1) insanın bütün canlılarla ümumiliyi hissindən;
2) insanın digər adamlarla dərin əlaqələrinin olmasının hiss edil
məsindən.
Yuxarıda göstərilənlər əsasında belə nəticəyə gəlmək olar ki, cina
yətkarlığın köklərinin və motivlərinin sosioloji tədqiqi eyni vaxtda iki
amilin - şəxsi, yəni fərdi və sosial, situasiyalı amilin təhlili ilə səciy
yələndirilir.
Müasir Amerika sosiologiyasının klassiki Robert Kinq Merton
(1910-2003) şəxsiyyətin tipləri haqqında nəzəriyyənin yaradıcısıdır. O,
sosiologiyanın leksikonuna E.Diirkheym tərəfindən daxil edilən, sosial
davranışı əxlaq və hüquq normalarından yayınan subyektin şüurunda baş
verən proseslərə dair anomiya kateqoriyasından istifadə etməyə səy
göstərmişdir. Bu, anorm ativ davranışın dctcrnıinasiyası ilə bağlıdır.
R.Merton tabe olmama cəhdinin, sosial normaları pozmanın insan
təbiətiin özündə kök salmasına dair yayılmış ehtimalları kənara atır.
Çünki R.Merton belə izahı yararsız hesab edir və əsaslandırmağa çalışırdı
ki, insanı asosial hərəkətlərə sövq edən çoxsaylı qeyri-bioloji xarakterli
şərtlər mövcuddur. Onun fikrincə, sosial strukturların müəyyən vəziyyəti
elə hallar doğurur ki, bu zaman qcyri-əxlaqi və hüquqazidd davranış
qanuni, qanunauyğun şəkil alır.
R.Mcrtonun nəzəriyyəsinə görə, əxlaqi-hüquqi fərdlərin şüuruna və
psixikasına spesifik təzyiq göstərən elə sosial strukturlar mövcuddur ki,
onlar ağlasığmaz nəticələr doğururlar. Şəxsiyyətin sosial imperativlərə
tabe ola bilməsi əvəzinə tabesizlik nümayiş etdirdiyi vaxt həmin nəticələr
mövcud olan gözləntilərlə qarşıdurmada olurlar.
R.Mcrton özünün «Sosial nəzəriyyə və sosial struktur» kitabında
davranış reaksiyasının beş tipini fərqləndirir. Belə fərqləndirmə fərdin
sosial təcrübəni qavraması, onun sosial dəyərlər və davranış normaları
sisteminə adaptasiya olunması, uyğunlaşması ilə əlaqələndirir. O, buna
uyğun olaraq konkret fərdin iki sosial koordinatlardan hansını «qəbul
etməsindən» və hansını «rədd etməsindən» asılı olaraq uyğunlaşmanın
beş tipini fərqləndirir. Iləmin tiplərin qısa xarakteristikası aşağıdakılardan
ibarətdir.1
Konformist şəxsiyyət (ingiliscədən götürülmüşdür - conform -
razılaşdırmaq mənasını vcriı) birinci tipə aiddir. Bu tipə aid edilən
1 Uyğunlaşm anın tipləri haqqında ətraflı bax: Юридическая социология: Учебник. M.,
НОРМ Л-ИИФРЛ, 2000, c.290-293.
4 2 2
şəxsiyyət cəmiyyətə uyğunlaşmanı, adaptasiya olunmağı danışıqsız qəbul
edir.
İnnovasion şəxsiyyət (latıncadan götürülmüşdür - innovatio -
təzələnmə, yeniləşmə mənasında işlədilir) ikinci tipə daxildir. Bu tipdən
olan şəxsiyyət cəmiyyətə adaptasiya olunur, hökmran məqsədləri (şəxsi
uğurları, nüfuzu, zənginliyi, hakimiyyəti) qəbul edir, lakin məqsədlərə
nail olmanın ənənəvi yollarını və vasitələrini «rədd», inkar edir.
Ritualistik şəxsiyyət (latıncadan götürülmüşdür - rilualis - ayin
mənasını verir) üçüncü tipə aiddir. Ritualistlər (ayinçilər) hökmran
məqsədləri rədd edirlər. Lakin onlar davranış normalarına, müəyyən edil
miş adətlərə, mərasimlərə, etiketlərə əməl etməyə səy göstərir, yəni for
mal olaraq davranışın hökmran xəttinə, «oyun qaydalarına» əməl edirlər.
Rctrctist şəxsiyyət dördüncü tipə daxildir. Bu həmçinin təcrid
edilmiş tip (latıncadan
rctratio - gedir, təklənir mənasında işlədilir) də
adlandırılır. Bu, şəxsiyyətin çox nadir hallarda təsadüf olunan tipidir. O,
hamılıqla qəbul olunmuş məqsədlərə nail olmanın hökmran vasitələrini
və hökmran məqsədləri rədd edir.1
Qiyamçı şəxsiyyət beşinci tipə aid edilir. Belə şəxsiyyət adətən,
sosial məqsədlərə nail olmanın məqsədlərini, vasitələrini, üsullarını və
metodlarını inkar edir. Qiyamçı şəxsiyyət qədim, ənənəvi məqsəd və
vasitələrin əvəzinə məqsədlərə nail olmanın yeni məqsədlərini və
üsullarını irəli sürür. Bu tip şəxsiyyət hökmran dəyərləri yeni dəyərlərlə
əvəz etməyə cəhd edir. R.Mcrton yazır: Qiyam... dəyərlərin tamamilə
yenidən qiymətləndirilməsilə səciyyələndirilir»'.
Adətən, kriminal tip kimi səciyyələndirilən qiyamçı şəxsiyyət haq
qında R.Mcrtonun nəticələri və məhdud imkanlar zamanı həmin tipin yük
səldilmiş sorğuları ilə bağlı mülahizələri, habelə belə şəxsiyyətlə cəmiyyət
arasında münaqişə barəsində müddəaları hüquq sosiologiyası və kri-
minologiya sahəsindəki mütəxəssislər üçün mühüm əhəmiyyət kəsb edir.
Beləliklə, indiki şəraitdə cinayətkarların sayının artmaqda davam
etməsi və bunun insan sivilizasiyasının inkişaf tarixinin kriminal
şəxsiyyətlər olan canilərin, qatillərin və terrorçuların ağlasığmaz qanuna
uyğunluğu ilə müşayiət olunması sosioloji və sosial-psixoloji tədbirlərin
daha da gücləndirilməsini zəruri edir.
1 Мертон P. Социальная структура и аномия //Социологические исследования, 1992,
№ 3, с. 104-105.
" У спэ orada, s.93.
4 2 3
Qanuna itaotli vətəndaşlarla müqayisədə cinayətkarların şəxsiyyəti
nin öyrənilməsilə bağlı tədqiqatçılar tərəfindən son on il ərzində əldə
olunmuş nəticələri bəzi fərqləndirici, o cümlədən psixoloji xüsusiyyət
lərin olması haqqında inandırıcı şəkildə şəhadət verir. Bundan başqa,
cinayətkarların şəxsiyyətinin öyrənilməsinin nəticələri həmin xüsusiy
yətlərin məzmununu, şəxsiyyətin strukturunda və cinayətkar davranışın
mexanizmində onların rolunu açmağa imkan verir.1
Yekunda qeyd etmək, lazımdır ki, kriminal şəxsiyyətin təhlilinə həm
antropoloji, həm do psixoloji yanaşma özünəməxsus müəyyən «məhdu
diyyətə» də malikdir. Onların bu «çatışmazlığı» ondan ibarətdir ki, onlar
kriminal şəxsiyyətin hərəkətlərinin daxili təhrikedici motivlərini sosial
amillərlə hələ zəif əlaqələndirirlər.
3. Kriminal şəxsiyyətə mtiasir yanaşma
Son yüzillik ərzində hiiqııq elminin müxtəlif sahələrinin səyi ilə
toplanmış bütün empirik materiallar, bütün fərziyyələr, hipolczalar, elmi
nəticələr və təhlil edilən problemlə bilavasitə məşğul olan nəzəriyyələr
şəhadət verirlər ki, cinayətkarlıqla və digər hüquq pozuntuları ilə
mübarizə nəinki bu sosial təhlükəli kriminal əməllərin kökünü kəsmir,
hətta onların artım səviyyəsinin aşağı düşməsinə belə yardım edə bilmir.
Əksinə, elmi-texniki tərəqqinin ən son nailiyyətləri, cəmiyyətin irəliyə
doğru intensiv inkişafı və yeni texnologiyalarla təchiz olunmuş sosial
strukturların yaranması cinayətlərin yeni təzahür formalarının meydana
gəlməsini şərtləşdirmişdir. Əlbəttə bu, bütün müasir sivil cəmiyyətlər
üçün nə qədər təəssüfcdici və narahatcdici hal olsa da, biz, cəmiyyətin bu
qanunauyğunluğu ilə barışmaq məcburiyyətindəyik.
Lakin problemin daha bir cəhətinə də diqqət yetirmək lazımdır.
Nəzərə almaq lazımdır ki, təzahür edən yeni cinayət formaları, şübhəsiz ki,
özünün spesifik kriminal şəxsiyyətini də yaradır. Elmi-nəzəri və praktiki
məsələlərin
təhlilləri
əsasında
tədqiqatçıların
formalaşmış
hüquqi
mülahizələrinə uyğun olaraq «hüququ pozanın şəxsiyyətinin qiymətlən
dirilməsi zamanı minimum aşağıdakı iki zəminə əsaslanmağı lazım bilinir:
1) fərdin insan təbiətində genlərlə qoyulmuş bioloji xüsusiyyətləri
Антонян Ю.М., Кудрявцев В .il., Эминов В.E. Личность преступника. Санкт-
Петербург, Юридический центр Пресс, 2004, с. 48-49.
4 2 4
anadangəlmədir və onlar şəxsiyyətin tələbatlar, meyllər, cəhdlər sisteminə
böyük təsir göstərirlər;
2) şəxsiyyətin, onun yönümlərində və dəyərlərində təzahür edən
sosial xüsusiyyətləri».1
Fikrimizcə, yuxarıda göstərilən birinci zəminin əsas mahiyyətinin
nədən ibarət olması müəlliflər tərəfindən natamam aydınlaşdırılmışdır.
İnsan təbiətində genlərlə qoyulmuş bioloji xüsusiyyətlərin anadangəlmə
olmaları və şəxsiyyətin təbiətinə təsir göstərmələri ilə razılaşmaq olar.
Lakin həmin bioloji xüsusiyyətlərin nədən ibarət olması bizim üçün
qaranlıqdır. Müəlliflərin mövqeyindən belə məlum olur ki, həmin
xüsusiyyətlər yalnız cinayət törətməyə sövqedıci xüsusiyyətlərdir.
Müəlliflər bioloji xüsusiyyətlər deyil, «mənfi bioloji xüsusiyyətlər» ifa
dəsindən istifadə etsəydilər daha düzgün olardı. Məsələyə onların
mövqeyindən yanaşıldıqda belə bir mənzərə yaranır: əgər ata oğru və ya
qatildirsə (məşhur hind aktyoru və rejissoru Rac Kapurun rejissoru oldu
ğu və baş qəhrəman rolunda çıxış etdiyi «Avara» filmində hakim Re-
qunatın bütün fəaliyyəti boyu təkrar etdiyi kimi: oğru atanın oğlu ancaq
oğru ola bilər), deməli, oğul, yaxud qız da oğru və ya qatil olacaqdır. Bu
mülahizələri eynilə ikinci zəminə də şamil etmək olar. Onu da əlavə
etməyi vacib sayırıq ki, yuxarıda göstərilən nəzəri mülahizələrlə nə
cinayətkarlıqla səmərəli mübarizə aparmaq, nə də cinayətkarların şəx
siyyətinin xüsusiyyətlərini ətraflı öyrənmək qeyri-mümkuııdür. Unutmaq
olmaz ki, şəxsiyyətin sosial xüsusiyyətləri hansısa fövqəltəbii qüvvələrin
məkanında deyil, cəmiyyətdə formalaşır. Babası və ya atası qorxunc
cinayətkar olub, lakin övladları layiqli vətəndaşları kimi yetişmiş fərdlər
tarixə məlumdur.
Deməli, cinayətkarlığın nəsildən-nəslə genetik yolla keçməsini qəti
surətdə təsdiq etmək olma. Doğrudur, valideynləri əyyaşlıqla, sərxoşluqla
və hətta oğurluqla məşğul olan ailə mühitində yetişən fərdlərdən analoji
əməllərin törədilməsini gözləmək olar. Bunu eynilə müəyyən sosial
qrupa, kollektivə və yaxud sosial birliyə də şamil etmək olar. Çünki
kriminal mühit kimi formalaşmış belə qurumlar öz sıralarında olanları
cinayətkar kimi yetişdirməyə bilməzlər. Bu onların məqsəd və məramına,
həyat tərzinə və kriminal məşğuliyyətinə zidd olardı. Hər bir sosial mühit
yalnız öz sosial vərdişlərinə və göstərişlərinə uyğun fərdlər tərbiyə edir
1 Юридическая социология: Учебник. M., НОРМА-ИНФРА. 2000, c.290-293.
425
Dostları ilə paylaş: |