R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə81/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   77   78   79   80   81   82   83   84   ...   131

sanksiyalaşdırılmış  məcburiyyət tədbirinin  (ictimai  rəy  də  daxil olmaqla) 
tətbiq olunması  ilə nəticələnir və təmin edilir.
Beləliklə  normativ  davranış,  hər  şeydən  əvvəl,  özünəməxsus  müəy­
yənliyi,  sabitliyi  və təkrarsızlığı  ilə  fərqlənir.  O özünün  sosial  saydalı va­
riantlarına  görə  daha  geniş  məkanda  kütləvi  surətdə  yayılma  xarakterinə 
malikdir.  Buna  görə  də  normativ  davranış  sosial  həyatın  bütün  gedişinə 
böyük  müsbət  təsir  gücünə  malikdir.  Lakin  o,  insan  davranışının yeganə 
növü deyildir.
«İnsanın  həmişə  normativ  davranışı  həyata  keçirdiyini»1  təsdiq 
etmək şübhəsiz ki, mümkün deyil.  «Bunun  dərk olunub-olunmamasından 
asılı  olmayaraq,  insanın  həmişə  bu  və  ya  digər  normada  uyğun  hərəkət 
etdiyini»2  iddia  etmək  də  düzgün  olmazdı.  Əslində,  insanın  bir  çox 
hərəkətləri  istər-istəməz  normativ  davranış  çərçivəsindən  kənara  çıxır. 
Lakin  bu,  heç  də  o  demək  deyildir  ki,  insanın  belə  hərəkətlərinin  hamısı 
qanunazidd  xarakterlidir.  Nəzərə  almaq  lazımdır  ki,  davranış  normaları 
heç  də  insanın  qarşılıqlı  münasibətlərinin  hər  bir  konkret  məsələsi  üzrə 
mövcud  deyillər.  Ona  görə  də  qeyri-normativ  davranış  növü  haqqında 
danışmaq  lazım gəlir.
Qeyri-normativ  davranış  anlayışı  özündə  bu  davranışın  aşağıdakı 
iki  növünü ehtiva edir:
1)  müvafiq  norma ilə tənzim edilməyən davranış  (məhz buna görə də 
belə norma ümumiyyətlə mövcud deyil);
2) normaya zidd olan davranış.
Qeyri-normativ  davranışın  hər  iki  növünü  birləşdirən  xüsusiyyət 
ondan  ibarətdir  ki,  sosial  subyekt  hər  iki  halda  əvvəlcədən  mövcud 
olmayan  davranış  modelini  rəhbər  tutur,  lakin  öz  mülahizəsinə  görə 
işləyib  hazırladığı qərarı müstəqil, sərbəst surətdə həyata keçirir.
Qeyri-normativ  davranışın  mümkünlüyü  onunla  şərtləşir  ki,  insan 
şüuru  istənilən  stereotiplər çərçivəsindən kənara çıxmaq  və yeni, əvvəllər 
mövcud  olmamış  davranış  variantı  işləyib  hazırlamaq  qabiliyyətinə 
malikdir.  Bu  isə nəinki mənfi,  həm do müsbət sosial əhəmiyyətə malikdir. 
...Müəyyən  normativ  davranış  insan  münasibətləri  inkişafını  ləngidə, 
mühafizəkar  rol  oynaya  bilər.  Bu  və  ya  digər  normativ,  yaxud  qeyri-
1 Психологические проблемы социальной регуляции поведения. М , Наука,  1976, с. 168.
2  Y eno  orada.
312
normativ  davranışın  mütərəqqililik  dərəcəsinin  qiymətləndirilməsi  isə 
tarixi tədqiqatların vəzifəsidir.1
Yuxarıda  qeyd olunanlardan  aydın  olur ki,  hüquqi  davranış  normativ 
davranışla  sıx  başıdır.  Lakin  bu  heç  do  o  demək  deyildir  ki,  oıılar  ta­
mamilə  üst-üstə düşürlər.  Bu, əvvələn, onunla əlaqədardır ki,  cəmiyyətdə 
mövcud olan  və hüquq sferasına aid olmayan müxtəlif normativ  davranış 
növləri  (əxlaqi,  dini,  etik,  estetik,  korporativ  və  s.)  mövcuddur.  İkincisi, 
hüquqi  davranış  normativ  davranış  çərçivəsindən  kənara  çıxır,  çünki  o, 
eyni  zamanda  da  vəzifovcı ici  və  qadağanedici  normalarda  ehtiva  olunan 
hüquqi  tələblərin  pozulmasım  əhatə  edir.  Ona  görə  də  yalnız  yuridik 
normalara  uyğun  olması  mənasında  hiiquqauyğun  davranış  normativ 
davranış  qismində  dəyərləndirilir.  Deməli,  hiiquqi  davranış  özündə  həm 
normanı,  həm  də  hüquq  sferasında  davranışın  patologiyasını,  yəni  insan 
davranışının  hüquqi  nəticələrin  meydana  çıxmasına  səbəb  olan  bütün 
növlərini ehtiva edir.
Beləliklə,  hüquqi  davranış  iki  əsas  növə  malikdir  və  o,  hər  bir  növə 
xas olan həm ümumi  cəhətlərə, həm də bir sıra diffcrcnsiyalaşmış  əlamət­
lərə  malikdir.  Hüquqi  davranışın  xassələri  və  əlamətləri  sosial,  psixoloji 
və  yuridik  xarakterə  malikdir  ki,  bu  da  öz  məcmusu  etibarilə  nəzərdən 
keçirilən sosial hadisəni tamamilə səciyyələndirir.
Hüquqi  davranışın ümumi  əlamətlərinə aşağıdakılar aiddir:
a) hüquqi  davranışın sosial əhəmiyyət daşıması;
b)  hüquqi  davranışın  psixoloji  əlaməti,  yəni  onun  insan  şüuru  və 
iradəsinin aktual və ya potensial  nəzarəti altında olması;
v) hüquqi davranışın dürüst reqlamentləşdirilməsi;
q)  hüquqi  davranışın  dövlətin  nəzarəti  altında  (dövlətin  hüququ 
tətbiqetmə və hüquq-mühafizə orqanlarının şəxsində) olması;
r)  hüquqi  davranışın  yuridik  nəticələrə  səbəblərə  və  ya  belə  nəti­
cələrə səbəb olmaq qabiliyyətinə malik olması.
Hüquqi davranışın diffcrcnsiyalaşmış əlamətləri  ümumi  spesifiklik­
lərə  malik  olmaları  ilə  səciyyələndirilirlər.  Hüqııqaııyğun  və  hüquqazidd 
davranışın  bir sıra cəhətlərinin ümumiliyi  onunla  izah edilir ki, davranışın 
hər  iki  növü  analoci  sosial  subyektlərin  davranışındm  ibarətdir,  ilər  iki 
davranış  növü  eyni  sosial  subyektlər  tərəfindən  eyni  sferada  -   hüquq 
sferasında törədilir.
1 Кудрявцев  B.H.  Правовое  поведение:  норма и патология.  М.,  Паука,  1982,  е.ЗЗ.
313


Hüquqi  davranışın hər iki növünün yuxarıda göstərilən ümumiliklərə 
malik  olmalarına  baxmayaraq,  onlar  bir  sıra  xarakterik  xüsusiyyətlərinə 
görə əks  əlamətlərə də malikdirlər.
Birincisi,  istər  hüquqauyğun  davranış,  istərsə  də  hüquqazidd  dav­
ranış  eyni  sosial  əhəmiyyət  daşımırlar.  Əgər  hüquqauyğun  davranış  bü­
tövlükdə  ictimai  münasibətləri  möhkəmləndirirsə,  hüquqazidd  davranış 
bu münasibətləri  pozur,  zəiflədir,  cəmiyyətin sosial-siyasi,  iqtisadi və hü­
quqi sistemini  silkələyir, bu sistemin normal inkişafını  ləngidir.
ikincisi,  hüquqauyğun  davranış  öz  psixoloji  əlamətlərinə  görə özün­
də bütövlükdə cəmiyyətin mənafelərinə  uyğun olan ictimai borcu,  ictimai 
tələbatları  ehtiva  edir.  Hüquqazidd  davranış  isə  bu  əlamətlər baxımından 
tamamilə  başqa  motivlərlə  -   tamah,  fordiyyotçilik  motivi  ilə  çıxış  edir, 
habelə özündə xudpəsənd və təcavüzkarlıq  meyllərini əks etdirir.
Üçüncüsü,  hüquqauyğun davranış və hüquqazidd davranış öz hüquqi 
xarakteristikasına görə də bir-birilə ziddiyyət təşkil edir.  Belə ki,  hüqiiqa- 
uyğun  davranış  adətən,  icazovcrici  və  vozifəverici  normalarla,  hüquqa­
zidd  davranış  isə  bir  qayda  olaraq,  qadağanedici  nonnalarla  nəzərdə 
tutulur.  Hüquqauyğun  davranış  normalara  əməl  edilməsindən  (icra  olun­
masından)  ibarətdir və  o,  deməli,  normativ  davranışdır.  Hüquqazidd dav­
ranış  isə  antinormativ  səciyyə  daşıyır  və  o,  qadağanedici  və  ya  vozifə­
verici  normaları  pozur.
Dördüncüsü,  dövlətin  hüquqi  davranışın  bu  növlərinə  münasibətdə 
nəzarətedici  funksiyaları,  miivafıq  surətdə  onların  hüquqi  nəticələri  do 
fərqlidir.  Hüquqauyğun  davranışa  nəzarət  bu  davranışın  hərtərəfli  tə­
minatına  və  mühafizəsinə,  onun  praktiki  cəhətdən  tam  həyata  keçiril­
məsinə  yardım  edilməsinə  yönəlmişdir.  Belə  davranışın  hüquqi  nəticələri 
adətən  sosial  subyekt  üçün  əlverişli  olur və  o  özündə,  o  cümlədən  dövlət 
həvəslondirilməsini  ehtiva edir.  Əksinə,  hüquqazidd davranışın nəticələri, 
bir  qayda  olaraq,  subyekt  üçün  arzuolunmaz  nəticələrin,  hər  şeydən 
əvvəl,  hüquqi  məsuliyyətin  meydana  gəlməsilə  bağlıdır.  Hüquqazidd 
xətaların  aradan  qaldırılmasına  və  onların  qarşısının  alınması,  bu  xəta­
ların  təqsirkarlarının  cəzalandırılması  soy  göstərən  hüquq-mühafizə  or­
qanlarının fəaliyyəti do məhz buna istiqamətləndirilmişdir.
Yuxarıda  göstərilənlər əsasında hüquqi  davranış  anlayışına belə tərif 
vermək olar:  «hüquqi davranış dedikdə,  fərdi və ya kollektiv sosial sub-
314
yektlorin,  onların  şüur  və  iradəsinin  nəzarəti  altında  olan,  hüquq  nor­
maları ilə nəzərdə tutulan və hüquqi  nəticələrin meydana çıxmasına səbəb 
olan sosial əhəmiyyətli  davranışı başa düşülür».1
İnsanların  xarici  xüsusiyyətlərinə  görə  oxşar  olan  hərəkətləri,  tö­
rətdikləri  xətalar  müxtəlif maraqlarla,  məqsəd  və  motivlərlə  diktə  oluna 
bilərlər.  Tələbatlar  və  maraqlar  davranışın  dərin,  daxili  stimuludur.  Hü­
quqi  hərəkətlər  hansısa  maraqlara  (şəxsi,  ictimai  və  ya  qrup)  görə  törə­
dilir.  Onların müxtəlif cəhətlərdən  əlaqələndirilməsi,  müxtəlif məqsədlərə 
yönəldilməsi  hüquqi  davranışın  motivlərini  şortləşdirirlər.  Belə  motivlərə 
aşağıdakıları aid etmək olar:
hüquq  normalarının  tələblərinin  düzgünlüyünə  və  ədalətliliyinə 
daxili inamın olması;
qanunlara əməl edilməsinə şəxsi  tələbatın olması; 
qanunların  göstərişlərinə  əməl  edilməsinin  sosial  cəhətdən 
zəruriliyinin dərk edilməsi;
qanunun tələblərinə şüurlu surətdə tabe olma; 
şəxsi hüquqların dərk edilməsi; 
qrup maraqlarının dərk edilməsi;

hüquqi məsuliyyətdən qorxma;

çokindirici və ya tərbiyocdici ənənələr;
müəyyən qaydaların,  vərdişlərin passiv şəkildə yerinə yetirilməsi;

daxili, dairəsi  məhdud olan tamah  maraqları;
hüquqauyğun  vasitələrlə  realizə  olunan  mənfi  motivlər  (intiqam, 
qısqanclıq).
Göründüyü  kimi,  davranışın  hüquqi  motivlərinin  dairəsi  kifayət 
qədər geniş  və çoxşaxəlidir.
Hüquqauyğun davranışın  yüksək  tipi  qismində qiymətləndirilən  hərəkət 
və  ya  xətalara  daxili  inam  əsasında  törədilən  hərəkətlər  və  xətalar  aiddir. 
Belə hərəkət və ya xətalar adətən, hüquq və ya qanun üzrə, yaxud şəxsi daxili 
tələbatla  edilən  hərəkət  və  ya  xətalar  hesab  olunurlar.  Bu  özündə  «hüquq 
üzrə yaşa»  tezisini  ehtiva  edir.  Ədəbiyyatda  qeyd  olunur ki,  hüquq  norması 
şəxsiyyətin  davranışının  daxili  mexanizminin  ayrılmaz  hissəsi  olmalıdır. 
Hüquq normasının  vərdişə çevrilməsi hüququ rəhbər bir qüvvə  edir.  Norveç 
alimlərinin  tədqiqatları  göstərmişdir  ki,  hüquq  nonnalan  öz  varlıqlarında 
insan  davranışına  bilavasitə  təsir  göstərmirlər».2  Həqiqətən  də  insanlar  öz
1  Кудрявцев B.H., Казимирчук  В .M.  Современная  социология права,  М .,1995,  с. 164.
2  Бобогов  С.В.  Буржуазная  права.  М.,  1978,  с.166.
315


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə