282
kor olsun”, “Səni görüm çörək tapmayasan”, “Qırılıb
suya dönəsən”, “Yurduna süpürgə çəkilsin”, “Bala üzünə
həsrət qalasan” və s. sırf məişət qarğışları, “Arpan quru
qalsın”, “Buğdan nəm çəkməsin”, “Çörəyin ətirli olsun”
kimi alqışlar təsərrüfat mahiyyətli, bunun əksinə olan
“Buğdan çürüsün”, “Arpan nəmə qalsın”, “Buğdana qurd
düşsün”, “Çəltiyinə bit düşsün” və s. məzmunlu qarğışlar
isə təsərrüfat mahiyyətli qarğışlardır.
Mifoloji və dini motivlərin əks olunduğu alqış və
qarğışlara aşağıdakılar misal ola bilər: “Bəxtinə gün doğ-
sun”, “Qapın xeyirliyə açılsın”, “Bəxt ulduzun sayalı ol-
sun”, “Ağ günə çıxasan”, “Xızır yol yoldaşın olsun”,
“İmam Hüseyn köməyin olsun”, “Həzrət Abbas
köməyinə çatsın”, “Şərdən uzaq olasan”, “Qırxlar yoluna
çıxsın”; “Qapın qaralsın”, “İmamlar belindən vursun”,
“Bəxtin dönsün”, “Üzünü mürdəşir yusun”, “Sənin yasını
tutum” və s.
Alqış və qarğışlarda sözün düşərli olması onların
xüsusi pafosla deyilməsindən asılıdır.
Folklorda alqış və qarğış problemi də müəyyən
dərəcədə inanclarla bağlıdır, qədim insanların xeyir və
şərlə qarşılaşdıqdan sonra onlara olan münasibətinin
nəticəsi kimi yarandığı qeyd olunmalıdır. Bu problem sırf
mifoloji görüşlərlə əlaqəlidir. Mifologiyada Xeyir və
Şərin inanclar sistemində rəmzləşdirilməsi, onlara
konkret münasibətin üzə çıxması niyyətin icra olunduğu
obyektin təsirinə olan inamla bağlıdır. Biz görürük ki,
alqışlarla xeyir əməllər təqdir olunur, qarğışlarda isə pis
əməllərə, şərə qarşı insanların fikri ifadə edilir. Alqış və
qarğışlara “Kitabi-Dədə Qorqud”da rast gəlinməsi bu
qənaətə gətirir ki, onun şifahi ənənədə möhkəm
qorunması hətta yazılı folklora keçməsini mümkün
etmişdir. Alqış və qarğışların arxaik semantikasını bu
deyimlərin (“Kitabi-Dədə Qorqud”dakı yumların) ifadə
283
etdiyi məzmunda aramaq olar. Ona görə də onların
müəyyən təsnifatını vermək aktual məsələdir. Daxili
məzmununa görə alqış və qarğışların üzərində kiçik
qruplaşdırma aparmaq mümkündür. Məsələn, “Sucan
ömrün olsun”, “Çörəyin bol, suyun sərin olsun”, “Allah
əvəzini versin”, “Çırağın gur yansın”, “İşığın sönməsin”,
“Torpağın rahat olsun”, “Namərdə möhtac qallmayasan”,
“Südüm sənə haram olsun”, “Çörəyim gözünü tutsun”,
“Südüm burnundan gəlsin”, “Adın daşlara yazılsın”,
“Halvanı çalım”, “Boyuna qamış ölçüm”, “Toyun vaya
dönsün” və s.
Bu cür alqış və qarğışları bir neçə qrupda
birləşdirmək olar:
1. Mərasimlərlə bağlı alqış və qarğışlar; 2. Məişətlə bağlı
yaranan alqış və qarğışlar; 3. Mifoloji və dini
təsəvvürlərin təsiri ilə yaranan alqış və qarğışlar.
Yuxarıda verilən misalların hər birinin kiçik də olsa,
etimoloji kökü vardır. Məsələn, “Boyuna qamış ölçüm”
ifadəsinin yaranması qədim dəfn adəti ilə, daha doğrusu,
qəbir qazılarkən ölçü vasitəsi kimi qamışdan istifadə
olunması ilə bağlıdır. Ölünün boyunu qamışla ölçüb
qəbrini qazırmışlar. Sonrakı qarğış vahidinə çevrilən bu
ifadə dildə arzu mənasını bildirmişdir.
Əfsun.
Eyni fikirləri əfsunlar haqqında da demək olar.
Sözün sehirinə tabe olan janrlardan biri də əfsunlardır.
Əfsun janrı xalq arasında ovsun kimi yaşamaqdadır.
Mifoloji çağlarda ibtidai insanın gündəlik məişət
həyatında, həyatı dərketmə və öz bildiyi kimi onu ifadə
etmək prosesində əfsundan istifadə bacarığı təbiət
üzərindəki hökmranlığını saxlaman arzusundan irəli gəlir
(21, s.62). Əfsun sözün gücünə inamı əks etdirir.
Əfsun oxşar səslərin və sözlərin müəyyən ahəngdə
284
deyilişi ilə ifadə olunan inanclardan biridir. Əfsunun
deyilməsində əsas amil insan və ya başqa canlıya
(məsələn, ilana) psixi təsir göstərməkdir. Əfsundan təbiət
hadisələrini cilovlamaq, onu öz arzusuna ram etmək
məqsədilə də istifadə olunur. Obyektdən kənarda əfsun
yoxdur. Odur ki, əfsunları təsnif edərkən onun obyektə
münasibətini nəzərə alıb quraşdırırlar. Məsələn, təbiət
qüvvələrini ram etmək üçün yaranan əfsunlar insanın
təbiət qüvvələri qarşısında aciz qaldığı dövrlərdə onun
üzərində hökmran olmaq arzusunu ifadə edir. Yağış
yağdırmaq arzusunu ifadə edən əfsunlar daha çoxluq
təşkil edir. Bu da əkinçilik mədəniyyətində suyun vacib
atribut olmasından irəli gəlir. Məsələn, A.Nəbiyev belə
bir əfsunun məzmunu ilə oxucunu tanış edir: Bir dəstə
adam əlinə su dolu qab götürür, əlini qaba salıb ovcunu
su ilə doldurub suyu göyə atır, su yerə yağış kimi tökülür,
onda əfsunçu belə oxuyur:
Su səpdim,
Suyu səpdim.
Arana suyu
Səpdim…
Dağdan gələn seldi ho,
Dərələrdə göldü ho.
Su səpdim,
Suyu səpdim.
Arana suyu
Səpdim… (57, s.63)
Hətta yağış yağdırmaq üçün hər hansı bir daşdan
istifadə olunması da əfsunun vacib tərəfi kimi diqqət
çəkir. A.Nəbiyev Babadağdan gətirilən yeddi daşın
dəlinərək bir ipə düzüldüyünü və ananın ilki olan qız
uşağının onu suya salıb, bir ucunu da qarağac və ya
285
fındıq ağacına bağladığını, bununla da yağışın
arzulandığını misal çəkir. Burada da əfsun mətni həmin
arzunun gerçəkləşməsində rol oynayır:
Daş başım
Yaş başım
Yaş oldu
Üst-başım.
Suda daşım
Quda daşım
Baba daşım
Gələr getməz yağışım. (57, s.64)
Daş ilə yağış yağdırmaq əfsununun izləri
Azərbaycanda ən qədim dövrlərlə bağlıdır. Belə bir
dünyagörüşü aşağıdakı şeirdə təqdim etmək olar:
Ada, ada, ada hey
Yada, yada, yada hey
Adamı adam tutdu
Yadam yadamı tutdu.
Yağışın kəsməsi üçün bu şeiri toplaşanlar oxuyur,
sonda əfsunçu da onlara qoşulur:
Yadam gur huya düşdü
Yadam gur suya düşdü
Yadam qara daş oldu
Yadam yaman yaş oldu.
Bu mətnlərdə “ho” - hey eyni məzmunlu çağırışdır.
Digər mətndəki “Baba daşım” ifadəsində Baba dağın adı,
daş isə əcdada işarədir. Mətndən göründüyü kimi,
quraqlıq zamanı yağışın yağdırılması üçün daşa olan
Dostları ilə paylaş: |