Ramiz Dəniz



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə2/102
tarix28.06.2018
ölçüsü4,12 Mb.
#52377
1   2   3   4   5   6   7   8   9   ...   102

                                                     

 

  



                                                                            

                                                    

gin Azərbaycan ədəbiyyatında yazıçı və tədqiqatçı anlayış-



larını simbiozlaşdırmağa çalışan və müəyyən mənada buna 

nail olmuş ilk novator müəlliflərdəndir. Məsələn, yuxarıda 

adını  çəkdiyim  əsərdə  o  birinci  növbədə  tədqiqatçı  kimi 

çıxış  etmişdir,  bunu  əsərdə  istinad  edilmiş  çoxlu  sayda 

ədəbiyyat  siyahısı  da təsdiq edir. Əlbəttə,  müəllifin toxun-

duğu  məsələlər  və  onlara  verdiyi  izahların  bir  çoxu 

mübahisəlidir.  Ancaq,  buna  görə  ona  irad  tutmaq  düzgün 

olmazdı, heç olmasa ona görə ki, tədqiqatın mənası diskus-

siyalar, araşdırmalar və bu yollarla həqiqəti tapmaqdır. 

Ramiz  Dənizin  digər  məharətlərindən  biri  müəyyən 

dövrlər  üçün,  tarixi  və  məkanı  birgə  təsvir  etməyə  cəhd 

göstərməsidir.  Bu  baxımdan,  onun  yazdığı  kitablar,  elm 

səlnaməsinə,  tarixi-sərgüzəştlər  romanlarına  bənzəyir.  Elə 

bu  da  bizim  ədəbiyyatda  yeni  istiqamətlərdən  biri  kimi 

qəbul oluna bilər. 

Əlbəttə,  ön  sözdə  kitabı  yenidən  nəql  etməyə  ehtiyac 

yoxdur.  Ancaq,  nəzərə  alsaq  ki,  kitabla  tanışlıq  ön  sözdən 

başlayır, burada onun məqsəd və strategiyasına qısa aydın-

lıq  vermək,  bəzi  məqamları  qeyd  etmək  yerinə  düşərdi. 

Əsasən, Tusi  yaradıcılığına həsr etdiyi bu əsərində müəllif 

qədim  dövrlərdə  -  bizim  eramızdan  əvvəldən  başlayaraq 

bizim  eranın  orta  əsrlərinə  qədər  –  elmin  coğrafiya,  tarix, 

fəlsəfə,  astronomiya,  riyaziyyat,  fizika  və  s.  sahələrində 



                                                     

 

  



                                                                            

                                                    

alınmış  mühüm  nəticələri,  ixtiraları,  onların  yarandığı 



tarixi, ictimai və sosial şəraiti, müəllifləri haqqında yığcam 

məlumat  verir.  Azərbaycan  səyyahı  və  tədqiqatçısı  Şeyx 

Məhəmmədəli  Babakuhi  Bakuvinin  həyatı  və  yaradıcılığı-

na  xüsusi  yer  ayrılır.  Bu  çox  düzgün  yoldur,  heç  olmasa 

ona  görə  ki,  Tusi  dühasını  başa  düşmək  üçün  oxucu 

minimum  belə  məlumalara  malik  olmalıdır.  Yəni,  məqsəd 

Tusi  yaradıcılığıdırsa,  onu  oxucuya  çatdırmaq  üçün  strate-

giya  qədim  və  orta  əsrlər  tarixində  elmi  ictimai  şəraiti, 

bəşər  tarixinin  inkişafında  şərq  alimlərinin  oynadığı  rolu 

göstərməkdir.  Fikrimcə  bu  çox  çətin  və  sərfəli  işə  müəllif 

müəyyən dərəcədə nail ola bilmişdir. 

Müəllif  Tusi  dövrünün  tarixi  şəraiti,  Hülaku  xanın 

devrilməz  Abbasilər  xilafətinə  necə  qalib  gəldiyini,  Bağ-

dad üzərinə hücum etməzdən əvvəl alim və üləmalarla necə 

məsləhətləşdiyini  canlı  surətdə  təsvir  etmişdir.  Hülaku 

xanın hökmdarlığından sonra məhbusluqdan azadlığa çıxan 

Tusinin başqa qabiliyyətləri meydana çıxır. Məlum olur ki, 

o,  həm  yaxşı  elm  təşkilatçısı  və  həm  də  dövlət  xadimidir. 

Marağada  böyük  rəsədxananın  tikilməsinə  monqol  hökm-

darını  inandırmaq  və  sonradan  dünyavi  səviyyədə  onun 

işini  təşkil  etmək,  necə  məharətli  siyasətçi  və  təşkilatçı 

olmağa yaxşı sübutdur. Əlbəttə, bunların hamısının istinadı 

və  əsası  dahi  Tusinin  əvvəl  nail  olduğu  elmi  kəşflərdir. 



                                                     

 

  



                                                                            

                                                    

Kitabda  Marağa  rəsədxanasının  quruluşu,  yaradıcılıq 



fəaliyyəti  və  orada  işləyən  alimlər  haqqında  daha  ətraflı 

məlumat verilir. “Zic Elxani” əsəri məşhur “Zic Uluqbəy” 

əsəri ilə müqayisə olunur və onların müqayisəsində birinci-

nin heç də geridə qalmadığı sübut olunur. 

Kitabda  Tusinin  dünya  elminə  verdiyi  töhfələr  xüsusi 

vurğulanmışdır.  Onun  həndəsə  sahəsində  yazdığı  “Təhrir 



Öqlidis”  kimi  şah  əsəri  bir  çox  məşhur  Avropa  alimləri 

üçün  qaynaq  olmuşdur.  Triqonometriyanın  ayrıca  bir  elm 

kimi əsasını qoymaq məhs Tusi dühasının məhsuludur. 

Maraqlıdır  ki,  Tusinin  çox  dəqiq  olmayan  astronomik 

alətlərlə  təyin  etdiyi  coğrafi  koordinatlara  elmin  sonrakı 

inkişafı ancaq dəqiqlik gətirə bilmişdir. Onun “Zic Elxani” 

əsərində  verdiyi  coğrafi  koordinatlar  əsasında  dünya-nın 

xəritəsinin  tərtib  etdiyi  və  orada  Amerika  qitəsinin  yerini 

göstərdiyi  yaxşı  məlumdur.  Ramiz  Dəniz  bu  kitabında  da 

Xristofor  Kolumbun  Amerikanı  kəşf  etdiyi  zaman  Tusinin 

xəritəsindən istifadə etdiyini sübut etməyə çalışır. 

Oxucu tərəfindən sual çıxa bilər - Tusi haqqında belə bir 

kitabın yazılmasına ehtiyac varmı? İlkin və tez cavab odur 

ki, - yox. Ancaq bir qədər fikirləşsək, bunun düşünülməmiş 

cavab  olduğunu  görərik.  Belə  ki,  maraqlıdır  nə  qədər 

azərbaycanlı  və  Azərbaycan  vətəndaşının  dahi  Nəsirəddin 

Tusi haqqında, heç olmasa, ümumi məlumatı vardır? Əgər 



                                                     

 

  



                                                                            

                                                    

sorğu  aparsaq  bu  nəticənin  daha  neqativ  olacağını  xüsusi 



təəssüf və ürək ağrısı ilə qeyd etmək lazımdır. 

Araşdırmalar H. Məmmədbəylinin kitabının Azərbaycan 

bədii və elmi kütləvi ədəbiyyatında Tusi haqqında yazılmış 

yeganə  samballı  əsər  olduğunu  göstərir.  Belə  məlum  olur 

ki, Tusi haqqında ən ətraflı məlumatı ancaq “Kembrincin 

İran tarixi” ensiklopediyasından almaq olar. Bu Azərbay-

can  tədqiqatçısı  üçün  şərəf  gətirməyən  bir  boşluqdur.  R. 

Dəniz öz kitabında Tusi haqqında, sadə və hamının qavraya 

biləcəyi  şəkildə  məlumat  verir,  onun  yaradıcılığını  araşdı-

rır. Yaddan çıxarmaq lazım deyil ki, o həm də yazıçıdır və 

heç  kimə  bənzəməyən  öz  üslubu  vardır.  Çoxrəngli  dünya-

mızda,  Azərbaycan  dahisini  daha  bir  prizmadan  oxucuya 

ünvanlandırmaq, fikrimcə normal və bəlkə də zəruri bir şey 

kimi qəbul olunmalıdır. 

Yuxarıda  qeyd  olunduğu  kimi,  müəllifin  iddiası  böyük-

dür, o, Kolumbun Amerikanı kəşf eləməsində Tusinin tərtib 

etdiyi xəritənin mühüm rol oynadığını sübut etməyə çalışır. 

Hələlik, nə qədər şübhəli olsa da bu fikrin yaşamağa və əla-

və  tədqiqatlar  aparmaqla  sübut  olunmasına  ehtiyac  vardır. 

Yəni, müəllifin  əsas peşəsi  yazıçı olmağına baxmayaraq, o 

tədqiqatçılar qarşısında yeni məsələ qoyur. 

Müəllifin  stili,  cümlələrin  morfologiyası  qənaətbəxşdir, 

oxucunu  yormur,  kitab  asan  oxunur.  Bunların  hamısı,  ali 




Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə