Ramiz Dəniz



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə18/102
tarix28.06.2018
ölçüsü4,12 Mb.
#52377
1   ...   14   15   16   17   18   19   20   21   ...   102

                                                     

 

  



                                                                            

                                                    

72 

         1. Ekvatorun xüsusiyyətləri haqqında. 



         2. Biruninin on sualına cavablar. 

         3. Biruninin on altı sualına cavablar. 

4. Yerin və Göyün surətləri haqqında. 

5. Göy cisimləri və onların hərəkətləri haqqında. 

6. İsfahanda müşahidə  üçün hazırlanmış astronomiya 

cihazları haqqında. 

7. Göy, ulduzlar və meteorlar haqqında. 

 

       



 

                    Əbu Əli ibn Sina (980-1037) 


                                                     

 

  



                                                                            

                                                    

73 

İbn-Sina  tibb  elminin  bütün  sahələrinə  dərindən  nüfuz 



etmiş və elmi yeniliklər etmiş alimdir. O, hər bir doğulanın 

bir gün öləcəyini yaxşı bilirdi. Rübailərinin birində yazmış-

dı  ki,  “mən  dünyanın  yerdən  tutmuş  səma  cisimlərinədək 

sirrlərini  açmağa  nail  olsam  da  ölüm  düyününü  aça 

bilmədim”.  

Məmun Akademiyasında çalışan alimlərdən biri də Orta 

Asiya alimi Biruninin müəllimi olmuş Hamis ben Əl Xəzər 

Əbu  Mahmud  Əl  Xocəndidir.  O,  bir  neçə  elmi  risalənin 

müəllifidir və astronomiya tarixində ən önəmlisi üsturlabın 

tətbiqi haqqında risalədir. 

Xocəndi  Tehranın  yaxınlığındakı  Rey  şəhərinin  rəsəd-

xanasında çalışmışdır. O, diametri 80 dirsəyə (40m.) bəra-

bər olan seksant (süds) adlanan cihazı icad etmiş və həmin 

cihaz vasitəsilə bucaqları 1 “dəqiqliyi ilə ölçmək mümkün 

idi.  Bunun  vasitəsilə  Xocəndi  eklipikanın  mailliyini 

23

0



 32

/

 21



//

 qədərində, 2

/

 01” dəqiqliyi ilə təyin etmişdi. 



Xocəndi həmin müşahidələri haqqında belə yazır: “384-

cü  hicri  ilində  yaxud  Yezdicürd  erasının  363-cü  ilində, 

özüm  kəşf  etmiş  olduğum  və  süds  fəxri  adlanmış  cihaz 

vasitəsilə  biz  Rey  şəhərində  müşahidələr  apardıq.  O 

diametri 80 dirsəyə bərabər dairə qövsündən ibarətdir. Mən 

onu  Rey,  Həmədan  və  İsfahanın  hökmdarı  olan  Fəxrid-

dövlənini şərəfinə “Süds fəxri” adlandırıram”. 



                                                     

 

  



                                                                            

                                                    

74 

Daha  sonra  o,  yazır:  “Xoşbəxt  müşahidələr  və  qayğıkeş 



dəqiq hesablamaların bizi gətirib çıxardığı nəicələr bunlar-

dır.  Bu  cihazla  başqaları  arasındakı  fərq  burasındadır  ki, 

onların  vasitəsilə  ekliptikanın  mailliyi  dərəcə  və  dəqiqlik-

ləri ilə ölçülürdü, biz isə dərəcə, dəqiqə və saniyələrlə ölçü 

aparırıq  və  beləliklə  biz  bir  addım  irəli  atmış  olduq”.  Bu 

onu  sübut  edir  ki,  ekliptikanın  mailliyinin  dəyişən  kəmiy-

yət  olduğunu  ilk  dəfə  Xocəndi  qeyd  etmişdir.  Hindlilər 

mailliyin artıq dəqiq qiymətini tapmışdılar (240). 

Xocəndi  qeyd  edir:  “Ptolemey  onu  23

0

 51



/

”, “İmtahan 



Zici”nin  müəllifi  (Həbəşül  Hasid)  23

0

 35



/

,  mən  isə 

23

0

 32



/

 21


//

 təyin etmişdim. 

Kənar  qiymətlər  arasındakı  fərq,  yəni,  hindlilərin  və 

mənim aldığım qiymət arasindakı fərq yarım dərəcəyə çatır. 

Bu  fərqin  səbəbi  cihazlar  xətası  ola  bilməz.  Bu  halda  biz 

gərək bir dəfə böyük, bir dəfə isə kiçik qiymət almalı idik 

və o həmişə bir istiqamətdə dəyişə bilməzdi. 

Məmun  Akademiyasının  qabaqcıl  alimlərindən  biri 

Biruninin müəllimi olmuş Əbu Nəsr ibn İraqi (- 1035 ölüb) 

Məmun  Akademiyası  bərbad  edilən  vaxta  qədər  uzun 

müddət  Xorezmdə  yaşamış,  ondan  sonra  elmi  fəaliyyətini 

Mahmud  Qəznəvinin  sarayında  davam  etmişdir.  O, 

astronomiya  və  riyaziyyat  sahəsində  bir  çox  əhəmiyyətli 

əsərlər yazmışdır. 




                                                     

 

  



                                                                            

                                                    

75 

Alimin astronomiya üzrə ən mühüm əsrləri bunlardır. 



1. “Süni yolla astrolyabiyanın qurulması”. 

2. “Evklidin XIII kitabının çətin yerləri barəsində”. 

3. “Şah Zici”. 

4. “Dəqiqələr cədvəli”. 

Məmun Akademiyasında Əbu Əli ibn Sinanın  müəllimi 

Əbu  Səhl  İsa  ben  Məsihi  Qurqani  də  çalışmışdır. 

Astronomiyaya  və  təbabətə  dair  bir  neçə  elmi  əsər  yazan 

alim  Mahmud Qəznəvinin qoşunlarının təqibindən səhrada 

gizlənərkən ölmüşdür. 

Ömər  ibn  İbrahim  Əl  Xəyyam  Qiyasəddin,  Əbül  Fəthi 

(1048-1123)  1074-cü  ildə  dostu  Nizamülmülk  Cəlaləddin 

Məlik  şah  Səlcuqinin  sarayına  dəvət  etmişdi.  Məlik  şah 

İsfahan  şəhərinə  özünə  paytaxt  seçdikdən  sonra  orada 

rəsədxana təsis etmişdir. 

Qarşıya  astronomiya  təqviminin  islahatını  həyata  keçir-

məkdən  ötrü  rəsədxananın  baş  astronomu  Ömər  Xəyyam, 

astronomları  isə  Əbu  Müzəffər  Sfaranı  və  Məmun  ben  Əl 

Nəcəb əl Vəsiti təyin edilmişdi. 

Fransız  alimi  Vopkenin  sayəsində  qərb  alimləri  Xəyya-

mı yalnız bir şair deyil, bəlkə də böyük alim kimi tanımağa 

başladılar. 

Xəyyamın  başçılığı  ilə  İsfahan  rəsədxanasında  “Zic 



Məlik  Şahı” adlı  astronomiya  kataloqu  tərtib  edilmişdi. 


Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə