R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə105/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   101   102   103   104   105   106   107   108   ...   131

regionlarında  vo  bir  sıra  ölkələrdə  cinayətkarlığın  vəziyyəti  hələ  ki, 
narahatlıqlar  doğurur.  Bəşəriyyət  XII  yüzilliyə  məhz  cinayətkarlığın 
artım  sürətinin  yüksək  olması  göstəricisi  ilə  qədəm  qoymuşdur.  Belə 
güman  edilir  ki,  dünyada  il  ərzində  cinayətkarlığın  artımı  2-5  faiz 
hüdudlarındadır.
Dünyada  cinayətkarlığın  dəqiqləşdirilən  orta  əmsalı  6-8  min  hüdud­
larında,  cinayətkarların  yer  üzündəki  sayının  isə  100  min  olacağı 
proqnozlaşdırılır.  Beləliklə,  əgər  2011-ci  ilə  doğru  Yer  kürəsi  əhalisinin 
sayı  7 milyard 500 milyondan artıq olacaqdırsa (demoqraflarm ehtimalına 
görə,  ancaq  il  ərzində  qeydə alınmış  cinayətlərin  sayının  600-700 milyon 
olacağı  (latent  cinayətkarlıq  da  nəzərə  alınmaqla  bu  rəqəmlər  2-3  dəfə 
arta  da  bilər)  proqnozlaşdırılır.  Burada  əsas  təhlükəlilik  ondan  ibarətdir 
ki, cinayətkarlığın artım sürəti əhalinin artım sürətini xeyli üstələyir.
Bundan  başqa,  planetdə  cinayətkarlığın  keyfiyyət  vəziyyətində 
dəyişikliklər  baş  verir  ki,  bu  da  bir  sıra  proseslərin  meydana  çıxması  ilə 
müşayiət  olunur.  Belə  ki,  cinayətkarlığın  vəziyyətində  baş  verən 
keyfiyyət  dəyişiklikləri  dünyanın  kriminogen  mənzərəsini  bir  qədər  də 
mürəkkəbləşdirir  vo  bu  da  şübhəsiz  ki,  cinayətkarlıqla  həm  milli  və 
transmilli,  həm  də  bcynəlxalq-hüquqi  mübarizənin  xeyli  dərəcədə  çətin- 
ləşməsinə səbəb olur.  Belə proseslərə aşağıdakıları  aid etmək olar:
1)  latent cinayətkarlığın  səviyyəsinin artması  vo daha geniş miqyasda 
yayılması;
2)  cinayətkarlığın  artım  sürəti  istiqamətində  məhkumluğun  sayının 
xeyli  aşağı  düşməsi;
3)  cinayət  ədalət  mühakiməsinin,  cinayət  ədliyyəsinin  humanistləş­
din lmosinin vo demokratikloşdirilmosinin daha çox müşahidə olunması;
4)  cinayətkarlıqda  struktur-keyfiyyət  dəyişikliklərinin  (cinayətkar­
ların  intellektual  səviyyəsinin  yüksəlməsi,  xırda  cinayətkar  qrupların 
tədricən  cinayətkar  təşkilatlara  və  birliklərə  çevrilməsi,  mütəşəkkilliyin, 
texniki  təchizat  sisteminin  təkmilləşdirilməsi,  cinayətkar  qruplann silah­
lanmasının  sürətlənməsi,  adi  cinayətkarların  iri  cinayətkar  dəstələrə cəlb 
olunaraq  peşəkar  cinayətkarlığın  tələbatlarına  uyğunlaşdırılınası  və  s.) 
baş verməsi və s,
Dünya  sosioloqları  XXI  yüzilliyin  ilk onilliyi  ərzində  cinayətkarlığın 
belə  keyfiyyət  dəyişikliklərini  planetdə  baş  verən  sosial-iqtisadi,  siyasi, 
demoqrafik  vo hüquqi  proseslərlə  əlaqələndirirlər.  Onların fikrincə, sosial 
və  elmi-texniki  tərəqqi,  informasiya  cəmiyyətinin  inkişaf sürəti,  habelə
4 0 6
bu  inkişaf sürətinin tədricən müasir bilik cəmiyyətinə keçidin  elmi-nəzəri 
zəminlərinin  formalaşmasına  müsbət  təsiri,  texnoloji  proseslərin  getdikcə 
təkmilləşdirilməsi  fonunda  təbii  olaraq  cinayətlərin  də  yeni-yeni 
formalarının  təzahürünü  şərtləşdirir.  Eyni  zamanda  da  planetin  ayrı-ayrı 
regionlarında  iqtisadi  və  siyasi  böhranların  hələ  do  qalmaqda  davam 
etməsi  şəraitində  vo  bunun  doğurduğu  sosial  nəticələrin  (işsizliyin  art­
ması, ərzaq  çatışmazlığı  və yoxsulluğun  artması) meydana çıxması dünya 
miqyasında real  cinayətkarlığın  getdikcə artmasına təsirsiz ötüşmür.
Son  illər  xüsusən  də  inkişaf etmiş  ölkələrdə  iqtisadi  fəaliyyət  sahə­
sində  törədilən  cinayətlərin  sayı  artmış,  tamah  vo  mütəşəkkil  cinayətkar­
lığın  dinamikasında  intensiv  artım  müşahidə  olunmuşdur.  Bəzi  ölkələri 
bürümüş  iqtisadi  böhran  intihar  etmə  (özünüöldürmə)  cinayətlərinin 
çoxalmasına  səbəb  olmuşdur.  Narkotiklorin  alveri  ilə,  terrorçuluqla  və 
narkobizneslə  bağlı  cinayətlərin  dinamikasında  isə,  ümumiyyətlə,  az  da 
olsa, azalma müşahidə olunmamışdır.
Hakimiyyət  uğrunda  mübarizədə  siyasi  rəqiblər  əleyhinə  istifadə 
edilən  sifarişli  qətllərik  sayı  xeyli  artmışdır.  Kölgəli  iqtisadiyyatın  gətir­
diyi qanunsuz  gəlirlərdən, cinayətkar yolla əldə olunan  pul  vəsaitlərindən 
əsasən  silahlanma  sferasında  istifadə  olunur.  Qanunsuz  əldə  olunan  si­
lahlardan  dövlətlərarası,  millətlərarası  və  regional  siyasi-hüquqi  münaqi­
şələrdə istifadə olunur, terrorçu dəstə vo qruplar sürətlə silahlandırılırlar.
Ekspertlərin  proqnozuna  görə  zorakı  cinayətlərin  il  ərzində  5  faiz 
artması  ehtimal  olunur.  Mütəşəkkil  cinayətkarlığı  hakimiyyətin  bütün 
budaqlarına  mənsub  olan  vəzifəli  şəxslərin  korrupsiya  hərəkətləri  ilə 
əlaqələri  genişlənməkdə davam edir.
Mütəşəkkil  cinayətkarlığın  öz  fəaliyyət  istiqamətini  ən  yaxın  gə­
ləcəkdə  bir qədər  dəyişdirəcəyi  proqnozlaşdırılır.  Belə  ehtimal  olunur  ki, 
Avropanın,  ABŞ-ın,  Yaxın  Şərqin  və  Baltikyanı  regionun  cinayətkar 
təşkilatları  ilə beynəlxalq  əlaqələr daha da genişləndiriləcəkdir.
Verilən  proqnozlara  uyğun  olaraq  dünyanın  ayrı-ayrı  dövlətlərinin 
siyasi  elitasında  kriminal  əlaqələr  zəifləməsə  də,  onların  latentliyi  arta­
caqdır.  Ekspertlərin  fikrincə,  bu  növ  cinayətlərə  görə  ifşactmə  və 
cəzalandırma xüsusi xarakter daşıyacaqdır.
Proqnozların  şəhadətinə görə dünyada baş verən rcsidiv cinayətkarlıq 
azalmayacaqdır.  Gənclər arasında  cinayətkarlığın  artma  ənənələri  davam 
edəcəkdir.  Xüsusən  do  gənclər  arasında  tamah  cinayətləri  ildə  12-13 
faizədək artacaqdır.  Devinat  davranışın  artım  səviyyəsi  qızlar və  qadınlar
40 7


arasında  daha  qabarıq hiss  ediləcəkdir.  Onların  seksual  istismar problemi 
nəinki  azalmayacaq,  xüsusən  də  yetkinlik  yaşma  çatmayanlar  arasında 
daha da kəskinləşəcəkdir.
Təbii bir sual meydana çıxır: planetdə yaranmış bu situasiyadan çıxış 
yolları mövcuddurmu?
Fikrimizcə,  belə  yollar  mövcuddur.  Cinayətkarlığın  qarşısını  hə­
mişəlik  almaq  mümkün  olmasa  da,  onun  sayının  azalmasına,  cinayətləri 
doğuran  səbəblərin  və  şəraitin  qarşısının  vaxtında  alınmasına  nail  olmaq 
yolları  yox  dərəcəsində  deyildir.  Buna  heç  olmasa  minimum  səviyyədə 
nail  olmaq  üçün  yeni  fəlsəfə  və  cinayətkarlıqla  mübarizənin  mükəmməl 
strategiyası  lazımdır.  Ola bilsin ki,  ilk növbədə cinayət-prosessual qanun­
vericiliyin təkmilləşdirilməsindən başlamaq daha məqsədəuyğun olardı.
Cəmiyyət  üzvlərində  yeni  hüquq  düşüncəsinin  və əxlaqı'  düşüncənin 
formalaşdırılması,  yeni  sosial  dəyərlərin  qavranılması  ilə  bağlı  mənəvi 
şüurun  tərbiyə  olunması  da  fikrimizcə,  faydalı  olardı.  İqtisadi  cəhətdən 
inkişaf etmiş  ölkələrdə  işsizliyin  sayının  azaldılması  məqsədilə  yeni  sə­
naye  müəssisələrinin  yaradılması  da  bu  sahədə  az  əhəmiyyət  kəsb  et­
məzdi.
Nəzərə  almaq  lazımdır  ki,  demokratiya  istənilən  cəmiyyətdə  cina­
yətkarlığa  nəzarət  etməyə  qadirdir.  Lakin  onun  qüdrətli  sosial-hüquqi 
nəzarət  sistemini  dəqiq  formalaşdırması  və  bu  sistemi  müntəzəm  olaraq 
təkmilloşdirməsi zəruridir.
4 0 8
ON  BİRİNCİ  FƏSİI
KRİMİNAL ŞƏXSİYYƏT
I.  Kriminal şəxsiyyət probleminə antropoloji və 
bioloji yanaşma
Hüquq  elmində  öz  hikməti  ilə  dillər  əzbəri  olan  və  buna  görə  də 
həmişəyaşar olan, hətta prinsipial  müddəa səviyyəsinə qalxan aksiomların 
sayı  az  deyildir.  Məsələn,  «cinayət  qanununda  nəzərdə  tutulmayan  əməl 
(hətta  təhlükəli  olsa  da)  cinayət  hesab  oluna  bilməz»,  «törədilmiş  bir 
cinayətə  görə  yalnız bir cəza  təyin  edilə  bilər»,  «cinayət  olan  yerdə cəza 
da  var»  və  s.  bu  kimi  aksiomlar  ən  azı  hüquqşünasların  yaddaşına 
möhkəm  həkk  olmuşdur.  Bəs,  cinayətkar  kimdir?  Nə  iiçiin  törədilmiş 
sosial təhlükəli  əmələ görə hüquqi  şəxs (təşkilat, şirkət,  firma  və s.) deyil, 
yalnız  fiziki  şəxs  (fərd,  insan)  cinayət  məsuliyyətinə  cəlb  oluna  və 
qanunla cəzalandırıla bilər?
Cinayətin harada, hansı  şəraitdə, nə səbəbə görə törədilməsindən asılı 
olmayaraq,  cinayət  qanununu  və  hüququ  tətbiq  edəni  ilk  növbədə 
cinayətin  kim  tərəfindən  törədilməsi  sualı  maraqlandırır.  Həmin  «kim» 
isə şübhəsiz ki,  hər hansı  qurum və ya təsisat deyil,  yalnız canlı  insan  ola 
bilər.  Yalnız  təqsirkar  insan  müəyyən  edildikdən  sonra  cinayət  işi  (izrə 
bütün  digər  zəruri  hallar  aydınlaşdırılır.  Məhz  bu  nöqteyi-nəzərdən  belə 
bir  yuridik  aksiom  öz  təcəssümünü  tapır:  «Əgər  o,  cinayətkardırsa, 
deməli,  cinayət  törədilmişdir»,  «əgər  cinayətkar  yoxdursa,  deməli,  cina­
yət  də  törədilməmişdin).  Ona  görə  də  «cinayətkar  kimdir»  sualı  iki 
cavabın  verilməsini  tələb  edir.  Birincisi,  cinayəti  törətmiş  fərdin  şəxsiy­
yəti  müəyyən  edilməli,  ikincisi  isə,  törədilmiş  cinayət  tədqiq  edilməlidir. 
Cinayətkarın  müəyyən  edilməsi  törədilmiş  sosial  təhlükəli  əməlin  tədqi­
qini,  cinayətin  müəyyənləşdirilməsi  isə  cinayətkarın  aşkar  olunmasını 
labüd edir.
Kriminal  şəxsiyyət  problemi  eyni  vaxtda  bir  neçə  hüquq  sahələri  -  
cinayət  hüququ,  kriminologiya,  hüquqi  psixologiya  və  hüquq  sosiolo­
giyası  tərəfindən  tədqiq  edilir.  Kriminal  şəxsiyyətin  tədqiqinin  təkcə 
hüquq  nəzəriyyəsi  deyil,  hüquqi  praktika  üçün  də böyük  əhəmiyyəti  var­
dır.  Cinayətkarın  şəxsiyyətinin  öyrənilməsi  cinayətin  motivlərini,
4 0 9


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə