R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə106/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   102   103   104   105   106   107   108   109   ...   131

cinayətkarın dünyagörüşünü və cinayətlərin ümumi qanunauyğunluqlarını 
müəyyən  etməyə kömək edir.'  Kriminal davranışın mənəvi-şəxsiyyətli və 
sosial  əsaslarını  təhlil  edən  L.V.Kondratyukun  yazdığı  kimi,  «insan 
nəinki  maddi,  həm  də  mənəvi  bir  varlıq  kimi  öz  hərəkətlərinin  səbobli 
«təminində»  müəyyən  sərbəstliyə  malikdir.  Mühitdən  asılı  olmayan 
səbəblərin əsası olmaq qabiliyyəti  insanın mənəvi potensiyası ilə şərtləşir. 
Həmin  potensiya  isə  öz  təkamül  qanunlarına  malikdir.  Ciddi  desək, 
«cinayətkarın  şəxsiyyəti»  yoxdur,  ona  gərə  ki,  «qeyri-cinayətkarın  şəx­
siyyəti» yoxdur».2
Məlumdur ki,  müsbət  sosial  yönümlər və bəzi zəruri  tələbatlar insan 
həyatını  dəyərlər  və  mənalarla  zənginləşdirir.  Bu  isə  təbii  haldır,  çünki 
belə  məna  və dəyərlər olmadan normal  insan mövcud ola  bilməz.  Hüquq 
normalarının tətbiqi nöqteyi-nəzərindən sosial yönüm aşağıdakı iki cəhətə 
malikdir:
1)  cəmiyyətdə  hamılıqla  qəbul  olunmuş  qaydalara  əməl  edilməsi 
istiqamətində qanuna itaətli sosial yönüm;
2)  sosial  normalardan (hüquq normalarından) yayınma, yaxud onlara 
əməl etməmoklə bağlı olan kriminal sosial yönüm.
Hər  bir  normal  fərdin  davranışı  onun  sosial  yönümündon  asılıdır. 
Məhz buna görə də məhkəmə prosesində təqsirləndirilən şəxsin antisosial 
yönüm  dərəcəsinin  nəzərə alınması  vacibdir.  Cinayət qanununun tələbinə 
görə,  məhkəmə  nəinki  törədilmiş  sosial  təhlükəli  kriminal  əməlin 
xarakterini  və  təhlükolilik  dərəcəsini,  eyni  zamanda  da  təqsirləndirilən 
fərdin şəxsiyyətini nəzərə almağa borcludur.
Cinayətin  törədilməsində  təqsiri  olan  insanın  şəxsiyyətinin  müfəssəl 
öyrənilməsi  ibtidai  istintaqa  və  cinayətin  açılmasına,  son  nəticədə  isə 
obyektiv  həqiqətin  müəyyən  edilməsinə  kömək  edir.  Bunu  ekspertlərin 
cinayətin  törədilməsində  şübhəli  bilinən  şəxslərin  xüsusi  psixoloji  port­
retlərini  tərtib  etmələri  də  təsdiq  edir.  Məhz  belə  portretlərin  tərtib  edil­
məsi  cinayətkarların  axtarışında  əhəmiyyətli  rol  oynayır.  Deməli, 
cinayətkarın  şəxsiyyətinin  öyrənilməsi  həm  cinayətlərin  motivlərinin, 
həm  do  cinayəti  törətmiş  subyektin  müəyyən  edilməsinin  zəruri  şərtidir, 
Bəs,  cinayətkarın  şəxsiyyəti  dedikdə,  nə  başa  düşülür,  şəxsiyyətin  hansı 
zəruri xüsusiyyətlərini müəyyənləşdirmək nəzərdə tutulur.
1 Касьянов B .B.,  Нечипуренко B .H .  Göst.kitab,  s.310.
2  Кондратюк  Л.В.  Антропология  преступления  /микрокриминология/.  М.,  2001, 
с.337.
410
Bu  suala  müasir kriminologiya  elmi  cavab  verir.  F.Y.Səməndərovuıı 
fikrincə,  cinayətkarın  şəxsiyyəti  dedikdə,  neqativ  sosial  əhəmiyyətli 
xüsusiyyətlərin  məcmusunu  ifadə  edən,  habelə  xarici  mühitin  şərait  və 
amilləri  ilə  əlaqəli  şəkildə  kriminal  davranışın  xarakterinə  təsir göstərən, 
törədilən  cinayətdə  təzahür  edən  cəmiyyətəzidd  yönümə  malik  cinayət 
törədən  şəxsin  sosial-psixoloji  tərəfi  başa  düşülür.1  Bu  tərifdən 
göründüyü  kimi,  deməli,  insanın  sosial-dcmoqrafık,  mənəvi  və  psixoloji 
xarakteristikasını  dərindən  öyrənmədən,  insanı  və  onun  davranışını,  o 
cümlədən cinayətkar davranışını başa düşmək qeyri-mümktindür.
Cinayətkarın  şəxsiyyətinin  öyrənilməsi  zamanı  bir  sıra  elmlərin 
metodikasından  və  nailiyyətlərindən  istifadənin  zəruriliyi  heç  do  təsadüfi 
tövsiyə deyildir.  Elmi-nəzəri  tədqiqatların  nəticələri  və  istintaq-məhkəmə 
təcrübəsinin  ümumiləşdirməlori  şəhadət  verir  ki,  cinayətkarın  şəxsiyyə­
tinin  öyrənilməsi  prosesində  fəlsəfi,  sosioloji,  psixoloji,  etik,  iqtisadi, 
demoqrafik,  hüquqi  və  psixiatrik  müddəalardan  istifadə  olunması  və 
adlan çəkilən elmlərin metodikasının tətbiqi zəruridir.
Cinayətkar  -   bu,  yönümlərində  və  davranışında  cinayət  qanuıuı  ilə 
təqib  olunan  pozucu  komponentlərin  üstünlük  təşkil  etdiyi  insandır. 
Cinayət  törətmiş  insan  kriminal  əməlin  fiziki,  mənəvi,  ekzistensial  və 
metafizik  nəticələrini  daşımağa  məcburdur.  Fəlsəfi  təriflər  nöqteyi- 
nəzərindən  cinayətkar  iki  əsas  müstəvi  üzərində  özünü  büruzə  verir. 
Birincisi, o, empirik fərddir.  İkincisi  isə, metafizik şəxsiyyətdir.
Kriminal  şəxsiyyət  həmişə  müəyyən  bir  fəaliyyətin  (neqativ 
istiqamətli  fəaliyyəti),  idrakın  və  ünsiyyətin  daşıyıcısı  olmuşdur.  Buna 
görə  do  kriminal  şəxsiyyət  özündə  sosial  əhəmiyyətli  neqativ  xassələrin 
intcqrasiyalaşdırılmış  məcmusunu  ehtiva  edir.  Belə  xassələr  kriminal 
şəxsiyyətdə  öz-özünə  deyil,  onun  digər  cəmiyyət  üzvləri  ilə  çoxşaxəli  və 
müntəzəm qarşılıqlı  əlaqəsi  prosesində təşəkkül tapır.
İnsanın  müxtəlif sosial  dəyərlərə  və  gerçəkliyin  tərəflərinə,  norma­
lara və  institutlara,  öz-özünə  və  öz  vəzifələrinə,  müxtəlif qruplara,  birlik­
lərə  və  s,  münasibətləri  sistemi  ...həm  xarici,  həm  də  daxili,  şəxsiyyət 
hallarından  asılıdır.  Məhz  buna  görə  də  cinayətkarın  şəxsiyyətinin  həm 
sosiologiyalaşdırılması,  həm  do  psixologiyalaşdırılması  yolverilməzdir. 
Birinci,  adətən,  onun  formalaşmasına  və  davranışına  ətraf  mühitin 
təsirinin  şişirdilməsində  ifadə  olunur.  İkincisi  isə,  sosial  mühitdə  forma­
1  S o ı m n d o r o v   F .Y .  K r i m in a lo g i y a .  Ü m ı ı m i   h is s o :  D o r s   v o s a ili.  B a k ı,  “ H ü q u q   o d o b iy y a tı” ,
2 0 0 3 ,  s .6 5 .
411


laşma  nəzərə  alınmadan  ancaq  psixoloji  amillərə  həlledici  əhəmiyyət 
verilməsində təzahür edir.1
Tədqiqatçıların  fikrincə,  cinayətkarın  şəxsiyyəti  anlayışına  tərif 
vermək üçün aşağıdakı bir sıra xüsusi məsələlərin həll edilməsi zəruridir:
1)  bu  anlayışın  cinayət  törətmiş  bütün  şəxsləri,  yaxud  onların  ancaq 
bir hissəsini əhatə edib-etməməsini;
2)  cinayətkarın  şəxsiyyətinin  hansı  cəhətlərinin  və  xüsusiyyətlərinin 
öyrənilməsinin zəruriliyi.2
Müasir  hüquq  elmində  kriminal  şəxsiyyətin  təbiətinin  və  səciyyəvi 
xüsusiyyətlərinin  təhlilinə  həsr  olunmuş  aşağıdakı  üç  əsas  istiqamət 
mövcuddur:
1) antropoloji  və bioloji istiqamət;
2) psixoloji istiqamət;
3) sosioloji və sosial-psixoloji istiqamət.
Molum  olduğu  kimi,  antropoloji  və  ya  bioloji  istiqamətlərin  banisi 
görkəmli  italyan  psixiatoru  Cezarc  Lombrozo  (1835-1909)  hesab  olunur. 
O,  sosial  fikir  tarixində  tanınmış  mütəfəkkir,  həm  də  mükəmməl  biliyə 
malik  kriminoloq  idi.  C.Lombrozo  Pavi  və  Turin  universitetlərinin  psi­
xiatriya  və  kriminal  antropologiya  üzrə  professoru  olmuş,  Pezaroda 
psixiatriya  klinikasına  rəhbərlik  etmişdir.  O,  «Cinayətkar  insan»  (1876), 
«Cinayətkar  haqqında  elmin  on  yeni  nailiyyətləri»  (1892),  «Cinayətkar 
qadın və fahişə» (Q. Fcrrcro  ilə birgə  -   1893) və s.  əsərlərin müəllifidir.
C.Lombrozo  Turin  həbsxanasının  məhbusları  üzərində  apardığı 
çoxillik müşahidələr nəticəsində anadangəlmə  cinayətkar  nəzəriyyəsini 
irəli  sürmüşdür.  Mütəfəkkirin güman edirdi ki,  insanın anadangəlmə cina­
yətkar  tipi  mövcuddur.  Cinayətkar  tipin  daxili  və  psixoloji  aləmi  «ata- 
vistikdir»,  yəni  belə  bir  insanda  geriyə  doğru  genetik  tərpəniş  müşahidə 
olunur. Bu keyfiyyət isə ibtidai insanlara xas olan keyfiyyət idi.
Həmin keyfiyyətlər aşağıdakılardan  ibarət olmuşdur:
a) intellektlə heyvani instinktlər arasında balansın pozulması;
b) ağıllı davranış üzərində təcavüzkar hərəkətlərin üstünlüyü;
v) şəxsiyyətin bəsit strukturu, onun inkişafının aşağı səviyyəsi.3
C.Lombrozonun  fikrincə,  patoloji,  kriminogen  cəhətlər  və  xassələr
1  Антонян  Ю .М .,  Кудрявцев  B.H.,  Эминов  В .E.  Личность  преступника.  Санкт- 
Петербург,  Ю ридический центр,  Пресс,  2004, с. 14.
2 Y enə orada.
3  Юридическая  социология: Учебник.  М ., НОРМ А-ИНФРА, 2000,  с.278.
4 1 2
atavizmlər növünə malikdir.  Bu  atavizmlər müasir insanda arxaik  insanın 
malik olduğu üzvi  və psixi  xüsusiyyətləri canlandırırlar.  Müxtəlif halların 
baş  verməsi  nəticəsində  rctardasiya  effekti  yaranır,  bu  vaxt  fərdi  inkişaf 
zəifləyir,  psixi  inkişafın  aşağı  pilləsində  olan  fərd  isə  asanlıqla  asosial 
davranış yoluna qədəm qoyur.
Mütəfəkkirin  ideyasına  görə,  cinayətkarlarla dahilər arasında birbaşa 
oxşarlıq  mövcuddur.  Bunların  hər  ikisi  insan  təbiətinin  degenerasiya- 
sından  ibarətdir.  Onların  arasındakı  fərq  isə  bundan  ibarətdir  ki,  dahi 
degcnerasiyanın yüksək, cinayətkar isə aşağı  formasıdır.
C.Lombrozo özünün tədqiqat  təcrübəsində antropometriya  metodunu 
böyük  fəallıqla  tətbiq  edirdi.  O  güman  edirdi  ki,  insanın  somatik  xüsu­
siyyətləri,  kəllə  quruluşu,  sifətinin  və  bədəninin  tük  örtüyü,  eləcə  də 
vizual  cəhətdən  qeyd  edilməli  olan  digər  zahiri  əlamətlər  insanın 
cinayətlər  törətməyə  meylli  olması  haqqında  ehtimala  kifayət  qədər  əsas 
verir.  C.Lombrozo  geniş  statistik  materiallara  arxalanaraq  sübut  etdi  ki, 
vərəsəlik  qanunu  sayəsində  pozğun  meyllər  nəsidən-nəslə  ötürülür.  Bun­
dan  başqa,  anadangəlmə  pozğun  meyllər nəinki  qorunub  saxlanılır,  bəzən 
hətta  fəallaşırlar.  Buna  görə  do  o,  sübut  qismində  həmişə  gcncalogiyaya 
(bəzi ailələrin nəsli xüsusiyyətlərinə) istinad edirdi.
C.Jombrozo  belə  bir  nadir  faktla  bağlı  maraqlı  müşahidələrdən  mi­
sallar gətirir:  varlanan və düzgün  yola qədəm  qoyan  bəzi  oğrular və  fahi­
şələr  öz  uşaqlarının  doğru  yolla  getmələrinə,  yaxşı  və  vicdanlı  adam 
olmalarına  nail  olmağa cəhd  göstərmişlər.1  Belə  ki,  (’.Lombrozo  yazırdı: 
«Bir çox  fərdlərə tərbiyə heç bir təsir göstərmir:  valideynlərin  onları  islah 
etmək üçün  bütün səylərinə baxmayaraq, onlar pozğun  doğulduqları  kimi 
də qalırlar».2
C.Lombrozoya  görə  insan  təbiətində  səciyyəvi  psixofiziki  əlamət­
lərin  müəyyən  dəsti  mövcuddur.  Həmin  əlamətlər insanın  kriminal  əməl­
lərə anadangəlmə meyllərə malik olması  haqqında şəhadət verirlər.  Məııfi 
və  pozucu  meyllər  psixofiziki  xüsusiyyətlərlə  birlikdə  bir  nəsildən 
digərinə vərəsəlik yolu ilə keçir.
Mütəfəkkir cinayət törətməyə meylli  insanın tipik zahiri əlamətlərinə 
enişli  (maili)  almın,  çıxıntılı  almacıq  sümüyünün,  inkişaf  etmiş  alt  çə­
nənin,  nadir  saqqalın,  dazlaşmaya  meylliyin  və  s.  xidmət  etdiyini  qeyd
1  Юридическая социология:  Учебник.  M.,  НОРМ А-ИНФРА, 2000,  c.279.
2 Л омброзо Ч.  Преступление. М .,  1994, с.125.
4 1 3


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə