qatçı-alimlər cinayətkar davranışın əsas səbəbini sosial, ictimai amillərdə
və insanların həyat şəraitində görmüşlər.
Artıq yuxanda adı çəkilən E.Frommun (1900-1980) kriminal
şəxsiyyətə və cinayətkar davranışın səbəblərinə baxışları tamamilə başqa
məzmuna malik olması ilə dəyərləndirilir. Bu baxışlar, hər şeydən əvvəl,
obyektiv xarakterə malikdir və mütəfəkkir insan təbiətini humanist
mövqelərdən səciyyələndirir, onu qiymətləndirərkən belə bir müddəa ilə
çıxış edir ki, «insan potensial dağıdıcı zorakılığa malikdir».1
Yuxarıda göstərildiyi kimi, E.Fromm zorakılıq tiplərinin təsnifatının
verilməsini məqsədəuyğun hesab etmişdir. Hüquq sosiologiyasının qa
rşısında duran məqsəd və vəzifələr, eləcə də bunların realizə olunması
baxımından həmin dürüst təsnifat aşağıdakı zorakılıq tiplərindən iba
rətdir:
1) reaktiv zorakılıq;
2) frustrasiya reaktiv zorakılığın tipi kimi;
3) qibtə və qısqanclıq;
4) intiqam zəminində zorakılıq;
5) kompensator zorakılıq;
6) sadizm;
7) qana susamanın arxaikliyi.2
EEFromm belə hesab edir ki, zorakılığın hər bir konkret forması şəx
siyyətin götürdüyü istiqamətin nəticəsi kimi təzahür edir. Bu istiqamətin
söykəndiyi sosial «proqram» konkret şəxsiyyətin daxili və mənəvi alə
mini müəyyən edir. İstiqamətin özü isə həmin şəxsiyyətin sosiallaş-
masının, onun payına düşmüş mürəkkəb həyati halların nəticəsidir.
Qeyd etmək lazımdır ki, E.Frommun bütün yaradıcılıq fəaliyyəti
ərzində onu şərin antropoloji əsasları mövzusu özünə cəlb etmişdir.
Keçmişin mütəfəkkirləri kimi, o, şərə həyatın özünün islaholunmaz, dü
zəlməz hadisələri qismində baxmışdır. Ona görə də E.Frommun yuxa
rıdakı təsnifatının hər bir tipik halları üzərində dayanmağı məqsədəuyğun
hesab edirik.
1. Reaktiv zorakılıq. E.Fromm zorakılığın bu tipini səciyyələn
dirərək yazır: «Reaktiv zorakılıq dedikdə, mən, həyatın, azadlığın,
ləyaqətin, habelə şəxsi əmlakın və ya özgə əmlakının müdafiəsi zamanı
təzahür edən zorakılığı başa düşürəm. O, qorxuya söykənir... Bu qorxu
1 Формм
Э. Д уш а
человека.
M ., 1992, с.26.
2 Yenə orada.
4 1 8
real və ya düşünülmüş, şüurlu və ya şüursuz ola bilər. Zorakılın həmin
tipi ölümün deyil, həyatın xidmətində dayanır; onun məqsədi dağıtmaq
deyil, qorumaqdır».1
E.Fromm zorakılığın bu tipini «reaktiv» adlandırmışdır, çünki o,
rcflcktor, instinktiv, özünü qoruyub saxlamaq hisslərindən təzahür edir.
Belə ki, «özünə qarşı təhlükəni hiss edən adamlar öz müdafiəsi üçün
öldürməyə və dağıtmağa hazır olurlar».
2. İntiqam zəminində zorakılıq. İntiqamın tarixən «qan intiqamı»
adı altında yayılması filosoflar, sosioloqlar və hüquqşünaslar tərəfindən
təsdiq edilmişdir. Qan intiqamı dünyanın bir neçə xalqları üçün ənənəvi
zorakılıq davranışı olmuşdur.
E.Frommun fikrincə, intiqam almaq tələbatı adətən, primitiv,
nədənsə və ya kimdənsə ziyan görmüş adamlarda aşkar olunur. İntiqam
və ya qisas almaq belə adamlar üçün təhqir olunmuş hisslərinin və ya
ləyaqətinin əvəzinin çıxılmasıııın yeganə mümkün vasitəsi qismində çıxış
edir. Şəxsiyyətə vurulmuş zərər dərin olduqda, yaxud onun verdiyi ilk.
böyük olduqda situasiya daha da mürəkkəbləşir. E.Froıuıu yazır: «Zəif və
ya şikəst adamın dağılmış öziinəhörməti intiqam almaqdan savayı başqa
bir çarəsi qalmır. ...Yetkin, məhsuldar insan isə intiqam almaq motivinə
az dərəcədə malik olur».3
3. Kompensator zorakılıq. E.Fromm zorakılığın bu tipinin
formalaşması mexanizmini təhlil edərkən ona əsaslanır ki, təbiət insana
öz fiziki və emosional qüvvələrini sərf etmək tələbatı vermişdir. I .akin
müxtəlif səbəblərə görə fərd hərəkət etmək, özünü təzahür etdirmək və
özünürcaDaşdırmaq iqtidarında olmur. Mütəfəkkir belə səbəblərə qeyri-
kommunikabclliyi, pis adaptasiya olmanı, zəifliyi, bəzi fərdlərin qeyri-
sağlam kompleksini daxil edir. Belə adamlar öz həyatlarının boşluqları
içərisində əriyib gedirlər. Onlarda dəyərli yönümlərin deformasiyası baş
verir. Daxili aləmin deformasiyasının ifrat forması «onu incitmiş
həyatdan intiqam almaq» göstərişinin formalaşmasıdır.4
Qəzəb, zalımlıq bəzən delinkvent davranışda maddiləşir. E.Fromm
yazır: «Kompensator zorakılıq yaşanmamış, şikəst olmuş həyatın nətico-
1 Формм Э. Душа человека. M., 1992, с.21.
2 Yeno orada, s.22.
3 Формм Э. Душа человека. M., 1992, с.23.
4 Y ens orada, s.26.
4 1 9
sidir».1 «Hüquq sosiologiyası» dərsliyi müəlliflərinin fikrincə, belə
faktlar həyatda xüsusi hal kimi baş verir, lakin kompensator zorakılığın
tipikliyi ilə razılaşmaq çətindir.2 Biz də dərslik müəlliflərinin mövqeyi ilə
razılaşaraq qeyd etmək istərdik ki, həyatda ayrı-ayrı insanların taleyinə
münasibətdə baş verən hadisələri tipik kompensator zorakılığı hesab
etmək düzgün olmazdı. Həyatın acılarını dadmış hər bir fərdin heç də
hamısını tipik kompensator zorakılığın daşıyıcısı kimi qəbul etmək
reallıqdan uzaqdır.
E.Frommun zorakılığın «İnsan qəlbi» əsərində təqdim edilən bütün
tipləri üzərində dayanmağa elə bir zərurət yoxdur. Bizim vəzifəmiz
delinkvent davranışın köklərinin və motivlərinin sosial və şəxsi, fərdi bir
lik vasitəsilə detcrminasiyasmı görməkdən ibarətdir. Aydın olur ki,
cinayətkar davranış şəxsiyyətin özündən, xarici hallardan deyil, bütün
bunların qarşılıqlı əlaqəsindən doğur.
E.Frommun elmi xidmətlərindən biri təcavüzkarlıq problemi üzə
rində dərin tədqiqat aparmasıdır. Mütəfəkkir ilk növbədə təcavüzkarlığın
tiplərini təhlil etməyə soy göstərmişdir.
Təcavüzkarlığın tipləri. E.Fromm insanda baş qaldıran təcavüzün
iki növünü aşkar etmişdir.
Birinci növ - bu, fərdin və nəslin yaşamasına xidmət edən mü-
dafıocdici və ya xoşkcyfıyyotli təcavüzdür. Təcavüzün bu növü xarici
təhlükəyə və ya hücuma, yaxud da qaçışa verilən reaksiyanın anadan
gəlmə qabiliyyət olmasından ibarətdir. Xarici təhlükənin yox olduğu
zaman belə reaksiyalara tohrikedici impuls da, bir qayda olaraq sakitləşir,
süstləşir.
İkinci növ - bu, amansızlıq və pozğunluq formalarında təzahür edən
təcavüzdür ki, E.Fromm onu bədkcyfıyyotli təcavüz adlandırmışdır.
Təcavüzkarlığın bu növü mümkün dağıdıcı effektə maksimum dərəcədə
cəhd göstərilməsilə müşahidə olunur. Belə bədkcyfiyyətlilik heyvanlara
deyil, ancaq insana xasdır. Bədkcyfiyyətli təcavüz bioloji uyğunlaşmaya,
yaşamağa və nəslin davamına kömək etmir və o, öz mahiyyətinə görə
anomaliyadır.
Ehtiraslar. Şəxsiyyətin sabit strukturuna inteqrasiya olunan
ehtiraslar ya rasional, ya da irrasional ola bilərlər. Məsələn, başqa in
sana, hər hansı canlı məxluqata sevgi kimi ehtiraslar rasionaldırlar.
1 Формм Э. Д уш а человека. M., 1992, c.27.
2 Юридическая социология: Учебник. М ., НОРМ Л-ИНФРА, 2000, с.288.
420
Rasional ehtiraslar sevinc duyğularını və həyatın bütövlüyünü güclən
dirirlər. Bu ehtiraslar həm şadlıq hisslərinə, həm də həyatın özünə xüsusi
məna verirlər.
İrrasional ehtiraslar nifrətdən, xəsislikdən, qısqanclıqdan, qibtədən
və həsəddən ibarətdir. İrrasional ehtiraslar insan varlığına dramatik ele
mentlər gətirir və bunlar həyatın tezliklə dağılmasına gətirib çıxaran
ehtiraslardır.
Həm rasional, həm də irrasional ehtiraslar insan həyatına maraqlı
xarakter verir, həyatı bəzən fərəh, bəzən isə qorxu hissləri ilə rövnəq
ləndirir, insan həm yeni arzuların, həm də vahiməli yuxuların qoynunda
həyatdan həzz alır, mənəvi cəhətdən zənginləşir, həyat ona bəzən miflər
və nağıllar aləmini, bəzən isə poeziya, roman və pyes süjetlərinin
əhatəsində həyatdan zövq alır.
Nckrofil xarakter. E.Fromm ııckrofil kimi pozğun meyllərin
təzahürlərinə də xüsusi diqqət yetirmişdir. O, nckrofil xarakter dedikdə,
insanın ölü materiyaya aludəçiliyini, dağıtmaq naminə dağıtmaq istəyini,
canlını cansıza çevirməkdə təzahür edən ehtiraslı arzusunu, canlı əlaqələ :
zorakılıqla kəsmək niyyətini başa düşürdü.
Nckrofil xarakterin fərqləndirici xüsusiyyəti mütləq əksər problc n
lərin və münaqişələrin həlli üçün zorakılığın ən əlverişli vasitə olmasına
inamdan ibarətdir. Bütövlükdə nckrofil xarakterlərlə nisbətən naı
hallarda təsadüf olunur və bu, xalis patoloji hallardan ibarətdir.
Zorakılığın daxilən qadağan olunması. E.Fromm hesab edir 1
insan varlığında zorakılığa və qətlə qarşı daxili qadağanlar mövcuddu..
Bununla bağlı çoxsaylı şəhadətlər və sübutlar mövcuddur. Məsələn, in
sanların heyvanlara bağlanması nəticəsində insanla heyvan arasında şəxsi
əlaqələr yaranır. Belə əlaqənin yaranması nəticəsində insan bəzən
qidalandırdığı ev heyvanını öldürə bilmir, çünki qarşılıqlı bağlılıq belə
məhvedici hərəkəti və niyyəti aradan qaldırır.
Bundan başqa, insanlarda bəzən hansısa dağıdıcı, məhvedici hərəkət
lərdə, kiminsə qətlə yetirilməsində iştirak etdiyinə görə təqsir hissi yara
nır. Bu insanda ona görə baş verir ki, istənil qətl hadisəsi bütün canlıların
dinc birliyinin bütövlüyünü pozur. Məsələn, hinduizmdə ən qədim za
manlardan ilk duanın canlı varlıqların qətlə yetirilməsini qadağan etməsi
heç de təsadüfi hal deyildir. İslam dini də təşəkkül tapdığı vaxtdan bütün
müsəlmanlara ev heyvanlarına qayğı ilə yanaşmanı tövsiyə etmişdir.
Qətlin daxilən qadağan olunması aşağıdakılardan irəli gəlir:
4 2 1
Dostları ilə paylaş: |