Ramiz Dəniz



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə23/102
tarix28.06.2018
ölçüsü4,12 Mb.
#52377
1   ...   19   20   21   22   23   24   25   26   ...   102

                                                     

 

  



                                                                            

                                                    

92 

Bütün  bunlara  baxmayaraq  İsmaili  dövləti  Abbasi 



Xilafətinin  müttəfiqi  sayılır  və  regionda  sayılıb-seçilən 

dövlətlərin birinə çevirilir. 

Çingiz xanın nəvəsi Hülaku xan öz ordusu ilə Azərbay-

canın  sərhədinə  yaxınlaşanda  xanın  göndərdiyi  cəsuslar 

Tusinin  nə  qədər  müdrik  alim  və  aqil  insan  olduğunu 

hökmdara  izah  edirlər.  Halbuki  xan  qiyabi  olsa  da,  Azər-

baycan  alimi  barəsində  çoxlu  müsbət  fikirlər  eşitmişdi. 

Alimlərə  və  ümumiyyətlə,  aqil  insanlara  möhkəm  pərəstiş 

edən Hülaku xan “Əlamut” qalasını mühasirəyə alır. 

Onun  qoşunları  1256-cı  ildə  fətholunmaz  “Əlamut” 

qalasını tutur, Tusini və digər alim məhbusları azad edirlər. 

1256-cı  ildə  Hülaku  xan  Azərbaycanın  bütün  bölgələ-

rinə tam  yiyələnir və həmin ölkənin hakimi elan edilir. O, 

Azərbaycana sahib çıxandan sonra dahi alim sayılan Tusini 

öz  məsləhətçisi  təyin  edir.  Hülaku  xan  ən  ağır  vəziyyət-

lərdə belə, başqa milliyyətdən olan alimə bel bağlamışdı. 

Tusi  “Əlamut”  qalasında  saxlanıldığı  bir  zaman  onun 

nəslinin  bir  çox  nümayəndələri,  o  cümlədən  ailəsi  Həmə-

dan  şəhərində  yaşayırdı.  Tusinin  müasiri  olan  məşhur 

Azərbaycan  tarixçisi  Rəşidəddin  Fəzlullah  (1247-1318) 

Hülaku  xanın  alimə  necə  hörmətlə  yanaşması  barəsində 

yazırdı:  “Elə  ki  aşkar  edildi  və  səhih  çıxdı,  Xacə  Nəsirəd-

din, Rəşiddövlə və Müvafiqəddövlənin oğulları açıq ürəkli-



                                                     

 

  



                                                                            

                                                    

93 

dir  və  onların  mənşəyi  Həmədan  şəhərindədir,  bunlar 



böyük və hörmətli təbiblərdir, onların hamısına Hülaku xan 

nəvaziş və hörmət göstərdi, onlara nəqliyat vasitələri verdi 

ki,  öz  ailələrini,  qohumlarını,  ev  adamlarını,  itaətlərində 

olanları, müridlərini onun (Hülakunun) hüzuruna gətirsinlər 

və onun zat-ailələrinin xidmətində saxlasınlar”.

1

 



Alim  qaladan  azad  edilən  kimi  ilk  vaxtdan  monqol 

hökmdarının  məsləhətçisi təyin edilir. Elə ilk günlərdən o, 

Hülaku xanın bir çox siyasi tədbirlərinin həyata keçirilmə-

sində məsuliyyəti öz üzərinə götürür. Xan yenicə yaratdığı 

dövlətinin  sərhədləri  genişləndirmək  üçün  mütləq  Abbasi-

lər xilafətinin paytaxtı - Bağdadı ələ keçirməli idi. Bu işdə 

Tusi  hökmdara  lazımi  məsləhət  vermişdi.  Uzun  müddət 

müsəlman  aləminin  müqəddəs  şəhəri  sayılan  Bağdada 

hücum  etməyə  çəkinən  Hülaku  xan  yalnız,  Azərbaycan 

aliminin elmi cəhətdən əsaslandırılmış fikirlərdən sonra bu 

addımı atmağa cürətlənir. 

Öz  qoşunlarını  Bağdadın  yaxınlığında  saxlayan  Hülaku 

xan  dəfələrlə  Bağdad  xəlifəsi  Müstəsimə,  təslim  olması 

haqqında  təkliflər  verir.  Bağdad  xəlifəsi  hər  dəfə  rədd 

cavabı  verməklə  yanaşı,  elxanilərin  hökmdarını  Allahın 

qəzəbi ilə qorxudurdu. 

                                                 

      


1

 Рашид-ад-дин. Сборник летописей. III том. Москва, 1946. стр. 31 




                                                     

 

  



                                                                            

                                                    

94 

Onun  məsləhətçilərindən  biri  Hüsaməddin  hökmdara 



Bağdad  səfərindən  əl  çəkməyə  və  Konstantinopola  hücum 

etməyə  məsləhət  görmüşdü.  Tusi  isə  bu  məsələdə  düzgün 

məsləhət verəndə, Hüsaməddin ilə balaca bir mübahisə baş 

verir. 


Fəzlüllah  Rəşidəddin “Camei  təvarix” əsərində  yazır: 

“Həmin  yürüş  haqqında  Hülaku  xan  dövlət  xadimləri  və 

saray  məsləhətçiləri  ilə  məsləhətləşərdi.  Bunların  hər  biri 

öz etiqadına uyğun olaraq fikirlərini söyləyirdilər. 

Hülaku  xan,  onu  səfərdə  müşayiət  edən  münəccim 

Hüsaməddini yanına çağırdı və ona əmr etdi: 

- Tərifsiz olaraq ulduzların bütün göstərdiklərini danış. 

Münəccim hökmdara yaxın olduğu üçün cürətlə dedi: 

-  Abbasilər  nəslinə  qəsddə  və  Bağdad  üzərinə  hücumda 

bizə  səadət  yoxdur;  çünki  bu  vaxta  qədər  Abbasilərə  və 

Bağdada  qəsd  edən  heç  bir  şəxs  nə  şahlıq  və  nə  də  həyat 

üzü  görmüşdür.  Əgər  hökmdar  öz  nökərinin  sözünə  qulaq 

asmasa və oraya getsə, altı cür qətl baş verər: birinci – atlar 

qırılar və qoşun xəstələnər, ikinci – günəş doğmaz, üçüncü 

– yağış yağmaz, dördüncü – qasırğa qalxar və dünya zəlzə-

lədən  məhv  olar,  beşinci  –  yerdən  bitki  qalxmaz,  altıncı  – 

böyük hökmdar həmin il vəfat edər... 



                                                     

 

  



                                                                            

                                                    

95 

Sonra  Hülaku  xan  dünyanın  xocası  Tusini  çağırdı  və 



onunla məsləhətləşdi. Xacə şübhə altında idi və ona görə də 

dedi: - Bu hallardan heç biri olmaz. 

Sonra Hülaku xan soruşdu: - Bəs nə olacaq? 

Nəsirəddin cavab verdi: - O olacaq ki, Xəlifənin yerində 

Hülaku xan oturacaq”. 

Rəşidəddinin  yazısından  başa  düşülür  ki,  Tusi  dini 

xurafatdan azad, vəziyyəti düzgün analiz etməyi bacaran bir 

şəxs idi. Bütün fikirlərini elmi əsaslarla sübut edirdi. 

Ərəblər bir neçə yüz il Yaxın şərqdə və Qafqaz dağları-

nın  cənubunda  yerləşən  ölkələrdə  hökmranlıq  etsələr  də, 

getdikcə həmin regionlar da zəifləməyə başlamışdı. 750-ci 

ildə  ərəb  xilafətində  böyük  dəyişiklik  baş  verir.  Xilafətin 

başında duran Əməvilər sülaləsi (661-750) imperiyanı idarə 

edə  bilmədikləri  üçün  Abbasilər  sülaləsi  (750-1258) 

hakimiyyətə gəlir və XIII əsrin ortasına kimi Xilafəti idarə 

edirlər.  Xilafətin  paytaxtı  olan  Bağdad  şəhəri  dünyanın  ən 

böyük  və  varlı  şəhəri  sayılırdı.  Bundan  əlavə  Bağdad  Ya-

xın Şərqin ən böyük mədəniyyət, incəsənət və elmi ocaqla-

rın  mərkəzi  idi.  Elmin  bütün  sahələrində  məşhurlaşan 

adamlar bilavasitə həmin şəhərdə fəaliyyət göstərirdilər. 

Bağdad  ələ  keçiriləndən  sonra  (1258)  Hülaku  xan  öz 

möhtəşəm dövlətini 1260-cı ildə Azərbaycanda salır. Elxa-

nilər adlanan bu yeni dövlətin başçıları “Elxan”lar idi. 

 



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə