Ramiz Dəniz



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə22/102
tarix28.06.2018
ölçüsü4,12 Mb.
#52377
1   ...   18   19   20   21   22   23   24   25   ...   102

                                                     

 

  



                                                                            

                                                    

88 

Yalnız  yüksək  savada,  tərbiyəyə,  qabiliyyətə,  danışıq 



tərzinə  malik  olan  bir  şəxsin  qələmindən  etika  və  esteti-

kada  ölməz  əsər  sayılan“Əxlaqi-Nasiri” kimi  fəlsəfi  və 

tərbiyəvi əsər çıxa bilərdi. Belə bir vətəndaşla nəinki alimin 

soydaşları  və  ya  həmvətənləri,  hətta  bütün  dünyanın 

sakinləri fəxr etmək imkanına malikdirlər. 

Əsər  hazır  olandan  bir  qədər  sonra  (artıq  həmin  dövr 

üçün  Şihabəddin  hakimiyyətdən  uzaqlaşdırılmışdı)  alim 

həbs edilir və həşşaşilərin “Əlamut” (“Qartal yuvası”) qala-

sına  göndərilir.  Müəllifin  həbs  olunmasına  dair  bir  neçə 

səbəb  göstərirdilərsə,  onlardan  ən  düzgünü  bu  cür  ola 

bilərdi: “Əxlaqi-Nasiri”  əsərində  nəzərə  çarpan  mütərəqqi 

fikirlər  müsəlman  ruhanilərini  qəzəbləndirmiş  və  bu  da 

onun həbs olunma-sının həqiqi səbəbi ola bilərdi. 

Tusi “Əlamut” qalasında sürgün həyatı keçirir. Qəsrdən 

çıxmaq  hüququ  əlindən  alınmış  alim  ismaililərin  yanında 

keçirdiyi  20  ildən  bir  qədər  artıq  müddətdə  dözülməz 

mənəvi  sıxıntılara  baxmayaraq,  bir  neçə  elmi  əsər  yaza 

bilir:  “Şərhül-İşarət”,  “Təhrir  Məcəsti”  (Almagest), 



“Təhrir Öqlidis” (birinci redaksiya). Adı çəkilən sonuncu 

kitabı  o,  1248-ci  ildə  və  bundan  sonra  isə  həmin  kitabın 

ikinci redaksiyasını (13 hissədən ibarət olanını) yazmışdır. 

Alim  1242-ci  ildə  tamamladığı “Şərhül-İşarət” (Əbu 

Əli  ibn  Sinanın “İşarət” adlı  fəlsəfi  risaləsinə  şərhlər) 



                                                     

 

  



                                                                            

                                                    

89 

əsərinin  sonunda  yazır:  “Mən  bu  kitabın  əksər  fəsillərini 



olmazın  dərəcədə  ağır  bir  şəraitdə  yazdım.  Ürək  bundan 

artıq  sıxıntı  çəkə  bilməzdi.  Mənim  bu  kitabı  yazdığım 

vaxtın hər fəsiləsi qəmlə, əzabverici qüvvə, hayıfsılanma və 

böyük hüzn ilə dolu idi. Mən bu kitabı elə bir şəraitdə tərtib 

etmişəm  ki,  hər  bir  anda  mənim  üstümdə  cəhənnəm  odu 

yandırılır və üstündən qaynar su tökülürdü”.

Onun  bu  yazısını  izləyəndə,  onda  “Dürrət  ül-Əxbar” 



kitabında yazılanların həqiqət olduğuna inanırsan; “Əlamut 

zindanında Nəsirəddin ayaqları bağlı saxlanılırdı”. 

Tusinin sarsıntısını və iztirabını başa düşmək çətin deyil. 

O,  araşdırma  işləri  ilə  məşğul  olmaq  üçün  mühüm  kitab-

xanalardan məhrum edilmişdi. Alimin qalada yazdığı bütün 

elmi  əsərlər  ciddi  nəzarət  altında  yazıldığından,  yoxlama-

lara məruz qalırdı. Bunula belə Tusi Əlamut qalasında ağır 

bir şəraitdə, özünün ölməz əsərlərini yaradır. 

Çoxları elə zənn edirdi ki, ürəyi elmin eşqi ilə döyünən 

alim qısa zaman kəsiyində ismaili təriqətinin əleyhdarı kimi 

edam ediləcək. Lakin bu baş vrmədi.  

Bunun bir səbəbi “Tarix-e cahaquşay-e Cüveyni” kita-

bında  belə  izah  edilir:  “İsmaililər  rəhbərlərinin  ən  çox 

diqqət yetirdikləri elmlərdən biri ulduzların tədqiqi olmuş-

                                                 

       1


  Nəsirəddin  Tusi.  “Şərhül  İşarət”.  Bu  ifadələri  profeccor  Ə.  K. 

Zəkuyev tərcümə edibdir.  




                                                     

 

  



                                                                            

                                                    

90 

dur.  İsmaililər  istehkamlarının,  qalalarının,  qüllələrinin  – 



Əlamut,  Kuhistan  qalalarının  hündür  yerlərdə  tikilməsinin 

əsas səbəblərindən biri də bu idi ki, münəccimlər münasib 

yerlərdə  yerləşdirilsin  və  kainatı  tədqiq  etsinlər...  Digər 

tərəfdən  isə  ismaililər  hərəkatı  öz  inkişafının  ən  yüksək 

zirvəsinə  çatmış,  yüksək  səviyyədə  elmi  tədqiqat  işləri 

apardığına  görə  xüsusi  diqqət  mərkəzində  idi.  Çalışırdılar 

ki, müxtəlif elm sahələri üzrə böyük alimləri öz mərkəzləri-

nə  toplayıb,  onlar  üçün  tədqiqat  aparmaq  üçün  imkanlar 

yaratsınlar. 

Xacə Nasirin Əlamutda olması,  sonralar onun  o dövrün 

ölkələrində  -  Çinə  qədər  elmi  nəzəriyyələrinin  yayılması 

göstərir  ki,  o,  orada  elmi  tədqiqat  fəaliyyəti  ilə  məşğul 

olurmuş.  Unutmaq  olmaz  ki,  Əlamutda  zəngin  kitab-

xanalarından biri mövcud idi. Hətta orada münəccimlik alət 

və dəzgahları da geniş şəkildə işlədilirdi ”.

1

 



Bir  neçə  ildən  sonra  Tusi  məntiqdən  “Əsasül-iqtibas” 

əsərini  yazır.  Bu  əsər  məntiqlə  bağlı  ibn  Sinanın  “Şifa” 

əsərindən sonra ikinci əsər sayılır. 

İsmaili dövlətinin  yaranması haqda L. Stroyeva maraqlı 

məlumat verir: “İsmaililərin üsyanı, İranda şiəliyin bir qolu 

olan  ismailizmin  yaranmasına  gətirib  çıxarır.  VII  əsrin 

                                                 

        1

 A. Rzayev. Nəsirəddin Tusi həyatı, elmi, dünya görüşü. Bakı, “İrşad” 

İslam araşdırmaları mərkəzi, 1996. səh. 33-34 




                                                     

 

  



                                                                            

                                                    

91 

ortasında Əlinin tərəfdarları (şiələr) bildirirlər ki, yalnız o, 



(Əli - R. D.) və onun birbaşa nəsli xilafətdə siyasi hakimiy-

yətdə  olmaq  hüququna  malikdirlər.  Bu  onunla  izah 

olunurdu ki, yalnız Əli, Məhəmməd Peyğəmbər tərəfindən 

açıqlanmış  dərin  biliyə  sahib  olubdur,  deməli  Əli  İmam 

sayılmalıdır – müsəlman tayfasının dini başçısıdır”.

1

 



İ. Qoldsiyerin yazdığına görə, sonradan İmam şəxsiyyəti 

haqqındakı  sual,  şiələr  arasındakı  parçalanmaya  gətirib 

çıxarır.

2

 



VIII  əsrdəki  parçalanma,  əsasən  altıncı  İmam  Cəfər  əs-

Sadiq  böyük  oğlu  İsmaili  imamlıqdan  məhrum  edəndən 

sonra baş verir. O, atasından tez vəfat etdiyindən İmam ola 

bilmir.  Şiələrin  o  hissəsi  ki,  onun  oğlu  Mühəmməd  ibn 

İsmaili  İmam  kimi  qəbul  edirlər,  onlar  ismaili  adlanmağa 

başlayırlar.  Abbasi  hakimlərinin  təqibindən  yaxa  qurtar-

maq  üçün ismaili imamlar qeyri-leqal  fəaliyyət göstərirlər, 

Həzrət Əli və Fatimənin (Peyğəmbərin qızı) nəslindən olan 

İmam  Ubeydulla,  müstəqil  olaraq  Fatimi  Xilafətini  (909-

1171)  yaradır.  Fatimi  Xilafətində  ismailizm  rəsmi  olaraq 

dini təlim elan olunur.

3

 



                                                 

            1 

Л.  В.  Строева.  Государство  Исмаилитов  в  Иране  в  XI-XIII  вв. 

Москва, «Наука», 1978. стр. 32 

         

 

 2   



И. Гольдциер. Лекции об Исламе. СПб, 1912 

           3 

Л.  В.  Строева.  Государство  Исмаилитов  в  Иране  в  XI-XIII  вв. 

Москва, «Наука», 1978. стр. 32 




Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə