3)
normativ-hüquqi aktların bütün sisteminin inkişaf səviyyəsindən.
Hüquq mədəniyyətinin qiymətləndirilməsi üçün əsasını dövlətin kon
stitusiyası təşkil edən qanunvericilik sisteminin çox mühüm əhəmiyyəti
vardır. İstənilən hüquqi, qanunqüvvoli akt legitim olmalı, yəni ictimai
şüurda humanizm, ədalət, azadlıq və qanun qarşısında hamının bərabər
liyi haqqında hökmranlıq edən təsəvvürlərə cavab verməlidir.
Hüquq mədəniyyəti cəmiyyətin ümumi mədəniyyətinin digər sahə və
sferaları ilə - siyasi, mənəvi (etik), estetik və dini mədəniyyətlə qarşılıqlı
əlaqədə fəaliyyət göstərir. Bu zaman hüquq mədəniyyətinin spesifik
məzmununda həm həmin cəmiyyətin hakim mədəniyyətinə, həm də onun
ayrı-ayıı sahələrinə xas olan cəhətlər və xüsusiyyətlər təzahür edir.
Hüquq mədəniyyətinin bütün elementləri arasında qarşılıqlı uyğunluğun
maksimum dərəcədə təmin olunması cəmiyyətdə qanunçuluğun və hüquq
qaydasının möhkəmləndirilməsinin zəruri şərtlərindən biridir.
Hüquq mədəniyyətinin strukturu və funksiyaları. Hüquq mədəniy
yətinin struktur elementləri qismində hüquqi gerçəkliyin komponentləri,
yəni artıq qeyd edildiyi kimi hüquq və hüquq düşüncəsi, hüquq müna
sibətləri, qanunçuluq \ ə hüquq qaydası, eləcə də hüququn subyektlərinin
hüquqauyğun davranışı çıxış edir. Cəmiyyətin hüquq mədəniyyətinin
strukturunu təşkil edən elementlər eyni zamanda digər strukturlara da da
xil edilmişlər. Bundan başqa, həmin elementlər bir neçə müxtəlif sistemin
tərkib komponentləri qismində çıxış edirlər.
Hüquq mədəniyyətinin strukturu konkret-sosioloji aspektdə müvafiq
surətdə özündə aşağıdakı ən iri elementləri ehtiva edir:
1) hüquq - bu, dövlət iradəsinin daxil edildiyi qanunu ifadə edən
normaların sistemidir;
2) hüquq müəssisələri - bu, hüquqi nəzarəti, hüququn realizəsini
təmin edən dövlət orqanlarının və ictimai təşkilatların sistemidir;
3) hüquq düşüncəsi - bu, cəmiyyətin bütün hüquqi gerçəkliyinin
mənəvi cəhətdən əks olunması sistemidir;
4) hüquqi davranış, hüquqi fəaliyyət.1
Hüquq mədəniyyətinin işgüzar, fəal cəhəti xüsusilə diqqətəlayiqdir.
Bu zaman, hər şeydən əvvəl, fəaliyyətin aşağıdakı iki sferasını nəzərə
almaq vacibdir:
1 Каминская В .И ., Ратинова Л.Р. П равосознание как элемент правовой культуры.
Правовая культура и вопросы правового воспитания. М ., 1974, с.42-43.
304
1) bilavasitə hüquqi sfera ilə bağlı olan fəaliyyət;
2) qcyri-hiiquqi xarakterli, lakin hüququn qüvvəsi sferası ilə bağlı
olan fəaliyyət.
Fəaliyyətin birinci sferasında son dərəcə qeyri-ənənovi baxışların
təzahür etməsinə baxmayaraq, onun dərk edilməsi xüsusi çətinliklər
törətmir. İkinci fəaliyyət sferası haqqında isə o vaxt söhbət gedə bilər ki,
onun məzmunu hüquqi ideyaları, nəzəriyyələri, qiymətləndirmələri, hü
quqi hissləri əks etdirən tədqiqatı əhatə etmiş olsun. Fəaliyyətin bu sferası
hüquq mədəniyyətinin predmetinə bilavasitə daxil olmasa da, lakin
özünün ideya məzmunu ilə onun məzmununu tamamlayır.
Hüquqi sfera ilə bağlı olan fəaliyyət hüquqşünaslıqda və hüquqi
praktikada kibernetikanın müxtəlif üsul və metodlarının tətbiqinə daha
yaxındır.
Adları çəkilən elementlər hüquq mədəniyyətinin məzmunu ilə tam
üst-üstə düşmürlər və onlar yalnız cəmiyyətin hüquqi inkişaf səviyyəsini
səciyyələndirirlər. Məzmunla isə sadəcə olaraq hüquq düşüncəsi, hüquq,
qanunçuluq və s. deyil, həmçinin də onların inkişaf xarakteri, səmərəliliyi
və dərəcəsi, yəni ictimai prosesin bu mərhələsinin onlara nə verdiyi əhatə
olunur.
Şəxsiyyətin də hüquq mədəniyyətinin strukturu çoxşaxəlidir. Burada
söhbət strukturun ifadə formaları, sosial səviyyəsi və məzmunu haqqında
gedə bilər. Şəxsiyyətin yuridik vəzifəsi aşağıdakı üç vəziyyətdə ifadə
olunur:
1) hüquqi-mədəni yönümlərdo;
2) yönümlorin realizə olunması üzrə yaradıcılıq fəaliyyətində;
3) realizənin nəticələrinin əldə olunmasında.
Fərdin inkişafının müəyyən dərəcəsi kimi, insanın hüquq mədə
niyyəti, hər şeydən əvvəl, onun mütərəqqi hüquqi ideyaları və qanunları
qavramaq hazırlığında, hüquqdan istifadə etmək bacarığında və vər
dişlərində, eləcə də öz hüquqi biliklərini qiymətləndirmədə təzahür edir.
Şəxsiyyətin mədəniyyəti də məhz bu mövqelərdən hüquqi-mədəni
yönümlorin olması ilə səciyyələndirilir.
Daha sonra, hüquq mədəniyyəti - bu, şəxsiyyətin yaradıcılıq fəaliy
yətinin müəyyən xarakteri və səviyyəsidir. Məhz həmin yaradıcılıq fəa
liyyəti prosesində o, öz hüquqi biliklərini, bacarığını və vərdişlərini əldə
edir, yaxud bunları inkişaf etdirir. Nəhayət, hüquq mədəniyyəti hüquq
sferasında yaradıcılıq fəaliyyətinin nəticəsi qismində çıxış edir. Həmin
305
hadisənin mövcudluğunun bu sonuncu üsulu onun daxili potensialı kimi
ifadə olunur.
Təklif olunan yanaşma nəinki nəzəri, həmçinin də praktik əhə
miyyətə malikdir. Şəxsiyyətin hüquq mədəniyyətinin real vəziyyətinin
təhlili zamanı onun əhali arasındakı inkişaf səviyyəsini nəzərə almağı
zəruri edir. Belə ki, əgər hüquq mədəniyyətinə yalnız yuridik potensial
kimi baxılarsa, təkcə onun gələcək inkişaf perspektivləri deyil, artıq əldə
olunmuş sabitliyi də istər-istəməz kənarda qalacaqdır. Perspektivlər
hüquq mədəniyyəti sferasında yaradıcılıq fəaliyyəti ilə, sabitlik isə hüquqi
yönümlərin işlənib hazırlanması ilə təmin edilir.
Şəxsiyyətin hiiquq mədəniyyətinin qiymətləndirilməsi zamanı hü
quqi hadisələrin dərk edilməsi səviyyəsini və dərinliyini, belə səviyyəyə
və dərinliyə malik olmanın vəziyyətini nəzərə almaq vacibdir. Bu zaman
hüquq mədəniyyətinin adi, peşə (xüsusi) və nəzəri səviyyəsi fərqləndi
rilir.
Adi səviyyə insanların hüquqi hadisələrlə toqquşduqları zaman
onların gündəlik həyat çərçivələri ilə məhdudlaşır. Mədəniyyətin bu növü
sanki hüquqi hadisələrin üst hissəsində «dayanır» və buna görə də onun
ümumiləşdirilməsi elə bir dərinlik tələb etmir. Belə mədəniyyətin kömə
yilə hüquqi praktikanın bütün cəhətlərini obyektiv şəkildə sərf-nəzər
etmək və qiymətləndirmək olmaz. Lakin onu potensial çatışmazlıq, yaxud
ikinci dərəcəli hal hesab etmək do səhv olardı. Adi hüquq mədəniyyətinin
spesifikliyi ondan ibarətdir ki, o, nəzəri ümumiloşdirməlor səviyyəsindən
qalxa bilmir, sağlam fikir mərhələsində təzahür edir, insanlar ondan
yeridik vəzifələrə əməl edildiyi zaman gündəlik həyatlarında fəal surətdə
istifadə edirlər. Subyektiv hüquqlardan istifadə olunması da hüquqauyğun
davranışın nəhəng kütləsindən ibarətdir.
Peşə (xüsusi) səviyyəsi xüsusi olaraq hüquqi fəaliyyətlə məşğul olan
şəxslərdə təşəkkül tapır. Hüquqi anlayışlar və hadisələrlə bilavasitə gün
dəlik təmasda olmaq hüquqşünaslarda peşə hüquq mədəniyyətini forma
laşdırır. Hüquqşünaslara hüquqi problemləri, vəzifələri, məqsədlərini,
eləcə də peşə davranışı qaydalarını daha yüksək səviyyədə bilmək və
dərk etmək xasdır.
Belə hüquq mədəniyyətinə malik olan şəxsiyyətin qüvvəsi altında
hüquqi kateqoriyaların mahiyyəti və məzmununun axtarışı onun elmi-nə
zəri fəaliyyətinə uyğun gəlir. Məhz bu nöqteyi-nəzərdən hüquq mə
dəniyyətinin nəzəri səviyyəsi ümumiyyətlə, hüquqi hadisələrin mahiyyəti,
306
xarakteri və qarşılıqlı mahiyyəti, hüquqi tənzimetmənin bütün mexanizmi
haqqında elmi biliklərdən ibarətdir. Iltiquq mədəniyyətinin nəzəri səviy
yəsi alim-filosofların, sosioloqların, hüquqşünasların birgə səyi və prak
tiki işçilərin ictimai təcrübəsi ilə işlənib hazırlanır.
Ilüquq mədəniyyətinin adi, peşə (xüsusi) və nəzəri səviyyəsi bir-
birilə sıx qarşılıqlı əlaqədədir və onların biri digərini tamamlayır.
Hüquq mədəniyyəti real həyatda eyni vaxtda bir neçə spesifik
funksiyanı yerinə yetirir. Bunlara aşağıdakılar aid edilir:
1) idrak-yenidən təşkilclmo funksiyası;
2) hüququ tənzimetmə funksiyası;
3) dəyər-normativ funksiyası;
4) hüququ sosiallaşdırıcı funksiya;
5) proqnostik funksiya.
İdrak-yenidən təşkiletmə funksiyası hüquqi dövlətin və vətəndaş cə
miyyətinin formalaşması üzrə nəzəri və təşkilatı fəaliyyətlə bağlıdır. Hə
min funksiya ictimai, qrup mənafelərinin və şəxsi mənafelərin razılaş-
dırılmasına, insanı ictimai inkişafın mərkəzində qoymağa, sosial ədalətin,
siyasi azadlığın və hərtərəfli inkişafın təmin olunmasına yardım
göstərməyə xidmət edir.
Hüququ tənzimetmə funksiyası hüquq sisteminin bütün element
lərinin, sabit, mütəşəkkil, dinamik və səmərəli fəaliyyətinin təmin olun
masına istiqamətləndirilmişdir. Hüquq mədəniyyəti insanların sosial bir
liyini təmin edə bilər. Bu funksiya hüquq normaları və digər sosial
normalar vasitəsilə realizə olunur.
Ilüquq mədəniyyətinin dəyər-normativ funksiyası aksioloci xarakte
ristikalar sisteminin köməyilə ifadə olunur. O, fəaliyyətdə olan fərdi ərin
şüurunda və insan hərəkətlərində, sosial institutlarda ifadə olunmaqla
dəyər əhəmiyyəti əldə edən müxtəlif faktlarda təzahür edir. Burada söh
bət hüquqdakı dəyərlər və bir dəyər kimi hüququn özü haqqında gedir.
Hüququ sosiallaşdırıcı funksiya şəxsiyyətin hüquqi keyfiyyətlə
rinin formalaşması nöqteyi-nəzərindən öyrənilə bilər. Sözsüz ki, bu
prosesə cəmiyyətin hüquqi gerçəkliyi əhəmiyyətli təsir göstərir.
Proqnostik funksiya hüquqyaradıcılığı və hüququn realizəsini, və
təndaşların hüquqauyğun davranışının, onların sosial fəallığının təmin
olunmasını əhatə edir və özündə bütün hüquq sistemi üçün səciyyəvi olan
ənənələrin təhlilini ehtiva edir.
307
Dostları ilə paylaş: |