Beləliklo, hüquq mədəniyyətinin təhlili əvvəlcə hüquqi dəyərləri,
idealları və nümunələri fərqləndirmək və təsvir etmək, sonra isə onları
işlərin real vəziyyəti nöqteyi-nəzərindən qiymətləndirmək üçün zəruridir.
Tarix şəhadət verir ki, hüquq və hüquq qaydası haqqımda görüşlərin
yayılması üzrə xüsusi fəaliyyət, demək olar ki, bütün dövlətlərdə həyata
keçirilir. Bunun üçün dövlətin sərəncamında olan bütün vasitələrdən -
ədəbiyyatdan, incəsənətdən, məktəbdən, məsciddən, kilsədən, mətbuat
dan, radio və televiziyadan, eləcə də xüsusi hüquqi tədris müəssisələ
rindən istifadə olunur. Buna görə də hüquq tərbiyəsi istənilən dövlətin
ideoloji funksiyasının mühüm tərkib elementi qismində çıxış edir
Dövlətin inkişaf və təkmilləşməsi dərəcəsinə uyğun olaraq həmin
funksiyanın həyata keçirilməsinin daha işgüzar üsulları və formaları
axtarılır, dövlət fəaliyyətinin müstəqil növü kimi hüquq tərbiyəsi daha də
olahiddoloşdirilir və ixtisaslaşdırılır. Kütlənin və ayrı-ayrı vətəndaşların
şüuruna təsirin məzmunu və taktikası, obyektlər, forma və üsulları də
yişsə də, onun hüquq və hüquq düşüncəsi, onun mənası, dəyəri və funk
siyaları haqqında təsəvvürlər halında mahiyyəti sabit olaraq (ilk növbədə
inkişaf etmiş dövlətlərdə) qalır.
Hüquq tərbiyəsi, hər şeydən əvvəl, dövlətin, orqanlarının və bu
orqanların qulluqçularının, ictimai birliklərin və müxtəlif sosial qrupların
hüquqi şüurun və hüquq mədəniyyətinin formalaşması və yüksəldilməsi
üzrə məqsədyönlü müntəzəm fəaliyyətidir.
Hüquq tərbiyəsi nisbi müstəqil məqsədlərə, onlara nail olunmasının
spesifik metodlarına və təşkilati formalarına malikdir. Hüquq tərbiyəsi
çoxməqsədli fəaliyyətdir və o, stratcci, uzunmüddətli, taktiki, yaxın, ümu
mi və xüsusi məqsədlər nəzərdə tutur. Məqsədlər subyektin və tərbiyəvi
təsir obyektinin spesifikliyi nəzərə alınmaqla konkretləşdirilə bilər.
Hüquq tərbiyəsi vasitələrinə hüquqi təbliğat, hüquq təlimi, yuridik
praktika və özünütərbiyə aiddir. Göstərilən bütün vasitələrin tətbiqi
əsasını hüquqi informasiyanın həyata keçirilməsi, eləcə də hüquq və onun
realizə olunması təcrübəsi haqqında informasiyadan istifadə olunması
təşkil edir.
Burada «hüquqi minimum» problemi xüsusi yer tutur. «Hüquqi
minimum» problemi dedikdə, hüquqi biliyin mütləq səviyyəsi nəzərdə
tutulur. Belə ki, cəmiyyətin hər bir yaşlı üzvü öz sosial statusundan asılı
olmayaraq, hüquqa dair biliklərin on azı minimum həddinə malik ol
308
malıdır. Lakin bu işin özünün səviyyəsi cəmiyyətin inkişafının tələblərinə
və lazımi standartlara cavab verir.
Azərbaycan Respublikasında bu problemi həll etməli olan dövlət
orqanlarının dürüst dairəsi müəyyən edilməmişdir və əgər belə orqanlar
mövcuddursa, onların fəaliyyəti nəzərə çarpmır. Aydın şəkildə görünür
ki, ictimai birliklər bu fəaliyyətə zəif cəlb olunurlar. Bu isə hüquq tər
biyəsi sisteminin təbii surətdə zəifləməsinə və dağılmasına səbəb ola
bilər.
İnformasiya vasitələrinin fəaliyyəti şəhadət verir ki, hazırda praktiki
olaraq qüvvədə olan qanunvericiliyin (onun ayrı-ayrı sferalarının) ardıcıl
təbliğatı aparılmır. Ayrı-ayrı hüquqi-tərbiyəcdici tədbirlərin aparılması
sistemsiz, qanunçııluğun və hüquq qaydasının vəziyyəti, kriminogen si
tuasiya və eləcə də əhalinin bu və ya digər hüquqi biliklərə olan tələ
batları nəzərə alınmadan həyata keçirilir.
Kütləvi informasiya vasitələri, bəzi dövlət xadimləri və ictimai
xadimlər özlərinin açıq çıxışlarında bəzən qanunçuluğun pozulması fakt
larına barışdırıcı mövqe nümayiş etdirir. Azərbaycan Respublikasında
mütəşəkkil cinayətkarlığın olmamasından, korrupsiya əleyhinə qətiyyətli
mübarizə aparılmasından sanki «təsəlli» tapırlar.
Bütün bu göstərilənləri söyləməkdən məqsəd budur ki, ölkədə an-
tisosial hadisələrə dözülməz münasibət konsepsiyasının formalaşdışlması
bu günün təxirəsalınmaz vəzifələrindən biri olmalıdır.
309
Y E D D İ N C İ F ƏS İ I .
HÜQUQİ DAVRANIŞ VƏ DEVİANT DAVRANIŞ
1. Hüquqi davranış: sosioloji xüsusiyyətləri
Hüquqi davranış hüquq düşüncəsi və hüquq mədəniyyətilə sıx bağlı
olan hadisədir. Bu bağlılıq qarşılıqlı olduğuna görə xüsusən hüquq düşün
cəsi və ya hüquq mədəniyyəti şəxsiyyətin hərəkətlərinə bilavasitə gös
tərir, onun hərəkətlərini ya hüquqauyğun, ya da hüquqazidd məcraya yö
nəldir. Məhz insanların davranışı əsasında onların hüququ ictimai
münasibətlərin tənzimləyicisi kimi mənimsəmə və dərketmə səviyyəsi
haqqında mülahizə yürütmək olar.
Bununla yanaşı, hüquq düşüncəsi ilə hüquqi davranış arasında düz-
xətli, sərt uyğunluq mövcud deyil. Adamların real hərəkətləri, xətaları hü
quq normalarının tələblərinə münasibətdə davranışın müxtəlif variant
larını nümayiş etdirir.1 Məsələn, hüquq normalarının tələblərini bilək, öz
hərəkətlərinin nəticələrini dərk edən fərd (sosial subyekt) bu normalara
əməl etməyə, yaxud hüquq normaları barəsində zəruri təsəvvürlərə malik
olmayan və müvafiq surətdə törətdiyi xətanın hansı mənfi nəticələrə
səbəb ola biləcəyini kifayət qədər anlaya bilməyən insan həmin norma
ların tələblərinə əməl edə bilər. Bir sözlə, hüquq düşüncəsi, yaxud hüquq
mədəniyyəti hüquqauyğun və ya hüquqazidd hərəkətlərin mütləq göstə
ricisi, onların etalonu qismində çıxış etməyə bilər.
Hüquqi davranış özündə normativ davranışın elementlərini ehtiva
edir. Ona görə də normativ davranış dedikdə, adətən, sosial subyektin bu
və ya digər normaya uyğun olan istənilən davranışı başa düşülür. Nor
mativ davranış ən müxtəlif normalar (əxlaqi, dini, etik, estetik, hüquqi və
s.) çərçivəsində təzahür edə bilər. Bu nöqteyi-nəzərdən də bir davranış
aktı müəyyən norma baxımından normativ, digər normaya görə isə qeyri-
normativ ola bilər, filə buna görə də normativ davranışın səbəbləri və
motivləri son dərəcə müxtəlif ola bilər. Qeyd etmək zəruridir ki, səbəb və
motivlərindən asılı olmayaraq, müvafiq normanın tələblərinə uyğun olan
davranış hər bir halda normativ davranış kimi qiymətləndirilir.
Юридическая социология: Учебник. M ., Н ОРМ Л-ИНФ РА, 2000, с. 156.
310
Normativ davranışın bu göstərilən xüsusiyyətlərilə əlaqədar olaraq
aşağıdakı iki məsələ meydana çıxır:
1) normativ davranışın sosial və fərdi mənası nədən ibarətdir?
2) cəmiyyətdə insanların normativ davranışına necə nail olunur?
Normativ davranışın sosial mənası dedikdə, təbiət obyektlərinə,
eləcə də insanların qarşılıqlı ictimai münasibətlərində özünü artıq təcrübədə
doğrultmuş və faydalı texniki və ya sosial tərəqqiyə qısa yolla aparan ən
rasional üsul və metodlara təsir göstərmək üçün istifadədə insan fəallığının
təşkili və qaydaya salınması başa düşülür. Bu, normativ davranışın əsas hə
yati - sosial və eləcə də fərdi əhəmiyyətini əks etdirən amildir.
Normativ davranış normanın növündən (dini norma, əxlaq norması,
sosial, texniki, korporativ norma), öz mənşəyindən, göstərişlərinin haki-
miyyətlilik dərəcəsindən və sosial nəzarət xarakterindən asılı olaraq
fərqləndirilə bilər.
N ormanın növünə görə fərqləndirilən normativ davranış davranışın
sosial cəhətdən qiymətləndirilməsinin xarakterini müəyyən edir. Belə
fərqləndirmə prosesində davranış texniki (texniki normaya uyğun olaraq)
cəhətdən qüsursuz və ya qüsurlu, əxlaqi cəhətdən əxlaqi və ya qeyri-əx-
laqi, hərəkətlərin xarakterinə müvafiqlik dərəcəsindən asılı olaraq (hüquq
normasına uyğun olaraq) hüquqauyğun və ya hüquqazidd davranış kimi
qiymətləndirilir.
Mənşəyinə, göstərişlərinin hakimiyyətinik dərəcəsinə və sosial
nəzarət xarakterinə görə normativ davranış normaları da özlərinə məx
sus səciyyəvi cəhətləri əsasında fərqləndirilirlər. Məsələn, hüquq norma
ları üçün sosial-sinfi məzmun, dövlət-hakimiyyət, rəsmi xarakter, yüksək
müəyyənlik dərəcəsi, ifadə olunma formasının spesifikliyi və hamının
(bütün əhalinin) diqqətinə çatdırılması, ümumməcburilik, real həyata
keçirilmə təminatı səciyyəvidir.
Əməl olunan və ya pozulan texniki normalardan fərqli olaraq (tex
niki normaların pozulması zamanı arzu olunan fiziki, bioloji və s. nəti
cələrə sadəcə olaraq nail olunmur), hüquq normalarının pozulduğu hər bir
halda nəinki fiziki, həm də sosial nəticələr meydana çıxır. Bu nöqteyi-
nəzərdən hüquq normaları əxlaq normalarından da fərqlənir. Belə ki, əgər
əxlaq normasının pozulması dövlət tərəfindən sanksiyalaşdırılmamış ic
timai məzəmmətə, sosial qınağa, yaxud müəyyən ictimai rəyin yaran
masına səbəb olursa, hüquq normasının pozulması dövlət tərəfindən
311
Dostları ilə paylaş: |