128
quraşdırılmasında şəxsən Tusinin özü iştirak etmişdi. Bu
tikintiyə bir neçə bacarıqlı arxitektor Marağaya dəvət
olunur. Bu işdə alim, Dəməşqdən çağırtdırdığı Müəyyidəd-
din Ordiyə möhkəm bel bağlayırdı. Tusi görkəmli astronom
və konstruktor M. Ordi ilə birlikdə rəsədxanada beş yeni,
bir o qədrə də köhnə konstruksiyalı astronomik cihaz
quraşdırırlar. Yeni cihazları alimlərin özləri işləyib
hazırlayırlar. Bundan əlavə Marağa rəsədxanasında bir sıra
astronomik məsəllərin həlli üçün zəruri sayılan, həmçinin
tədris məqsədi ilə istifadə olunan Yer və Göy qlobusları da
hazırlanmışdı.
Mən rəsədxananın arxitekturasına toxunmaq istəyirəm.
Oranın tikinti layihələri Tusinin rəhbərliyi və iştirakı ilə
memar Fəxrəddin Əhməd ibn Osman əl-Əmin əl-Maraği
tərəfindən hazırlanmışdı. Tikinti gedən zaman şəxsən
Hülakü xanın özü 1262-1263-cü illərdə Marağaya gəlmişdi.
Orada 16 əsas və köməkçi bina tikilmişdi. Binaların
birinci əsas qismində astronomik müşahidələr aparmaq
üçün lazım olan cihazlar quraşdırılmışdır. İkinci köməkçi
binalarda mədrəsə, kitabxana, emalatxana, alimlər üçün iş
otaqları yerləşirdi. Rəsədxananın hasara alınmış sahəsində
məscid tikilmişdi.
Onlardan yeddisi dairəvi formada idi. Tikililərin orta-
sında isə rəsədxananın əsas qülləsi ucalırdı. Dairəvi şəkildə
129
olan qüllənin daxildən eni 22 metrə bərabər idi. Elə
astronomların və riyaziyyatçıların da əsas iş otaqları həmin
qüllədə yerləşirdi. Tusi, Ordi, Fao Mun-Çi, Qütbəddin
Şirazi bütün günlərini, qüllədən göydəki ulduzların və
başqa Göy cisimlərin müşahidə etməklə, orada keçirirdilər.
1965-1966-cı illərdə İran alimləri dağıdılmış rəsədxana-
nın yerində qazıntı işləri aparmışdılar. Onlar bu haqda
böyük hesabat hazırlayaraq, rəsədxana kompleksinin və
onun ətrafında olan bütün coğrafi obyeklərin sxemini tərtib
etmişdilər.
Qazıntılar zamanı eyni zamanda beş sferik bina aşkar
edilmişdir.
Bu tikili həmin dövr üçün ən möhtəşəm elm ocaqların-
dan biri sayılırdı. XIII əsrin ortasına kimi Şərqin heç bir
bölgəsində o irilikdə rəsədxana tikilməmişdi. Xaricdən
gələn nümayəndələr xüsusən də, Çindən və Orta Asiyadan
gələn monqol nümayəndələri, rəsədxananın möhtəşəm
tikintisinə baxanda heyrətlənir və öz vətənlərinə, Tusi və
onun həmkarları barəsində yaranan xoş təəssüratlarla
yollanırdılar.
Təpənin üstündə uzunluğu 350 metr, eni 150 metr olan bir
sahədə, rəsədxananın cihazları yerləşdirilmişdir. Əsas
binalarda Göy cisimlərini müşahidə etmək üçün lazım olan
cihazlar quraşdırılmışdı. Köməkçi binalarda mədrəsə,
131
kitabxana, cihazqayırma, metaltökmə və başqa emalat-
xanalar, alimlər üçün iş otaqları yerləşirdi. Rəsədxananın
sahəsində məscid də tikilmişdi. Tusinin layihəsinə əsasən,
Marağa rəsədxanası nəinki Azərbaycanda yaşayan elm
adamları üçün, hətta dünyanın hər bir bölgəsində yaşayan
aqil insanların yaşayıb-yaratmasına böyük zəmin yaratmalı
idi. O, əvvəlcədən Hülaku xana bildirmişdi ki, rəsədxana
hazır olub istismara veriləndən sonra Marağanın qapıları,
Azərbaycanın hüdudlarından kənarda yaşayan hər bir
əcnəbi adamın üzünə açılmalıdır.
Arada gedən müharibələrə və iğtişaşlara baxmayaraq
astronomiya, riyaziyyat, həndəsə, coğrafiya elmləri dünya-
nın hər bir ölkəsində inkişaf etdirilib yüksək zirvəyə
qaldırılmalıydı. Alimin fikrincə, iri bir səltənəti idarə edən
hər bir hökmdara müharibələrdən çox, aqil insanların
yetişdirilməsi və həmin alimlərin vasitəsilə elmin hər hansı
bir sahəsinin inkişaf etdirilməsi lazım idi.
Tarixi qaynaqlara əsaslanaraq artıq məlum olub ki,
Marağa rəsədxanasından əvvəl Azərbaycanda daha başqa
bir rəsədxana olmuşdur. Tarixi sənədlərə istinadən profes-
sor E. Mehrəliyev yazır: “O, (yəni, Kafiəddin Ömər Osman
oğlu Şirvani – R. D.) Şamaxının yuxarı hissələrində
observatoriya da yaratdı. Oraya Əbdülkərim Şirvanini və
Fələki Şirvanini, onların tanışlığı ilə başqa bir yerlərin də