Ramiz Dəniz



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə5/102
tarix28.06.2018
ölçüsü4,12 Mb.
#52377
1   2   3   4   5   6   7   8   9   ...   102

                                                     

 

  



                                                                            

                                                    

17 

Demək  olar  ki,  elmə  diqqət  yetirən  hər  bir  ölkədə  nəşr 



olunan ensiklopediyaların səhifələrini vərəqləyəndə, dünya 

elminin  inkişafında  müstəsna  rol  oynamış  antik  dövrdən 

başlayaraq,  erkən  orta  əsrin  görkəmli  şəxsiyyətləri,  hamı-

mızın dillər əzbəri olmuş Aristotelin, Platonun, Eratosfenin, 

Herodotun,  Platonun,  Arximedin,  Biruninin,  İbn  Sinanın, 

Evklidin,  Strabonun,  Hipparxın  və  başqalarının  adları  ilə 

üzləşirik.  Bütün  bu  alimlərin  dövri  fəaliyyəti  və  elmi  irsi 

beynəlxalq  mütəxəssislər  tərəfindən  öyrənilərək,  dünya 

ictimaiyyətinin  nəzərinə  çatdırılmışdı.  Lakin  elə  də  olur 

dünya əhəmiyyətli elmi ixtiraların, kəşflərin banisi olan bir 

şəxsin  adı  lazımi  şəkildə,  yüksək  səviyyədə  hallanmır, 

onların  tanıtdırılması  üçün  heç  bir  əməli  tədbir  həyata 

keçirilmir. 

Dünya  elmi,  mədəniyyəti,  incəsənəti,   ədəbiyyatının 

sürətlə  inkişaf  etdirilməsində  müsbət  rol  oynamış  tarixi 

şəxsiyyətlərin  fəaliyyətini  öyrənərkən  başa  düşmüşəm  ki, 

bir  çox  şəxsiyyətlərin  taleyi  və  elmi  irsi  heç  də  lazım 

səviyyədə  tədqiq  edilməmiş  və  layiqincə  öz  qiymətini 

almayıbdır. Açığını bildirim ki, elə Azərbaycanda da yaşa-

yıb fəaliyyət göstərən bütün dahilərin həyatı mənim diqqət 

mərkəzimdə idi.  

Azərbaycanın  görkəmli  şəxsiyyəti,  Yaxın  Şərqdə  tanın-

mış  alim  Mühəmməd  Nəsirəddin  Tusinin  elmi  irsi,  dövri 



                                                     

 

  



                                                                            

                                                    

18 

fəaliyyəti  mənim  marağıma  səbəb  oldu.  İş  ondadır  ki,  o, 



dünya  əhəmiyyətli  elmi  ixtiraların  sahibi  ola-ola  müasir 

dövrdə  nəinki  dünya  miqyasında,  hətta  yaşadığı  regionda 

kifayət qədər tanınmamışdır. Vaxtı ilə öz dövrünün məşhur 

alimi,  tarixi  şəxsiyyəti  kimi  tanınan  Tusinin  elmin  bir  çox 

sahələrində  xüsusi  rol  oynamış  elmi  əsərlərinə  ciddi 

əhəmiyyət verilmir və nəticədə onun elmi irsi sönmüş vul-

kan  kimi  əsrlərin  yuxusuna  qərq  olub.  Təxminən  50  il 

bundan  əvvəl  professor  Həbibulla  Məmmədbəylinin  sayə-

sində  həmin  vulkanın  püskürməsi  baş  verir.  Yəni,  biganə 

tədqiqatçıların  ucbatından  kifayət  qədər  təbliğ  olunmayan 

və demək olar ki, böyük bir kütlənin yadından çıxan Tusi, 

professor H. Məmmədbəylinin səyi nəticəsində Azərbaycan 

xalqının özünə qaytarılır. 

Məlum  olur  ki,  Tusi  astronomiya,  riyaziyyat,  həndəsə, 

etika,  məntiq  sahələrində  şah  əsərlər  yaradaraq,  həmin 

elmlərin  inkişaf  etdirilməsində  bilavasitə  mühüm  rol 

oynamış və bu sahələr üzrə tanınmış alimləri bir neçə yüz il 

qabaqlamışdır.  O,  əsərlərinin  əksəriyyətini  ərəb  və  fars 

dillərində yazmış və indiki dövrə qədər həmin işlər dünya-

nın  bir  çox  qabaqcıl  dillərinə  tərcümə  olunmuşdur.  Acına-

caqlı  haldır  ki,  alimin  yalız  iki  əsəri  Azərbaycan  dilinə 

tərcümə  edilərək  – “Əxlaqi  Nasiri”  və  “Təhrir  Öqlidis” 

(2002-ci il) – oxucuların geniş istifadəsinə verilmişdir. Bir-



                                                     

 

  



                                                                            

                                                    

19 

cə  onu  demək  kifayətdir  ki,  təlim-tərbiyə  və  əxlaq  proble-



mində  aktual  məsələlərə  toxunan “Əxlaqi-Nasiri” əsərini 

oxuyandan sonra Tusinin dahiliyini dərk etmək çətin deyil. 

Bu  əsərin  ölməzliyi  onunla  sübut  olunur  ki,  onun 

yazılmasından 770 il keçməsinə baxmayaraq, indiyənə kimi 

bir  çox  müsəlman  dövlətlərində  yetişən  nəslin  tərbiyə 

olunması  üçün  bu  kitabdan  tədris  vəsaiti  kimi  istifadə 

olunur. Yəni, Tusi Şərq ölkələrində yetişən saf cəmiyyətin 

yetişdirilməsində  mühüm  rol  oynayır.  Alimin  yazdığı 

əsərlərin  əksəriyyəti,  ona  qədər  yaşamış  məşhur  alimlərin 

əsərlərinə nisbətən aktuallığına, mahiyyətinə və əhəmiyyə-

tinə  görə  bütün  parametrlər  üzrə  çoxsahəli  və  əhatəlidir. 

Tusi müsəlman Renessansının böyük şəxsiyyətlərindən biri 

sayılır.  O,  öz  yaradıcılığında  Yaxın  və  Orta  Şərqin  üç 

renessans  zonalarını  birləşdirmişdi  -  ərəbdili,  farsdili  və 

türkdili. 

Tarixi  dövrlərin  arasında  olan  yüzilliklər  məkanına 

baxmayaraq,  sonrakı  zamanlarda  yaşayan  alimlər  öz  elmi 

mütaliəsini  və  araşdırılmalarını  inkişaf  etdirməkdən  ötrü 

daim əvvəlki sələflərinin elmi irsinə müraciət etmişdilər. 

İtaliyanın  özündən  və  Qərbi  Avropadan  fərqli  olaraq 

Şərqdə,  xüsusən  ərəbdilli  mədəniyyət  zonasında  antik 

mədəniyyətə  müraciət,  Selevkilərin  ellin  mədəniyyəti 

dövründən  başlayaraq  davam  etmiş,  İslamın  formalaşıb 



                                                     

 

  



                                                                            

                                                    

20 

Yaxın və Orta Şərqə yayıldığı vaxta ümumi xətti kimi özü-



nü qoruyub saxlamış, bunun ifadəsi olan peripatetizm bütün 

Şərq  təfəkkürünün  mühüm  meyarına  çevirilmiş,  filosoflar 

onun  tərəfdarları  və  ya  əleyhdarları  kimi  təsnif  edilmiş, 

kəskin polemika aparmışlar. 

Şərqin ensiklopedik alimi olan Tusi ibn Sinanın peripa-

teteik  fəlsəfəsini  müsəlman  illahiyyatçısı  Fəxrəddin  Razi-

nin  tənqidindən  müdafiə  etməklə,  Qəzali  ilə  İbn  Rüşt 

arasında peripatetizmlə bağlı polemikanı araşdırmaqla antik 

fəlsəfənin  dərin  bilicisi  və  müdafiəçisi  olduğunu  göstər-

mişdir.


1

 

Hazırki  dövrdə  çox  qəribə  hal  yaranıb.  Vaxtilə  bir  çox 



tanınmış  alimlər  Tusinin  əsərlərindən  bir  mənbə  kimi 

istifadə  edərək,  özlərinin  intellektual  potensiallarını  artır-

mışdılar.  Hətta  onun  bəzi  əsərlərinin  demontaj  edilərək, 

başqa  alimlərin  adı  ilə  çıxmasına  da  şübhə  etməmək  olar. 

Son  zamanlar  isə  Tusinin  tanıtdırılması  üçün  ciddi  səy 

göstərilmir və nəticədə onun unutdurulmasına böyük zəmin 

yaradılır. Məhz buna görə də mən bütün səy və bacarığım-

dan  istifadə  edərək,  nəinki  Azərbaycanın,  hətta  Şərq 

dünyasının  fəxri  alimi  sayılan  Tusinin  elmi  xidmətlərini, 

elmi nailiyyətlərini, elmi irsini araşdırmağa cəhd edəcəm. 

                                                 

      


1

  Azərbaycan  Beynəlxalq  Universiteti.  Nəsirəddin  Tusinin  800  illik 

yubileyinə həsr edilmiş Respublika  konfransının materialları. Bakı, 2001. 

Professor Y. F. Qaraməmmədlinin məruzəsi, səh. 267 




Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə