85
Qız o dərəcədə gözəl idi ki, müxbir Arif ilə söhbət etsə
də, baxışlarını ondan ayıra bilmirdi. Sanki o, həmin
naməlum qıza vurulmuşdu.
Uzaqgörən ziyalı müxbirin kasıb olduğunu anladığından
o, dərhal çayçıdan növbəti samovar çayı istədi. Əliyusifin
fikirincə, səhhətində problem olan Ofeliya xanım gəlini
Günay ilə gəzintiyə çıxmış, Nurlan isə Aydanı şənləndir-
mək üçün uşaq meydançasına getmişdi.
- Qardaş, deyirlər dünya dəyişibdir. – deyə Fikrət dərin
xəyallarda olan bir filosof kimi dilləndi. - Əslində bu belə
deyil. Dünya yox, onun qoynunda məskunlaşan insanlar
dəyişibdir. Bu dəyişkənlik cinayətə bərabər olan bir şeydir.
Əvvəl elmi-texniki nailiyyətlər naminə insan dünyanın
həyat örtüyü olan təbiətə təcavüz edərək, meşələri qırdı,
çayların içərisində böyük bəndlər qurmaqla onun məcrasını
dəyişdi, gölləri qurutdu, dağları yardı. İndi isə insanlar
özləri-özlərini dəyişdirməyə can atırlar.
- Biz bu dünyada yaşadığımızdan, əlbəttə ki, dünyanın
bir hissəsiyik. – deyə Arif ədəb-ərkanla dilləndi. – Bizim
yaşamağımız-yeməyimiz, içməyimiz, geyinməyimiz, evi-
mizin olması – bunların hamısı dünyanın bizə bəxş etdiyi
və özümüzün təbiətlə münasibətdə istehsal etdiyimiz
nemətlərdir. Sözün geniş mənasında dünya insanın evidir.
86
- Əziz qohum, dünya sözü geniş və dar mənalarda
işlənir. – deyə professor ətrafdakı kanyon üzərinə sallanmış
ağaclara diqqət yetirə-yetirə pedaqoqlara xas olan tərzdə
dilləndi. – Geniş mənada Dünya sözü aləm, materiya
sözləri ilə eyni mənalı olmaqla insandan, onun istək və
arzularından asılı olmayan obyektiv gerçəkliyi ifadə edir.
Dar mənada isə dünya sözü həm təbiətdə, həm cəmiyyətdə,
həm də insanın həyatında məhdud bir sahəni ifadə edir.
Bu haqda bizim elmi diskussiyalarımız çox olubdur.
“Dünya” sözü insanın yaşadığı xarici təbiət dünyasını, yəni
xarici dünyasını və insanın “Mən” dünyasını, onun əqli,
mənəvi, psixoloji dünyasını, yəni daxili dünyasını ifadə
etmək üçündür. İnsanın şüurunda dünyanın xarici və daxili
dünyaya ayrılması, yəqin ki, onun sosial varlıq kimi
formalaşması, yəni insan kimi yaşaması başlamışdır. Bu da
təbiidir, çünki əmək qabiliyyətinə, şüura və dilə malik olan
insan onun yaşadığı xarici dünyanın nədən ibarət olması, bu
dünyada insanın özünün yeri, onun dünyaya münasibəti və
s. suallar haqqında düşünməyə başlayır.
İlbəil insan öz fəaliyyəti ilə dünyanı dəyişdirməyə çalı-
şır. İnsanın bioloji təbiəti, maddi tələbatı və maddi fəaliyyə-
ti ilə bağlı imkanları maddi imkanlar, sosial tələbatı və
mənəvi fəaliyyəti ilə bağlı imkanları isə mənəvi imkanlar-
87
dır. Mənəvi fəaliyyətin əsasında maddi fəaliyyət dayandığı
kimi, mənəvi imkanların əsasında da maddi imkan dayanır.
- Fikrət müəllim, insanların əksəriyyəti mənəviyyata
əhəmiyyət vermədən maddiyyatı hansı formada olsun
qazanmağa çalışırlar. – deyə müxbir həmsöhbətinə şübhəli
nəzər saldı. – Məhz bu səbəbdən cəmyyətdə cahilləşmə
xərçəng kimi kök salmağa başlayır.
- İnsanların mənəvi imkanları zaman etibarilə maddi
imkanlardan sonra formalaşır. – deyə professor dilləndi. -
Mənəvi imkanın formalaşması şüurla bağlıdır. Maddi
imkanlar obyektiv, mənəvi imkanlar isə subyektivdir.
- Əlbəttə ki, maddi imkanlar mənəvi imkanlardan ayrıl-
mazdır. – Arif bu məsələyə dair fikir bildirməli oldu. –
Bunlar nisbi müstəqilliyə malik olsalar da bir-birini şərtlən-
dirir, bir-biriləri üçün zəmin olurlar. Yüksək səmərəli isteh-
sal insanın mənəvi inkişafı üçün zəmin olduğu kimi, onun
yüksək intellektual səviyyəsi də istehsalın səmərələşdiril-
məsi, yəni maddi istehsal imkanlarının reallaşdırılması
üçün mühüm şərtdir.
Söhbətin gözəl məcrada getdiyini görən Əliyusif
həvəslənərək, başını təqdiredici tərzdə tərpədə-tərpədə xoş
ətirli pürrəngi çayı armudu stəkanlara süzüb, ziyalıların
qabağına qoydu. Belə bir təbiətin qoynunda əlvan bitkilərin
yaydığı məstedici rayihənin təsiri altında çay içmək adama
88
böyük ləzzət verirdi. Professor qarşısına qoyulan çaydan bir
neçə qurtum içəndən sonra əvvəlki qaydada, yəni şux
vəziyyətdə başladığı söhbəti davam etdirməyə başladı. O,
dedi:
- Elmi-texniki biliklər sistemi, ictimai şüurun müxtəlif
formaları – incəsənət, fəlsəfə, din və s.-nin inkişafı mənəvi
imkanların reallaşması zənciridir. Bu zəncirlərin hər bir
halqası reallaşdıqdan sonra yeni imkanlar yaradır, bunlar da
yeni şəraitdə gerçəkləşir.
Mən sizin ümumi fikirinizlə razıyam ki, insanlar arasın-
da mənəvi pozğuntuluq baş alıb gedir. Hamı maddiyyat
ardınca gedəndə düşünülməmiş addımlar atır.
Cəmiyyətin normal inkişafı onun maddi imkanları ilə
mənəvi imkanlarının optimal harmoniyası əsasında ola
bilər. Bunlardan birinin şişirdilməsi və ya unudulması
insanın həyatını cılızlaşdırır, onu şikəst edir.
- Belə bir primitiv qaydaları bilməyən hər bir kəs, özünü
uçuruma yuvarladır. – deyə müxbir üzrxahlıqla dilləndi. -
İlk növbədə insanlar arasındakı tarazlıq pozulur və ədalət
iflasa uğrayır. Artıq elə vəziyyət yaranıbdır ki, on milyon-
larla, yüz milyonylarla, insan səfalətdən, kasıbçılıqdan,
bədbəxtçılikdən, haqsızlıqdan, ədalətsizlikdən xilas olmağa
çalışır. Sanki şər xeyiri üstələməyə başlayır. İşıqlı günlər
Dostları ilə paylaş: |