47
Məsələn, yağış tanrısını götürək. Bu, qeyri-maddi
obrazdır, amma təfəkkürdə onun obrazı yaranmışdır.
Quraqlıq olanda onun şərəfinə mərasim təşkil olunur.
Xalq müsəllaya çıxır, yağışın yağmasını ondan xahiş
edir. Yaxud günəş tanrısının şərəfinə keçirilən inanc
formasını götürək. Günəş tanrısı da mifoloji tanrıdır,
amma substantivləşmiş formadadır. Günəşə olan inanc
sitayiş və kult səviyyəsindədir. Ona görə də sitayiş
olunan kulta qurban kəsilir. Qurban kəsmək özü də ritualı
tamamlayan hissədir. Ritual qəbilə həyatının dünya-
görüşüdür. Mərasim isə tayfa dünyagörüşünün məhsulu
kimi formalaşmışdır və ritualın sonrakı inkişaf
prosesində üzə çıxmışdır. Mərasim daha geniş anlayışdır,
tayfanın bütün üzvlərini əhatə edir. Tayfa quruluşu
dövründə ritualın təşkili məsələləri arxada qalır, ritual öz
yerini mərasimə verir. Ritual və mərasimin oxşar
cəhətləri vardır. Hər ikisində nəğmələrdən istifadə olu-
nur. Ancaq ritualın nəğmə tipi ilə mərasimin nəğmə tipi
məzmununa görə fərqlənir. Ritual nəğməsi mifin süjetini
əks etdirir, ibtidai dini səciyyə daşıyır (45, s.13) və
çağırış məzmununu özündə birləşdirir. Deməli, ritual
kiçik toplumun çağırışlarını nəğmə şəklində özündə əks
etdirir. Həmin nümunələr təkmilləşmə prosesi keçirərək
folklor materialını təşkil edir. Mətnləşmə prosesindən
keçəndən sonra həmin nəğmələr mərasim folklorunun
nümunələri şəklində öz təsdiqini tapır. Bu deyilənləri
ümumiləşdirsək, ritual – mif və mərasim folkloru – mif
əlaqələrində belə bir inkişaf prosesini izləyə bilərik: Mifə
inam ritual vasitəsilə öz təsdiqini tapır, ilkin miflər
nəğmə şəklində söz və hərəkətdən, emosional
çağırışlardan asılı olmuşdur. Söz, hərəkət, emosional
qışqırıqlar və nəğmələr inancla bir yerdə ritualla icra
olunmuşdur. Nəğmələr isə sonrakı proseslərdə daha da
poetikləşmiş, ritualda üstünlük qazanmışdır. Bura
48
dramatik ünsürlər də əlavə olunmuş, məzmun çevrəsi
genişlənmiş və mərasim formasını almışdır.
Mərasimin əsas xüsusiyyətlərindən biri nəğmənin
janra çevrilməsi prosesini əmələ gətirməsidir. Yəni bir
nəğmə tipinin müxtəlif regionlarda variantları və
formaları xalq tərəfindən ifa olunursa, çoxçeşidlilik
əmələ gətirirsə, bunlar hamısı bir yerdə mərasim
folklorunun nümunələrinə çevrilir. Mərasim
nəğmələrinin ikinci bir xüsusiyyəti nağıl, epos, dastan və
başqa janrların içində istifadə olunma imkanlarıdır.
Əlbəttə, həmin janrlarda istifadə olunan nəğmələr
ritualdan qopub gəlmişdir. Məsələn,
Gün çıx, gün çıx,
Kəhər atı min çıx,
Keçəl qızı evdə qoy
Saçlı qızı götür çıx
- mərasim nəğməsi nağıl mətninin içində işlənirsə,
deməli, bu nəğmə əvvəlcə ritual görüşlərini əks etdirmiş
və ritualdan qopub nağıla əlavə olunmuşdur. Eyni
zamanda ritualla nağıl təqribən yaxın dövrlərdə
yarandığından özündə mif düşüncəsini əks etdirir, bu
düşüncə poetik qəlibə salınaraq nəğməyə çevrilir.
Mərasim folkloru nəğmələrinin çox böyük izahını
vermək olar. Qısaca deyək ki, hər bir mifik obrazın,
prosesin xüsusiyyətlərini əks etdirən nəğmə tipləri vardır.
Onlar bədii düşüncədən keçərək süjetli nəğməyə məxsus
olan fikir və obrazları əks etdirir. Bura xüsusilə Novruz
nəğmələrini aid etmək olar. “Kosa-kosa” xalq tamaşası
süjetli nəğmələrdən təşkil olunub, antropomorfik
obrazların dilindən ifa edilir. Burada “Kosa-kosa”
nəğmələri geniş mərasim nəğmələrinin bir hissəsini təşkil
edir və Novruz nəğmələrinin sırasındadır. Bu nəğmələrin
məzmununda mif dünyagörüşü də qalmaqdadır. Mifdə
49
Kosa qışı təcəssüm etdirəndir, Keçi isə yazın
təmsilçisidir. Bu mif mətnində təcəssüm olunan yazla
qışın mübarizəsi antropomorflaşmış Kosa və Keçi
obrazları vasitəsilə nəğmələrdə də əks etdirilir. Maraqlı
burasıdır ki, mif şaxələnərək həm nəğməyə çevrilə bilir,
nəğmənin məzmununda öz əksini tapa bilir, həm də insan
surətləri vasitəsilə əfsanə və rəvayətlərin məzmununu
təşkil edir. Xüsusilə miflərdəki obrazların, məsələn, Xızır
obrazının nəğmə süjetində, həm də nağıl, dastan, əfsanə
və rəvayət janrlarında obrazının əks olunduğunu görürük.
Mərasim nəğməsi kimi Xızır haqqında olan
şeirlərdə onun mifik səciyyəsi tərif edilir. Onun darda
qalanları xilas etməsi, sevənləri qovuşdurması, uşaq
verməsi və s. xüsusiyyətləri belə nəğmələrdə əks olunur
(35, s.160 – 161). Belə nəğmələrdə onun hami ruh olması
birinci növbədə əsas götürülür. Bu düşüncə ilk növbədə
onun haqqında yaranan mifə bağlıdır. Xızır haqqında
miflər onun şərəfinə keçirilən ilkin rituallarda nəğmə
şəklində oxunmuş, Xızırın antropomorflaşmış obrazının
yaranmasına səbəb olmuşdur. Bir ritual nəğmədən çoxlu
mərasim nəğməsinə çevrilən Xızır nəğmələri mərasim
folklorunun özəyini təşkil etməkdədir.
Mərasim folklorunun nəğmələri arasında “Yerlə
göyün bəhsi”, “Aranla dağın bəhsi”, “Aranla yaylağın
bəhsi”, çərşənbə nəğmələrini göstərmək olar.
Mərasim folkloru təkcə nəğmələrdən ibarət deyil.
Mərasim folklorunu təsnif edərkən bura ilk olaraq,
mövsüm mərasimi nəğmələrini, sonra bayram məişəti
nəğmələrini və məişət mərasimi nəğmələrini daxil etmək
olar.
Mərasim folklorunun ikinci böyük hissəsini
ritualdan dolayı yolla yaranan kiçik janrlar təşkil edir.
Buraya atalar sözü və məsəlləri, inancları, andları, alqış
və qarğışları, əfsunları, yada nəğmələrini, falları,
Dostları ilə paylaş: |