və yetişdirirlər. Əks təqdirdə onlar öz-özünə məhv olub gedərdi və Yer
üzündə nə cinayətkar, nə də cinayətkarlıq olmazdı.
Göstərmək zəruridir ki, keçmiş Sovet alimləri sosial-bioloji problem
ləri fəal surətdə tədqiq etsələr də, sosial təhlükəli kriminal əməllərdə hər
hansı genetik zəminlərin olduğu həmişə inkar etmişlər. Məsələn,
hüquqşünas-alim N.A.Struçkov təsdiq edirdi ki, «şəxsiyyətin cinayətkar
keyfiyyət və xassələri kimi, cinayətkar şəxsiyyət də mövcud deyildir və
buna görə də cinayətkarlığın bioloji səbəbləri yoxdur.1 Akademik
P.N.Fedoseyev də belə hesab edirdi ki, «cinayətkarlığın köklərini insanın
bioloji keyfiyyətlərində axtarmaq lüzumsuzdur...».2 N.P.Boçkov isə qəti
surətdə bəyan edirdi: «Cinayətkarlıq bioloji kateqoriya deyil».3
Biz bundan əvvəlki paraqraflarda cinayətkarın və cinayətkarlığın
bioloji xüsusiyyətlərindən danışarkən tamamilə başqa mövqe əks
etdirdik. Lakin oxucu nəzərə almalıdır ki, təhlil edilən problemin həllinə
dair elmi mülahizələrin irəli sürülməsindən bütöv yüzillikdən artıq bir
zaman keçmişdir. Əgər söhbət kriminal şəxsiyyətə müasir yanaşma
haqqında gedirsə, ifadə olunan fikir və mülahizələr də tamamilə yeni
olmalıdır. Unutmaq olmaz ki, XIX yüzilliyin kriminal şəxsiyyəti ilə XXI
yüzilliyin kriminal şəxsiyyəti arasında böyük fərqlər vardır. Bu ondan
irəli gəlir ki, cinayətlərin ayrı-ayrı kateqoriyalarının sosial təhlükəlilik
dərəcəsində və xarakterində, yaxud törədilməsi üsullarında baş vermiş və
verməkdə olan dəyişikliklər eynilə cinayətkarların da şəxsiyyətinin bəzi
xüsusiyyətlərində dəyişikliyə səbəb olmuşdur. Fikrimizi daha da aydın
laşdırmaq üçün aşağıdakı bəzi məqamlar üzərində dayanaq.
Məsələn, nə qədər ki, odlu silah ixtira edilməmişdi, belə bir silahla
insanı qətlə yetirmə, onu gəzdirmə, gizlətmə, ondan istifadə, eləcə də onu
satma barəsində söhbət gedə bilməz. Deməli, insanı həyatdan məhrum
etmənin ən asan cinayət aləti olan odlu silahı daşıyan kriminal şəxsiyyət də
olmamışdır. Nəticə: odlu silahla insanı qətlə yetirən şəxs, belə əməli soyuq
silahla və ya küt alətlə qətlə yetirən şəxsdən daha ağır cinayətkardır.
Təyyarələr və digər uçan aparatlar olmadığı dövrdə cinayət hüququ
1
Стручков Н.Л. О механизме взаимного влияния обстоятельств, обусловливающих
совершение преступления / / Советское государство и право. 1966, X al0, с. 115.
2 Федосеев И.П. Проблема социального и биологического в философии и
социологии //Биологическое и социальное в развитии человека. М .,1977. с.27.
3 Бочков И.П. Методологические и социальные вопросы современной генетики
человека//Вопросы философии, 1981. .№ I. с.53.
4 2 6
hava gəmisinin qaçırılması cinayətini tanımırdı. Nəticə: hava gəmisini
qaçıran şəxs, ininik avtomobilini qaçıran şəxslə müqayisədə daha
qorxunc cinayətkardır.
Başqasını insan imımınçatışmazhğı virusu ilə yoluxdurma əməlini
cinayət hüququ elmi yalnız həmin xəstəliyin kütləvi hal almasından sonra
onu kriminallaşdırdı. Nəticə: bele virusu yoluxduran şəxsin əməli,
təhlükədə qoyma əməlini törədən şəxslə müqayisədə daha ağır cəzaya
məhkum olunur.
Elcktron-hcsablayıcı maşınlardan istifadə şəbəkəsinin genişlənməsi,
habelə onun təkmilləşdirilməsi nəticəsində kompüter informasiyası
sferasına cəmiyyətdə meylin həddən artıq artması son həddə kompüter
informasiyası sahəsində cinayətlər kateqoriyasının yaranmasına səbəb
oldu. Nəticə: kriminal şəxsiyyətlərin daha bir şəbəkəsi özü üçün həyatilik
qazandı.
İqtisadiyyatın intensiv inkişafı nəticəsində havanın, suyun, bitki və
heyvanat aləminin qorunub saxlanmasım təhlükəli vəziyyətə gətirib
çıxardı. Atmosferin çirkləndirilməsi elə bir həddə gəlib çatdı ki, ekoloji
cinayətlər təşəkkül tapdı. İndi artıq ekoloji cinayətlər ıııübari/ə milli döv
lət hüdudlarından kənara çıxaraq diinya birliyinin qlobal problemlərindən
birinə çevrilmişdir. Şübhəsiz, ki, milli ölkə daxilində insan sağlamlığına
zərər vuran ekoloji cinayətlərin subyektləri ilə müqayisədə, eyni əməllə
eyni vaxtda bir ııcçə dövlətə və onıın vətəndaşlarının sağlamlığına zərər
vuran subyektlər daha təhlükəlidirlər.
Müasir cinayət hüququnun və cinayət qanunvericiliyinin təzələnmiş
normaları əsasında belə misalların sayını çoxaltmaq olar. Bununla əla
qədar deyilənləri yekunlaşdıraraq qeyd etmək istərdik ki, cinayətlərin
hər bir kateqoriyası, eləcə də onların yeni təzahür edən hər bir
forması öz cinayətkar mühitini və kriminal şəxsiyyətini yaradır.
Yuxanda göstərilənlər əsasında şəxsiyyəti cinayətkar kimi xarakteri
zə edən bəzi xüsusiyyətlərin üzərində dayanmağı məqsədəuyğun hesab
edirik.
İlk növbədə qeyd etmək lazımdır ki, kriminal əməl törətmiş hər bir
insan, hər şeydən əvvəl, şəxsi keyfiyyətlərinə görə qiymətləndirilməlidir.
Çünki hər hansı kriminal əməlin törədilməsi dərhal onu törətmiş şəxsin
kriminal şəxsiyyət olmasına dəlalət edə bilməz. Buna görə də hər hansı
cinayətkarın şəxsiyyətinin qiymətləndirilməsi prosesində aşağıdakı bir
sıra xüsusiyyətlərin nəzərə alınmasım məqbul hesab edirik.
427
Birincisi, hor bir ford öz təbiəti etibarilə həm xeyrə, həm də şərə
meylli ola bilər. Belə meyl onun daxili aləmi ilə zahiri cizgilərinin
qarşılıqlı vəhdətində təzahür edə bilər. Məlumdur ki, insanın bütün daxili
məziyyətləri, faydalı, yaxud zərərli niyyətləri zahiri hərəkətləri vasitəsilə
ifadə olunur. Deməli, C.Lombrozoya uyğun olaraq cinayətkarın şəxsiy
yətinin qiymətləndirilməsində onun sifətinin fərqləndirici əlamətlərinə
(bu əlamətlər haqqında yuxarıda artıq danışılmışdır) diqqət yetirilməsi
vacibdir:
İkincisi, cinayətkarın şəxsiyyəti qiymətləndirilərkən sosial xüsusiy
yətlərin nəzərə alınması vacibdir. Belə xüsusiyyətlərə fərdin yaşadığı və
tərbiyə aldığı şərait, cəmiyyətdəki əlaqələri, yəni onun təhsil aldığı və ya
işlədiyi, münasibətlər qurduğu həmyaşıdlar mühiti, cəmiyyətə baxışlan
və sosial dəyərlərə yönümü, təhsilə və əməyə münasibəti, fəaliyyət və ya
məşğuliyyət növü, insanlara və bütövlükdə insanlığa münasibəti, rəğbət
bəslədiyi və ya bəsləmədiyi vərdişləri, tütünə, spirtli içkilərə və narkotik
maddələrin istehlakma olan meylləri, idmana və musiqiyə həvəsi, qumar
oyunlarına meylliyi, estetik zövqü və s. aid edilə bilər.
Üçüncüsü, hər bir fərd özünəməxsus daxili zənginliyə, təbiətə və
mənəviyyata malikdir, Törədilmiş hor bir cinayətin insanın daxili niy
yətlərinin zahiri təzahürü olduğu artıq qeyd olundu. Lakin insanın daxili
təbii əlamətlərinin onun zahirdə etdiyi hərəkətlərlə uyğunlaşmaması da
heç kəsdə şübhə doğura bilməz. Deməli, cinayətkarın şəxsiyyəti qiy
mətləndirilərkən onun daxili təbiəti ilə zahiri hərəkətlərinin qarşılıqlı
vəhdətinin nəzərə alınması zəruridir.
Yuxarıda göstərilənlər əsasında belə bir nəticəyə gəlmək olar ki,
kriminal şəxsiyyətə müasir yanaşmada onun xarici görünüş əlamətləri,
sosial xüsusiyyətləri və daxili təbiəti əsas götürülməlidir. Cinayətkarın
şəxsiyyətini yalnız göstərilən üç əsas xüsusiyyətlərin üzvi vəhdətini
müəyyən etməklə qiymətləndirmək olar.
4 2 8
ON İKİNCİ FƏSİL
CİNAYƏT CƏZASININ SOSİOLOGİYASI
I. Cinayət cəzasına yanaşmanın sosioloji xüsusiyyətləri
Cəza - bu, şəxsiyyət tərəfindən dini, əxlaqi və hüquqi xarakterli so
sial normaların pozulmasına cavab olaraq dövlətin müvafiq tənzimləyici-
reqressiv sanksiyaların tətbiqi növündə verdiyi reaksiyanın reaktiv for
masıdır. Törədilmiş sosial təhlükəli kriminal əmələ qarşı dini və əxlaqi
sanksiyaların çatışmazlığı zamanı cəmiyyət və dövlət hüquqi vasitələrə
müraciət edir. Məhz hüquqi vasitələrin köməyilə ədalət bərpa olunur.
Sosiologiyanın xüsusi bilik sahəsi olan hüquq sosiologiyası sosial
normaların bir növü kimi hüquq normalarının yaranmasını, bu normaların
real həyatda və hüququ tətbiqetmə praktikasında sosial qüvvəsini təhlil
etməklə yanaşı, cinayət cəzasının da tədqiqini vacib problemlərdən biri
hesab edir. Təsadüfi deyildir ki, cəzalandırma fəaliyyətinin məqsədləri,
vasitələri və nəticələri haqqında ilk əsərlər ümumsosioloji planda işlənib
hazırlanmışdır. Belə əsərlər içərisində Çczarc Bckkariyanın «Cinayətlər
və cəzalar haqqında» əsəri daha məşhur olmuşdur.
Ç.Bckkariya adı çəkilən əsərində törədilmiş cinayətlə tətbiq edilməli
olan cəza tədbiri arasında uyğunluğun zəruriliyi haqqında danışır, cəzanın
başlıca məqsədinin qorxutmaq və vahimələndirmək hesab edildiyi feoda
lizm dövründə ədliyyənin sərt mövqeyini və özbaşınalıqlarını ifşa edirdi.
Cinayətkarı yeni ictimai təhlükəli əməllər törətməkdən fiziki çəkindir
mənin ən ifrat forması ölüm cəzası idi.
Feodal cinayət hüququnun qəddarlığını və ədalətsizliyini, aristokra
tiyanın hiyləgərliyini və istibdadını, kilsənin qanunazidd fəaliyyətini və
özbaşınalığını tənqid edərək, Bckkraya cinayət hüququnun aşağıdakı
prinsiplərini formalaşdırmışdır:
a) qanunçuluq (qanunda göstərilməyən əməl cinayət və cəzalanmalı
olan əməl sayıla bilməz);
b) qanun qarşısında vətəndaşların bərabərliyi;
c) cəzanın cinayətin vurduğu ziyana uyğunluğu;
d) məsuliyyətin labüdlüyü;
e) sosial tədbirlər həyata keçirməklə cinayətlərin qarşısının alınması.
4 2 9
Dostları ilə paylaş: |