edirdi. Belo əlamətlərə həmçinin qısaboyluluq, əllərin həddən ziyadə
uzun olması aid edilir.
C.Lombrozo daxili aləmin quruluşunun rasional-motivasiya və emo-
sional-etik cəhətdən inkişafdan qalmasım, icazə verilənlə icazə verilmə
yən arasında fərqin qəbul olunmamasını, mənəvi cəhətdən hissiyyat-
sızlığı, dərin narahatlıqlar keçirməyin, vicdanın və peşmançılıq qabiliy
yətinin olmamasını psixoloji mənada kriminogen subyektiv amillərə aid
edirdi.
Maddi ehtiyacın, sosial təminatsızlığın insanları cinayətkar yola sövq
etdiyini haqlı olaraq qeyd edən C.Lombrozo yazırdı: «Qidalanmanın
kifayət qədər olmaması oğurluğa təhrik edir...», yaxud «...pulsuzluq...
qətllərin sayını artırır...».1 Mütəfəkkir təhsilin aşağı səviyyədə olmasının
və ya heç olmamasının da cinayətlərin növünə təsir göstərməsi haqqında
danışır və bu zaman Fransada cinayətlərin növlərinə dair statistik
məlumatlara arxalanırdı.2 Onun gəldiyi nəticə bundan ibarət idi ki,
«cinayətkarlığın on kobud və sərt forması savadsızlar arasında üstünlük
təşkil edir. Cinayətkarlığın daha yüngül formasına isə savadlılar arasında
təsadüf olunur».3
Cinayətlərin sərt bioloji dcterminatlığı konsepsiyası və anadangəlmə
cinayətkarların mövcudluğu C.Lombrozonu sivilizasiyalı ədalət müha
kiməsinin loqsirsizlik prczumpsiyası kimi mühüm amilinə mənfi müna
sibət bəsləməyə, cəzanın on radikal vasitəsi olan ölüm cəzasına tərəfdar
çıxmağa məcbur etdi. Ölüm cəzası onun nəzərində təbii hadisə idi. Belə
bir cəza cinayət törədən insanlara təbiətin özü tərəfindən tövsiyə
olunmuşdur. Onun fikrincə, məhz ölüm cəzası normal həyata uyğunlaş-
mayanların hamısını məhv edir.
C.Lombrozo belə hesab edirdi ki, cəmiyyətin özü də onun normativ
tələblərinə adaptasiya olmaq qabiliyyətindən imtina edən fərdlərdən
dönmədən xilas olmalıdır. O, ölüm cəzasına maksimum vahimələndirmə
vasitəsi kimi yanaşaraq, onu nadir hallarda tətbiq edilən cəza forması, yəni
müstəsna cəza hesab etməyi məsləhət bilmirdi. C.Lombrozoya görə o, nə
qədər tez-tez tətbiq olunarsa, onun sosial rolu bir qədər səmərəli olar.
C.Lombrozonun nəzəriyyəsində cinayətləri doğuran səbəblər aşağı
dakı üç qrupa bölünür:
1 Л ом брозо Ч. Преступление. M., 1994, c.77-78.
2 Ю ридическая социология: Учебник. M ., НОРМЛ-ИНФРА, 2 000, c.280.
3 Л ом брозо Ч. Преступление. М., 1994, с. 105.
4 1 4
1) antropoloji səbəblər (somatik-fizioloji xüsusiyyətlər, psixi və
mental anomaliyalar, normalardan şəxsi yayınmalar);
2) fiziki səbəblər (xarici təbii mühitin, yəni iqlimin, sutkanın vaxtı
nın, ilin vaxtının, havanın temperaturunun və s. təsiri);
3) sosial səbəblər (xarici sosial mühitin - əhalinin sıxlığının, əxlaq
normalarının vəziyyətinin, ictimai rəyin, hüquq qaydasının, iqtisadi və
siyasi münasibətlərin təsiri).
Qeyd etmək zəruridir ki, hələ C.Lombrozonun sağlığında onun yu
xarıda təhlil edilən nəzəri mülahizə və nəticələri bir çox müasirləri tə
rəfindən qəbul olunmamışdır. Pozğun meyllərin genetik vərosəliyi haq
qında ideya, ümumiyyətlə kəskin tənqid edilmiş və belə hesab olun
muşdur ki, əgər cinayətkarlığın səbəbləri bir təbii-varislikdən asılı olar
dısa, bəşəriyyət cinayətkarlığın kökünü çoxdan bəri kəsmiş olardı. Lakin
mütəfəkkirin opponcntləri onun sonradan psixiatriya və kriminalistikanın
zənginləşməsinə və inkişafına müstəsna dərəcədə müsbət təsirini əks
etdirən ağıllı və maraqlı ideyalarını görə bilməmiş, yaxud görmək
istəməmişlər. Bu isə ədalətsizlik idi. Müasir dünyanın hüquq ictimaiyyəti
C.Lombrozonu cinayətkarın şəxsiyyətinin ilk dəfə empirik təhlilini verən
ciddi alim-mütəfəkkir kimi tanıyır.
2. Kriminal şəxsiyyətin sosioloji və sosial-psixoloji təhlili
Kriminal şəxsiyyətin təhlilinə sosioloji yanaşma onun bioloji və ya
psixoloji xüsusiyyətlərinin tədqiqi ilə məhdudlaşmır, onu sosial amillərlə
qarşılıqlı əlaqədə götürür. Məhz bu, kriminal şəxsiyyətin sosioloji təh
lilinin mahiyyətini təşkil edir.
Kriminal şəxsiyyətin təhlilinə sosioloji yanaşmanın tarixi öz kökləri
ilə insan təbiətinin və sosial mühitin, şəxsiyyətin həyatındakı xarici
halların fəlsəfi anlamına aparıb çıxarır.1 Cinayətkar şəxsiyyətin sosioloji
təhlili XIX əsrin sonunda yayılmağa başlamışdır. Fransız kriminalisti və
sosioloqu Qabricl Targ onun banisi hesab olunur. Q.Targ cinayətkar dav
ranışın əsas səbəbini ictimai amillərdə, adamların həyat şəraitində gö
rürdü. Müasir filosof və psixoloq Erix Fromm insan zorakılığının tip
lərinin təsnifləşdirilməsini təklif etmişdir.2 Həmin təsnifat üzərində
1 Юридическая социология: Учебник. M., НОРМ А-ИНФРА, 2000, с.285.
2 Касянов В .В., Нсчипуренко В.Н. Göst.kitab, s.312.
4 1 5
aşağıda dayancağıq. İndi isə şəxsiyyətin təbiətilə bağlı tarixi mülahizələr
qısa ckskurs etməyi məqsədəuyğun hesab edirik.
Orta əsr filosofları şəxsiyyət və onun təbiəti haqqında mülahizələrini
formalaşdırarkən şəxsiyyətin əsasən etik xüsusiyyətlərinə diqqət yetirmiş
lər. Filosoflar təhlil edilən problemlə bağlı məsələni formalaşdırarkən
ritorik suallar verirdilər: «İnsan öz təbiətinə görə zalım və pozğunmu və
ya o, ilk başlanğıcda xeyirxahmı olmuşdur?» Ən kəskin formalı sual belə
qoyulurdu: «Adamlar canavar, yaxud qoyundurlarmı?» Bəlkə də eyni
zamanda onlar «həm canavar, həm do qoyundurlar?».
Azərbaycanın XIII əsr ensiklopedik biliyə malik universal mütəfəkkiri
Nosirəddin Tusi insan nəfsində kök salmış kamillik və naqislik haqqında
danışarkən yazırdı: «İnsanın... özünə aid elə xüsusiyyəti vardır ki, o bunun
vasitəsi ilə başqa varlıqlardan ayrılır, amma elə xüsusiyyətləri də var ki, onlann
bəzisi heyvanat, bəziləri nəbatat, bir qismi do cansız cisimlərlə şərikdir... Əqli
kateqoriyaların dərki, biliklərin möhkəmləndirilməsi, məthumlann fərqlən
dirilməsi ...vasitəsi ilə yaxşılıq-pislikdən, gözəllik-eybəcərlikdən ayırd edilir...
Bu qüvvənin nəticəsində işlər də iki yerə bölünür: xeyir və şər, gözəl və çirkin,
bunlan xoşbəxtlik və bədbəxtlik adı altında ümumiləşdirirlər. Deməli kim bu
qüvvədən düzgün istifadə edib öz səyi və iradəsi nəticəsində arzu edilən
fəzilətə çatsa ...xoşbəxt olacaqdır; bu qüvvədən düzgün istifadə edə bilməsə,
...bədbəxt olacaqdır».1
XIII-XVI əsrlərdə yaşamış Azərbaycanın digər görkəmli mütəfəkkiri
Əvhədi Marağayi insanın doğulmasından sonra ömrünün sonuna qədərki
macəralarından söz açaraq qeyd edirdi ki, insan «gerçəkdən haradan
olduğunu bilmir... O, nə üçün dünyaya gəldiyini bilməlidir. Hansı əzab
larla yüksəldiyini dərk etməli, kim və nəçi olduğunu, yolunun haraya
getdiyini bilməlidir. Heyf ki, öz qədrini bilmir...»2
XVI yüzillikdə Almaniyada meydana gəlmiş Reformasiyanın
görkəmli nümayəndələrindən biri Martin Lütcr insanı təbiətinə görə
pozğun və günahlı məxluq hesab edirdi. O bu tezisi IX yüzilliyin Roma
mütəfəkkiri Avreli Avqustindən əxz etmişdi. M.Lüter bu tezisə söykə
nərək belə nəticəyə gəlmişdir ki, insanın pozğunluğu və günahlı olması
onu iblisin köləsinə çevirmişdir.3
XVI yüzillikdə yaşamış ccnevrəli alim və kilsə islahatçısı Jan Kalvin
1 Tusi X .N . “Ə xlaqi-N asiri”. Bakı, “Elm ”, 1980, s.48-49.
2 Marağayi Ə vhədi. Cami-Com. Bakı, A zəm əşr, 1970, s.58.
3 Графический В.Г. История политических и правовых учений: Учебник. М ., «Про
спект», 2 005, с.224.
4 1 6
insanla bağlı fikirlərində demək olar ki, M.Lüterin ideyalarına tərəfdar
çıxmışdır. Lakin J.Kalvinin fikirləri bir qədər mülayimliyi ilə seçilir və o.
insan barəsində danışarkən qeyd edirdi ki, «kimin xilas olduğunu,
kiminsə olmadığını yalnız Allah bilir. İnsan etiqadın göstərişlərini icra
etməyə borcludur və hətta özünün gücsüz olduğuna əmin olmalıdır...»1
XV11I yüzilliyin görkəmli holland mütəfəkkiri Huqo Qrotsi feodal
cəmiyyəti ilahiyyatçılarınm insan təbiəti ilə bağlı ənənəvi göstərişləri
əksinə olaraq, belə bir müddəa ilə çıxış edirdi ki, «hüquq allahın iradəsinə
deyil, insanın təbiətinə əsaslanır».2 Mütəfəkkirin ideyasına görə insanları
heyvanlardan fərqləndirən keyfiyyət onların ünsiyyətə, özü də ağılın
tələbləri ilə razılaşdırılmış dinc, mütəşəkkil ünsiyyətə səy göstər
mələrində ifadə olunur.
XVIII yüzilliyin daha bir amstcrdamlı mütəfəkkiri Bcnedikt (Barux)
Spinoza eynilə H.Qrotsinin mövqeyindən çıxış edərək yazırdı ki, «insanın
qüdrəti və onun ö/.ünü qoruyub saxlaması hər şeydən əvvəl ağılın
hökmranlığı ilə təmin olunur, ağıl isə insana digər adamlarla ünsiyyət
axtarmaq göstərişini verir, çünki o, təklikdə özü üçün yaşamaqdan ötrü
lazım olan hər şeyi əldə edə bilməz. İnsaıı cəmiyyətdən kənarda təhlü
kəsizlikdə ola bilməz».3
XVII yüzilliyin ingilis mütəfəkkiri Tomas Hobbs «insan insanın
canavarıdır» tezisi ilə çıxış etsə də Maarifçilik dövrünün fransız mütə
fəkkirləri insanı öz təbiəti etibarilə xeyirxah məxluq kimi təsəvvür
edirdilər. Maarifçilər belə hesab edirdilər ki, şər, zalımlıq insan həyatının
xarici hallarının nəticəsidir. Ogər insan həyatının mənfi halları yaxşılaş
dırılarsa, şübhəsiz ki, insan təbiətində xeyirxahlıq zəfər çalar. Qeyd
etmək lazımdır ki, Maarifçilik dövrü mütəfəkkirlərinin göstərilən
nöqteyi-nəzərini K.Marks və onun ardıclıları da dəstəkləmişdir.
Bu kəskin sosial problemin təhlilində sosioloji istiqamət XII əsrin
sonunda xüsusilə inkişaf etməyə başlamışdır. O cümlədən A.Kctlc (riya
ziyyatçı və sosial statistikanın banisi), Q.Taıd (fransız sosioloqu və kri
minalisti) bu sahənin inkişafına xidmət etmişlər. Adları çəkilən tədqi
1 Графический В.Г. История политических и правовых учений: Учебник. М„ «Про
спект»,
2005, S.225.
2 История политических и правовых учений: Учебник /П од общ .рсд. Мартышина
О.В. М„ НОРМ, 2006, с. 165.
3 История политических и правовых учений: Учебник /П од общ .рсд. Мартышина
О.В. М „ НОРМ, 2006, с. 169.
4 1 7
Dostları ilə paylaş: |