R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə104/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   100   101   102   103   104   105   106   107   ...   131

Xocalı  soyqırımı  1992-ci  il  fevralın  25-dən  26-na  keçən  gecə  baş 
verdi.  Bu  misli  görünməmiş  cinayətin  törədilməsində  erməni  silahlı 
quldur  və  teırorçu  dəstələrinə  366-cı  sovet  hərbi  alayının  şəxsi  heyəti 
yaxından  kömək  edirdi.  Qeyd  etmək  lazımdır  ki,  Xocalı  soyqırımının 
törədilməsində  erməni  və  rus  quldur  dəstələri  ilə  yanaşı  bir  sıra  xarici 
ölkələrin muzdluları da iştirak etmişdir.
Erməni  faşizmi  və  366-cı  rus  alayı  Xocalıda  613  nəfər  dinc  sakini 
amansızcasına qətlə yetirdi. O cümlədən  106 qadın, 83  azyaşlı uşaq, 70 qoca 
cismani  məhvə  məruz  qaldı.  1000  nəfərdən  artıq  əli  silahsız  dinc  sakin 
müxtəlif dərəcəli  xəsarətlər  alaraq  şikəst  oldu,  8  ailə  isə  bütövlükdə  məhv 
edildi.  Xocalı  şəhərinin  56  sakini  xüsusi  qəddarlıq  və  amansızlıqla  diri-diri 
yandırıldı, başlarının dərisi  soyuldu,  gözləri  çıxarıldı, başları  kəsildi,  hamilə 
qadınların qamı süngü ilə deşildi ki, bu vəhşiliyi alman faşizmi ikinci dünya 
müharibəsində törətməmişdi. Bunu yalnız erməni faşistləri və rus şovinistləri 
törədə  bilərdi.  Bu  faciənin  daha  bir  heyrətamiz  və  təəssüf doğurucu  cəhəti 
bütün bu vəhşiliklərə bəşəriyyətin susması oldu...
Xocalı  faciəsinin,  azərbaycanlıların  soyqırımının  təşkilatçıları, 
icraçıları  və  köməkçiləri  məlum  olsalar  da,  onlar  hələ  də  beynəlxalq  tri­
bunal  qarşısında  dayanmadan  azadlıqda  gəzirlər.  Erməni  və  rus  faşist­
lərinin  cinayət  məsuliyyətinə  cəlb  edilməmələri  onları  yeni-yeni  cina­
yətkar qəsdlər törətməyə təhrik edir.  Əgər belə olmasaydı,  Gürcüstan  Ru­
siyanın silahlı müdaxiləsinə məruz qalmazdı.
Göstərmək  lazımdır  ki,  gürcü-abxaz-osetin  qarşıdurması  ilə  bağlı 
törədilmiş  cinayətlərə  görə  860-a  yaxın  cinayət  işi  başlanmışdır.  Həmin 
cinayətlər  gürcülərlə  osetinlər  arasında  baş  vermiş  toqquşmalar  nəticə­
sində  son dərəcə  kəskin  münaqişələr  gedişində  törədilmişdir.  Münaqişəli 
situasiyalar  zamanı  millotlərarası  nifrət  zəminində  30  kütləvi  iğtişaş 
törədilmiş  və  70  qətl  hadisəsi  baş  vermişdir.  Ağır  bədən  xəsarətlərilə 
bağlı  100,  quldurluq  və  soyğunçuluqla  bağlı  138,  dövlətçiliyin  məhv 
edilməsi  üzrə  31  cinayət  hadisəsi  törədilmişdir.  Hələ  bu  da  SSRİ-nin 
tarixində və süqutemə astanasında son cinayət hadisəsi deyildi.
1989-cu  ildə  Özbəkistan  SSR-in  Fərqanə  vadisində  törədilmiş  millət- 
lərarası  münaqişə zamanı  107  nəfər  insan  həlak  olmuş,  90  dövlət obyekti  və 
ictimai  obyekt yandırılmış,  860  yaşayış  evi  darıdılmışdır.  Soyğunçuluq,  qul­
durluq,  dağıntı  ve  insanların  məhvi  1989-cu  il  mayın  I-də  Türkmənistanın 
paytaxtı Aşqabadda,  1990-cı  ildə Tacikistanın paytaxtı  Düşənbədə və  1990-cı 
ilin başlanğıcında Qırğızıstanın Oş şəhərində də baş vermişdir.
4 0 2
Bir  sıra  xüsusilə  ağır  və  böyük  sosial  təhlükəli  cinayətlər  nöqteyi- 
nəzərindən  Azərbaycan  Respublikasında  ümumi  kriminogen  vəziyyəti 
sabit  hesab  etmək  mümkündür.  Məsələn,  terrorçuluq,  dövlət  xadiminə  və 
ya  ictimai  xadimə  qarşı  terror  aktı,  müharibə  təbliğatı,  soyqırım,  hava 
gəmisini  qaçırma,  dövlətə  xəyanət  və  s.  bu  kimi  yüksək  sosial  təhlükəli 
kriminal  əməllərin törədilməsi bir millət olmaq etibarilə azərbaycanlıların 
təbiətinə  yaddır.  Mütəşəkkil  cinayətkarlığa  da  Azərbaycan  cəmiyyətində 
nadir hallarda təsadüf olunur.
Beləliklə,  sosial  anomiya  və  onun  doğurduğu  sosial  və  əxlaqi  dəyər­
lərin  itirilməsi,  aparıcı  sosial-siyasi  ənənələrin  dağıdılması,  eləcə  də 
cəmiyyətin  sosial  strukturunda,  dcviantlığm  artması  və münaqişəli  müna­
sibətlərin  kəskinləşməsi  istiqamətin  məqsədlər  üzərindəki  vasitələrin 
prioritetində tarazlığın  pozulması  sadəcə  olaraq cinayətkarlığın  artmasına 
deyil,  həm  də  bir  çox  sosial  proseslərin  və  münasibətlərin  kriminal- 
laşmasına kömək edən sosial şərtlərdir.
Bilavasitə  cinayətkarlığın  özü,  onun  strukturu,  təsnifatı,  cinayətlərin 
növlərinik  spesifik  xüsusiyyətləri  xüsusi  elmi  fənlərdə  -   Azərbaycan 
Respublikasının  cinayət  hüququnda,  kriminologiyada,  tətbiqi  hüquq  elmi 
olan  kriminalistikada  ətraflı  şəkildə  nəzərdən  keçirilir.  Hüquq  sosiolo­
giyası  üçün  müasir  Azərbaycanın  sosial-iqtisadi  şəraitində  aşağıdakı  əsas 
ənənələrinin  fərqləndirilməsi  vacibdir:
1)  bəzi  kateqoriya  cinayətlərin  (məsələn,  narkotik  vasitələrin  və 
psixotrop  maddələrin  qanunsuz  dövriyyəsinin,  narkobiznesin,  oğurluğun, 
soyğunçuluğun,  quldurluğun  və  s.)  artması  və  onun  azğın  və  yüksək  so­
sial  təhlükəli  cinayətlərin  sayının  çoxalması  tərəfinə  struktur  cəhətdən 
irəliləməsi;
2)  cinayətlərin  (zorakılığın,  soyğunçuluğun,  quldurcasına  basqının, 
banditizmin, terrorçuluğun və s.) tamah  istiqamətinin artması;
3) cinayətkarların intellektual və peşəkarlıq səviyyəsinin yüksəlməsi;
4)  avtonəqliyyat  cinayətlərinin  (xüsusən  də  avtonəqliyyat  xuliqan- 
lığının, avtonəqliyyatı  sərxoş vəziyyətdə  idarəetmonik və s.) artması;
5) narkotik  vasitələrin və psixotrop maddələrin  qanunsuz dövriyyəsi, 
göndərilməsi,  becərilməsi,  daşınması,  emalı,  istehlakı  və  s  ilə  bağlı 
cinayətlərin dinamikasının yüksəlməsi;
6)  narkobizneslə  məşğul  olan  cinayətkar  dairələrin  xarici  ölkələrdə 
fəaliyyət göstərən tərəfdaşları  ilə cinayətkar əlaqələrinin genişlənməsi;
7)  Azərbaycan  Respublikası  ərazisinin  20  faizinin  işğalı  nəticəsində
4 0 3


ölkənin  nəzarətindən  tam  kənarda  qalmış  həmin  regiondan  cinayətkar 
birliklərin  özlərinin  müxtəlif  məqsədləri  üçün  (narkotik  vasitələrin 
becərilməsi, daşınması, emal edilməsi və s.) istifadə etməsi.
Müasir  Azərbaycanda  cinayətkarlığın  əsas  ənənələri  məhz  yuxanda 
göstərilənlərdən  ibarətdir.  Əlbəttə  ki,  həmin  ənənələr  nisbi  səciyyə 
daşıyırlar.
Qeyd  etmək zəruridir ki,  ölkədə yeni  iqtisadi  münasibətlərin  inkişafı 
və  getdikcə  yeni  müasir  formalar  əldə  etməsi,  işsizliyin  hələ  də  qalması, 
azadlıqdan  məhrumetmə  yerlərindən  azad  olunmuş  şəxslərin  cəmiyyətə 
sosial  adaptasiyasında  mövcud  olan  çətinliklər  və  s.  bu  kimi  hallar  da 
cinayətkarlığın vəziyyətinə ö mənfi təsirini göstərir.
Hər  bir  cəmiyyətdə  və  sivil  ölkədə,  o  cümlədən  də  Azərbaycanda 
cinayətkarlıqda onun xarakteristikasının aşağıdakı  iki qrupu fərqləndirilir:
1)  cəmiyyətdə cinayətkarlığın necə  fəaliyyət  göstərdiyini  əks  etdirən 
xarici xarakteristika;
2)  cinayətkarlığın  bu  və  ya  digər  strukturunu  doğuran  daxili  xa­
rakteristika;
Cinayətkarlığın xarici xarakteristikası  qrupuna aşağıdakılar aiddir:
а) cinayətlərin ümumi yayılması miqyası;
б) cinayətkarlığın motivasiyası;
v) cinayətlərin müxtəlif kateqoriyalarının sosial istiqaməti;
q) cinayətlərin sosial təhlükəliliyi.
Cinayətkarlığın daxili  xarakteristikası qrupu onun  sabitlik dərəcəsini, 
fəallıq səviyyəsini və mütoşəkkillik və peşəkarlıq keyfiyyətini əhatə edir.
Cinayətkarlığın  xarici  və  daxili  xarakteristikası  qrupları  müxtəlif 
sosial  məkanda  özünəməxsus  spesifik  struktur  göstəriciləri,  artım  səviy­
yəsi  və  dinamikası  ilə  təzahür  edir.  Artıq  göstərildiyi  kimi,  cinayətlərin 
elə  kateqoriyaları  vardır  ki,  onların  törədilməsinə  Azərbaycan  cəmiyyə­
tində  az-az  hallarda  təsadüf olunur.  Əksinə,  həmin  kateqoriya  cinayətlər 
başqa  ölkələrin,  o  cümlədən  MDB  məkanına  daxil  olan  dövlətlərin  əra­
zisində adi hallardan birinə çevrilmiş hadisələr kimi təzahür edirlər.
Məsələn,  mütəşəkkil  cinayətkarlığın,  «alkoqollu  biznes»in,  qeyri- 
leqal  cinayətkar  təşkilatların  yaradılması  ilə  bağlı  cinayətlərin,  residiv 
cinayətkarlığın  artım  səviyyəsi  Rusiya  Federasiyasında  daha  yüksəkdir. 
Burada mütəşəkkil  cinayətkarlığın hakimiyyət  strukturları  ilə əlaqələrinin 
dərinləşməsi  korrupsiya  ilə  bağlı  cinayətlərin  artmasına  daha  münbit  şə­
4 0 4
rait  yaradır.1  Məhz  bunun  vasitəsilə  də  hakimiyyətə  təzyiqlərin  on 
müxtəlif formalarından cinayətkar məqsədlərlə istifadə olunur.
Yeni  iqtisadi  və  siyasi  münasibətlərin  formalaşması  və  inkişafı  şə­
raitində  mafıya  (qeyri-leqal  mütəşəkkil  cinayətkar  strukturlar)  daha 
yüksək artım və inkişaf imkanları  əldə etmişdir.2 Müəyyən rahatlıq hissilə 
qeyd  etmək  olar  ki,  Azərbaycan  cəmiyyəti  yuxarıda  göstərilən 
cinayətlərin  strukturuna və dinamikasına görə MDB  ölkələri  içərisində ən 
sonuncu yerlərdən  birini  tutur.  Ölkəmizin  son  10  il  ərzində nəzərə çarpan 
dinamik  sosial-iqtisadi  sürəti,  möhkəm  siyasi  sabitliyin  hökm  sürməsi, 
yoxsulluğu  tamamilə  aradan  qaldırılması  istiqamətin  aparılan  məqsəd­
yönlü  sosial  siyasət  və  xüsusilə  do  xarici  siyasət  sferasında  əldə  olunan 
uğurlar  Azərbaycanı  dünyanın  inkişaf etmiş  dövlətləri  sırasına  ən  yaxın 
gələcəkdə qalxacağının bariz nümunəsidir.
4.  Dünyada cinayətkarlığın inkişaf proqnozu
Sakinləri  olduğumuz  planetdə  cinayətkarlığın  inkişafı  Birləşmiş 
Millətlər  Təşkilatının  ekspertləri  tərəfindən  proqnozlaşdırılır.  Həmin 
ekspertlər cinayətkarlığın  qarşısının  alınması  və ona  nəzarət  üzrə  Avropa 
İnstitutunun  tərkibinə  daxildirlər.  Belə  proqnozlaşdırma  Dünyanın  müx­
təlif  dövlətlərində  cinayətkarlıq  haqqında  məlumatların  icmalı  əsasında 
həyata keçirilir.
Ekspertlərin  təqdim  etdikləri  konkret  proqnozlar  son  dərəcə  nisbi 
xarakter  daşıyırlar,  çünki  Avropa  İnstitutunun  əldə  etdiyi  məlumatlar 
natamam  səciyyəyə malikdirlər.  Əvvələn  ona görə ki,  Birləşmiş  Millətlər 
Təşkilatına  törədilmiş  cinayətlər  haqqında  məlumatları  dünyanın  heç  do 
bütün  dövlətləri  təqdim  etmirlər.  İkincisi,  latent  cinayətkarlığın  səviyyəsi 
dünyanın  demək  olar  ki,  hər  yerində  yüksək  olduğuna  görə,  cinayətkar­
lığın  artım  səviyyəsini,  strukturunu  və  dinamikasını  dəqiq  müəyyən 
etmək qeyri-mümkündür.
Bununla  belə,  dünyada  cinayətkarlıq  üzrə  sosioloqları  öz  proqnoz­
larını  işləyib  hazırlayır  və  zəruri  olan  məqamlarda  təqdim  edirlər.  Məhz 
həmin  proqnozlardan  aydın  olur  ki,  dünya  miqyasında,  onun  ayrı-ayrı
1  Юридическая социология:  Учебник,  M.,  НОРМЛ-ИНФРА,  2000,  c.254-255.
2  Крыштановская  О .В.  Нелегальные  структуры  в  России  //  Социалистические 
исследования,  1995, № 8, с.96.
4 0 5


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə