Ramiz Dəniz



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə16/102
tarix28.06.2018
ölçüsü4,12 Mb.
#52377
1   ...   12   13   14   15   16   17   18   19   ...   102

                                                     

 

  



                                                                            

                                                    

64 

Alimin  Hindistanda  olduğu  dövr  elmi  cəhətdən  çox 



səmərəli  olur,  ona  görə  ki,  onun  tərəfindən  sanskrit  dilinə 

tərcümə  edilmiş  Ptolemeyin  “Almagest”  və  Evklidin 

 “Əsaslar”  kitabı  Hindistanda  elmin  inkişafında  əhəmiy-

yətli rol oynamışdır. 

 

         



 

             Əl-Biruni növbəti əsəri üzərində işləyir 

 

Biruninin  1030-cu  ildə  yazdığı  “Hindistan”  kitabı 



olduqca qiymətli bir əsərdir və həmin kitabın yarısı (səksən 

fəsildən  qırxı)  hindlilərin  astronomiya  biliklərinə  aiddir. 



“Hindistan”  kitabını  Biruni  belə  adlandırmışdı:  “Hindli-

lərə”  mənsub  olan  əql  tərəfindən  qəbul  və  rədd  edilən 

təlimlərin izahı olan kitab”. Alimin həmin əsəri haqqında 


                                                     

 

  



                                                                            

                                                    

65 

məşhur  rus  şərqşünası  Bartold  yazmışdı  ki,  o  öz  qəlbində 



yeganədir  və  onun  bərabəri  qədim  və  orta  əsrlərin  elmi 

ədəbiyyatında yoxdur. 

Həmin  kitab  1887-ci  ildə  Londonda  ərəb  dilində  və 

növbəti ildə ingilis dilinə tərcümə edilmişdi. 

Biruninin  elmi  irsi  zəngin  və  rəngarəng  olduğundan, 

onun qələmindən çıxan qiymətli əsərlərinin kiçik siyahısını 

göstərmək maraqlı olar. 

 

1. Dağın  başından  görünən  üfüqün  enməsinin  müşahi-



dəsi əsasında yerin ölçülərinin təyin edilməsi. 

2. Astronomiya cihazları və onlardan istifadə etmək. 

3. Astrolyabiyanın hazırlanmasının müxtəlif yolları. 

4. Ulduz xəyallarının proeksiya olunması. 

5. Kometalar. 

6. Göy hadisələrinin tədqiqi məsələsinə dair. 

7. Günəş hərəkətinin yoxlanması səyi. 

8. Evklidin işləri barəsində qeydlər. 

9. Ptolomeyin astronomiyasına qeydlər. 

    10. Xorezminin astronomiyaya aid işləri haqqında. 

    11.Ərəblərin Yerin hərəkəti haqqında nəzəriyyəsinə dair. 

 

Biruni özünün elmi şücaəti sayəsində müsəlman ruhani-



ləri  tərəfindən  edilən  arasıkəsilməz  hücumlarına  baxmaya-


                                                     

 

  



                                                                            

                                                    

66 

raq, heliosentrik sistemin əsas müdafiəçiləridən biri olmuş-



dur.  Haqlı  olaraq  o,  geosentrik  sistemini  astronomiyanın 

əsası  hesab  edənlərin  və  bu  sistemin  çıxarılması  ilə 

astronomiyanın  məhv  olması  fikrini  yürüdənlərin  əleyhinə 

qarşı amansız mübarizə aparırdı. 

O,  deyirdi:  “Yerin  hərəkətsiz  durması  təlimi  astronomi-

yanın  əsaslarından  biridir,  bu  isə  hind  astronomlarının 

ehkamlarından biridir. Bu, astronomiyada böyük çətinliklər 

törədir”. 

Biruni  göstərir  ki,  Yerin  fırlanması  heç  də  astronomi-

yanın  əhəmiyyətini  azaltmır.  Doğrudan  da,  bu  qəbildən 

olan hər cür astronomiya hadisələri həmin müvəffəqiyyətlə 

bu nəzəriyyə əsasında izah oluna bilər. 

Adı çəkilən alimin elə elmi ixtiraları var ki, bir neçə əsr 

keçəndən sonra tanınmış alimlər həmin ixtiraları təkmilləş-

dirməyə səy göstərmişdilər. Lakin onun elə bir kəşfləri olub 

ki,  həmin  elmi  işlər  mütəxəssislər  tərəfindən  lazımi  qədər 

diqqət  yetirilməmişdir.  Müasir  dövrdə  Azərbaycanın 

görkəmli  alimi  professor  R.  Hüseynov  Biruni  haqqında 

deyir:  “Şərq  aləmində  Yerin  fırlanması  haqqında  XI  əsrdə 

məşhur  Orta  Asiya  alimi  Biruni  astronomiyanın  bir  çox 

sahələrində fəaliyyət göstərməklə yanaşı, onun astronomiya 

haqqında traktatları - “Qanunlar kitabı” - çıxıbdır, həmin 

qanunlarda  çox  qəribə  fikir  söylənilibdir;  Yerin  öz  oxu 



                                                     

 

  



                                                                            

                                                    

67 

ətrafında  fırlanması  astronomiyanın  heç  bir  müddəalarına 



zidd deyil”.

1

 



Lakin hər iki məşhur alimdən əvvəl Şeyx Məhəmmədəli 

Babakuhi  Bakuvi  Kainatın  heliosentrik  quruluşu  haqqında 

fikri yürütməklə astronomiyada dönüş yaratmağa çalışmış-

dır.  Bu  fərziyyə  Nikolay  Kopernikin  bu  sahədə  kəşfindən 

500 il əvvəl yürüdülmüşdü. 

Bu fikri Şərqin  başqa bir məşhur alimi Nəsirəddin Tusi 

də söyləmişdir və həmin elmi fikrə alman məxəzlərində rast 

gəlmək  olardı.  Lakin  naməlum  səbəblərdən  həmin  elmi 

araşdırılma sona çatdırılmamışdı. 

Deməli,  Yerin  tərpənən  olduğunu  məşhur  Polşa  alimi 

Nikolay Kopernikdən (1473-1543) əvvəl Şərq astronomları 

söyləmişdilər.  Nikolay  Kopernikin  vəfat  etdiyi  ildə,  1543-

cü  ildə “Göy  sferalarının  dolanmaları  haqqında” əsəri 

çapdan  çıxmışdır.  Bu  əsərində  Kopernik  hər  şeydən  əvvəl 

özünün  heliosentrik  sistemini  şərh  etmişdi.  Bu  sistemə 

əsasən  dünaynın  mərkəzində  tərpənməz  Yer  deyil,  öz  oxu 

ətrafında fırlanan Günəş yerıləşir. Yer başqa planetlər kimi 

həm Günəşin ətrafında, həm də öz oxu ətrafında fırlanır. 

                                                 

       


1

 Azərbaycan Respublikası “Təhsil” Cəmiyyəti 2002 il 28 iyunda dahi 

Azərbaycan  alimi  Nəsirəddin  Tusinin  800  illik  yubileyinə  həsr  olunmuş 

“Nəsirəddin Tusinin elmi  xidmətləri  və  Nəsirəddin Tusi  yazıçı-tədqiqatçı 

Ramiz  Qasımov  yaradıcılığında”  mövzusunda  keçirilən  elmi-praktik 

konfransda professor Rəhim Hüseynovun məruzəsi. 




Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə