34
yer okean dairəsi ilə əhatə olunub. Onu heç bir quru dairəsi
əhatə etmir və su geniş bir miqyasda dövran edir” (Strabon
I, 3, §5). Belə bir fikri Strabonun özü də bölüşdürürdü (I, 1,
§8).
Herodota görə Yerin görünüşü
Artıq bizim eramıza qədər Yer planetinin coğrafi
quruluşunda qlobal dəyişikliklər baş verir, lakin həmin
dəyişiklikləri nəzəri cəhətdən həyata keçirmək mümkün
35
olmur. Yerin kürəvi şəkilində olması vahid okean nəzəriy-
yəsi həmin dövrün alimləri tərəfindən qəbul olunur.
Bizim eranın I əsrin ortasında Pomponi Mela Dünya
okeanı ideyasını müdafiə edərək bildirirdi ki, Qərb və Şərq
okeanları şimalda Britan və Skif okeanları ilə, cənubda isə
Efiop, Qırmızı və Hind dənizləri ilə birləşir.
1
Aydınlıq gətirmək üçün Pomponi Melanın vaxtl ilə tərtib
etdiyi xəritəyə müraciət edək. O, Hind okeanının bir
hissəsini, Qırmızı dəniz ilə Hind çayın mənsəbi arasındakı
ərazini Qırmızı dəniz, Hind çayının mənsəbindən, Asiya
qitəsinin cənub-şərq hissəsinə qədər olan Hind dənizi
adlandırır. Hind okeanı və Efiop, Qırmızı dənizləri Avro-
panı, Asiyanı və Afrikanı cənubda hər tərəfi su ilə əhatə
olunmuş, antihtonlar (“əkstərəfdə yaşayanlar”) ilə məskun-
laşan hipotetik torpaq ilə ayırır. Belə bir quruluş ilə çoxları
razılaşmır və məhz 100 ildən sonra Ptolemeyin “Coğrafi-
ya”sında Asiyadan şimalda və şərqdə, “Efiopiya”dan isə
cənubda okeanlar göstərilmir. Bununla da Ptolemeyin
dünya xəritəsində Asiya qitəsinin ərazisi bütünlükdə şimala
və xeyli şimal-şərqə, Afrika isə xeyli cənuba uzanır.
Asiyanın cənub-şərqi və Afrikanın isə cənub-şərq hissəsi
1
И. П. Магидович, В. И. Магидович. Очерки по истории географи-
ческих открытий. I том. Москва, «Просвещение», 1982. стр. 131
36
cənubdakı hipotetik torpaq ilə birləşir. Nəticədə isə Hind
okeanı hər tərəfdən qapanaraq nəhəng gölə çevrilir.
Pomponi Melaya görə Dünyanın təsviri (C. Uinsor hazırlayıb)
İntibah dövrünün başlanğıcına qədər Ptolemey Avropa
alimlərinin bir çoxu üçün həddindən artıq istedadlı alim
sayılırdı, onun xəritəsi isə hər bir xəritəşünas və coğrafiya-
şünas dərnəklərində nümayiş etdirilirdi. Belə olan halda
Avropadan Hindistana getmək üçün Afrikanın cənubundan
dövrə etmək mümkünsüz sayılırdı. Dəniz yolu ilə Hindis-
37
tana yalnız qərb yolu ilə Yer kürəsini dövrə vurmaqla, get-
mək olardı. Həmin yol isə dənizçilər üçün həddindən artıq
uzun idi.
Məhz bu səbəbdən Avropadan Hindistana yol açmaq
üçün ilk növbədə quru yoldan istifadə edilməyə başlandı.
Səyyahlar, sonra isə tacirlər Asiyanın şərqinə gedən
yollardan ən münasibini özləri üçün mənisəməkdən ötrü,
hətta primitiv, üsullardan istifadə edərək xəritələrin tərtibi
ilə məşğul olurlar. İş o yerə çatır ki, gəmiçiliyin inkişafı və
gəmi konstruksiyalarının təkmilləşməsi zamanı da Hindis-
tana dəniz yolunun kəşf edilməsi üçün heç bir cəhd edil-
mirdi. Hətta Roma imperiyası Şərqə işğalçılıq siyasətini
gücləndirdiyi bir zaman, ixtiyarında güclü hərbi dəniz
donanması olaraq (Qney Pompeyin və başqa tanınmış
Roma sərkərdələrinin dəniz donanmasına başçılıqları
nəzərdə tutulur) Hindistana dəniz yolunun kəşf edilməsi
yönümündə heç bir iş aparmamışdılar. Bu ondan xəbər
verir ki, Yer kürəsinin quruluşu barəsindəki təsəvvür kifa-
yət qədər az idi. Hamı üçün Hindistana münasib yol quru
yolu sayılırdı.
Astronomiya elmi dünyada mövcud olan ən qədim
elmlərdən biridir. Yunan alimi Aristotel Kainatın quruluşu
haqqında öz dövrünə görə yeni bir sistem yaratmışdı.
Həmin sistem nədən ibarətdir? Onun fikrincə, Yer Kainatın
38
mərkəzində hərəkətsiz durmuş, planetlər isə Yer ətrafında
dolanır. Bunun öz qaydası vardı. Hər planetin özünə görə
sferası (kürəsi) vardır və o öz sferasına bərkidilmişdir. Hər
planetin sferası müəyyən sürətlə Yerin ətrafına dolanır.
Planet öz sferasına bərkidildiyinə görə onun vasiəsilə yer
ətrafında hərəkət edir. Bir planet arxasında duran başqa bir
planetin görünməsini izah etmək üçün Aristotel belə qeyd
edirdi ki, planetlərin sferaları şəffaf büllurdan yaranmışdır
və ona görə də biz planetlərin hamısını müşahidə edə
bilirik. Aristotel zamanından və ondan çox sonralar da
göydə 7 planet olduğu güman edilirdi. Həmin planetlər –
Merkuri, Venera, Mars, Yupiter, Ay, Günəş və Saturndan
ibarət idi. Məsələn: Tusinin və Uluqbəyin yaşadıqları
dövrlərdə də (XIII-XV əsrlərdə) bu belə idi. Ancaq ilk dəfə
olaraq Polşa alimi Nikolay Kopernik (1473-1543) Yeri
planet hesab etmiş, Ayı və Günəşi planetlər sırasından
çıxarmışdı. Aristotel sistemində planetlərin sferasından
sonra “sabit ulduzlar” sferası yerləşirdi.
Qədim yunan astromları içərisində, demək olar ki, iki
şəxsiyyət gördükləri elmi işlərə görə daha çox fərqlənir –
Hipparx və Ptolemey.
Eramızdan əvvəl II əsrdə yaşamış Hipparx dövrünün
böyük alimi olmuşdur, lakin onun haqqında çox az
məlumat vardır. Nikeydə və ya Rodos adasında anadan
Dostları ilə paylaş: |