88
Yalnız yüksək savada, tərbiyəyə, qabiliyyətə, danışıq
tərzinə malik olan bir şəxsin qələmindən etika və esteti-
kada ölməz əsər sayılan“Əxlaqi-Nasiri” kimi fəlsəfi və
tərbiyəvi əsər çıxa bilərdi. Belə bir vətəndaşla nəinki alimin
soydaşları və ya həmvətənləri, hətta bütün dünyanın
sakinləri fəxr etmək imkanına malikdirlər.
Əsər hazır olandan bir qədər sonra (artıq həmin dövr
üçün Şihabəddin hakimiyyətdən uzaqlaşdırılmışdı) alim
həbs edilir və həşşaşilərin “Əlamut” (“Qartal yuvası”) qala-
sına göndərilir. Müəllifin həbs olunmasına dair bir neçə
səbəb göstərirdilərsə, onlardan ən düzgünü bu cür ola
bilərdi: “Əxlaqi-Nasiri” əsərində nəzərə çarpan mütərəqqi
fikirlər müsəlman ruhanilərini qəzəbləndirmiş və bu da
onun həbs olunma-sının həqiqi səbəbi ola bilərdi.
Tusi “Əlamut” qalasında sürgün həyatı keçirir. Qəsrdən
çıxmaq hüququ əlindən alınmış alim ismaililərin yanında
keçirdiyi 20 ildən bir qədər artıq müddətdə dözülməz
mənəvi sıxıntılara baxmayaraq, bir neçə elmi əsər yaza
bilir: “Şərhül-İşarət”, “Təhrir Məcəsti” (Almagest),
“Təhrir Öqlidis” (birinci redaksiya). Adı çəkilən sonuncu
kitabı o, 1248-ci ildə və bundan sonra isə həmin kitabın
ikinci redaksiyasını (13 hissədən ibarət olanını) yazmışdır.
Alim 1242-ci ildə tamamladığı “Şərhül-İşarət” (Əbu
Əli ibn Sinanın “İşarət” adlı fəlsəfi risaləsinə şərhlər)
89
əsərinin sonunda yazır: “Mən bu kitabın əksər fəsillərini
olmazın dərəcədə ağır bir şəraitdə yazdım. Ürək bundan
artıq sıxıntı çəkə bilməzdi. Mənim bu kitabı yazdığım
vaxtın hər fəsiləsi qəmlə, əzabverici qüvvə, hayıfsılanma və
böyük hüzn ilə dolu idi. Mən bu kitabı elə bir şəraitdə tərtib
etmişəm ki, hər bir anda mənim üstümdə cəhənnəm odu
yandırılır və üstündən qaynar su tökülürdü”.
1
Onun bu yazısını izləyəndə, onda “Dürrət ül-Əxbar”
kitabında yazılanların həqiqət olduğuna inanırsan; “Əlamut
zindanında Nəsirəddin ayaqları bağlı saxlanılırdı”.
Tusinin sarsıntısını və iztirabını başa düşmək çətin deyil.
O, araşdırma işləri ilə məşğul olmaq üçün mühüm kitab-
xanalardan məhrum edilmişdi. Alimin qalada yazdığı bütün
elmi əsərlər ciddi nəzarət altında yazıldığından, yoxlama-
lara məruz qalırdı. Bunula belə Tusi Əlamut qalasında ağır
bir şəraitdə, özünün ölməz əsərlərini yaradır.
Çoxları elə zənn edirdi ki, ürəyi elmin eşqi ilə döyünən
alim qısa zaman kəsiyində ismaili təriqətinin əleyhdarı kimi
edam ediləcək. Lakin bu baş vrmədi.
Bunun bir səbəbi “Tarix-e cahaquşay-e Cüveyni” kita-
bında belə izah edilir: “İsmaililər rəhbərlərinin ən çox
diqqət yetirdikləri elmlərdən biri ulduzların tədqiqi olmuş-
1
Nəsirəddin Tusi. “Şərhül İşarət”. Bu ifadələri profeccor Ə. K.
Zəkuyev tərcümə edibdir.
90
dur. İsmaililər istehkamlarının, qalalarının, qüllələrinin –
Əlamut, Kuhistan qalalarının hündür yerlərdə tikilməsinin
əsas səbəblərindən biri də bu idi ki, münəccimlər münasib
yerlərdə yerləşdirilsin və kainatı tədqiq etsinlər... Digər
tərəfdən isə ismaililər hərəkatı öz inkişafının ən yüksək
zirvəsinə çatmış, yüksək səviyyədə elmi tədqiqat işləri
apardığına görə xüsusi diqqət mərkəzində idi. Çalışırdılar
ki, müxtəlif elm sahələri üzrə böyük alimləri öz mərkəzləri-
nə toplayıb, onlar üçün tədqiqat aparmaq üçün imkanlar
yaratsınlar.
Xacə Nasirin Əlamutda olması, sonralar onun o dövrün
ölkələrində - Çinə qədər elmi nəzəriyyələrinin yayılması
göstərir ki, o, orada elmi tədqiqat fəaliyyəti ilə məşğul
olurmuş. Unutmaq olmaz ki, Əlamutda zəngin kitab-
xanalarından biri mövcud idi. Hətta orada münəccimlik alət
və dəzgahları da geniş şəkildə işlədilirdi ”.
1
Bir neçə ildən sonra Tusi məntiqdən “Əsasül-iqtibas”
əsərini yazır. Bu əsər məntiqlə bağlı ibn Sinanın “Şifa”
əsərindən sonra ikinci əsər sayılır.
İsmaili dövlətinin yaranması haqda L. Stroyeva maraqlı
məlumat verir: “İsmaililərin üsyanı, İranda şiəliyin bir qolu
olan ismailizmin yaranmasına gətirib çıxarır. VII əsrin
1
A. Rzayev. Nəsirəddin Tusi həyatı, elmi, dünya görüşü. Bakı, “İrşad”
İslam araşdırmaları mərkəzi, 1996. səh. 33-34
91
ortasında Əlinin tərəfdarları (şiələr) bildirirlər ki, yalnız o,
(Əli - R. D.) və onun birbaşa nəsli xilafətdə siyasi hakimiy-
yətdə olmaq hüququna malikdirlər. Bu onunla izah
olunurdu ki, yalnız Əli, Məhəmməd Peyğəmbər tərəfindən
açıqlanmış dərin biliyə sahib olubdur, deməli Əli İmam
sayılmalıdır – müsəlman tayfasının dini başçısıdır”.
1
İ. Qoldsiyerin yazdığına görə, sonradan İmam şəxsiyyəti
haqqındakı sual, şiələr arasındakı parçalanmaya gətirib
çıxarır.
2
VIII əsrdəki parçalanma, əsasən altıncı İmam Cəfər əs-
Sadiq böyük oğlu İsmaili imamlıqdan məhrum edəndən
sonra baş verir. O, atasından tez vəfat etdiyindən İmam ola
bilmir. Şiələrin o hissəsi ki, onun oğlu Mühəmməd ibn
İsmaili İmam kimi qəbul edirlər, onlar ismaili adlanmağa
başlayırlar. Abbasi hakimlərinin təqibindən yaxa qurtar-
maq üçün ismaili imamlar qeyri-leqal fəaliyyət göstərirlər,
Həzrət Əli və Fatimənin (Peyğəmbərin qızı) nəslindən olan
İmam Ubeydulla, müstəqil olaraq Fatimi Xilafətini (909-
1171) yaradır. Fatimi Xilafətində ismailizm rəsmi olaraq
dini təlim elan olunur.
3
1
Л. В. Строева. Государство Исмаилитов в Иране в XI-XIII вв.
Москва, «Наука», 1978. стр. 32
2
И. Гольдциер. Лекции об Исламе. СПб, 1912
3
Л. В. Строева. Государство Исмаилитов в Иране в XI-XIII вв.
Москва, «Наука», 1978. стр. 32
Dostları ilə paylaş: |