Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


sərt  iqtisadi  və  siyasi  təsir  formaları  tətbiq  etmək  səylərini



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə59/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   55   56   57   58   59   60   61   62   ...   115

sərt  iqtisadi  və  siyasi  təsir  formaları  tətbiq  etmək  səylərini 
gücləndirdiyini  sübut  edir.  Ona  görə  də  dövlətlərin  regional 
səviyyədə  birlikləri  Rusiyanın  təzyiqinin  güclənm əsinə 
reaksiya kimi meydana çıxır.
•   Yeni dövlətlərin “böyük qardaş”ın  qəyyumluğundan qurtar­
maq  cəhdi.  Bizim  fikrimizcə,  G UÖ AM -m   yaranması  MDB 
ölkələrinə münasibətdə öz strateji xətti haqqında Rusiya Fe­
derasiyasının  məlum  sənədində  meydan  oxumasına  postso­
vet dövlətləri  qrupunun reaksiyası  olmuşdur.
•   Yeni  tərəfdaş  dövlətlərin və müttəfiqlərin  axtarışı  və  onlar­
la əsasən praqmatik  dövlətlərarası  əlaqələrin  inkişaf etdiril­
məsi,  postsovet  dövlətlərinin  milli  mənafelərinə  daha  çox 
cavab verən yeni xarici siyasət oriyentirlərinin formalaşdırıl­
ması.
•  Dövlətlərin  xüsusilə  Avropadan  Şərqə,  Hindistana,  Asiya- 
Sakit  Okean  regionu  ölkələrinə  gedən  tranzit  nəqliyyat- 
energetika  marşrutlarının  formalaşdırılmasmda özlərinin  əl­
verişli coğrafi  mövqelərinin üstünlüklərindən  istifadə  etmək 
səyləri.  Onların  hamısının  məqsədi  eyni,  yəni  fəal  iştirakçı 
kimi,  Avropa-Qafqaz-Mərkəzi  Asiya xətti  ilə geniş inteqra­
siya prosesinə qoşulmaqdır.  Bu, regional qrupa daxil olan öl­
kələrin  öz  mənafelərini  birgə  yürütmək  məqsədi  ilə  əmək­
daşlığı  üçün  etibarlı  geoiqtisadi  əsas  yaradır.  Nəqliyyat 
marşrutlarının  inkişaf  etdirilməsi  və  istifadəsində,  hərbi- 
siyasi və ekoloji cəhətlər də daxil olmaqla, müştərək təhlükə­
sizlik  mexanizminin  formalaşdırılmasmda dövlətlərin  qarşı­
lıqlı  əlaqələrin  təşkilinə  real  ehtiyacı  olması  açıq-aşkardır.
•  GUÖAM  ölkələrinin  siyasi  elitası  və  liderlərinin  postsovet 
məkanında və beynəlxalq münasibətlərdə  istər qlobal,  istər­
sə  de  regional  səviyyələrdə  gedən  proseslərə  baxışlarının 
üst-üstə düşməsi. Eyni ideoloji şəraitdə formalaşmış postso­
vet  elitalarının  mentalitetinin  oxşarlığı  qarşılıqlı  anlaşma  və 
daha çevik davranış  üçün zəmin yaradır.
Ramiz Mehdiyev.  Azərbaycan: qloballaşma dövrünün  tələbləri
236
Təbiidir ki,  GUÖAM -ın  kollektiv  təhlükəsizlik  sistemi,  yaxud 
iqtisadi  cəhətdən  inteqrasiya  olunmuş  dövlətlər  bloku  kimi  daha 
qüdrətli  və  güclü  beynəlxalq  təşkilata  çevrilməsindən  danışmaq 
h ələ tezdir.  GUÖAM -ın  m üxtəlif ölkələrinin  sosial-siyasi  qurulu­
şunda, mentalitetində,  xarici  siyasət yönümlərində hələ xeyli  fərq­
lər mövcuddur.  Ayrı-ayrı  üzv  ölkələrin  iqtisadi  inkişaf səviyyələ­
rində,  zəruri  sosial-iqtisadi  dəyişikliklərin  sürətində və  i.a.  fərqlər 
də  özünü göstərir.  Bununla belə, NATO və Avropa Birliyi ölkələ­
rinin  davamlı  xarici  dəstəyi,  habelə  Rusiyanın  GUÖAM-a  loyal 
münasibəti  olsa,  ümid  etmək olar  ki,  bu  yeni  təşkilat planetin  mü­
hüm  geosiyasi  mərkəzlərindən birində  özünü  nüfuzlu siyasi  qüvvə 
kimi  göstərə biləcəkdir.
Azərbaycan rəhbərliyinin xarici siyasət fəaliyyətinin aparıcı is­
tiqamətlərindən  biri  Dağlıq  Qarabağ  münaqişəsinin  həllidir.  Bu 
münaqişə  bütün  postsovet  məkanında  ən  köhnə  və  ən  mürəkkəb 
münaqişədir.  Münaqişənin  mürəkkəbliyi  həm  onun  uzunmüddətli 
olması,  həm  de  və  en  başlıcası,  ona  m üxtəlif tərəflərin  cəlb  edil­
məsidir.
Postsovet məkanında mövcud başqa münaqişələrdən  fərqli  ola­
raq,  bu münaqişəyə təkcə SSRİ-nin iki keçmiş respublikasını -  Er­
mənistan  və  Azərbaycanı  təmsil  edən  vuruşan  tərəflər  deyil,  həm 
de  bir  çox  qonşu  dövlətlər,  o  cümlədən  Rusiya,  Türkiyə  v ə   İran, 
habelə aparıcı dünya dövlətləri cəlb edilmişdir.  Özü de  Ermenista­
nın  hərəkətləri  ATƏT-in  yüksək  vəzifəli  şəxslər  komitəsinin
1992-ci il mayın 21-d e Helsinkidə keçirilən iclasında da dünya bir­
liyi  tərəfindən  pislənilmişdir.  Ermenistan  Azerbaycanla  müharibə 
edən  tərəf hesab  olunmuşdur.
Qeyd  olunmalıdır  ki,  1993-cü  ildə  BMT  Ermenistan  silahlı 
qüvvələrinin  işğal  olunmuş  Azərbaycan  erazilərini  dərhal  azad  et­
m ələri tələbini təsdiqləyən 822, 853, 874 və 884 nömrəli dörd qət­
namə  qəbul  etmişdir.  Lakin  Ermenistan  BMT-nin  qətnamələrinə, 
ABŞ dövlət katibinin bəyanatlarına və bir çox beynəlxalq və regio­
nal  təşkilatların  (ATƏT,  İslam  Konfransı  Təşkilatı  və  i.a.)  iclasla­
rında  qəbul olunmuş sənədlərə məhəl  qoymamaqda davam  edir.
IVfəsil.  Müstəqil Azərbaycanın siyasi və iqtisadi strategiyası
237


1994-cü  il  mayın  12-də  tərəflər  arasında  atəşkəs  rejimi  yara­
dıldı.
Münaqişə  1988-ci  ildə  başlansa  da,  onun  beynəlxalq  hüququn 
ümdə prinsiplərinə əsaslanan ədalətli həllinin başlıca prinsipləri ilk 
dəfə  yalnız  ATƏT-in  1996-cı  il  Lissabon  sammitində  təsdiqlən­
mişdir:
-   Azərbaycan  Respublikasının  və  Ermənistan  Respublikasının 
ərazi bütövlüyünün təsdiq edilməsi;
-  Dağlıq Qarabağın maksimum geniş  muxtariyyətinə  təminat;
-  Dağlıq  Qarabağın həm  azərbaycanlı,  həm  də  erməni  əhalisi­
nin təhlükəsizliyinə  təminat verilməsi.
ATƏT-in fəaliyyətdə olan sədrinin bu bəyanatını 53  dövlət im­
zaladı,  Ermənistan  isə  həmin  sənədi  imzalamaqdan boyun qaçırdı.
Azərbaycan  münaqişənin  siyasi  yolla  həllini  davam  etdirməyə 
hazır olsa da, Ermənistan qeyri-konstruktiv mövqe tutmaqda davam 
edərək,  diqqəti  setsessiyaya,  yəni  dövlətin  ərazisini  ondan  qopar­
mağa yönəldir.
Bununla əlaqədar qeyd etmək lazımdır ki,  Ermənistanın tez-tez 
istinad etdiyi  öz müqəddəratını təyinetmə prinsipi “hüquq bərabər­
liyi  və  öz  müqəddəratını  təyin  etmək  prinsiplərinə  əm əl  etməklə 
fəaliyyət  göstərən  suveren  və  müstəqil  dövlətlərin  parçalanma­
sının,  ərazi  bütövlüyünün  və  ya  siyasi  birliyinin  tam,  yaxud  po­
zulmasının  sanksiyalaşdırılması  və  ya  şirnikdirilməsi  kimi  yozul­
mamalıdır” 131.
Bundan əlavə, qeyd olunmalıdır ki,  sərhədlərin qarşılıqlı  surət­
də  tanınması  prinsipi  və  onların  zorla  dəyişdirilməsinin  yolveril­
məzliyi çoxsaylı  ikitərəfli müqavilələrdə və bir sıra regional aktlar­
da,  m əsələn,  Amerika  Dövlətləri  Təşkilatının  Nizamnaməsində 
təsbit  edilmişdir.  Onu  da  vurğulamaq  vacibdir  ki,  Helsinki  Yekun 
Aktı  (1975-ci  il)  öz  müqəddəratını  “xaricdən”  təyin  etməyə  qarşı 
universal  məcburi  norma  kimi  sərhədlərin  toxunulmazlığı  prinsi­
pinə  geniş  diqqət cəlb etmişdir.
Qeyd  edildiyi  kimi,  Ermənistan  münaqişənin  həllinə  münasi­
bətdə  tamamilə  qeyri-konstruktiv  mövqe  tutmuşdur.  Ermənistan
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
______
238
beynəlxalq  hüquq  normalarını  tamamilə  inkar  edərək,  hazırda 
nəinki  təcavüzkar,  həm  de  terrorizmə  və  insan  hüquqlarını  kobud 
surətdə  tapdalayan  milli  separatizmə  rəvac  verən  şər  dövlət  kimi 
çıxış edir.  Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsinin 
həlli  üçün  1992-ci  ilin  martında ATƏT  çərçivəsində  Minsk  qrupu 
yaradılmışdır.  Bu  qrupa  Avstriya,  ABŞ,  Almaniya,  Azerbaycan, 
Belarus,  Ermənistan,  Fransa,  İsveç,  İtaliya,  Portuqaliya,  Rumıniya, 
Rusiya və Türkiyə daxil olmuşdur.  Hazırda (1997-ci  ildən) Rusiya, 
ABŞ  və  Fransa  Minsk  qrupunun  həmsədrləridir.  Minsk  qrupu 
1997-ci  ildən başlayaraq,  tərəflərə  Ermənistan-Azərbaycan,  Dağ­
lıq Qarabağ münaqişəsinin həllinə dair üç sənəd təklif etmişdir.
ATƏT-in  Minsk  qrupunun  1997-ci  ilin  iyulunda  təqdim  etdiyi 
və  “Paket nizamlanması”  adlanan  ilk  təklifinin  BMT-nin  yuxarıda 
xatırlanan  qətnamələrinə  əsaslanmaması  v ə  hüquqi  baxımdan 
məcburi xarakter daşımaması həmin sənədi kifayət qədər ciddi qə­
bul  etməyə  imkan  vermirdi.  Bundan  əlavə,  azad  olunmuş  erazilər 
statusunun  qarşılıqlı  surətdə  həlli  problemin  aradan  qaldırılmasını 
qeyri-müeyyen  müddətə  qədər  uzada  bilərdi,  çünki  sənəddə  mü­
naqişənin həllinin real mexanizmi və konkret vaxt çərçivəsi  nəzər­
də  tutulmamışdı.
Minsk qrupunun  təklifi  ilə  bir çox  m əsələlərin  həllinin “Daimi 
qarışıq  komissiya”nın  səlahiyyətinə  verilməsi  de  münaqişəyə  son 
qoyulmasına  qeyri-müəyyənlik  getirdi.  Paket  variantının  Dağlıq 
Qarabağın özünüidarəetmə statusuna dair ikinci hissəsi (birinci his­
sə  silahlı  münaqişənin  dayandırılmasına,  ikinci  hissə  isə  Dağlıq 
Qarabağın  statusunun  həllinə  aid  idi)  əslində  Azerbaycanın  milli 
mənafelərinə  uyğun  deyildi.  Bununla  belə,  Azerbaycan  müəyyən 
çıxış  nöqtəsi,  konstruktiv  danışıqlar  prosesinin  başlanması  üçün 
taktiki  əsas  kimi  həmin  sənədin  bezi  müddəalarından  istifadə  et­
m əyə  hazır  idi,  lakin  Ermənistan  Minsk  qrupunun  təkliflərinin 
əleyhinə çıxdı  və  bütün danışıqlar prosesini pozdu.
Minsk qrupu münaqişənin həllinin ikinci variantı kimi “M ərhə­
ləli planı”  1997-ci  ilin  sentyabrında təklif etdi.  Münaqişənin  həlli­
nin  bu  variantı  Azərbaycan  üçün  daha  qaneedici  sayılır.  Burada
________
IVfəsil.  Müstəqil Azərbaycanın siyasi
  va 
iqtisadi strategiyası
239


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə