69
kompleks nəinki yerli, hətta xarici ölkələrdən gələn
turistləri də özünə cəlb etsin.
- Belə bir gedişatla siz istədiyinizə nail olacaqsınız. –
Əliyusif qürurla dilləndi. – İş ondadır ki, turistləri bu möh-
təşəm istirahət ocağına cəlb etmək üçün, mütləq reklamdan
istifadə etməlisiniz.
- Bu istiqamətdə iş aparılır. Bu il “Turizm ili” elan
olunması ilə əlaqədar Lerik rayonunda da əsaslı işlər
görülməkdədir. Bölgəyə turist axınının cəlb edilməsi ilə
əlaqədar, burada mühüm işlər görülür və Azərbaycanda
analoqu olmayan “Aquapark” kompleksi istifadədədir.
- Sizə bildirmək istəyirəm ki, hal-hazırda “Relax”ın adı
bütün ölkəmizin hüdudlarında hallanır. İstirahət və Əyləncə
mərkəzinə gələn turistlər paralel olaraq, rayonun rəngarəng
təbiəti ilə bağlı xeyli müzakirələr aparırlar. Mənə elə gəlir,
bu istiqamətdə siz mühüm işlər görürsünüz.
- Məlumdur ki, Lerik rayonu Azərbaycanın ən dilbər
guşələrindən biri sayılan Talış dağlarının zirvəsində
yerləşir. Allah bu bölgənin təbiətindən öz nadir nemətlərini,
saf suyunu, bənzərsiz zümrüd meşələrini əsirgəməmişdi.
Bu torpaqlar daim əcnəbi qonaqların diqqətində olmuş və
buraları ilk dəfə seyr etmiş insanlar, cəsarətlə bu təbiəti
dünyanın müxtəlif ən gözəl və səfalı yerləri ilə müqayisə
etmişlər.
70
Mən, bu rayondan seçilmiş bir millət vəkili kimi rayonu-
muzun inkişafı, gözəlləşməsi, yeni iş yerlərinin açılması və
ölkəmizin ən qabaqcıl rayonlardan biri olması üçün daim
dəstək vermiş, bu bölgədə yaşayan vətəndaşların qayğısına
qalmış, heç vaxt əlimdən gələni camaatdan əsirgəməyəcə-
yəm.
Qeyd etmək istəyirəm ki, ”Relax” nəinki Lerikdə,
ümumiyyətlə Cənub bölgəsində yerləşən bütün istirahət
mərkəzlərinin gözü sayılır.
- Hacı, ehtiras və kəramət təbiətindən fərqli hikmət nə
edərsə, hər şey gözəl və kamil olar, hər kəs istədiyi zövqü
ondan alar, adil adam ədalətdən, aqil adam elmdən, filosof
hikmətdən, siz də öz işinizdən. Siz nəzərdə tutulandan da
artıq iş görmüş və cənnət içərisində möcüzə yaratmağa nail
oldunuz. Bu kompleksi yaratmaqla, siz öz adınızı tarixə
yazdınız və Azərbaycanın cənub bölgəsini əcnəbi turistlərin
hədəfinə çevirdiniz.
Onların arasında yaranan səmimi dialoq çox davam
etmədi. Çünki Hacı İqbal kompleksdə gedən təmir işlərini
yoxlamaq üçün, həmin yerləri nəzərdən keçirməliydi.
Əliyusif isə boş vaxtının asudəliyindən istifadə edərək
Küləfirəngi istiqamətinə yollandı.
71
VII fəsil. Böyük küləfirənginin yerləşdiyi
ekzotik yer
Nahar yeməyinə bir qədər vaxt qaldığından Əliyusif
dərhal meşəyə gəzintiyə çıxdı. Lakin istirahət kompleksini
dövrə vurmağa çalışan müxbir vaxtın azlığını nəzərə alıb,
tələsik halda Arifi qarşılamaq üçün şlaqbaumun yanına
qayıtdı. On-on beş metr getməmiş, onun yanında qara
“Mersedes” maşını dayandı. Maşının sükan arxasından
ortaboylu, bir qədər dolu bədənli, iriqamətli, yumrusifət,
yaşı 55-60 olan nurani bənizli bir kişi düşdü. Əynində olan
şax ütülənmiş boz rəngli kostyum arxadan bir qədər
qırışmışdı. Geyiminin təmiz olması, üzünün qırxılması, kül
rəngli saçının səliqə ilə daranması onun mədəni, eleqantlı
və səliqəli olmasından xəbər verirdi. Həmin kişi Əliyusifin
bağ qonşusu Arif adlı neft mütəxəssisi idi.
Müxbirin təsəvvür etdiyi kimi Arif, həyat yoldaşı
Ofeliya, qızı Elnarə Murad balası ilə, oğlu Nurlan, Nurlanın
həyat yoldaşı Günay və qızı Aydan maşından düşdülər.
Əliyusif salamlaşan kimi onları 403 saylı kottecə apardı. O,
qonaqları şlaqbaumun ağzında qarşılayan zaman,
yaxınlıqda yerləşən pivə barın yanında qonşusu müğənni
Zemfiranı, müğənninin oynaşı Natiqi və Natiqin sürücüsü
Akifi pivə içən yerdə gördü və təəccübdən yerindəcə donub
72
qaldı. Müxbiri təəccübləndirən o hal idi ki, Zemfiranın
havadarı Məzahir kişi həddindən artıq hegemon və qısqanc
adam sayılırdı və necə olub ki, kişinin zəhmindən
çəkinməyən həmin müğənni oynaşı ilə birlikdə buraya
istirahətə gəlib?
O, qonaqları kottecdəki appartoment ilə tanış edən
zaman xüsusilə bildirdi ki, Aydanın bəxtindən kompleksdə
fəaliyyət göstərən uşaq meydançası kottecdən çox da
uzaqda yerləşmir. Ondan sonra Əliyusif onlardan ayrılıb,
yenə də gəzintiyə çıxdı.
Nahar yeməyinin vaxtı olduğundan, burada yerləşdirilən
iyirmiyə yaxın böyük masanın üstündə süfrə açılmışdı.
Amma vaxt tez olduğundan, orada ofisiantlardan başqa heç
kim yox idi. Həmin masalar sifarişli olduğundan, Əliyusif
onlara bitişik olan masanın arxasında əyləşdi. Küləfirən-
gidən kompleksin mərkəzi meydançası göz qabağındaydı.
Lap başda təmir işləri gedirdi və qəribə olsa da, kompleksin
müdiri orada fəhlələrlə yanaşı fiziki işlə məşğul idi.
Küləfirənginin əsas girişi günçıxan tərəfdə idi, məhz
buna görə də Əliyusif sağ tərəfdə yerləşdirilən masaların
axırında, mətbəxə yaxın bir yerdə, özünə oturacaq yeri
tutmuşdu. Sıra ilə düzülən masaların hamısı böyük
küləfirənginin sağ qurtaracağında yerləşirdi və yaxınlıqdakı
ağaclar xeyli aşağıda bitsə də, onların hündür və çoxşaxəli
Dostları ilə paylaş: |