Ramiz Dəniz



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə8/102
tarix28.06.2018
ölçüsü4,12 Mb.
#52377
1   ...   4   5   6   7   8   9   10   11   ...   102

                                                     

 

  



                                                                            

                                                    

30 

adam üçün, xüsusən də tədqiqatla məşğul olan mütəxəssis-



lər üçün böyük bir kəşf sayılırdı. 

B.e.  əvvəl  V-IV  əsrlərdə  Antik  coğrafiyada  həddindən 

artıq  maraqlı  müvəfəqiyyətlər  əldə  edilir.  Yerin  kürə 

şəklində olmasının tədqiq edilməsində və Dünya okeanının 

vahidliyi  nəzəriyyəsindəki  yüksək  nəticələr  alimlərin  əsas 

nailiyyətləri  sayılırdı.  Bizim  planetin  sferik  olması  ideya-

sını ilk dəfə Eleidən olmuş filosof Parmenid (b.e.ə. V əsr) 

irəli sürmüşdü, lakin elmi baxımdan bu zəif bir nəticə idi. 

Alman  alimi  D.  B.  Ditmara  görə,  çox  güman  ki,  Yerin 

kürə  şəklində  olmasını  elmi  sübutlarla  ilk  dəfə,  astronom, 

coğrafiyaşünas  və  filosof  Evdoks  Knidli  (b.e.ə.  təx.  408-

353)  həyata  keçirmişdir.

1

  Yəqin  o,  ilk  dəfə  “horizont” 



terminini coğrafi elmə daxil etmiş və coğrafi enliyin müəy-

yən  edilməsinin  banisi  sayılır.  Bir  neçə  tarixçi-coğrafiya-

şünasların  fikrincə,  bizim  planetin  çevrə  uzunluğunun  ilk 

dəfə təyin edilməsində, biz Evdoksa borcluyuq. Həmin ölçü 

həddindən  artıq  böyük  verilsə  də  -  400  min  stadi,  (nəzərə 

alsaq,  bu  stadinin  hansı  ölçülərlə  aparılır  (157,5-176  m.) 

onda  həmin  ölçünün  63-70  min  km.  olduğunu  müəyyən 

edərik)  –  alimin  bu  sahədə  nə  qədər  böyük  iş  gördüyünün 

şahidi oluruq. 

                                                 

    

1

 И. П. Магидович, В. И. Магидович. Очерки по истории географи-



ческих открытий. I том. Москва, «Просвещение», 1982. стр. 129 


                                                     

 

  



                                                                            

                                                    

31 

Onun  arqumentləri  bunlardan  ibarət  idi:  Ay  tutulması 



zamanı Yerin kürə şəkilinin Ayın üzərində görünməsi, dağa 

qalxdıqda yer səthinin genişlənməsi, üfüqə baxaraq cənuba 

və  ya  şimala  doğru  gedəndə  göydəki  ulduz  mənzərəsində 

dəyişikliklərin  (bu  üsuldan  Stagirdan  olan  Aristotel  (b.e.ə. 

384-322)  istifadə  etmişdi)  baş  verməsi  nəticəsində  Yerin 

kürə şəkilində olmasını ayırd etmək çətin deyildi. 

Məlumdur  ki,  gələcəkdə,  Nil  çayının  deltasında,  Make-

doniyalı  İsgəndərin  sərəncamı  ilə  İsgəndəriyyə  şəhəri 

salınanda  həmin  şəhərdə  böyük  bir  kitabxana  yaradılır  və 

çox  güman  ki,  kitabxana,  Misirin  bir  çox  şəhərlərindən, 

Babilistandan  və  Yunanıstan  şəhərlərindən  gətirilən  əlyaz-

malarla  doldurulur.  Məhz  buna  görə  də  Antik  dövrün  bir 

çox tanınmış alimləri elmi biliklərini artırmaq üçün, elə hey 

İsgəndəriyyə şəhərinə can atmış və müəyyən müddət orada 

yaşamışdılar. 

İsgəndəriyyədə  yaşayıb  fəaliyyət  göstərmiş  məşhur 

yunan  alimi,  astronom,  coğrafiyaşünas  və  riyaziyyatçı 

Eratosfen  Kirenski  (b.e.  əvvəl  III  əsrin  sonu  və  II  əsrin 

əvvəli)  “kobud  alətlərin”  vasitəsilə  Yer  kürəsinin  çevirəsi-

nin  uzunluğunu  252  min  stadi  –  təxminən  39690  km. 

(müasir ölçüsü 40076 km.) və radiusunu 6311 km. (müasir 

ölçüsü 6378 km.) təyin eymişdi. Bundan əlavə o, meridia-

nın  1

0

-ni  700  stadi  ölçüdə  olduğunu  bəyan  edir.  Bir  çox 




                                                     

 

  



                                                                            

                                                    

32 

alimlər  bildirirlər  ki,  Eratosfen  həmin  ölçünü  yunan  alimi 



Pifeydən götürmüşdü, Pifeyin hesablamasına görə meridia-

nın 1


0

-si 105-112 km-ə bərabərdir. 

B.e. əvvəl II əsrin sonunda və I əsrin əvvəlində Suriyalı 

coğrafiyaşünas,  tarixçi  və  səyyah  Posidoni  Yerin  çevirəsi-

nin uzunluğunu ölçür. O, ikinci dəfə aldığı ölçünün düzgün 

olduğuna inanır – 180 min stadi. Bu qiymətlə Yer kürəsinin 

uzunluq çevrəsinin qısa olması göstərilir və bu rəqəm XV-

XVI  əsrlərin  bəzi  coğrafiyaşünaslarında  və  səyyahlarında 

böyük çaşqınlıq yaradır. 

Antik  dövrün  ilk  alimləri  Yer  kürəsinin  məlum  olan 

torpaq  ərazilərini  qitələrə  bölməyə  çalışmışdılar.  Tarixi 

qaynaqlarda  göstərilir  ki,  Miletin  coğrafiyaşünasları  ilk 

dəfə  qitələrin  bölgüsünə  görə  Asiya  və  Avropa  sözlərini 

istifadəyə vermişdilər. 

Anaksimandrın  kiçikyaşlı  müasiri  olan  Hekatey  Miletli 

(b.e. əvvəl VI-V əsrlər) həmin qitələrdən əlavə Liviyanı da 

(Afrika)  gündəmə  gətirir.  Qəribə  olsa  da,  ilkin  iki  adalar 

artıq Herodotun dövrünə qədər demək olar unudulmuşdu. 

Herodot öz əsərində Ərəbistanı, Suriyanı, Kiçik Asiyanı, 

Mesopotomiyanı, İran  dağlarını və Şimal-Qərbi Hindistanı 

Asiya  kimi  göstərir.  Ondan  şərqdəki  ərazinin  naməlum 

səhra  olduğunu  bəyan  edir.  Asiyadan  şimalda  Avropanın, 

qərbdə  isə  Misirin  və  Liviyanın  yerləşdiyini  bildirir.  Misir 



                                                     

 

  



                                                                            

                                                    

33 

Asiya ilə “ensiz burun” ilə (Süveyş bərxəzi və Sinay yarım-



adası) birləşir.      

Həmin  dövrdə  Herodot  “Afrika”  sözündən  xəbərsiz  idi. 

Həmin  sözə  ilk  dəfə  b.e.  əvvəl  III  əsrin  sonunda,  antik 

ədəbiyyatında, Kvint Enniyin “Annallar” poemasının gəlib 

bizə çatan parçalarından rast gəlinir. Lakin həmin ad bütün 

materikə  yox,  yalnız  Karfagenin  əsas  vilayətinə  və  ya 

əyalətinə  şamil  olunurdu.  Karfagen  romalılar  tərəfindən 

darmadağın (b.e. əvvəl 146-cı il) ediləndən sonra işğalçılar 

həmin yerdə Afrika (Afriqa) adlı bir vilayət təşkil edirlər və 

sonradan həmin ad ilə bütün qitə adlanır.

1

 

Antik dövrün alimləri,  primitiv üsullardan istifadə edib, 



astronomiya  elmində  dünya  əhəmiyyətli  kəşfləri  həyata 

keçirmişdilər.  Aristotel  ilk  dəfə  sahilsiz  Dünya  okeanının 

birliyi  haqqında  fikri  irəli  sürmüşdü.  Lakin  vahid  okean 

nəzəriyyəsini,  ilk  dəfə  Eratosfen  ortaya  atmışdır.  O,  qeyd 

edirdi:  “...Atlantik  okeanının  böyüklüyü  maneəçilik 

törətməsəydi,  onda  eyni  paralel  ilə  İberiyadan  (İspaniya) 

Hindistana üzmək  mümkün ola bilərdi” (Strabon I, 4, §6). 

Artıq bizim eradan iki yüz il qabaq məlum idi ki, İspaniya 

ilə  Hindistan  eyni  paraleldə  yerləşir.  Həmin  nəzəriyyəni 

Posidoni dəqiq izah etmişdi: “...Məlumdur ki, məskunlaşan 

                                                 

    


1

 И. П. Магидович, В. И. Магидович. Очерки по истории географи-

ческих открытий. I том. Москва, «Просвещение», 1982. стр. 126 



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə