13
dakı elmi nailiyyətləri” adlandırması təsadüfi deyildir.
Onun N. Tusinin
“Təhrir Öqlidis” (“Evklidin izahı”) və
“Şəklül-qita”, “Hesablamalar məcmusu” və s. əsərləri
özündən sonra həndəsənin öyrənilməsi və inkişafı üçün
əsas olmuşdur. Müəllif onu sübut etmək məqsədilə profes-
sor B. A. Rozenfeldin belə bir fikrini misal gətirir: “Nəsi-
rəddin paralellik postulatını iki aksioma və postulatlar
vasitəsilə sübut etməkdən boyun qaçırması və həmin
postulatı əvəz edəcək daha sadə postulat işləməsi Loba-
çevski kəşfinin hazırlanması işində irəliyə doğru atılmış
mühüm addımdır”.
Əsərin sonunda müəllif onun məzmununu 24 bənddən
ibarət ümumiləşdirilmiş nəticələrlə Nəsirəddin Tusinin
əsrləri necə qabaqlaması sübut edilir.
Yazıçı Ramiz Qasımovun əsəri hədsiz dərəcədə zəngin
məlumatlar əsasında yazılmış, astronomiya, riyaziyyat,
geodeziya, etika, coğrafiya, fəlsəfə və s. elmlərin inkişafına
Azərbaycan aliminin elmi təsiri zəngin araşdırmalarla izah
edir.
Müəllifin əsəri əvvəldən axıra kimi vətənpərvərlik ruhu
ilə yoğrulmuş ideyalar və ümumiləşmələrdən ibarətdir.
Oxucular yazıçının əsərində çox məzmunlu elmi yaradı-
cılıq səhnələrini sadə və mənalı oxuya biləcəklər. Amma,
14
onu müəllifin istədiyi kimi canidildən oxumaq, xalqımızın
şöhrət dünyası ilə ətraflı tanış olmaq lazımdır.
Biz cavan novator yazıçımız Ramiz Qasımovun bu
beşinci tarixi-araşdırma əsərini qarşısına qoyduğu “Böyük
məqsədə doğru cəsarətli addım” adlandırıb, ona böyük
yaradıcılıq gələcəyi arzulayırıq.
professor Eybali Mehrəliyev
AMEA-nın müxbir üzvü,
coğrafiya elmləri doktoru
Bundan sonra yüz illər keçsə belə, Nəsirəddin Tusinin elmi
irsi tədqiqatçılar üçün zəngin elmi dəfinə kimi görünəcək.
İndiyənə qədər Azərbaycan aliminin ərsəyə gətirdiyi elmi
işlərinin demək olar ki, azacıq bir hissəsi araşdırılaraq tam
tədqiq edilmişdir. Acınacaqlı haldır ki, Nəsirəddin Tusinin
həyatından bəhs edən bir çox sənədlərin səhifələri hələ də
acılmamışdır. Güclü idrak sahibi olan alimin ensiklopedik
biliyə malik olması, onun elmi-bədii irsinin zənginliyi ondan
xəbər verir ki, o, Azərbaycan ölkəsi tərəfindən bəşəriyyətə
bəxşiş edilən bir elmi incidir. Zamanına görə Elmlər
Akademiyasının binasını özündə cəmləşdirən N. Tusinin necə
bir fenomenal alim olduğunu, bizlər bütün dünyaya bəyan
etməliik. Bir çox elmlərin arxeoloqu sayılan N. Tusi nəinki
Azərbaycanın, Yaxın Şərqin və ya Türk dünyasının, hətta
bütün Yer kürəsinin istedadlı və bənzərsiz dühalardan biridir.
Müəllif
15
Əsrləri qabaqlamış alim
– Nəsirəddin Tusi
16
Alimlərin sərf etdiyi mürəkkəb şəhidlərin
qanı ilə tutuşduruldu, alimlərin mürəkkəbi
çəkidə ağır gəldi.
Məhəmməd Peyğəmbər (s.ə.)
Antik dövrdə astronomiyanın inkişafı
Zəka sahibləri olan aqil insanların kamil düşüncələri, adi
insanların yüz illiklərlə qavramaq istədikləri həyatda baş
verən proseslərin aludəliyini anlamaq üçün oriyentir rolunu
oynayır. Fironların dövründən başlayaraq, indiki dövrə
qədər alim zirvəsinə qalxan bütün kamil insanlar Yer kürə-
sinin quruluşu, bu planetdə baş verən bioloji, fizioloji,
geoloji proseslərin necə getməsini araşdıraraq, cəmiyyət
üçün qlobal sayılan bu məsələnin üzə çıxarılmasında böyük
səy göstərirlər. Bəşəriyyət tarixində məlum olan elm
sahələrinin təkmilləşdirilməsi, təhsil sistemində tədris
metodunun mexanizmini asanlaşdırıb inkişaf etdirilməsi,
insan təfəkkürünün yüksək səviyyədə formalaşmasına,
intellektual potensialın artırılmasına dinamik təkan verir.
Təbii qanunlara görə dinamik fazanın həyata keçirilməsi
prosesinin avanqardında, bilavasitə alimlərin durduğunu
inkar etmək olmaz.