Ramiz Dəniz



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə20/102
tarix28.06.2018
ölçüsü4,12 Mb.
#52377
1   ...   16   17   18   19   20   21   22   23   ...   102

                                                     

 

  



                                                                            

                                                    

80 

Artıq  həmin  dövrdə,  Azərbaycan  özünün  bütün  Yaxın 



Şərq dünyasında məşhurlaşmış dahi və görkəmli şəxsiyyət-

ləri  Mühəmməd  Babakuhi  Bakuvi,  Şihabəddin  Əbuhəfs 

Sührəvərdi,  Qətran  Təbrizi,  Əli  Xatib  Təbrizi,  Əfzələddin 

Xaqani  Şirvani,  Ömər  ibn  Osman  Kafiəddin  Şirvani,  Əcə-

mi  Naxçıvani,  Mahmud  Zəncani,  Şeyx  Nizami  Gəncəvi, 

Məshəti Gəncəvi ilə tanınmışdı. Onların haqqında, elmə və 

mədəniyyətə  böyük  üstünlük  verən  Hülaku  xanda  müsbət 

fikirlər  eşitmişdi.  Adları  çəkilən  görkəmli  şəxsiyyətlərdən 

fərqli  olaraq,  Azərbaycan  alimi  N.  Tusi  hərtərəfli  inkişaf 

etmiş  adam  idi  və  öz  biliyi  ilə  nəinki  dostlarını,  hətta 

düşmənlərini də valeh etmişdi.  

Tarixdən  məlumdur  ki,  Avropa  ölkələrindən  Çinə  və 

Monqolustana  gedən  elçilər,  Asiyanın  bir  neçə  ölkəsindən 

keçən  “ipək  yolu”ndan  istifadə  edirdilər.  Həmin  “ipək 

yolu”nun da bir hissəsi Azərbaycandan keçirdi. Söz yox ki, 

elçilər  Azərbaycanda  olarkən  bu  ölkənin  mədəniyyəti, 

ədəbiyyatı,  incəsənəti,  adət-ənənələri,  elmi,  siyasi,  tarixi 

şəxsiyyətləri  ilə  həm  nəzəri,  həm  də  əyani  şəkildə  tanış 

olur, özləri üçün müəyyən bir arayış toplayırdılar. 

Şübhəsiz  ki,  XIII  əsrin  ortalarında,  Avropa  monarxları-

nın nümayəndələri Azərbaycanda olanda, nəinki bu ölkədə, 

hətta bütün Yaxın Şərq ölkələrində öz elmi nailiyyətləri və 

insani  keyfiyyətləri  ilə  məşhurlaşan  Tusi  haqqında  bir  çox 



                                                     

 

  



                                                                            

                                                    

81 

xəbərlər eşitmiş, onun barəsində bir çox məlumatlar topla-



mağa çalışmışdılar.  

Tusinin  şan-şöhrətinin  Avropada  yayılmasına  şübhə 

etməmək olar. Onunla ilk növbədə astronomiya, riyaziyyat, 

həndəsə,  coğrafiya  və  tarix  elmləri  ilə  məşğul  olan 

mütəxəssislərin maraqlanması labüd idi.  

Bir  çox  həmkarları  onu  həm  filosof,  həm  də  alim  kimi 

tanıyırdılar.  Alimin  fəlsəfi  dünyagörüşünün,  etnik  baxışla-

rının formalaşmasında  qədim  yunan  fəlsəfəsinin nümayən-

dələri – Fales, Platon, Aristotel, orta əsr filosoflarından M. 

Qəzali, Bəhmənyar, Əl-Fərabi, Biruni, İbn Sinanın mühüm 

və  əhəmiyyətli  təsiri  olmuşdur.  Orta  əsr  ərəb  tarixçisi  və 

sosioloqu  İbn-Xəldun  təbiiyyat  elminin  inkişafından 

danışarkən  Tusini  İbn  Sinanın  görkəmli  davamçısı  kimi 

göstərmişdir. 

Azərbaycanlı  alim  yuxarıdakı  abzasda  adları  çəkilən 

alimlərin  fəlsəfə  və  əxlaqa  aid  kitablarından,  “Kəlilə  və 



Dimnə”,  “Ərdəşir  Babəkan”,  “Ənuşirəvanın  vəsiyyət-

ləri”  kimi  xalq  müdrikliyi  ilə  dolu  olan  dastan  və  folklor 

ədəbiyyatından,  “Siyasətnamə”,  “Mərzbannamə”  kimi 

tərbiyə,  siyasət  və  dövlət  məsələlərinə  həsr  edilmiş  kitab-

lardan  da  yeri  gəldikcə  “Əxlaqi-Nasiri”yə  daxil  etmişdir. 

Beləliklə, Tusi “Əxlaqi-Nasiri”də demək olar ki, özündən 

əvvəl  Yaxın  və  Orta  Şərqdə  hökm  sürən  əxlaqi-fəlsəfi 




                                                     

 

  



                                                                            

                                                    

82 

fikirlərə yekun vurmuş, bunların yığcam icmalını verməklə 



öz orijinal fikirlərini də buraya əlavə emişdir. Ona görə də 

heç də təəccüblü deyildi ki, son yeddi yüz ildə fars dilində 



“Əxlaqi-Nasiri”  kimi  ikinci  orijinal  əsər  yaranmamışdır. 

“Əxlaqi-Nasiri”  səpkili  kitablar  isə  təqlidi  mahiyyət  daşı-

mış  və  oxucular  arasında  şöhrət  tapa  bilməmişdir.  Tusinin 



“Əxlaqi-Nasiri”  əsəri  haqqında  xüsusi  tədqiqat  aparmış 

Cəlaləddin  Hümayi  həmin  təqlidi  kitabların  bəzilərinin 

adını  çəkməklə  onların  “Əxlaqi-Nasiri”yə  nisbətən  çox 

aşağı  səviyyədə  olduqlarını  qeyd  edir.  Bunların  içərisində 



“Əxlaqi-Cəlali”,  “Əxlaqi-Möhsini”,  “Əxlaqi-Mənsuri” 

 “Əxlaqi-Cəmali”ni xüsusi olaraq qeyd edir və deyir ki, 

son  yeddi  yüz  əlli  beş  ildə  yaradılmış  bu  tipli kitablar  heç 

“Əxlaqi-Nasiri”nin  yüzdə  bir  səviyyəsinə  yüksələ 

bilməmişdir.

1

 

Tusi özündən əvvəlki peripatetiklər kimi maddi varlığın 



məhvini, onların  yoxa  çıxması deyil,  yalnız  formalarını və 

əlamətlərini  dəyişməsi  nəticəsində  birinin  digəri  ilə  əvəz 

olunması,  köhnə  varlığın  mövcudluğuna  son  qoyulması 

mənasında başa düşmüşdür. 

“Son zamanlar Azərbaycan dilində də oxuculara çatdırı-

lan  bu  zəngin  fəlsəfi  əsərin  sayəsində  (“Əxlaqi-Nasiri”  – 

                                                 

       


  

   1


  Xacə  Nəsirəddin  Tusi.  Əxlaqi-Nasiri.  Rəhim  Sultanovun  ön  sözü. 

Bakı, “Lider Nəşriyyat”, 2005. səh. 14 




                                                     

 

  



                                                                            

                                                    

83 

R.  D.)  daha  geniş  kütlə  Tusi  dühasının  incəlikləri,  onun 



ideya irsi, son dərəcə orijinal təfəkkür tərzi ilə birbaşa tanış 

olmaq imkanı əldə etmişdir. Həmin ideyaların əhatə dairəsi, 

məntiqi  əsası,  struktur  təhlili  əsərin  yalnız  əxlaq  çərçivəsi 

ilə  məhdudlaşdırılmayıb,  humanist  mütəfəkkirin  bütöv  bir 

insan konsepsiyası kimi səciyyələndirə bilər”. 

Belə  bir  fəlsəfi  düşüncəyə  malik  olan  adamın  başqa 

elmləri  asanlıqla  qavramasına  şübhə  etməmək  olar.  Ancaq 

təəssüflər  olsun  ki,  onun  elmi  irsi  tədqiqatçılar  tərəfindən 

kifayət  qədər  öyrənilməyib.  Nəticədə  isə  alimin  bəzi  işləri 

açıqlanmamış  kimi  qalır.  Necə  ki,  Amerika  qitəsinin  onun 

tərəfindən  hansı  meridianda  yerləşməsi  məsələsi.  Axı,  o, 

aydın  şəkildə  bildirmişdi  ki,  sıfırıncı  meridian  Xaldat 

adalarından başlayır. 

Tusi  dahi  riyaziyyatçı  kimi  də  bütün  dünyada  məşhur 

olmuşdur.  Onun  fəlsəfi,  ictimai-siyasi  və  hüquqi  görüşləri 

çox maraqlıdır. 1265-ci ildə Hülaku xanın ölümündən son-

ra hakimiyyətə keçən Abaqa xan (1265-1282) Tusini özünə 

vəzir  təyin  edir.  9  il,  ömrünün  axırına  qədər  İlxanilər 

dövlətində  yüksək  vəzifə  tutan  alim-vəzir  ona  verilmiş 

geniş  imkanlardan  istifadə  edərək  “dövlət”  və  “cəmiyyət” 

haqqında  bir  sıra  nəzəri  fikirlər  irəli  sürmüş  və  Azərbay-



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə