Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


qaçırlar.  O  dedi:  “M ən  elə  bu  sualı  Ə bülfəz  Elçibəyə  verdikdə,  o



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə15/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   11   12   13   14   15   16   17   18   ...   115

qaçırlar.  O  dedi:  “M ən  elə  bu  sualı  Ə bülfəz  Elçibəyə  verdikdə,  o, 
cavab  verdi  ki,  bizə  ziyalı  və  təhsilli  adamlar yox,  yalnız bərkdən 
qışqırmağı  bacaran  adamlar  lazımdır”.  Bu  sözlər  həmin  dövrdə 
“demokrat siyasətçilər”  arasında hökm sürən anarxiyaya və dağın­
tılara meyli  çox gözəl səciyyələndirir.  İctimai razılığı bərpa etmək, 
vətəndaş konsensusuna nail olmaq  əvəzinə,  siyasətçilərin əksəriy­
yəti  öz  eqoist mənafe  v ə   iddialarının  təmin  edilməsi uğrunda mü­
barizəyə  girişmişdi ki,  bu da son nəticədə  m ənəviyyatın pozulma­
sına,  dövlətçiliyin  dayaqlarının  sarsıdılmasma doğru aparırdı.
Köhnəlmiş norma və dəyərləri səylə qoruyan respublikanın yu­
xarı  siyasi  dairələri,  eləcə  də  özünü  bir andaca yeni  siyasi-iqtisadi 
məkanda görm əyə  can  atan  yeni  “demokratik  elita”  başa düşə bil­
mirdi  ki,  ictimai  əxlaqın pozulduğu,  hakimiyyət və idarəetmə təsi­
satlarının dağıldığı bir şəraitdə cəm iyyətdə əhəm iyyətli və keyfiy­
yətli  dəyişikliklərə  nail  olmaq  üçün  üç  əsas  işi  görmək  -   yeni 
ictimai müqavilə bağlamaq,  hakimiyyətdə  islahat aparmaq və  iqti­
sadiyyatı modernləşdirmək  lazımdır.  T əəssü f ki,  kommunist  siste­
minin  ölm əzliyi  barədə  ehkamın  sarsılmazlığına  möhkəm  inanan 
siyasətçilərin  bir hissəsi  buna  şübhə  edənlərə  qarşı  amansızcasına 
mübarizə aparırdı. Digərləri isə aparılan siyasətin mahiyyətinə var­
mayaraq  və  dövlət  gəmisinin  “dalğaların  hökmü”  ilə  hərəkətinin 
mümkün  ola  biləcək  faciəli  nəticələrini  dərk  etməyərək,  totalitar 
keçmişdən bacardıqca tez uzaqlaşmağa çalışırdı.  Kommunizmin to­
talitar  mahiyyətini  rədd  edən,  lakin  demokratiya  şəraitində  həyat 
təcrübəsinə  malik  olmayan  bu  adamlar heç  bir  hazırlıq,  əsaslandı­
rılmış  siyasi  strategiya,  hər  hansı  bünövrə  olmadan  növbəti  “işıqlı 
g ələcək ”  qurmağa can atırdılar.
Bu  cür  əhval-ruhiyyə  və  niyyət  özünün  əsassızlığını  göstərdi 
və tədricən keçmişə doğru gedir.  İndi cəm iyyətdə təkcə yuxarı dai­
rələri  deyil,  kütləvi  sosial  təbəqələri  də  əhatə  edən  ciddi  dəyişik­
liklər baş  verir,  iqtisadi,  siyasi  və  sosial  heyatda  münasibətlər də­
yişir.  Bu dəyişmələrdə  ənənəvi dəyərlər -  dini  əqidələr və prakti­
kalar,  ailə  dayaqları  da öz yerini  tapır.  Bu  isə,  öz növbəsində,  iqti­
Ramiz Mehdiyev. Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
______
60
sadi  artımın  sürətinə,  demokratik  təsisatların  möhkəmlənməsinə 
müsbət təsir göstərir.
Söz yox ki,  müasir Azərbaycanın  reallıqları  Azərbaycan  sosiu- 
mu  üçün  demokratik  inkişafın  parametrlərini  hərtərəfli  şəkildə 
konseptuallaşdırmağı  və  müəyyənləşdirm əyi  tələb  edir,  çünki  de­
mokratiya  probleminin  nəinki  milli,  həm  də  mədəni  meyarı  var. 
Tarixi  praktika  sübut  edir ki,  sənayeləşdirmə  ilə  v ə  modernləşdir­
mənin  digər tərkib  hissələri  ilə  bağlı  olan  Qərbin təcrübəsi,  əslin­
də,  bütün  ölkələr üçün  nümunədir.  Bu  təcrübə  demək  olar ki,  hər 
yerdə  müxtəlif,  bəzən  çox  əhəm iyyətli  variantlarda  təkrarlanmış­
dır.  Multikulturizm  baxımından  modernləşdirmə  məcburi,  yaxud 
labüd proses hesab  edilm əyə  də  bilər.  Lakin  bu yola qədəm qoyan 
ölkənin qazandığı iqtisadi və siyasi üstünlüklər digər ölkələrin mil­
li yönümlü elitalarını  özlərində  də  oxşar dəyişikliklərə nail olmağa 
sövq edir.
Bununla  əlaqədar  sual  doğur:  Azərbaycanın  kommunist  keç­
m işlə əlaqəsi tam qırılıbmı, biz liberal-demokratik deyərləri nə də­
rəcədə  ardıcıl  və  səm ərəli  şəkildə  mənimsəyirik?  Kommunizmlə 
əlaqələri  qırmağımız  şəksizdir.  Lakin  antidemokratik  sistemin  de­
mokratik  sistemə,  qeyri-hüquqi  dövlətin  hüquqi  dövlətə,  təb əələ­
rin vətəndaşlara, amirlik iqtisadiyyatının bazar iqtisadiyyatına çev­
rilməsinin  çətinlikləri  çoxcəhətli  problemdir.  Bu  problemi  qaldır­
maq və həm əməli,  həm de  elmi  baxımdan  həll  etməyin vaxtı  çat­
mışdır. Tədqiqatçılar Azərbaycanın dünya birliyinə inteqrasiyasının 
əsas amillərini müəyyənləşdirməli,  habelə Azerbaycan cəm iyyəti­
nin  texnogen  sivilizasiyaya  tədricən  daxil  olmasının  perspektivləri 
nəzərə  alınmaqla,  kütləvi  şüurda  kommunist  epoxası  stereotipləri­
nin deyişm əsi probleminin həlli yollarını tapmalıdırlar.  Şübhəsiz ki, 
bütün bunlar en yaxşı milli ənənələrin v ə m ədəniyyətin Qərbi A v­
ropa nailiyyətləri  ilə  sintezi əsasında heyata keçirilməlidir.
_________
I fəsil.  SSRİ-nin dağılması: yeni reallıqlar və yeni imkanlar
61


II  FƏSİL
AZƏRBAYCANIN MODERNLƏŞDİRİLMƏSİ: 
İNKİŞAF YOLLARI
“Yeni  sivilizasiya  həyatlarımızda  əm ələ  gəlir v ə  onu  görməyə 
qadir  olmayanlar,  onu  boğmağa  çalışırlar”22.  Elvin  Tofflerin  20  il 
əvvəl yazdığı “Üçüncü dalğa” kitabı mehz bu pafoslu ifadə ilə baş­
lanmışdır.  Onda çoxlarına elə gəlirdi ki,  bu,  Oruellin v ə ya Kafka- 
nın utopiyalarına oxşar növbəti utopiyadır.  Ancaq proqnoz gerçək­
liyə  çevrildi.  Tarixi  tərəqqinin  yeni  sivilizasiya  dövrəsi  olan  yeni 
sivilizasiya  müxtəlif fiıturoloji  proqnozlarda  cürbəcür  təriflər çər­
çivəsində  özünün  hələlik  dumanlı  görünən  cizgilərini  tapırdı.  Bu 
cür  sosial  proqnozların  patriarxlarından  biri  olan  Daniel  Böll  hələ 
1973-cü ildə gözlənilən postindustrial cəm iyyət kimi gələcək sivi­
lizasiyadan xəbər vermişdi.  Zbiqnev Bjezinski “texnotrop era”  ter­
minini daha adekvat təsəvvür etdiyi halda, Toffler özünün müharibə­
lər  konsepsiyası  çərçivəsində  bunu  “üçüncü  dalğa”  adlandırmışdır. 
Hansı terminə daha çox üstünlük verildiyindən asılı olmayaraq, ay­
dındır  ki,  cəm iyyətə  inkişafın  yeni  meyillərinin  gətirilməsindən 
söhbet gedir.  Bu modernləşdirmə iqtisadiyyatdan tutmuş ailəyədək 
cəm iyyət heyatının bütün  sahələrini  əhatə edir,  onları  öz meyarla­
rına uyğun olaraq dəyişdirir.
Modernləşdirmə dünya birliyinə nüfuz edərək, “ikinci dalğa”nı 
-  industrial  sivilizasiyanı  tədricən  evezleyir.  Dünya  sivilizasiyası­
nın  dalğalan  əvəzlənərək,  tarixi  inkişafın  qatlanna  yeni  münasi­
bətlər,  iqtisadi  prioritetlər  və  imkanlar,  habelə  siyasi  normalar  və 
təsisatlar  gətirir,  fərdin  sosial  simasını  dəyişdirir.  İndi,  dünyanın 
üçüncü Toffler dalğasının qoynunda olduğu bir vaxtda,  informasiya 
cəmiyyətinin  reallıqlarını  təzəcə  m ənim səyən  yeni  müstəqil  döv­
lətlərdə təbii modernləşmə başlayır.
Azərbaycanın  modernləşdirilməsi  gələcək  siyasi,  iqtisadi,  in­
tellektual və  ictimai diskussiyaların en aktual mövzularından birinə
63


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə