masına kömək edir: insanları ictimai həyalda sosial ədalətin bərqərar
olması uğrunda təsirli mübarizəyə yönəldir.1
Cinayət hüququnun ideya mənbəyi olan sosial-hüquqi şüur fərdi
şüurun vəziyyətini nəzərə almaqla cinayət qanununda təsbit olunmalıdır.
Lakin bu, sosial-hüquqi şüurla fərdi şüur arasındakı qarşılıqlı əlaqəni
aradan qaldırmamalıdır. Cinayət-hüquqi şüurun vəziyyətini onun predmet
məzmununa daxil olan bəzi ünsürlərə görə müəyyən etmək olar. Məsələn,
vətəndaşların qanunda cinayət sayılan əməllər haqqında biliyi və belə
əməllərə münasibət; vətəndaşların cinayətə görə tətbiq edilən cəza növləri
haqqında biliyi və onun sərtliyinə olan münasibət2 cinayət-hüquqi şüurun
predmet məzmununa daxil olan elementlərdən hesab olunur.
F.Y.Soməndorovun fikrincə, cinayət-hüquqi şüurun vəziyyətinin
öyrənilməsi hüquqşünaslıqda sosioloji istiqamətin inkişafı ilə barlıdır.3
Son 10 ilin sosioloji tədqiqatlarının nəticələrindən aydın olur ki,
Müstəqil Dövlətlər Birliyi (MDB) məkanına daxil olan ölkələrdə, o
cümlədən do Azərbaycan Respublikasında kriminallaşmanın səviyyəsi
yüksələn xətt üzrə getmişdir. Tədqiqatçılar belə vəziyyəti SSRİ-nin dağıl
ması nəticəsində totalitar nəzarətin və dövlət mülkiyyətinin intensiv
surətdə iflasa uğraması ilə əlaqələndirirlər. Hüquq ədəbiyyatında qeyd
olunduğu kimi, belə vəziyyət mülkiyyətin özəlləşdirilməsi, müxtəlif si
yasi partiyalar, ictimai hərəkatlar və hakimiyyət strukturları arasında
siyasi qarşıdurmanın güclənməsi və işsizliyin artması, əhalinin həyat sə
viyyəsinin dərhal aşağı düşməsi nəticəsində yaranmışdır.4
Müasir mərhələdə Azərbaycan cəmiyyəti anomiya vəziyyətində olmasa
da lakin 1998-ci ildən 2008-ci ilədək (daxil olmaqla) olan dövr ərzində
ölkədə cinayətkarlığın dekriminallaşması səviyyəsində müsbət göstəricilər o
qədər do qənaətbəxş deyildir. Məsələn, əgər 1998-ci ildə Azərbaycanda
qeydə alınmış cinayətlərin sayı 14937 olmuşdursa, bu, 2007-ci ildə 18667
rəqəm təşkil etmişdir. Qeydə alınmış cinayətlərin ümumi sayında azalma
Гойман В.И. Правовая информированность граждан: состояние и пути улучшения.
- «Советское государство и право», 1988, № 9, с .3 1.
2 Səməndərov F.Y. Hüquqi şüur və cinayət hüquq yaradıcılığı. Bakı. “Qanun”, 1996,
s.190-191.
3 Y enə orada, s. 191.
4 Л унсев B.B. Преступность в России при переходе от социализма к капитализму;
Рывкина Р.В. Социальные корни криминализации российского общества: Откуда
берутся преступники? // Т руд, 1998, № декабря.
3 9 8
yalnız 1999-2001-ci illərdə müşahidə edilmişdir. Cinayətlərin ümumi
sayında azalma ağır və xüsusilə ağır cinayətlərdə hiss edilmişdir. Belə ki, bu
cinayətlərin ümumi sayı, əgər 1998-ci ildə 4219 rəqəm təşkil etmişdirsə,
1999-cu ildə - 4629, 2000-ci ildə - 4576, 2001-ci ildə 3749, 2002-ci ildə -
1486, 2003-cü ildə - 1446, 2004-cü ildə - 1516 rəqəm olmuşdur. Nisbi
artım yalnız 2005-2007-ci illərdə qeydə alınmışdır.1
Əhalinin hər 100 000 nəfərinə düşən qeydə alınmış cinayətlərin
sayında yalnız 2000-ci ildə nisbi azalma müşahidə edilmişdir və bu, 176
rəqəm təşkil etmişdir. 1998-ci ildə əhalinin hər 100 000 nəfərinə düşən
cinayətlərin ümumi sayı - 192, 1999-cu ildə - 183, 2001-ci ildə - 183,
2002-ci ildə - 193, 2003-cü ildə - 187, 2004-cü ildə 205, 2005-ci ildə
218, 2006-cı il-də - 224, 2007-ci ildə isə - 217 olmuşdur.2
Cinayət törətmiş şəxslərin sosial-demoqrafik tərkibi üzrə (sayı, nə
fərlə) kişilər arasında böyük artım qeydə alınmamışdır. Ən yüksək artım
2006-2007-ci illərdə - müvafiq surətdə 2006-cı ildə - 18564 nəfər, 2007-
ci ildə isə - 17734 nəfər qeydə alınmışdır. Bu, 1998-2005-ci illərlə mü
qayisədə az da olsa, cinayət törətmiş kişilərin artım göstəricisidir. Əksinə,
qadınlar arasında aşkar artım müşahidə edilmişdir. Belə ki, 1998-ci ildə -
1296, 1999-cu ildə - 1102, 2000-ci ildə - 1180, 2001-ci ildə - 1693,
2002-ci il-do - 2419, 2003-cü ildə - 2217, 2004-cü ildə - 2357, 2005-ci
ildə - 2520, 2006-cı ildə - 2675, 2007-ci ildə isə - 2505 nəfər qadın ci
nayət törətmişdir. Azadlıqdan məhrum olunanların sayı - kişilər arasında
- 12807, qadınlar arasında isə - 1380, cəmi isə - 14187 nəfər olmuşdur.3
Cinayət törətmiş şəxslər arasında 14 yaşdan 17 yaşadək olan yet
kinlik yaşına çatmayanların ümumi sayı 485 nəfər olmuşdur. Bu, 1998-ci
illə müqayisədə nisbətən azdır. Belə ki, 1998-ci ildə 601 nəfər yetkinlik
yaşma çatmayan şəxs cinayət məsuliyyətinə cəlb edilmiş, onlardan 305
nəfəri 2007-ci ildə azadlıqdan məhrum olunmuşdur.4
Azərbaycanda 2008-ci ildə 176 xüsusilə ağır cinayət, 2175 ağır
cinayət, 9477 az ağır cinayət, 9864 isə böyük ictimai təhlükə törətməyən
cinayətlər törədilmişdir. Cəmi - 21692 cinayət faktı qeydə alınmış,
onlardan 18461 cinayət faktı açılmış, 2467 fakt bağlı qalmış, açılma faizi
isə 88,2 faiz təşkil etmişdir.
1 Azərbaycanda cinayətkarlıq v ə hüquqpozmalar. Bakı, 2008, s.28.
2 Y enə orada.
3 Y enə orada.
4 Y enə orada.
3 9 9
2008-ci ildə cəmi 7691 şəxsiyyət əleyhinə olan cinayət qeydə alın
mışdır. Qəsdən adam öldürməyə dair - 168, öldürməyə cəhdə görə - 68,
qəsdən sağlamlığa ağır zərər vurmaya görə - 215, qəsdən sağlamlığa az
ağır zərər vurmaya görə - 432, adam oğurluğuna görə - 20, zorlamaya
(cəhdlərlə birgə) görə isə - 25 cinayət faktı qeydə alınmışdır.
İqtisadi sahədə cəmi 6335 cinayət faktı qeydə alınmışdır. Bu
cinayətlərdən - mülkiyyət əleyhinə olan cinayətlərin sayı 5782 rəqəm
təşkil etmişdir. 553 cinayət faktı isə iqtisadi fəaliyyət sahəsində törədilən
cinayətlərlə bağlı olmuşdur. O cümlədən, müvafiq surətdə oğurluqla bağlı
3401, dələduzluğa görə 1294, mənimsəmə və israf etməyə görə 77,
soyğunçuluqla bağlı 369, quldurluğa görə 202, hədə-qorxu ilə tələb
etməyə görə 50, avtonəqliyyatı qaçırma ilə başı isə 135 cinayət faktı
qeydə alınmışdır. İqtisadi fəaliyyət sahəsində olan cinayətlərlə bağlı -
121 qaçaqmalçılıq, 3 gömrük ödənişlərinin ödənilməsindən yayınma, 335
vergi ödəməkdən yayınma, 15 isə aksiz markası olmadan satma, saxlama
və s. cinayəti törədilmişdir.1
Cəmiyyətdə cinayətkar psixologiyanı, qcyri-əxlaqiliyi formalaşdıran
amillər haqqında danışarkən kütləvi informasiya vasitələrinin «rolunu»
xüsusilə qeyd etmək lazımdır. Son illərdə Azərbaycanın televiziya
kanallarında saysız-hesabsız döyüş-filmlərinin, kriminal məzmunlu veri
lişlərin və on son zamanlardan «dəbdə» olan Cənubi Amerika ölkələrində
istehsal olunmuş kommersiya scriallarının fasiləsiz nümayişləri müasir
gəncliyik bir növ həyat atributlarından birinə çevrilmişdir. Məsələn,
Azərbaycanın bir sıra telekanallarının gün ərzində 2-3, bəzən isə 4 xarici
scrialı nümayiş etdirməsi yeniyetmə və gənc oğlanlara, qızlara əxlaqi
cəhətdən heç nə vermir. Həmin serial «qəhrəmanlarının» demək olar ki,
ancaq geyimlərini və üzdəniraq hərəkətlərini nümayiş etdirmələri insan
dan ikrah hissindən başqa heç nə oyatmır. Dəfələrlə tənqid edilmələrinə
baxmayaraq, telekanallar bu vərdişlərindən ol çəkmirlər. Cəmiyyət
üzvləri isə belə mənəvi cəhətdən dağıdıcı olan tamaşalar qarşısında bəzən
sözün həqiqi mənasında özlərini müdafiəsiz hiss edirlər.
Azərbaycan cəmiyyətində son zamanlar tez-tez təsadüf olunan kri
minal əməllərin əsasında məişət münaqişələri şəxslərarası münaqişələr
dayanırlar. Belə münaqişələr isə, bir qayda olaraq cinayətkar hərəkətlərin
törədilməsi, ailələrin dağılması, bəzən isə insan ölümü ilə nəticələnir. Bir-
1 Azərbaycanda cinayətkarlıq və hüquqpozmalar. Bakı, 2008, s.28.
400
birini şantaj etmə do xüsusi münaqişəli hallardan birinə çevrilmişdir. Belə
münaqişəli situasiyaların yaranması əsasına bir sıra hallarda mobil
telefonlardan öz təyinatı üzrə istifadə etməmə səbəb olur.
Müasir dövrün ən qlobal problemləri sırasında həmişə narahatlıq
doğuran məsələlərdən biri dövlətlərarası və millətlorarası münaqişələr,
eləcə do separatçılıq meylləridir. Hazırda dövlətlərarası, millətlorarası
münaqişələr şəraitində cinayətkarlıq belə münaqişələrin həlli metod
larından biri kimi getdikcə «çiçəklənməkdədir».
Məlumdur ki, Azərbaycan öz dövlət müstəqilliyini son dərəcə
mürəkkəb və ziddiyyətli beynəlxalq şəraitdə əldə, daha dəqiq desək, XX
yüzillikdə öz suveren hüquqlarını ikinci dəfə bərpa etmişdi. SSRİ-nin sü
qutu ilə «soyuq müharibə» başa çatmış, bipolyar beynəlxalq münasibətlər
sistemi aradan qalxmış qloballaşma və dünyanın inkişaf etmiş döv
lətlərinin qarşılıqlı inteqrasiyası prosesləri sürət götürməyə başlamışdı.
Azərbaycan Respublikası dünyanın sivil dövlətləri ilə öz müna
sibətlərini dövlətlərin hüquq bərabərliyi, qarşılıqlı hörmət əsasında qurdu.
Zor işlətməmək, bir-birinin daxili işlərinə qarışmamaq, dövlətlərin ərazi
bütövlüyü, sərhədlərin toxunulmazlığı, beynəlxalq münaqişələri dinc
vasitələrlə tənzimləmək kimi hamılıqla qəbul olunmuş beynəlxalq hüqu
qun norma və prinsipləri öz siyasətinin prioriteti hesab etdi.
Lakin Ermənistanın Azərbaycanın əzəli-tarixi ərazisi olan Dağlıq
Qarabağa düşməncəsinə təcavüzü xalqın və dövlətin dinc quruculuq işləri
qarşısında maneəyə çevrildi. Erməni separatçılarının silahlı təcavüzünün
qarşısının alınması istiqamətində dünya birliyinin əməli tədbirlər
görməmosi erməni terrorçu separatçılarını öz mənfur niyyətlərini davam
etdirməyə daha da şirnikləndirdi. Baş vermiş millətlorarası münaqişə
nəticəsində faciəli sonluqlar bir-birini əvəz etməyə başladı.
Erməni terrorçu dəstələri 1991-ci il sentyabrın ortalarında Yuxarı
Qarabağda yerləşən keçmiş sovet ordusu hissələri və hərbi texnikasının
bilavasitə köməyilə azərbaycanlıları öz doğma torpaqlarından qovub
çıxarmağa nail oldular, soydaşlarımızın ulu əcdadlarının minilliklər ər
zində məskun olduqları yüzlərlə kənd və digər yaşayış məskənləri yerlə-
yeksan edildi. Ötən yüzilliyin ən qanlı cinayəti isə Xocalı şəhərində baş
verdi. Bu, yüzilliyin ən dəhşətli cinayəti - bir millətin soyqırımı idi. Belə
ki, soydaşlarımız fiziki cəhətdən yalnız azori türkü olduqlarına görə məhv
edildilər.
401
Dostları ilə paylaş: |