RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə43/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   39   40   41   42   43   44   45   46   ...   97

155 
ciyərini çıxarıb aparır, çayda suya çəkir, zahı ölür. Onda 
deyirlər ki, zahını hal anası apardı. Bu vaxt gərək tez 
gedib suyu qılınclayalar, göyə güllə atalar, evdəki suları 
boşaldalar ki, zahının ciyərini hal suya çəkə bilməsin. 
Belə eləsələr, zahı ayılar  
(27, s.115). 
Azərbaycan rəvayətlərinin dastan sənətindəki yerini 
də unutmaq olmaz. Araşdırmalar göstərmışdir ki, 
rəvayətlər epos və dastanların içində yalnız estetik dəyər 
daşımamış, dastanlar üçün faydalı olacaq bir qaynaq 
rolunu oynamışdır. Rəvayətlər dastanda danışılan 
hadisələrin, hadisələrin baş verdiyi məkanın və dastan 
qəhrəmanlarının real özəllik qazanmasına, dastanın  əsas 
mahiyyətinin açılmasına, fıkir və ideyasının 
zənginləşməsinə kömək edir. Eyni zamanda rəvayətlər 
haqqında söhbət gedən hadisələrin hansı zaman kəsiyinə 
aidliyi haqqında da işarə verir. Məsələn, “Kitabi-Dədə 
Qorqud” dastanında olan Dədə Qorqud haqqında 
müxtəlif rəvayətlər mövcuddur. Onun Məhəmməd 
peyğəmbərlə eyni vaxtda yaşadığı güman edilir. Quran 
ayələrini nəzmə çəkib oxumaqla o, həm də İslam dininin 
yayılmasında bilvasitə rol oynamışdır. Belə  rəvayətlərin 
birinə diqqət yetirək: 
“Salmani-fars Məhəmmədin dostu idi. Ölkədə  nə 
mühüm xəbərlər olsa Salmani-farsa çatdırılardı  və o da 
öz növbəsində bunları  Məhəmmədə bildirərdi. Bir gün 
Salmani-farsa xəbər verdilər ki, Qorqud adlı bir ozan 
camaat arasında “Quran” ayələrini nəzmə  çəkib, qopuz 
çalıb oxuyur. 
Salmani-fars Qorqudu əlində qopuz Məhəmmədin 
yanına gətirir. Məhəmməd peyğəmbər “ona toxunınaq 
olmaz, o, Dədə ozandır. Qoy oba-oba gəzib “Quran”ı 
təbliğ etsin. Xalq ona qulaq asır. Qoy nə  şəkildə, necə 
bacarırsa  İslamın  şərəfinə söz desin. O, ancaq alqışa 


156 
layiqdir”, - deyə bildirir” (18). 
Rəvayətin əhəmiyyətli tərəfı budur ki, Salmani-fars 
kimi Dədə Qorqud da Məhəmməd peyğəmbərin müasiri 
və yaxın dostu kimi təqdim edilir. 
Dədə Qorqud boylarının nə zaman yaranması  və 
yazıya alınması uzun müddət mübahisələrə  səbəb 
olmuşdur. Əslində isə dastanın ayrı-ayrı hissələri təqribən 
VII – VIII əsrlərdən başlayaraq müxtəlif zamanlarda baş 
vermiş tarixi hadisələrlə  səsləşən  əfsanə  və  rəvayətlər 
əsasında meydana gəlmişdir. “Dastan uzun bir müddət 
ərzində tarixi hadisələrdən rəvayətlərə, rəvayətlərdən 
əfsanələrə,  əfsanələrdən nağıllara, boy və dastanlara 
çevrilmək yolu ilə həm kəmiyyətcə, həm də keyfıyyətcə 
təkmilləşə-təkmilləşə  gəlmiş, X – XI əsrlərdə 
Azərbaycanda baş vermiş hadisələrlə  səsləşdirilmiş, 
axırıncı dəfə köçürüldükdə isə katibin əlavələri hesabına 
xeyli dəyişərək indi əlimizdə olan şəkilə düşmüşdür” (73, 
s.12 ). 
Bu dastanın tarixdən məlum olan “Oğuznamə”lərlə 
əlaqəsindən danışsaq, aydınlaşar ki, Orta Asiyada, 
xüsusilə türkmənlər içərisində “Oğuznamə” ümumiyyətlə 
“tarix” deməkdir. Bu məsələyə aydınlıq gətirən  əsas 
nümunə 1660–1661-ci illərdə  Əbülğazinin yazıb 
qurtardığı 
“Şəcəreyi-tərakimə”sidir. “Şəcəreyi-
tərakimə”də bir sıra rəvayətlər, tarixi hadisələr və bu 
hadisələrlə  əlaqədar  şəxsiyyət, hətta yer adları vardır, 
bunlara “Dədə Qorqud” boylarında da rast gəlinir. Bunlar 
“Şəcəreyi-tərakimə” ilə “Dədə Qorqud” boylarını 
müqayisə etməyə imkan yaradır. 
“Şəcəreyi-tərakimə”dən aydın olur ki, Orta Asiya 
“Oğuznamə”lərində, eləcə  də xalqlarında Qazan xan 
haqqında bir-birindən fərqli rəvayətlər olmuşdur. 
Rəvayətlərin birinə   görə   “Beçənələr  uzun  müddət   
solorlara  düşmənçilik   etmişlər.   Solorlar Beçənələri 


157 
həmişə  İt Beçənə adlandırırmışlar. Beçənələrin padşahı 
Taymaduq qoşunla gəlib solor elini çapıb talamış, Qazan 
Alp üç ildən sonra kəndxudası Unkaşı çoxlu mal-dövlətlə 
göndərib anasını geri qaytarmışdır” (73). 
Digər rəvayətdə deyilir: “Beçənə elinin padşahı 
Taymaduk Unkaşın yurduna basqın edib Qazanın anası 
Cacaqlını  əsir aparır. Üç ildən sonra Unkaş çoxlu mal-
dövlət verib arvadını geri alır. Altı aydan Cacaqlının bir 
oğlu olur. Qazan Alp: “Bu uşaq haradandır”, - deyə 
ağacla anasının başını yarır. Anası deyir: “Qaranlıq 
qovuşanda düşmən gəldi. Sənin qorxudan rəngin ağardı. 
Dəvəyə minib qaçdın. Mən də  sənin dalınca yola 
düşdüm. İt Beçənə mənə çatıb dəvəmin başını tutdu” və 
s. (73). 
Rəvayətlərin sonu qafıyəli vəznlə verilmişdir. Bu 
da onun rəvayət deyil, dastan olmasından xəbər verir. 
Bunların hər ikisi tarixi hadisəyə əsaslanır. Orta Asiyada 
bu hadisə haqqında olan rəvayətləri baxşılar Beçənələrlə, 
Taymaduqla əlaqədar şəkildə işləyib, şeirlə bəzəyib belə 
bir dastan halına salmışlar. Azərbaycan ozanı isə onu 
Dərbəndlə, Qaraca Çobanla, Şöklü Məliklə  əlaqədar bir 
şəkildə  işləyib “Salur Qazanın evinin yagmalanması” 
boyunu yaratmışdır. Hər iki variantın əsasında eyni tarixi 
hadisə, rəvayət dayansa da, süjet, məkan və surətlər 
fərqlidir. 
“Şəcəreyi-tərakimə”də “Kitabi-Dədə Qorqud”dakı 
“Uşun Qoca oğlu Səgrək” boyu ilə eyni məzmuna malik 
rəvayət qeyd olunur. Rəvayətə görə, “o zaman oğuz 
elinin Qaraşıt adlı düşmanı var idi. O, Arslan xanın 
öldüyünü eşidib hücum elədi. O zaman Arslan xanın 
kiçik oğlu Sərəng beşikdə idi. Düşmən onu əsir eləyib 
apardı. Çox illər keçdi. Sərəng igid oldu. O, qardaşı 
Kukem-Bakuya sifariş göndərdi ki, “mən qaça bilmirəm. 
Qardaşım gəlib məni qurtarsın. Kukem-Bakuy ordu ilə 


158 
gedib qardaşını qurtardı” (73). 
Bunlar arasındakı 
fərq onların adlarında, 
təfərrüatında, birinin rəvayət  şəklində qalmasında, 
ikincinin isə eposlaşmasındadır. 
Epik ənənədə rəvayətlərə ən yaxın janrlar əfsanə və 
nağıllardır. Lakin bu janrları bir-birindən fərqləndirən 
kifayət qədər fərqli cəhətlər var. Artıq məlumdur ki
rəvayətlərə  ən yaxın olan, onunla eyniləşdirilən janr 
əfsanədir. 
Nağılla rəvayət arasındakı oxşarlıq ondadır ki, hər 
ikisi nəsrlə yazılır, bəzən rəvayətlərlə nağılların başlanğıc 
detalları eyni olur. Rəvayətlərdə nağıllarda olduğu kimi 
sabit süjet və kompozisiya xətti yoxdur. Həqiqətdə nağıl 
xüsusi formaya, struktur keyfiyyətlərə malik olan 
müstəqil bir janrdır. Rəvayətlər isə mif və  əfsanələrin 
təsiri ilə yaranmışdır. 
Azərbaycan tarixinin ayrı-ayrı dövrlərində dildə-
ağızda dolaşan rəvayətlər bir çox hallarda janrdaxili 
xüsusiyyətlərindən uzaqlaşaraq, nağıl keyfiyyəti 
daşımışlar. Folklorumuzda Şah Abbas, Şah  İsmayıl 
Xətai, Harun ər-Rəşid, Nadir şah və başqaları haqqında 
eyni süjetli həm rəvayətlər, həm də nağıllar yayılmışdır. 
Bu xüsusiyyət yalnız bizim folklorda deyil, digər dünya 
xalqları folklorunda da özünü göstərir. 
Azərbaycan rəvayətləri folklorumuzun ən zəngin 
janrı olan lətifələrlə  də qaynayıb-qarışmışdır. Tarixi 
şəxslərdən bəhs edən rəvayətlərdə  bəzən vəziyyətdən 
asılı olaraq gülməli-məzəli bir informasiya verilir. 
İ.Abbaslı  rəvayətlərin lətifələrlə  əlaqəsindən danışarkən 
deyir: “Ayrı-ayrı tarixi şəxsiyyətlər, onların fəaliyyətləri, 
mübarizələri barədə söz açan rəvayətlər bəzən  şifahi 
gələnəkdə dolaşa-dolaşa satirik-yumoristik boyalara 
bürünmüş, beləliklə  də qismən gülməcələrə doğru 
istiqamət götürınüşlər”. Belə ki, Sultan Mahmud, Bəhlul 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə