77
Azərbaycanın görkəmli akademiki, əməkdar elm xadimi
Həsən Əliyev Leriki yaz vaxtı ətriyyat mağazalarına bən-
zətmişdi. O, demişdir: “Talış dağlarının füsunkar guşələrin-
dəki mineral bulaqları xalqımızı sağlamlıq ocaqlarına
çevirmək lazımdır... Talış meşələrinin relikt flora və
faunasını saxlamaq üçün həmin meşə başdan-başa Karpat
meşələri kimi milli park və ya təbiət parkına çevrilməlidir.
Oradakı mineral və digər içməli suların çoxluğu bu məqsəd
üçün gözəl mənbədir”.
Akademik Mirəli Qaşqay isə vurğulayıb ki, “Talış dağla-
rının zəngin təzadlı təbiəti möcüzələr diyarını xatırladır. Bu
dağların sirri hələ tam açıqlanmayıb. Gələcək alimlər üçün
bura böyük təcrübə məktəbi ola bilər. Bu qiymətli
sərvətlərə, bənzərsiz gözəlliklərə laqeyd qalmaq günahdır”.
- Unutmaq lazım deyil ki, hələ SSRİ dövründə ən çox
uzunömürlülər məhz burada yaşamışdılar. – deyə Ofeliya
xatırlatma etdi.
- Uzunömürlülər barəsində akademik Mirəli Qaşqayın
xüsusi açıqlamsı var. “Leriklilər sağlam təbiətdə yaşayırlar.
Havası loğman, suları məlhəm, bitkiləri can dərmanıdır.
Torpağı səxavətlidir – min-bir nemət yetirir. Balı, qaymağı,
bütün təbii qidaları, təbii gözəllikləri, sağlamlığın rəhnidir.
Burada təbiət, Günəş şüaları ilə, suyu, havası, növbənöv
bitkiləriylə, zümrüd meşələriylə insanlardan xəbərsiz onları
78
müalicə edir... Əlbəttə, dağ havası udan, dağa bənzər.
Sağlam təbiət sağlam həyat deməkdir”.
- Akademikin sözlərinə şübhə etməmək olar. – deyə
ziyalı qadın təqdiredici tərzdə dilləndi. – Mən buraya
qədəm qoyandan bəri özümü çox sağlam hiss edirəm.
Ürəyim saat kimi işləyir, nəfəsimi rahat alır, başağrısı yox
olub gedibdir.
- Mən, Gədəbəydə istirahətdə olanda elə zənn edirdim
ki, təbiətinə görə oradan gözəl və məftunedici məkan
yoxdur. – deyə Nurlan arada yaranan sükutdan istifadə
edərək hərarətlə dilləndi. - Amma bura, mənim Gədəbəyin
təbiəti ilə bağlı olan təsəvvürlərimi tamamilə dəyişdi.
- Maraqlı odur ki, burada Tibbi təhlükəsizliyə xüsusi
diqqət ayrılıbdır. – deyə başını razı halda yellədən həkim
heyrətlə dilləndi. – Kompleksin öz ərazisində aptek və tibbi
personal daxil olmaqla tibb məntəqəsi də fəaliyyət göstərir.
Belə bir servis ilə hər yerdə rastlaşmaq mümkün deyil.
Əliyusif bir müxbir kimi ünsiyyətdə olduğu hər adamı
dialoq zamanı daxildən oxumağa çalışırdı. Aida ilə
yanyanaşı əyləşən Ofeliya əlində çay stəkanı tutaraq, üzünü
meşəyə tərəf çevirib ağır xəyala dalmışdı. Hiss olunurdu ki,
o, uzaqdan-uzağa nəyə isə qulaq asır. Məhz bundan sonra
müəyyən olundu ki, ziyalı qadın Nazpəri Dostəliyevanın
“Nə olar Allahım” mahnısına qulaq asır. Onun üzünü
79
meşəyə tərəf tutub xəyallara dalması, elə Arifin də diqqətini
özünə cəlb etdi.
- Ofeliya, niyə çörək yemirsən?
- Sadəcə olaraq, mahnıya qulaq asıram. – deyə Ofeliya
diksinərək, təşəxxüslə dilləndi.
- Sən nə vaxtdan Nazpəri Dostəliyevanın musiqisinə
qulaq asmağa başlamısan? – deyə Arif müəmmalı tərzdə
dilləndi. – Mən biləni sən, daim muğamata və xalq mahnı-
larına qulaq asırsan.
- Biz elə bir yerdəyik ki, lirik mahnılarına qulaq asmaq
adama mənəvi rahatlıq verir. O ki, qaldı Nazpəri
Dostəliyevanın mahnı seçimi, o, peşəkar müğənni kimi həm
xalq mahnıları, həm də muğamat oxuyur. Etiraf edim ki,
mən evdə olanda da mütəmadi olaraq “Nə olar Allahım”
mahnısına daim qulaq asıram. Mahnının sözləri o qədər
mənalıdır ki, mən kövrələrək nostalji duyğular əhatəsində
oluram.
- Mən Ofeliya xanımla şərikəm. – deyə Əliyusif
dərindən nəfəs alaraq heyrətlə dilləndi. – Nazpəri xanım
ecazkar səsə malik olan bir müğənnidir və o, məlahətli səsi
ilə bu mahnını ifa edəndə, taleyinin həm şirin, həm də acı
hökmünü gözləri önünə gətirir. Peşəkar bəstəkar Cabbar
Musayev və söz ustadı rəhmətlik Nüsrət Kəsəmənli
tandemi ilə bu mahnı hasil olanda, sanki Nazpəri xanım
80
onların yanında olmuşdu, çünki inanmıram ki, ondan başqa
həmin mahnının ifası bu dərəcədə keyfiyyətli alınsın. Onun
hər bir mahnısına burada qulaq asanda, adam özünü cənnəti
məkanda hiss edir. Nazpəri xanımın mahnısı ilə buranın
təbiəti gözəl sintez yaradır və ondan sonra anlamaq olar ki,
o, nə dərəcədə qəlblərə yaxın olan mahnılar oxuyur.
- Mənim fikrimcə, - deyə yüksək əhval-ruhiyyədə olan
Arif həvəslə dilləndi: - nahar yeməyi zamanı, bütün ətrafda
Hacıbaba Hüseynovun, Əlibaba Məmmədovun, İslam Rza-
yevin, Alim Qasımovun, Səxavət Məmmədovun, Mənsum
İbrahimovun və başqa ustadlarının muğamatları səslən-
dirilsə, həmin bənzərsiz ifalar adamın ürəyinə yağ kimi
yayılar. Onda adam başa düşər ki, əsl muğam təbiət
qoynunda nə dərəcədə effektiv səslənir və həmin musiqi
başqa musiqi janrların içərisində nə dərəcədə möhtəşəm və
füsunkardır.
- Başa düşmürəm, biz buraya istirahət etməyə gəlmişik,
yoxsa mahnılara qulaq asmağa? – deyə Nurlanın narazı səsi
gəldi. – Burada olan vaxtımızı elə mənalı keçirməliyik ki,
bir günümüz on günə bərabər olsun.
- Guya, bizim burada keçən günlərimiz mənalı deyil? –
deyə Günay müəmmalı tərzdə dilləndi.
- Nurlanın ürəyini məndən başqa heç kim oxuya bilməz.
– deyə Arif liberallığını nümayiş etdirməyə çalışdı. – Hal-
Dostları ilə paylaş: |