Ramiz Dəniz



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə6/102
tarix28.06.2018
ölçüsü4,12 Mb.
#52377
1   2   3   4   5   6   7   8   9   ...   102

                                                     

 

  



                                                                            

                                                    

21 

Bunun  üçün  ilk  növbədə  mən  Antik  dövrdə  yaşayıb 



yaratmış  bir  neçə  tanınmış  alimlərin  elmi  nailiyyətlərinin 

bəzi nəticələri barəsində məlumat verməli olacağam. Çünki 

onlar  həmin  dövrdə  məlum  olan  bütün  elmlərin  banisi  və 

təkmilləşdiricisi  sayılırlar.  Riyaziyyat,  həndəsə,  fəlsəfə, 

astronomiya  və  coğrafiya  elmlərinin  sürətlə  inkişafı  məhz 

həmin adamların çiynində durmuşdu. 

Yer  kürəsində  sivilizasiyanın  ilkin  rüşeymləri  cücərən-

dən  bəri  əqli  cəhətcə  inkişaf  etmiş  insanları  ilkin  növbədə 

bircə  şey  maraqlandırırdı;  burada  həyat  necə  yaranıb,  Yer 

kürəsinin  forması  hansı  şəkildədir  və  yerləşdikləri  məkan-

da su böyük üstünlük təşkil edir, yoxsa torpaq? İlk növbə-

də  insanlar  elə  bilirdilər  ki,  yaşayıb  fəaliyyət  göstərdikləri 

yer  balaca  bir  bölgədən  ibarətdir.  Lakin  onlar  yaşadıqları 

məntəqədən,  digər  yaşayış  məntəqəsinə  səyahət  edəndə 

artıq anlamağa başlayırdılar ki, fəaliyyətdə olan məkan heç 

də təsəvvür etdikləri kimi balaca deyil. 

Sonrakı  dövrlərdə  uzağa  getdikcə,  yeni-yeni  yaşayış  və 

coğrafi məntəqələri aşkarlandıqca, belə bir anlayış yaranır-

dı  ki,  insanların  məskunlaşdıqları  yerin  ərazisi,  ümumiy-

yətlə  sonsuzdur.  Qədim  dövrdə  sürətli  minik  vasitələrinin 

olmaması,  belə  bir  faktın  hökm  sürməsinə  rəvac  verirdi. 

Çünki bütün məsafələr demək olar ki, ayaq ilə qət edilirdi. 

Belə  olan  halda  qədim  dövrün  alimləri  Yer  kürəsinin 



                                                     

 

  



                                                                            

                                                    

22 

quruluşu  barəsində  və  onun  hansı  sahəyə  malik  olması 



haqqında elmi axtarışlara cəhd göstərirdilər. 

İllər  keçdikcə  insanların  təfəkküründə  Yer  və  Göy 

haqqında  təsəvvürləri  tamamilə  müxtəlifləşirdi.  Bu  ondan 

xəbər  verirdi  ki,  artıq  astronomiya  və  coğrafiya  elmləri 

yavaş-yavaş  inkişaf  edir,  bu  sahələri  tədqiq  edən  alimlərin 

sayı artırdı. 

Qədim  Babilistanda  belə  bir  təsəvvür  yaranmışdı  ki, 

guya  Yer  şişmiş  dairəvi  bir  adanı  təşkil  edir  və  dünya 

okeanında  üzür.  Kainat  yerin  üzərində  möhkəm  bir  daş 

kimi dayanıbdır, hansınaki planetlər və ulduzlar bərkidilib. 

Günəş isə bu cisimlər üzərində gündəlik seyrini edir. 

Məlumdur  ki,  qədim  Babilistanın  alimləri,  hələ  bizim 

eramıza 18 əsr qalmış Günəş və Ay tutulmalarını müəyyən 

edə  bilirmişlər.  Aydındır  ki,  bunu  müəyyən  etmək  üçün 

hökmən əsas triqonometriya elementlərini bilmək lazım idi. 

Belə  çıxır  ki,  həndəsə,  riyaziyyat  və  astronomiya  zəmanə-

sinə görə Babilistanda çox inkişaf etmişdi. 

Aristotelə  qədər  Qədim  Yunanıstanda  mütəfəkkir  alim-

lər, əsasən Heraklit, Demokrit və Pifaqor fəza cisimlərinin 

hərəkətlərini müəyyən etməkdən ötrü, elmi araşdırmalara əl 

atmağa  cəhd  göstərmişdilər.  Yunan  alimi  Heraklit  Efesli 

(təx.  b.e.  əvvəl  544-470)  belə  bir  məntiqə  əsaslanırdı  ki, 

dünya getdikcə hərtərəfli inkişaf edir. 



                                                     

 

  



                                                                            

                                                    

23 

             



 

                     

Demokrit (təx. b.e.ə. 460-370) 

 

 Demokritin  fikrincə,  (təx.  b.e.  əvvəl  460-370)  Kainat 

atomların bir-biri ilə toqquşmasını təşkil edən sonsuz olaraq 

çoxlu  dünyalardan  ibarətdir.  İş  ondadır  ki,  bəzi  dünyalar 

yenicə  yaranır,  bəziləri  inkişaf  səviyyəsində  olur,  digərləri 

isə dağılır. Demokrit hesab edirdi ki, Süd Yolu çoxlu udluz-

ların  toplaşmasından  ibarətdir.  Məhz  bunun  nəticəsində 



                                                     

 

  



                                                                            

                                                    

24 

Kainatda  tez-tez  olmasa  da,  lakin  kosmik  partlayışlar  baş 



verir. 

1

 



Yunan alimi Pifaqor (təx.580–500) elmlə məşğul olmaq 

üçün  gənc  yaşlarından  müəllimləri  Hermodamastdan,  filo-

sof  Ferekiddən  və  məşhur  filosof  Falesdən  (tarixdə  ilk 

fəlsəfə məktəbinin banisi) dərs almışdı. 

İlk  təhsilini  Misirdə  alan  Fales  elə  orada  da  Ayın  və 

Günəşin  tutulmasını  müəyyən  etməyi,  həm  də  həndəsəni 

öyrənir. O, suda dayanan gəmi ilə sahil arasındakı məsafəni 

dəqiq  təyin  edə  bilirdi.  Fales  və  onun  şagirdləri  Misirdə 

öyrənilən  riyaziyyat  və  astronomiya  biliklərinin  Yunanıs-

tanda yayılmasında xüsusi rol oynamışdılar. 

Miletdə Falesin (b.e.ə. 640-556) şagirdi məşhur coğrafi-

yaşünas  və  astronom  sayılan  Anaksimandr  öz  bildiyi  elm-

ləri Pifaqora öyrədir.  

Yeri  gəlmişkən  onu  qeyd  etməliyəm  ki,  bəzi  alimlər 

Anaksimandrı (b.e.ə. VI əsr.) dünyada ilk coğrafi xəritənin 

müəllifi  kimi  qələmə  verirlər.  Çox  güman  ki,  o,  birinci 

olaraq horizontun tərəflərini təyin etmiş və bunun əsasında 

xəritədə Yerin cəhətlərini göstərmişdir.

2

 

 



                                                 

     


1

  Д.  К.  Самин.  Сто  великих  научных  открытий.  Москва,  «Вече», 

2002. стр. 257 

        2

 И. П. Магидович, В. И. Магидович. Очерки по истории географи-

ческих открытий. I том. Москва, «Просвещение», 1982. стр. 126

 



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə