göstərir. Ədliyyə sistemi ictimai mənafelərin reali
zəsi məsələlərilə birbaşa əlaqədar olduğuna görə, onun fəaliyyətində
ictimaiyyətin iştirak qaçılmazdır.
Ədliyyə sisteminin orqanları və onların vəzifəli şəxslər öz səlahiyyət
lərinə uyğun olaraq hüquqauyğun davranışın sabitliyini təmin edən
fəaliyyəti həyata keçirirlər ki, bu da cəmiyyətdə ictimai münasibətlərin
möhkəmlən dirilməsində və mühafizəsində son dərəcə mühüm rol oy
nayır.
3. Sosial nəzarətin mərhələləri
Normativ davranış sferası ilə bağlı sosial nəzarətin mahiyyəti və mə
nası fərdlərin və sosial qrupların lazımi davranışının təmin edil-məsindən
ibarət olduğuna görə, normaların müəyyən edilməsinin so-sial nəzarətin
həyata keçirilməsindən əvvəl gəlməsi təbiidir. Lakin norma davranışın
mücərrəd qaydasıdır və onun üçün icra şəxsləndirilməlidir (təşxis edil
məlidir).
Bu şəxsləndirmə (təşxis etmə) sosial nəzarətin hüquqi davranış
sferasında ilk - birinci mərhələsi hesab olunur.
3 68
Hüquqi davranış sferasında sosial nəzarətin birinci mərhələsi konkret
sosial subyektə hüquqlar verilməsindən, yaxud onun üzərinə müəyyən
vəzifələrin qoyulmasından ibarətdir. Sosial subyekt məhz bu mərhələdə
müəyyən ictimai münasibətlər dairəsinə daxil olur. Eyni zamanda da so
sial subyekt zəruri hüquq münasibətlərinin iştirakçısı olur. Bu hüquq mü
nasibətləri konstitusiya, mülki, ailə, əmək, maliyyə, inzibati və s. hüquq
münasibətlərindən ibarət ola bilər.
Sosial subyekt ona verilən hüquqlara və üzərinə qoyulan vəzifələrə
uyğun olaraq bu və ya digər hüquqauyğun hərəkətlər (yaxud belə hərə
kətləri etməkdən çəkinir) edir, yaxud davranış normasını pozaraq hü
quqazidd xəta törədir. Buna görə də sosial nəzarətin ikinci mərhələsi
sosial (hüquq normalarından) normalardan yayınmaların qarşısının alın
masından ibarətdir.
Bununla əlaqədar olaraq hələ keçən yüzilliyin 80-ci illərinin hüquq
ədəbiyyatında haqlı olaraq qeyd olunurdu ki, hüquqi davranış cfcrasında
sosial nəzarətin həyata keçirilməsi həmişə ictimai pozuntuların ele
mentlərinin, onları doğuran səbəblərin və şəraitin aradan qaldırılmasını və
neytrallaşdırılmasını nəzərdə tutmuşdur. Buna isə şübhəsiz ki, həm ümu
mi, həm do fərdi xarakterli profilaktiki tədbirlərin həyata keçirilməsi yolu
ilə nail olunmuşdur.
Hüquqi davranış sferasında sosial nəzarətin üçüncü mərhələsi sosial
normadan yayınmanın baş verdiyi halda zəruri olur. O, hüquq pozuntuları
və digər xətalar faktının aşkar olunmasından və qeyri-hüquqi hərəkətlərə
yol vermiş subyektlərin müəyyən edilməsindən ibarətdir. Bir sözlə, sosial
nəzarətin üçüncü mərhələsi hüquq pozuntularının və digər hüquqazidd
xətaların törədildiyi və ya baş verdiyi zaman meydana çıxır.
Hüquqi davranış sferasında sosial nəzarətin dördüncü mərhələsi törə
dilmiş hüquq pozuntusunun təhlilindən və onun qiymətləndirilməsindən
ibarətdir. Qeyd etmək lazımdır ki, sosial nəzarətin bu mərhələsi zamana
görə bəzi digər, məsələn, hüquq pozuntularının qarşısının alınması
mərhələsini (ikinci mərhələni) qabaqlaya bilər. Hüquqauyğun davranış
zamanı (yəni hər hansı hüquq pozuntusunun və ya başqa xətanın törə
dilmədiyi vaxt) sosial nəzarət üç mərhələ ilə məhdudlaşa bilər. Bu üç
mərhələ subyektin hüquq münasibətlərinə daxil olması, onun hərəkət
lərinin qiymətləndirilməsi və ictimai faydalı nəticələrə nail olunduğu
halda, həvəsləndirmə mərhələsini əhatə edə bilər.
Nəhayət, hüquqi davranış sferasında sosial nəzarətin sonuncu -
369
Dostları ilə paylaş: |