Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


kütləvi  şüurdakı  bütün  bu  dəyişikliklərin  təqsiri  təkcə  indiki  qlo­



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə2/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   2   3   4   5   6   7   8   9   ...   115

kütləvi  şüurdakı  bütün  bu  dəyişikliklərin  təqsiri  təkcə  indiki  qlo­
ballaşmada deyildir.  Dünya artıq çoxdan daha dansqal və  oradakı­
lar  qarşılıqlı  surətdə  asılı  olmağa  başlamışdır:  məktub  bir  qitədən 
digərinə bir göz qırpımında yetişir, m aliyyə haqq-hesabları bir neçə 
dəqiqədə həyata keçirilir.  Texnika v ə  texnologiyaların inkişafı  sa­
yəsində  insan  şüuru  bəşəriyyəti  indiki  yaşlı  nəslin  formalaşdığı 
eradan əhəm iyyətli dərəcədə fərqlənən yeni  bir eraya aparır.
İndi təkcə yeni dünya nizamı deyil, həm də yeni həyat tərzi for­
malaşır.  İnformasiya  cəmiyyətinin  “elektron  hökumət”  kimi  anla­
yışları  real  şəkil  alır.  Bütün bunlar təkcə  siyasi  deyil,  həm de  iqti­
sadi  v ə  xüsusilə  mühüm  olan,  m ədəni  dispozisiyadır.  Dünya 
m ədəni və ümumhumanitar dəyərlər baxımından getdikcə daha çox 
vahid olur. Ona görə də, çox böyük ehtimalla geosiyasət v ə geoiq- 
tisadiyyat,  geom ədəniyyət  və  hətta  geotarix  haqqında  danışmaq 
olar.  Başqa sözlə, qloballaşma prosesi, həqiqətən, getdikcə daha da 
reallaşır,  demək  olar,  bütün  planeti  bürüyən  inteqrasiya yollan  isə 
vahid  mədəni  və  ümumsivil  dəyərlər  anlamında  bir-birinə  daha 
yaxın olur.
Bir  ölkənin,  bir  qitənin  məruz  qaldığı  təhlükə  dünya birliyinin 
digər  bütün  üzvləri  üçün  təhlükəyə  çevrilir.  Terrorçuların  2001-ci 
il  sentyabnn  11-də  A B Ş-a  hücumuna  heç  bir  mədəni  dövlət  və 
cəm iyyət biganə  qalmadı.  Odur ki,  biz nəinki  dəhşətli terror aktla­
rının qurbanlanmn dərdinə şərik olduq,  həm de ümumbəşəri ideal­
lara sadiqliyimizi təsdiqləyərək, bu bəlaya qarşı “müharibə meyda­
nında” beynəlxalq antiterror koalisiyası ile çiyin-çiyinə durduq. Bu 
fakt bir daha sübut edir ki,  dünya  lap gözlərim iz qarşısında dəyişir. 
Əgər  əvvəllər  potensial  təhlükə  ikiqütblü  dünyanın  mövcudluğu 
faktının  özündən  doğa  bilirdisə  və  1963-cü  ilin  Karib  böhranı  iki 
fövqəldövlətin  qarşıdurması  retrospektivində  ən  qorxulu  məqam 
idisə, indi hədə və təhlükələrin başlıca mənbələrinin aşkar nəzərə- 
çarpan  coğrafi  koordinatları  yoxdur  v ə  təəssü f ki,  onlar  hər  hansı 
əxlaqın və mənəviyyatın təsir dairəsindən kənardadır.
O  qədər də uzaq olmayan keçmişə nəzər salarkən bəlli olur ki, 
Yer  kürəsinin  əhalisi  anladı  ki,  terrorizm  yalnız  geniş  miqyas  al­
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün tələbləri
_______
8
Oxucuya
maqla kifayətlənmir, həm də hamı üçün təhlükə törədir, göstərir ki, 
dünya  getdikcə  daha  çox  deyişir,  yeni  istiqamətlər  meydana  gəlir, 
başqa vaxt ölçüsü həyata keçirilir.  Əgər belə müqayisə mümkünsə, 
xatırlamaq olar ki, bəşəriyyət  1945-ci il avqustun 6 -d a n ecə diksin­
mişdirsə,  2001-ci  ilin  faciəli  11  sentyabr  hadisələrini  də  eynilə, 
belə səksəkə ilə qəbul etmişdir.
İnsan keçmişə nəzər saldıqda bugünkü bir çox həqiqətləri daha 
dərindən anlayır. Lakin bu anlamanın özü yalnız o halda yeni məna 
və  əhəm iyyət kəsb  edir ki,  biz keçmişimizi  dərk  etdikdən  və  onun 
üzərində  düşündükdən  sonra  düzgün  və  doğru  strategiya  seçirik. 
Hər bir  dövlətin  tarixi  kimi,  bizim  tariximizin,  Azərbaycan  tarixi­
nin də həm faciəli, həm də  işıqlı  səhifələri  var.  X X   əsrin ə v v ə llə ­
rində  dövlətçiliyim izin  itirilməsi  ümummilli  fa ciə  olmuşdur, 
g ələcək  nəsillərə öz dövlətinin tamhüquqlu vətəndaşları olmaq im­
kanına  təminat verən  müstəqilliyin bərpa edilməsi  isə  Azərbaycan 
xalqının  çox  böyük  nailiyyətidir.  Tarixin  işıqlı  səhifələrinin  faciəli 
səhifələrlə  mümkün  qeder az-az  əvəzlənm əsi  bir  çox  amillərdən, 
o cümlədən də siyasətçilərin  iradəsindən,  gələcək  inkişafın yoxla­
nılmış  və  dəqiq paradiqmasından  asılıdır.
Bu  kitab  üzərində  iş  prosesi  gedişində  Azerbaycanda  bir  çox 
mühüm  hadisələr  baş  vermişdir.  Həmin  səbəbdən  də  tez-tez  əv ­
v ələ  qayıtmaq,  yazılanlara  əlavələr  etmək  v ə  onları  tamamlamaq 
lazım  gəlmişdir.  Bu, zəhm ət tələb  edən proses  idi,  lakin  men  bun­
dan,  həqiqi  məmnunluq  duyduğum  üçün  kitabda  ölkənin  iqtisadi 
inkişafının  daha yüksək  göstəriciləri  əksini  tapır,  onun  beynəlxalq 
alemdə  nailiyyətləri  misal  gətirilir,  sosial  m əsələlərin  həllinə  dair 
real  faktlardan  danışmaq  mümkün  olur.  Mən  bir  daha  və  bir  daha 
dərk etdim ki,  indi  respublikada gedən proseslər tərəqqiyə və  fira- 
vanlığa  aparan  yolda  Azərbaycanın  m öhkəmlənm əsinə  imkan  ya­
radır.  İndi,  kitabın  yazılıb  başa  çatdırıldığı  vaxtda  Fransanın  sabiq 
Prezidenti  Valeri  Jiskar  d ’Estyenin  söylədiyi  bu  sözləri  xatırlayı­
ram:  “Heç  bir  cəm iyyət  onu  ruhlandıran  idealı  yoxdursa,  onun 
quruluşunun  rəhbər  tutduğu  aydın  prinsiplərlə  silahlanmayıbsa,  o, 
yaşaya  bilm əz”.  Son  onillikdə  Azərbaycan  cəm iyyətinin  bütün
9


səyləri  Azərbaycanda  qanunun  aliliyinin  və  formalaşmaqda  olan 
vətəndaş  cəm iyyəti  ilə  əməkdaşlığın  başlıca  prinsiplərinə  əsasla­
nan  dövlət  qurmaq  niyyətinə  tabe  edilmişdir.  Bu,  mehz  həmin 
idealdır ki,  millətin bütün  fikri,  məramı  ona nail  olmağa yönəldil­
mişdi.
Təbii ki,  ideallar zaman-zaman dəyişir,  çünki  cəmiyyətin inki­
şafı özlüyündə son dərəcə dinamik prosesdir. Lakin m en bir m əsə­
ləni qəti yəqin etmişəm:  ideallar nə  qədər dəyişsə də,  Azərbaycan 
dövlətinin müstəqilliyinin təmin edilməsi Azerbaycan xalqının hə­
m işə  ali  idealı  olaraq  qalacaqdır.  Dövlətçiliyim izin  təşəkkülü  isə 
yalnız Heydər Əliyevin dahi şəxsiyyəti sayəsində mümkün olmuş­
dur.  Onun  liderlik  təcrübəsi  və  intellektual  potensialı  nəinki  çox 
mürəkkəb və kəşm əkəşli şəraitdə dövlətçiliyimizi yaratdı,  həm de 
bizim hamımıza özümüzü dünya  birliyinin  bərabərhüquqlu üzvləri 
kimi hiss etm əyə imkan verdi.
Kitabda müzakirə üçün olduqca genişehatəli m əsələlər qaldırıl­
mışdır,  lakin  tənqidçi  Corc  Staynerin  yazdığı  kimi:  “İri  m əsələlər 
qaldırmaq  səhv  cavablar  almaq  riskinə  getmək  deməkdir.  Suallar 
verməmək  isə,  anlama sahəsini məhdudlaşdırmaq deməkdir”.  Ona 
görə də, mən m əsələlər qaldırarkən onların çoxuna cavab verməyə 
çalışmışam.  Qalanlarına  isə  tarix  özü  cavab  verəcəkdir.  İş  heç  də 
təkcə onda deyil ki, biz həyatın irəli sürdüyü bir sıra m əsələlərə ca­
vab  verə  bilmərik.  Hər şey Azerbaycanı  tərəqqiyə  aparan yolla nə 
dərəcədə  düzgün  gedəcəyimizdən  asılıdır.  Bunu  isə  yalnız  zaman 
göstərəcək və onda biz bu günümüzü düzgün, adekvat şəkildə qiy­
mətləndirə biləcəyik.
Ramiz Mehdiyev.  Azərbaycan: qloballaşma dövrünün tələbləri
_______
10
ÖN SÖZ
XXI əsri hamı yekdilliklə dünya iqtisadiyyatının qloballaşması, 
transmilli  iqtisadi  strukturların v ə   maliyyə  strukturlarının  fəaliyyət 
sahələrinin  dünya  miqyasında  genişlənməsi,  kapitalın,  malların, 
işçi qüvvəsinin getdikcə artan yerdəyişməsi əsasında iqtisadi qarşı­
lıqlı  asılılığın  daha  da  güclənməsi,  insanların  hərəkət  və  ünsiyyət 
imkanlarının  getdikcə  artması  kimi  qəbul  edir.  Yeni  əsr,  eyni  za­
manda, bəşəriyyətin qarşısında dövlətlərin, millətlərin, xalqların və 
mədəniyyətlərin çoxluğundan vahid dünyaya v ə hökumətə keçmək 
prinsipini  müdafiə  edən  mondializm  (fransızca  mondial  dünya, 
ümumdünya  deməkdir)  konsepsiyasının  gerçəkləşməsinin  başlan­
ğıcı  kimi  dayanır,  habelə,  bir  tərəfdən,  informasiya  inqilabının, 
digər  tərəfdən  isə,  biotexnoloji  inqilabın  genişlənm əsi  ile  səciy­
yələnir.
Yeni yüzilliyin qısa başlanğıc dövründə dünyada elə heyrətamiz 
dəyişikliklər  baş vermişdir  ki,  onların geniş  miqyası  təkcə  iqtisadi 
v ə  siyasi sahələri deyil, həm de insanın təkrar istehsalının, təhsil və 
təfəkkür sistemlərinin  fundamental əsaslarım  əhatə etmişdir.  Dün­
ya inkişafı, hamılıqla inteqrasiya ideyaları ətrafında cəm ləşm iş yeni 
anlayışların  formalaşması prosesinin hələ davam etməsinə  baxma­
yaraq,  artıq  çoxları  aydın  dərk  etmişdir ki,  yeni  dövr,  beynelsivili- 
zasiya inkişaf erası başlanmışdır. 2001 -ci ilin  11  sentyabr hadisələri 
insanların mövcud reallıqları, təhlükə və təhdidləri qavramasını heç 
də,  sadəcə,  köklü surətdə dəyişdirməmişdir.  Mehz onların nəticəsi 
olaraq,  kollektiv  və  fərdi  təhlükəsizliyin  təmin  edilməsi  problemi 
dünya miqyasında prioritetə  çevrilmişdir.  Dünya siyasəti yeni  şəkil 
v ə   daha  da  razılaşdırılmış  xarakter  almağa  başlamışdır,  hərçənd, 
keçmişin  tarixi  təcrübəsi  gösterir  ki,  bu  cür  vəhdət  uzunmüddətli 
ola, hər hansı bir ölkənin yeni  ekspansiyaçı, hegemonluq siyasətinə 
qurban verilə bilməz.
Bəşəriyyətin  qarşılaşdığı  real  terrorizm  təhlükəsi  qloballaşma 
v ə   informasiya  cəmiyyətinin  öz  yerini  tutması  fonunda genişlənir. 
Ola  bilsin  ki,  bəziləri  qloballaşmanı  yaşamaq  uğrunda  mübarizə 
vəziyyətindən  çıxış,  bəşəriyyətin  birləşm əsinə  doğru  yoldakı
11


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə