Ramiz Dəniz



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə26/102
tarix28.06.2018
ölçüsü4,12 Mb.
#52377
1   ...   22   23   24   25   26   27   28   29   ...   102

                                                     

 

  



                                                                            

                                                    

104 

başlamamalı,  kin  və  nifrətdən  əl  çəkməli,  ədavətə  son 



qoymalıdır,  çünki  qələbədən  sonra  məğlub  edilmişlər 

qulam və rəiyyət yerində olarlar... 

 Əfv  edib  bağışlayan  şahlar  bağışlamayanlardan  daha 

yaxşıdır,  çünki  gücü  göstərdikdən  sonra  bağışlamağın 

başqa hüsnü var”.

1

 



Uzun  danışıqlardan  sonra  sonuncu  ismaili  rəhbəri 

Ruhnəddin Xurşax ibn Ələddin ibn Cəlaləddin (1255-1257) 

əlliyə  yaxın  qalanı,  o  cümlədən  “Əlamut”  qalasını 

monqollara  təslim  edir.  Ruhnəddinin  Hülaku  xana  təslim 

olmaqda  şəxsən  Tusi  özü  başqa  müdrik  şəxslərlə  birlikdə 

vasitəçi rolunu oynamışdır. 

Orta  əsr  tarixçisi  Cüveyni  bildirmişdi  ki,  “Əlamut”un 

tutulması monqolların gözlədiyi kimi olmamışdır. Ruhnəd-

din  monqolların  göstərişi  ilə  40-a  yaxın  qalanı  sökdürür, 

lakin  monqolların  ilk  hücumunu  dəf  edən  “Əlamut” 

müdafiəçiləri, hətta qalanın divarlarına Hülaku xanın böyük 

bir  qoşunu  yaxınlaşanda  belə  təslim  olmaqdan  boyun 

qaçırırlar.  Monqollar  Ruhnəddini  müdafiəçilərin  üstünə 

göndərirlər  ki,  qala  təslim  olsun.  Lakin  bu  heç  bir  nəticə 

vermir.  Qalanın  komendantı  Müqəddəm  çox  tərs  adam  idi 

və  müvəqqəti  olaraq  təslim  olmaq  istəmirdi.  Hülaku  xan, 

                                                 

         1 

Xacə  Nəsirəddin  Tusi.  Rəhim  Sultanovun  farscadan  tərcüməsi. 

Əxlaqi-Nasiri. Bakı, “Lider nəşriyyat”, 2005. səh.235 




                                                     

 

  



                                                                            

                                                    

105 

şahzadə  Baqataya  göstəriş  verir  ki,  böyük  bir  qüvvə  ilə 



qalanı  mühasirəyə  alsın,  özü  isə  Lamasara  yollanır. 

Şahzadənin  başçılığı  altında  monqollar  üç  gün  dalbadal 

“Əlamut”a  hücum  edir,  lakin  uğursuzluqla  geri  çəkilməyə 

məcbur  olurdular.  Sonradan  qarnizon  təslim  olmaq  üçün 

danışıqlar aparmağa başlayır. 

Lyudmila  Stroyeva  “XI-XIII  əsrlərdə  İranda  İsmaili-



lər  dövləti” əsərində  “Əlamut”  qalasının  alınması  barəsin-

də yaxşı məlumat verir: 

“Əlamut”un  müdafiəçiləri  təslim  olmaq  üçün  Ruhnəd-

dini  vasitəçi  kimi  Hülaku  xanın  yanına  göndərir.  İşi  belə 

görən  xan,  əfv  etmək  üçün  onu  qalaya  göndərir.  Qalanın 

müdafiəçilərinə  icazə  verilir  ki,  üç  gün  müddətinə  kimin 

gücü nəyə çatırsa, qoy oradan çıxartsın. Hülaku xan qalanın 

qülləsinə  yuxarı  qalxmağa  Ruhnəddinə  icazə  verir  və  özü 

oradan dərin uçuruma baxanda dəhşətə gəlir. Bundan əlavə 

qalada həddindən artıq çoxlu ərzaq ehtiyatı vardı. Onun bir 

hissəsi hələ Həsən ibn Səbbahın dövründən qalmışdı. 

Cüveyni oradakı əl işləri ilə tanış olandan sonra Hülaku 

xana  məsləhət  görür  ki,  həmin  kitabxanaya  heç  bir  zərər 

dəyməsin.  Bütünlüklə  oradakı  elmlə  bağlı  olan  işlər  tarix-

çinin öhdəsinə verilir. Cüveyni əmr edir ki, “Əlamut” kitab-

xanasında  olan  astronomik  alətlər,  Quran,  qiymətli  əlyaz-

malar  saxlanılsın,  yalnız  ismaili  cərəyanı  ilə  əlaqəli  olan 



                                                     

 

  



                                                                            

                                                    

106 

bütün  əsərlər  yandırılsın.  Lakin  bir  neçə  ismaili  əsərlərini 



tarixçi  öz  elmi  işlərinə  daxil  edir.  Məsələn,  Əlamut 

dövlətinin  təməlini  qoyan  Həsən  ibn  Səbahdan  bəhs  edən 



“Sərgüzeşt-i  seyidna”  əlyazmasından  o,  öz  əsərində 

istifadə etmişdi.

1

 

Beləliklə,  İsmaili  dövlətinin  mərkəzi  (1090-1256-cı  ilə 



qədər) “Əlamut” qalası darmadağın edilir. 

Tusi  “Əlamut”  qalasında  əsirlikdə  olan  zaman  həmin 

kitabxanadakı  qiymətli  əsərlərdən  istifadə  edərək,  özünün 

bir  çox  məşhur  əsərlərini  yazmışdı.  Sonrakı  illərdə 

Cüveyninin iştirakı ilə Azərbaycan alimi qalada saxlanılan 

bir çox əsərləri Marağa kitabxanasına köçürmüşdü. 

Beləliklə, İsmaili dövləti Ərəb Xilafətinin müttəfiqi kimi 

fəth edilmişdi. Hülaku xan yaratdığı “Elxanilər” dövlətinin 

təhlükəsizliyini təmin etməkdən ötrü ya Bağdad Xilafətini, 

ya da ki, səlcuq türklərini darmadağın etməli idi. 

Yuxarıda  göstərildiyi  kimi  hər  hansı  bir  ağır  yürüşə 

başlamaq üçün o, sarayında saxladığı müdrik əyanlarından 

məsləhət  almalıydı.  Tusi  bütün  regionda  sülh  carçısı  kimi 

tanınırdı  və  onun  məsləhəti,  bir  çoxlarının  məsləhətlərin-

dən xan üçün önəmli sayılırdı.  

                                                 

        1

  Л.  В.  Строева.  Государство  Исмаилитов  в  Иране  в  XI-XIII  вв. 

Москва, «Наука», 1978. стр. 243 



                                                     

 

  



                                                                            

                                                    

107 

Azərbaycan  alimi  türk  milliyətindən  olduğu  üçün  çox 



güman  ki,  belə  bir  vəziyyətdə  səlcuq  türklərini  müdafiə 

etməli  idi.  Həm  də  o  tarixdən  çox  yaxşı  bilirdi  ki,  Ərəb 

Xilafəti  yox,  Kiçik  Asiyanın  Anadolu  hissəsində  yaşayan 

məhz  türk  tayfaları,  dünyada  İslam  dininin  müdafiəçiləri 

sayılırdılar. Çünki yalnız onlar, Roma papasının təhriki ilə 

Avropanın  xristian  hökmdarları,  İslam  dinini  məhv  etmək 

üçün  səlcuq  türklərinin  üzərinə  yeddi  böyük  səlib  yürüşü 

təşkil  etmişdilər.  Bundan  əlavə  Anadoluda  məskunlaşan 

türk  tayfaları  qərbdə  xristian  dünyası  ilə  “Elxanilər”  döv-

ləti  arasında  baryer  rolunu  oynayaraq,  güclü  müdafiə  xətti 

təşkil  edirdilər.  Nəhayət  sonda  bildirmək  istəyirəm  ki, 

Hülaku  xan  İrana  və  Azərbaycana  soxulandan  sonra  mon-

qol  ordusunun  avanqardında  türklərin  süvariləri  və  piyada 

əsgərləri  durmağa  başladı.  Söz  yox  ki,  belə  bir  qüvvə  ilə 

monqol  xanı  səlcuq  türkləri  üzərində  qələbə  əldə  edə 

bilməzdi. Hülaku xan tarixdən bilirdi ki, türklər döyüşkən, 

bir-birilərinə  sədaqətli,  sadiq  və  çox  nadir  hallarda  bir-

birilərinə  qarşı  silah  qaldırırlar.  Bütün  bu  amillər,  səlcuq 

türklərini  böyük  təlafatlardan  xilas  etmişdi.  Sonrakı  pro-

sesdə Bağdad Xilafətinin darmadağın edilməsində, monqol 

ordusunun  tərkibində  olan  avanqard  türk  dəstələri  başlıca 

rol oynamışdılar. 




Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə