ьЬЬя« t-.h!{şj.:nü ili*"""*-,. ;;....................və sanki cinayət vasitəsilə
adi insanlar üçün əlçatmaz olan yüksək həqiqətin üstü açıla bilər.
Cinayətin ckzistensial funksiyası bundan ibarətdir ki, insan məhz
onun vasitəsilə xeyir, ədalət və insanlıq tərəfinə meyl etdikdə həmin
situasiya çərçivəsində kim olduğunu dərk edə bilir. Bu çərçivədən
kənarda olan insan sanki qaranlıq bir aləmə düşür və daxilən zəhərlənir.
Beləliklə, cinayətkarlığın sosial mahiyyətinin nədən ibarət olduğu
sualına əvvəllər verilmiş təriflərin demək olar ki, hamısı əsasən empirik
səciyyə daşımışdır. Cinayətlər, onları digər hadisələrdən fərqləndirən öz
spesifik cəhətlərinə malikdirlər. Bütün cinayətlər üçün ümumi olan
başlıca cəhətlər ondan ibarətdir ki, hər bir cinayətkar
əməl sosial təhlükəli
kriminal hərəkətdir; cinayətkarlıq sosial təhlükəli hadisədir; cinayət
hüquqaziddilik əlamətinə malikdir; cinayətkarlıq cinayət-hüquqi hadisə
dir; cinayətkarlıq - bu, cinayətkar əməllər törədən şəxslərin kriminal
birliyini təşkil edən sosial bəladır.
Deməli, cinayətkarlıq cəmiyyətin məhsulu olub, onun müxtəlif
sferalarını və ictimai münasibətləri təcəssüm etdirir. Cinayətkarlıq cyııi
zamanda da özünəməxsus spesifik xüsusiyyətlərə və nisbi müstəqil bütöv
hadisə kimi öz inkişaf qanunauyğunluqlarına malikdir.
ilər bir cinayətkar qəsdin obyektiv analoqu xudpəsənd hesablaşma
əsasında hamı əleyhinə fərdin özü uğrunda mübarizəsindən ibarətdir.
Belə təzahürlərin çoxluğu haqqında məlumatlara əsaslanaraq, alman
mütəfəkkiri F.Engels onu «sosial müharibə»1 kimi xarakterizə edirdi.
Çünki o, «sosial müharibənin» bu növünü «qaydaya hörmətsizliyin ifrat
təzahürü» adlandırır və göstərirdi ki, onun əsasını sırf xudpəsənd hesab
laşma təşkil edir.
3. Müasir Azərbaycanda cinayətkarlığın vəziyyəti
Hüquqşünas-alimlərin böyük əksəriyyətinin mövqeyinə görə cinayət
karlığın əsasını, hər
şeydən əvvəl, aşağıdakı sosial amillər təşkil edir:
1) sosial-iqtisadi inkişafın səviyyəsi;
2) fərdi və qrup iqtisadi özünürcalizə üçün şəraitin vəziyyəti;
3) cəmiyyətin siyasi sisteminin inkişaf səviyyəsi;
4) sosial-siyasi azadlıqların və sosial-hüquqi nəzarətin inkişaf dərəcəsi;
1 Маркс К., Энгельс Ф. Сочинение, т.2, с .364.
396
5) vətəndaşların sosial hüquqları və onların realizə olunması müm
künlüyü;
6) sosial münaqişələrin olması və onların həlli yolları;
7) cəmiyyətin sosial diferensiasiyası dərəcəsi;
8) fərdlərin özünürcalizəsinin mümkünlüyü və s.
F.Y.Səməndərov yazır ki, kriminologiya elmi cinayətkarlığın sosial
varlıqla bağlılığını qəbul edir. Sosial münasibətlər çoxcinsli və kompleks
xarakterlidir. Sosial münasibətlər ıoakro və mikro aləmdə funksional
təsirini yaşadır. Markoaləmdə insanın cəmiyyətlə və döviotlə belə mü
nasibətləri, onun sosial mövqeyini müəyyən edən istehsal münasibət
ləridir. İnsan hüquqlarının kobud surətdə pozulması, cəmiyyətə baha başa
gəlir, belə vəziyyət cinayətkarlığın yüksək sürətlə artmasına yol açmış
olur. Mikroaləm səviyyəsində sosial münasibətlər çoxçcşidlidir. Şəxsiy-
yətlərarası münasibətlər bütün bu münasibətlərlə bağlı olur. Burada
aparıcı münasibətlər ailə ilə, yaxınlarla və tanışlarla bağlı olur. Bu sahədə
insanların maraqları daha tez-tez toqquşur, kəskin münaqişələr yaranır və
bu da cinayətkarlıq üçün qidalandırıcı mühit olur.1
Müasir şəraitdə hər hansı sivil cəmiyyətdə cinayətkarlığın vəziyyə
tini cinayət-hüquqi şüurun vəziyyətindən ayrı təsəvvür etmək çətindir.
Təsadüfi deyildir ki, hazırda dünyanın inkişaf etmiş ölkələrində sosial-
siyasi problemlərin və onların gələcək perspektivlərinin proqnozlaşdırıl-
masında kütləvi şüur və ictimai rəy tədqiq edilərkən «şüurun vəziyyəti»
məsələsinin öyrənilməsi ön plana çəkilir və həmin anlayışdan daha geniş
istifadə olunur.
Hüquq ədəbiyyatında qeyd olunur ki, ...cinayət-hiiquqi şüurun təd
qiqində əhalinin cinayət-hiiquqi informasiya ilə təchiz edilməsinin
vəziyyətini, onun nə qədər səlahiyyətli olmasını öyrənmək zəruri məsələ
kimi qarşıya çıxır. Cinayət-hiiquqi informasiya insanın sosial-hüquqi
sahədə davranış fəallığını təmin edən mühüm amillərdəndir. Zəruri in
formasiya xidməti hüququn yaradıcı funksiyasının həyata keçirilməsinin
həqiqi aləti kimi çıxış edir. Cinayət-hüquqi informasiya cinayət hüququ
nun müəyyən etdiyi qaydalara riayət etməyə, qanuna hörmət hissinin
tərbiyə edilməsinə, inkişaf etmiş cinayət-hüquqi təfəkkürün formalaş-
1 Səm əndərov F.Y. Kriminologiya. Ümumi hissə: Dərs vəsaiti. Bakı, “Hüquq ədəbiyyatı”,
2 0 0 3 , s.97-98.
3 9 7