Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


m əqsədi  azərbaycanlıların  ənənəvi  olaraq  etiqad  etdikləri  İslamla



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə14/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   10   11   12   13   14   15   16   17   ...   115

m əqsədi  azərbaycanlıların  ənənəvi  olaraq  etiqad  etdikləri  İslamla 
rəqabətə  girmək,  habelə  Öz  modernləşmə  yolunu  belə  çətinliklə 
axtaran xalqın milli ideologiyasının  sosial-m ədəni, tarixi  və dövlət 
təməllərini  zəiflətm ək idi.
Sual  vermək  istərdik:  o vaxtkı  hakimiyyət  sahibləri  hansı  m ə­
sələləri  həll  edirdilər;  onlar bu  gün  barışmaz  müxalifət  kimi  çıxış 
etm əklə  və  milli  ideologiyanın  formalaşması  prosesinə  ciddi ziyan 
vurmaqla nə kimi m əqsəd güdürdülər;  ictimai şüur bu cür ideologi- 
yasızlaşdırıldıqdan v ə hibridləşdirildikdən  15  il  sonra ölkənin han­
sı  vəziyyətə  düşəcəyini dərk edirdilərmi?
Azərbaycanın sabiq rəhbərləri millətin simasına layiq fəaliyyət 
göstərm əyə  qadir  olan  dövlətin  formalaşmasında  ümumdövlət 
ideologiyasının, milli ideyanın nə kimi rol oynadığını, ümumiyyət­
lə, başa düşürdülərmi? Onların naşılığına, diletantlığma təəssüflən­
mək  olardı,  bir  şərtlə  ki,  vicdan  v ə   dini  etiqad  azadlığının  təhrif 
edilmiş  şəkildə  başa  düşülməsi  siyasi  sistemin  funksiyalarının po­
zulması ilə v ə vətəndaş cəm iyyətinin  formalaşması prosesində xo­
şagəlm əz hallarla nəticələnm əsəydi.
Milli  ideologiyanın  işlənib  hazırlanmasına  vaxtında  təşəbbüs 
göstərm əyə  qadir olmamaq  dövlət təsisatlarının  və  ictimai  qurum­
ların  böhranını  sürətləndirir  və  bu,  tədricən  sistemli  xarakter  alır. 
Bütün bunlar keçid dövrünün obyektiv çətinlikləri və mürəkkəblik­
lərini  dərinləşdirirdi.  Modernləşdirmənin  perspektivləri  getdikcə 
daha  az  aydın  olurdu.  Azərbaycan  cəmiyyətini  sarsıtmış  bu  dəyər 
münaqişəsinin  əsas  səbəbi  o  vaxtkı  rəhbərlərin  hazır  m ədəni  nü­
munələri,  başlıca olaraq,  türk v ə ya Qərb nümunələrini  götürməyə 
və  onları  kor-koranə təqlid etm əyə cəhd göstərməsi  idi.  Bu zaman 
heç  kim  düşünmürdü  ki,  modernləşdirmə,  ilk  növbədə,  uzunsürən 
sosial  v ə   m ədəni  prosesdir,  yeni  dəyərlər və  mənalar yaradılması, 
onların  əzəli Azərbaycan ənənələri  əsasında sistemləşdirilməsi sa­
həsində  gərgin  işdir.
Beynəlxalq  praktikanın  göstərdiyi  kimi,  deyərlər  münaqişəsi 
tranzitologiyanın  əsas  problemlərindən  biridir.  Azerbaycanda  bu 
münaqişə  hələ  1988-1993-cü  illər  dövründə  şiddətlənməyə  baş­
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
______
56
ladı;  elə bir dövrdə ki,  sovet  cəmiyyətinin,  əslində,  bütün ənənəvi 
normaları  bir-birinin  ardınca  pozulmağa  başlamışdı,  ziyalılar  ic­
timai orqanizmin rudimentar orqanına çevrilmişdi, kütləvi şüur yeni 
ideya  və  fikirləri  həzm   etm əyə  macal  tapmırdı.  Modernləşdirmə 
üçün  ilkin  endogen  şərtlərin,  yəni  Azerbaycan  cəmiyyətinin  özü­
nün  daxilində  imkanlar  olduğu  barədə  ehtimal  bəri  başdan  qəti 
şəkildə rədd  edilmişdi.  1990-cı  illərin  əvvəllərindəki  faciəli  hadi­
sələr  fonunda  bu  m əsələ  sanki  öz  aktuallığını  itirmişdi.  Ümumiy­
yətlə, həmin dövrdə tək-tək adamlar dərk  edirdi ki,  tərəqqi,  ardıcıl 
ictimai inkişaf yolu məhz modernləşdirmə yoludur v ə  onun ən mü­
hüm  hərəkətverici  qüvvəsini  isə  cəm iyyətdə  daim  baş  verən  zid­
diyyətlərdə  və  münaqişələrdə  axtarmaq  lazımdır.  O  cümlədən  də 
dəyərlərin münaqişəsində.
Bu yaxın vaxtlaradək dəyərlərin münaqişəsi mövzusu milli c ə - 
miyyətşünaslığın diqqət mərkəzində deyildi.  O, bəzi  tədqiqatçılar­
da təəccüb, digərlərində m üxtəlif şübhələr doğurur.  Görünür, sovet 
keçmişinin  vərdişləri  h ələ  də  qalmaqdadır.  O  keçmişin  ki,  onda 
ciddi elmi problemin mahiyyəti təhrif edilir, mistifıkasiya olunurdu 
və  burjua  elmi  və  ideologiyasının  hər  cür  uydurma  və  saxtakar­
lıqlarını  ifşa  edən  “xarici”  tədqiqatlar kontekstində  menası  deyiş­
dirilmiş  şəkildə  yerləşdirilirdi.  M əsələn,  deyərlərin  münaqişəsi 
nəzəriyyəsi  sinfi  mübarizə  ile,  iki  dünya  sisteminin  barışmaz  zid­
diyyətləri  və  qarşıdurması  ile  bağlı  problemlərlə  əvəzlənmişdi. 
Beləliklə, qeyri-maddi deyərlər cılızlaşdırılıb, maddi  həyat reallıq­
ları  səviyyəsinə endirilmişdi.
Deyərlərin müxtəlifliyi  insanın varlığı  şəraitinin təbii oxşarsız- 
lığmın  təzahürüdür.  Lakin  hər  cür  digər  müxtəliflik  kimi,  deyər 
müxtəlifliyi  də prinsipcə ambivalentdir.  Ziddiyyətli  yozum və mü­
lahizələrin  mümkünlüyü  onda  implisit  şəkildə  mövcuddur.  İnsanın 
birgəyaşayışının  inkişafın  industrial  mərhələsindən  əvvəl  təşəkkül 
tapan  və  bizim  günleredek  qalan  ənənəvi  təsisatları,  çərçivələri, 
norma və qaydaları deyər müxtəlifliyinə əhəm iyyətli dərəcədə tə­
sir gösterir.
_________
I fəsil.  SSRİ-nin dağılması: yeni reallıqlar və yeni imkanlar
57


Ə nənələrin  və  yeniliklərin  bir  cəm iyyətdə  yanaşı  mövcud  ol­
masının  mümkünlüyü prinsipcə  böyükdür.  B elə vəziyyət modern­
ləşm əkdə  olan  cəm iyyətlərdə,  o  cüm lədən  Azərbaycanda  kifayət 
qədər tez-tez müşahidə  edilir ki,  burada da ənənəvi dəyərlərin sa­
həsi  çox  böyükdür,  modernləşdirmə  elementləri  isə  ona,  sanki 
kapilyarla  daxil  olur  v ə   bir  növ  “anklavlar”  -   ənənəvi  strukturlar 
fonunda  ə m ələ  gələn  səpintilər  formalaşdırır.  Bəzi  cəmiyyətlər 
modernləşdirmə  bloklarını  ən ən əvi  münasibətlərin  ümumi  siste­
m inə kifayət qədər üzvi  şəkildə  daxil etm əyə m üvəffəq olurlar.
İnkişaf etmiş ölkələrə  çatmaqla bağlı problemlərin həllinə tra- 
disionalist  v ə   modemist  yanaşmaların  bacarıqla  uyğunlaşdırılınası 
Cənub-Şərqi  Asiyanın  h ələ  bu  yaxınlaradək geridə  qalan,  indi isə 
uğurla inkişaf edən ölkələrinin -  Cənubi Koreya, Sinqapur, Tailand 
v ə  Malayziyanın,  -   biz  artıq  “beşinci  dalğa”  mərhələsini  yaşayan 
Yaponiyanı  demirik,  -   siyasətinin  əsasını  təşkil  edir.  Özü də, mo­
dernləşdirmənin əsası keçid dövrünün çətinliklərini d ə f etməyə ha­
zırlaşan  cəm iyyətdə  baza  dəyərləri  iyerarxiyasının  olmasındadır. 
Fundamental dəyərlər nəinki cəm iyyət üzvlərini dəyişikliklərə ha­
zırlamalı,  modernləşdirmənin  ağır  yükünü  öz  üzərinə  götürməyə 
v ə  bu  hərəkətin  lideri  kimi  çıxış  etm əyə  hazır olan  sosial  qruplara 
öz  niyyətlərini  əsaslandırmaq  üçün  arqumentlər  verməli,  həm  də 
hərəkətin  m əqsədi,  ona  nail  olmaq  üsulları  v ə  hər cür  dəyişiklik­
lərdə mümkün olan nöqsanlar barədə xəyali deyil, realist təsəvvür­
lərin formalaşmasına kömək etməlidir.
N əzəriyyəçilər  iddia  edirlər ki,  modernləşdirmə prosesi  yalnız 
o  halda  mümkün  və  real  olur  ki,  onun  mərhələlərinin  ardıcıllığı 
gözlənilsin  v ə  hər bir yeni  mərhələ  əvvəlkinin  üzərində  yaransın. 
İstehsalatla  kobud  bənzətmə  aparıla  bilər -  m əsələn,  hər hansı  bir 
detal  yaradılarkən  bilmək  lazımdır  ki,  o,  bütün  mexanizm  üçün 
ümumi  olan  digər hansı  elementlərlə  birləşəcək  və  qarşılıqlı  işlə­
yəcək,  onların  arasında  hansı  birləşdirici  vəsilələr və  əlaqələr ol­
malıdır.
Qeyd edildiyi kimi, modernləşməkdə olan cəmiyyətdə deyərlər 
münaqişəsi  aktual  elmi  və  praktiki  problemdir.  B elə  münaqişənin
Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün  tələbləri
______
58
həlli,  bir tərəfdən,  səmərəli  işləyən demokratiya,  inkişaf etmiş v ə ­
təndaş  cəmiyyəti,  “oyunun  ümumi  qaydaları”  kimi  dəyərlərin  və 
ya haqqında ictimai razılıq əld ə  edilə biləcək hansısa digər deyər­
lər ətrafında  adamlann  sıx  birləşməsi  yolunda  mümkündür.  Digər 
tərəfdən,  dəyərlərin  münaqişəsinin  həlli  baza  konsensusuna  zidd 
olmayan mədəni və dəyər m üxtəlifliyi barəsində müsbət irəliləyiş­
lərə nail olmağı nəzərdə tutur.  Bunun olmaması o deməkdir ki, də­
yərlərin münaqişəsini nizama salmaq hələlik mümkün olmamışdır.
1988-1993-cü  illərdə  Azərbaycanda  m əhz  belə  vəziyyət  ya­
ranmışdı.  Qeyd olunduğu kimi,  ölkədə  əvvəlki onilliklərin ideoloji 
irsindən imtina edilməsi  modemləşdirməni  onun dəyər bazasından 
məhrum etmişdi.  Həmin  dövrdə yeni  ideya və  məqsədləri,  özü də, 
təşəkkül  tapmış  təsəvvürlərlə  əlaqələndirilməyən,  sosial  dayağı 
olmayan ideya və məqsədləri  cəm iyyətə zorla qəbul etdirmək səy ­
ləri cəmiyyət üçün ən mənfi nəticələrə gətirib çıxardı: köhnə,  lakin 
möhkəm bina dağıdıldı,  yenisi  isə tikilmədi.  G əldi-gedər “demok- 
ratlar”ın  anarxist  meyilləri  totalitar  sistemdən  demokratik  sistemə 
keçən  xalq  üçün  əlavə  çətinliklər  yaratdı.  Modernləşdirmə  kimi 
ümdə əhəmiyyətli m əsələ rasional anlama çərçivəsindən kənara çı­
xarıldı v ə əsasən,  emosional-irrasional  səviyyədə müzakirə edildi.
Naşı siyasətçilərin elinə keçən dövlət insan hüquqlarım real su­
rətdə təmin  edən hüquqi v ə toşkilati  təsisatlar yarada bilmədi.  V ə ­
təndaş  dövlətin  fövqünde  durmadı.  İnsanların  mənafeləri  və  tələ ­
batı en arxa  sıraya keçirildi.  Vətəndaşların hüquq və  azadlıqlarının 
təminatçısı olan dövlət isə öz dayaqlarını  səylə zəiflədirdi.  Qanuna 
və  möhkəm  mənəvi  prinsiplərə  müvafiq  surətdə  yaşayan  və  işlə­
yən, ailəni  dolandırmağa və təmin  etm əyə,  deməli,  modernləşmə­
nin  subyekti  olmağa  qadir  müstəqil  insan  obrazını  kütləvi  şüura 
yeritmək cəhdləri o dövrün yuxarı  siyasi dairələri tərəfindən tama­
milə rədd edildi.
Bununla  əlaqədar  1989-cu  il  yada  düşür.  Respublika  Elmlər 
Akademiyasının o vaxtkı prezidenti  Eldar Salayevdən soruşdum ki, 
ne üçün Xalq Cəbhəsinin liderləri alimlərə, ziyalıların diger nüma­
yəndələrinə  təkəbbürlə  yanaşır  v ə   onlarla  əməkdaşlıqdan  əslində
_________
I  fəsil.  SSRİ-nirı dağılması: yeni reallıqlar və yeni imkanlar
59


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə