beşinci mərhələsini sanksiyaların tətbiq edilməsi təşkil edir. Sanksiyalar
davranış aktının xarakterindən asılı olaraq müəyyən və tətbiq edilir. Ona
görə də sosial nəzarət prosesində nəticələrin qiymətləndirilməsinə
müvafiq surətdə aşağıdakı sanksiyalar tətbiq edilə bilər:
а) pozitiv - həvəsləndirici sanksiyalar;
б) neqativ - cəzalandırıcı sanksiyalar;
v) hüququ borpaedici sanksiyalar.
Pozitiv-havəsləndirici sanksiyalar hüquqauyğun hərəkətlərin hə-
vəslondirilməsino (mükafatlandırılmasına) və stimullaşdırılmasına yönəl
dilir.
Ncqativ-cəzalandırıcı sanksiyalar cəmiyyətin və dövlətin törə
dilmiş hüquqazidd hərəkətlərə cavab reaksiyası, əvəz tədbiridir.
llüququ bərpacdici sanksiyalar pozulmuş hüquqların müdafiəsi və
bərpası məqsədilə, eləcə də mənfi nəticələrin aradan qaldırılması üçün
<ətbiq edilən sanksiyalardır.
Bütün bunlarla yanaşı, sosial nəzarət sistemi sanksiyaların tətbiqi
zamanı sosial (hüquq normalarının) normaların qüvvəsinin realizə olun
masını təmin edən hüquqi tənzimetmənin yuıidik mexanizminin yekun
laşdırım elementini hərəkətə gətirir.
Hüquqi davranış sferasında sosial nəzarətin mərhələləri, bir qayda
olaraq, müxtəlif səlahiyyətli orqanlar tərəfindən və münasibətlərin müx
təlif sistemlərində həyata keçirilir. Belə ki, hüquqlar verilməsi və vəzifə
lərin həvalə olunması kündəlik əmək, sosial-siyasi fəaliyyət və ailə-məi
şət fəaliyyəti prosesində baş verir. Davranışın təhlili və qiymətləndiril
məsi əsasən qeyri-formal qruplar tərəfindən və yalnız bəzi hallarda
dövlət, o cümlədən hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilir,
hüquq pozuntu-larının qarşısının alınması, onların aşkar olunması və
onlara sanksiyaların tətbiqi inkişaf etmiş dövlət orqanlarının və ictimai
təşkilatların varlığını nəzərdə tutur.
4. Sosial nəzarət və məsuliyyət
Sosial subyekt tərəfindən hüquqi davranışın - hüquqauyğun və ya
hüquqa-zidd davranışın həyata keçirilməsilə bağlı olaraq, hüquqi məsu
liyyətə subyektlə (fərdlə, sosial qrupla, birliklə) sosial nəzarət sistemi
arasında yaranan hüquq münasibətləri kimi baxmaq olar.
3 7 0
Belə ki, hüquqi davranış iki müxtəlif növlü qütbə malikdir. Məsu
liyyətin özü də iki aspektdən - pozitiv və neqativ aspektlərdən təşəkkül
tapır. Pozitiv məsuliyyət subyektin özündə müəyyən sosial əlaqələr
sisteminə daxil olmasını ehtiva edir. Belə əlaqələr isə subyektdən fəallıq
göstərilməsini, ictimai faydalı hərəkətlər edilməsini və qəbul olunmuş
işin optimal nəticələrinə nail olunmasına qayğı ilə yanaşılmasını tələb
edir. Bu, öz əmək funksiyalarını lazımi qaydada yerinə yetirməyə, elmi
vəzifələri, istehsalat vəzifələrini, digər sosial vəzifələri layiqincə həll et
məyə, ətraf mühiti qorumağa, uşaqları yaxşı tərbiyə etməyə, eləcə də
fərdə və ya müəyyən sosial qrupa, birliyə tapşırılmış istənilən işi lazım
olan səviyyədə, cəmiyyət və dövlət tərəfindən tələb olunan keyfiyyətdə
yerinə yetirməyə görə meydana çıxan məsuliyyətdir, hüquq ədəbiy-ya-
tında qeyd olunur ki, belə məsuliyyətin obyektiv məzmunu sosial tə
ləblərə və ictimai ümidlərə müvəffəqiyyətlə nail olunmasının zəminlərini
yaradır.1
Pozitiv məsuliyyətin hüquqi mahiyyətini vəzifə təşkil edir. Bəzi hü
quqşünaslar məhz bu əsasa görə pozitiv məsuliyyət konsepsiyasını
tənqidə məruz qoyaraq təsdiq edirdilər ki, pozitiv məsuliyyət vəzifələr
kateqoriyası ilə müqayisədə yeni heç nə vermədiyinə görə süni məsu
liyyətdir.2 3
Lakin bu zaman nəzərə alınırdı ki, pozitiv məsuliyyət anlayışı
yalnız təkcə vəzifəyə nisbətən daha geniş anlayışdır. Pozitiv məsuliyyət
bir neçə elementdən ibarət olan hüquq münasibətidir.1
Birincisi, məlum olduğu kimi, hər cür hüquq münasibəti ön azı iki
subyektə (tərəfə) malikdir. Bu subyektlərin hüquq və vəzifələri bir-birini
müəyyən edir və tamamlayır. Bu Halda subyekt bu və ya digər tapşırığı
yerinə yetirmək vəzifəsi ilə yanaşı, cəmiyyət və dövlət tərəfindən yardım,
kömək və dəstək də alır. Onun məsuliyyət daşıdığı davranışı ictimai
faydalı və hüquqauyğun davranışdır. Subyekt, buna məsul olan hamıdan
və hər kəsdən müvafiq hərəkətlərin edilməsini tələb etməyə və öz
hərəkətlərini hüquqla müəyyən edilmiş qaydada müdafiə etməyə haqlıdır.
Müvafiq surətdə cəmiyyət və dövlət də müəyyən təşkilatların və vəzifəli
1 Игошев K.E., Ш маров И.В. Социальные аспекты предупреждения правонару
шений. М ., Ю рид.лит., 1980, с.20-29.
2 Братусь С.Щ. Юридическая ответственность и законность. М., Ю рид.лит., 1976,
с. 114.
3 Лейст О.Э. Позитивная ответственность по советскому праву. Вест.М ГУ , 1977,
№ 1, с.7.
371
şəxslərin timsalında nəinki pozitiv məsuliyyətin realizə olunmasını tələb
etməyə haqlıdır, həm də subyektin ictimai faydalı fəaliyyətinə kömək
etməyə borcludur.
İkincisi, pozitiv məsuliyyətin subyektiv elementlərinə diqqət yetir
mək lazımdır. Həmin elementlərdən biri öz vəzifələrini bilməkdən (dərk
ötmək-don) ibarətdir. Bu elementsiz pozitiv məsuliyyət haqqında danış
maq mənasız olardı. Digər element subyektin öz vəzifələrinə müəyyən
münasibət bəsləməsindən ibarətdir ki, bunu da borc hissi, tapşırılmış işi
yaxşı yerinə yetirməyə soy göstərmək, cəmiyyətə və dövlətə lazım olan
son nəticəyə nail olmaq kimi səciyyələndirmək olar.
Pozitiv məsuliyyətin subyektiv elementləri müsbət, ictimai faydalı və
hüquqauyğun hərəkətlərin motivasiyası ilə qırılmaz surətdə bağlıdır.
Özünün vətəndaşlıq, mənəvi və ailə borcunun dərk edilməsi nəinki in
sanların ictimai faydalı və xeyirxah əməllərini, həm də cəmiyyət və
dövlət həyatının ən müxtəlif sferalarında, xüsusən do vətəndaş cəmiyyəti
və hüquqi dövlət quruculuğunda gündəlik sağlam və şüurlu fəaliyyətini
səciyyələndirir. Fərdlərin, sosial qrupların, ictimai birliklərin və digər
sosial qurumların cəmiyyətin xeyrinə olan faydalı işlərdə fəal iştirakı
bütövlükdə cəmiyyətdə sabitliyin qorunmasına və dövlətin daha da möh
kəmlənməsinə xidmət edir. Pozitiv məsuliyyətin mühafizəedici hüquq
münasibətləri sferasındakı rolu qanunun müəyyən etdiyi qadağanlara ar
dıcıl olaraq əməl edilməsinə və deməli, hüquq qaydasının və qanun-
çuluğun təmin olunmasına yardım göstərir.
Tapşırılmış (cəmiyyət və ya dövlət tərəfindən) işə görə pozitiv mə
suliyyətin tələblərindən irəli gələn vəzifələrin sosial subyekt tərəfindən
vicdanla yerinə yetirilməsi hüquqi davranışın sosial nəzarət sistemində öz
müsbət qiymətini alır. Bu qiymət təkcə mənəvi deyil, həm də hüquqi
əhəmiyyət kəsb edir və o, lazımi hallarda hüquqauyğun davranışı stimul
laşdıran mükafatlandırma tədbirləri ilə müşayiət olunur.
Müəyyən edilmiş davranış normalarının, deməli, həm də sosial nəza
rətin tələblərinin pozulduğu halda məsuliyyətin digər forması realizə
olunur. Məsuliyyətin bu forması hüquqauyğun deyil, hüquqazidd dav
ranışla bağlıdır. Belə ki, bu, retrospektiv (neqativ) məsuliyyətdir, Bu za
man müvafiq surətdə cəzaverici və ya (və) hüququ bərpaedici sanksiya
tətbiq oluna bilər (aşağıdakı sxemə bax).
3 7 2
Sosial nzzarot və hüquqi davranışın sxemi
Bu sxem sosial nəzarətlə hüquqi davranış və müvafiq surətdə hüquqi
məsuliyyətin hər iki forması arasında qarşılıqlı əlaqələrin əsas variantları
göstərilmişdir. Görmək çətin deyil ki, pozitiv və neqativ məsuliyyət hü
quqi tənzimetmənin vahid mexanizminin tərəfləri qismində çıxış edirlər.
Onlar həm hüquqauyğun, həm də hüquqazidd davranışa istiqamətləndi
rilmişdir.
373
Dostları ilə paylaş: |