Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


xəttindədir v ə bu,  onun  cəm iyyət üçün cazibədarlığım  şərtləndirir



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə23/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   19   20   21   22   23   24   25   26   ...   115

xəttindədir v ə bu,  onun  cəm iyyət üçün cazibədarlığım  şərtləndirir, 
hərçənd onun bəzi nümayəndələri klassik konservatizmin həsrətini 
çəkirlər.  Bu  gün konservatizm tranzitar  cəm iyyət üçün  çox  c ə lb e ­
dici  ideya  ola bilər.  Konservatizmde  yeniliyə  meyil  və  tarixə  hör­
mət  ahəngdar  şəkildə  uzlaşır.  Konservatizm  cəmiyyətin  diqqətini 
onun m ənəvi-əxlaqi və mədəni dayaqlarına yönəldir,  güclü  d ö v lət 
qurmağa və  etibarlı  ictimai  inkişafı  təmin etm əyə çalışır.
İkinci  Dünya  müharibəsindən  sonra  konservatizmin  yeni  növü 
-  neokonservatizm meydana gəlmişdir.  O, ötən əsrin 7 0 -ci  illərin­
də əvvəlki onilliklərin sosial islahatlar siyasətinə reaksiya kimi g e ­
niş  yayılmışdı.  Ronald  Reyqan,  Marqaret  Tetçer,  Helmut  Kol,  Jak 
Şirak kimi  həm  dünyasını  dəyişən,  həm  də  hazırda yaşayan tanın­
mış  siyasi  liderlər  neokonservatizmin  parlaq  nümayəndələridir. 
Müasir  beynəlxalq  siyasəti,  sözün  yaxşı  mənasında,  dünya  siyasi 
elitasını bu güclü şəxsiyyətlərsiz təsəvvür etmək mümkün deyildir.
Neokonservatorların  dəyərləri  mahiyyət  etibarilə  demokratik 
və  liberaldır.  Bununla  yanaşı,  neokonservatizmin  dərin  mahiyyəti 
hər  cür  “izm”lərdən,  hətta  ədalətlilik,  bərabərlik,  azadlıq  və  s. 
əsaslar  üzərində  olsa  da,  “yeni  cəm iyyət”  qurmağın  mümkünlüyü 
və  zəruriliyi barədə mücərrəd mühakimələrdən,  anlayışlardan  im­
tina  edilməsindədir.  Konservator  mövcud  cəmiyyətdə  yaşayır  və 
əmindir ki,  “zamanı  seçmirlər”.  O,  yeni  epoxanın  qarşıya qoyduğu 
m əsələləri  həll  edir,  amma  tarixin  cığırından  çıxmır,  onun  təbii 
gərdişini  pozmur.  Ona görə  də  ideal  azadlıq  cəmiyyəti  (liberallar- 
dakı  kimi)  və  ya  sosial  ədalət  cəm iyyəti  (sosialistlərdəki  kimi) 
haqqında təsəvvürlərin məcmusu kimi,  sözün dar mənasında, ideo­
logiya konservatoru maraqlandırmır.  Əlbəttə,  neokonservatorlarda, 
sözün geniş mənasında, ideologiya var. Böyük Britaniya Mühafizə­
karlar Partiyasının  rəhbər  tutduğu  prinsiplərin  timsalında  bu  ideo­
logiyanın mahiyyətini açmağa çalışaq.
Birinci  prinsip  ənənədir.  Konservator hətta  islahatlarla  məşğul 
olduqda  da,  ilk  növbədə,  zamanın  sınağından  çıxmış,  faydalılığını 
sübut  etmiş  ictimai  praktikanın,  təsisatların,  mexanizmlərin  qoru­
nub saxlanması  barədə  düşünür.  Öz parlamentarizmi,  siyasi  m edə-
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
________
92
niyyəti,  siyasi-partiya  sistemi  v ə  sairlə  fəxr edən  Britaniya  müha­
fizəkarlarının  “m illətçiliyi”  yaxşı və faydalı  ənənələrə sadiqlikdən 
irəli  gəlir.  Konservator  heç  də  islahatların  əleyhinə  deyildir. 
1979-cu ildə hakimiyyətə gələn  M.Tetçer,  bir sıra yeniliklərlə ya­
naşı, dövlət idarəçiliyinin struktur və mexanizmlərində köklü dəyi­
şikliklər  etdi,  ciddi  inzibati  islahat  apardı,  Böyük  Britaniyanın 
dövlət qulluqçusunun yüz illər ərzində formalaşmış simasını dəyiş­
dirdi.  Lakin  mühafizəkar  zəka  tərzi  heç  bir  inqilabı  qəbul  etmir. 
Konservator “heç nə qırılmayıbsa, onu düzəltm əyə can atma” prin­
sipi  ilə  hərəkət  edir,  yalnız  həqiqətən  yararsız  və  səm ərəsiz  olanı 
dəyişdirir.  Özü  də  elə  dəyişdirir  ki,  əsası  qoruyub  saxlasın,  çünki 
ondan ötrü ənənə  ictimai təşkilatın istər həmin sosium üçün,  istər­
sə  də, ümumən,  bəşəriyyət üçün təbii, üzvi  olan modelidir.
Üzvi  cəm iyyət haqqında tezis Britaniya konservatizminin  ikin­
ci baza prinsipidir.  Bunun mənası ondadır ki, cəm iyyət vahid orqa­
nizm kimi inkişaf edir,  onda gərəkli və gərəksiz orqan və funksiya­
lar yoxdur,  bu cəm iyyət təbii  şəkildə, m əsələn,  ağac  kimi  böyüyür 
və  inkişaf  edir.  Ağacın  həyatına  kənardan  kobud  müdaxilə  onu 
məhv edir. Ağacın bitməsinə ancaq ehtiyatla, onu ziyanvericilərdən 
qorumaqla,  qol-budağını  səliqə  ilə  budamaqla  kömək  etmək  olar. 
Cəm iyyətə nəzərən bu cür təbii yanaşma belə bir etiraf doğurur ki, 
faydalı v ə zərərli qruplar, siniflər, təbəqələr mövcud deyildir.  Hərə 
öz  rolunu  oynayır.  Təbii  inkişaf pozularsa,  cəm iyyət,  ümumiyyət­
lə,  inkişafdan qalar.  Konservatorların  ictimai bərabərsizliyə müna­
sibəti  də  səciyyəvidir:  əgər bu  münasibəti  heç  kim  uydurmayıbsa, 
o,  təbiidir,  deməli,  labüddür.  Hətta  faydalıdır.  Çünki  fərd  öz  statu­
sunu  dəyişdirmək  və  yuxarı  qalxmaq  istəyirsə,  onda  Tanrının  ona 
verdiyi bütün keyfiyyətləri və istedadı səfərbər edir,  öz inkişafında 
yüksək  nəticələrə nail  olur.
Üçüncü  prinsip  siyasi  skeptizmdir.  Britaniya  mühafizəkarları 
ədalətlilik,  insan hüquqları, bərabərlik uğrunda mübarizə kimi  mü­
cərrəd  siyasi  prinsipləri  inkar edirlər.  Onlar emindirlər ki,  siyasət­
çi  və  siyasət  o  qeder  de  çox  iş  görə  bilməz.  Əsasən,  vaxtı  çatmış 
bəzi  m əsələləri  həll  edə  bilər.  Heç  kimi  xoşbəxt  etmək  olmaz,
________
II fəsil.  Azərbaycanın modernləşdirilməsi:  inkişaf yolları
93


işıqlı  gələcək  qurmaq,  Yer  üzündə  cənnət  yaratmaq  olmaz.  O lsa- 
olsa,  Yer üzündə cəhənnəm yaranmasına yol verməmək mümkün­
dür.  Neokonservatorlar  insanın  günahlara  batması  barədə  dini  eh­
kama  inanırlar.  Onlar hesab  edirlər ki,  insan həm işə xudpəsənddir, 
ətrafındakılann  ziyanına  olaraq,  özünə  şəxsi  fayda  axtarmaqla 
məşğuldur.  Odur  ki,  insan  siyasətinin  dəqiq  m üəyyən  edilm iş  hü­
dudları var.  Bu siyasət hər şeyə qadir deyil və çox şeyin iddiasında 
ola bilməz. “İnsan azad doğulmuşdur,  lakin hər yerdə qandaldadır” 
deyə  car  çəkən  Jan  Jak  Russo  kimi  mütəfəkkirlərin  patetikasına 
cavab  olaraq,  “ənənələr qandalı”nı  müdafiə  edən  konservator bir­
mənalı  şəkildə etirazını  bildirir:  “İnsan elə qandalda da olmalıdır”.
Britaniya konservatorlarının mövcud quruluşu  dəstəkləm əsi  də 
məhz belə konseptual yanaşma ilə bağlıdır, hərçənd ona münasibət 
ölkə  tarixinin  m üxtəlif m ərhələlərində  dəyişmişdir.  “Bir  m illət” 
adlandırılan yanaşma daha məqbul hesab edilir.  Bu yanaşmanı artıq 
sitat gətirdiyimiz konservativ lider Bencamin Dizraeli, sonra Harold 
Makmillan,  Edvard  Hit  işləyib  hazırlamışlar.  Onun  m əğzi  belədir: 
kapitalizm labüddür, amma dövlət xeyli sosial fərqlərin aradan qal­
dırılması üçün fəal rol oynamalıdır.  M illətin birliyini  qoruyub  sax­
lamaq,  cəm iyyətin parçalanmasına yol  verməmək lazımdır.
Etiraf etmək lazımdır ki,  müasir konservatorların heç də hamısı 
sosial  dövlətə  eyni  cür yanaşmır.  Çoxları  liberalizmə yaxın  mövqe 
tutmuşdur.  M əsələn,  Marqaret Tetçer dövlətin  iqtisadi  funksiyala­
rının  azaldılmasına  tərəfdar  idi,  iqtisadiyyatda  patemalizmi  rədd 
edir, dövlətin müdaxiləsi  olmadan  azad  sahibkarlığa tərəfdar çıxır­
dı.  Lakin ümumən neokonservatorlar liberalizmi  yalnız  iqtisadi  sa­
hədə  mümkün  bilirlər.  Konservatorlar  digər  sahələrdə  azadlıqdan 
çox,  qayda-qanuna,  güclü  hakimiyyətə,  möhkəm  ailəyə,  m ənəvi 
dayaqlara,  ənənəvi  dini konfessiyalara tərəfdardırlar.
Neokonservatorlar öz ideya sələflərini  ingilis  E.Berkdə,  habelə 
A B Ş-ın  baniləri  -   ataları  A.Hamiltonda  və  C.Adamsda  tapmışlar. 
1787-ci ilin federal Konstitusiyası Amerikanın əsas konservativ s ə ­
nədi  sayılır.  Onu  qoruyucu  sənəd  elan  edən  müasir Amerika  kon- 
servatorlan, marksistlərdən və radikallardan fərqli olaraq, bu anla­
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
_______
94
yışa  inkaredici  məna  deyil,  dərin  müsbət  məna  vermişlər.  Onlar 
ABŞ  Konstitusiyasını  qiymətləndirərkən,  öz  fikirlərini  belə  əsas­
landırırdılar ki,  onun  hansı  dəyərləri  qoruyub  saxladığını  və  işıq­
landırdığını rəhbər tutmaq  lazımdır.  M əsələn,  “Hüquqlar haqqında 
bill”də  (ABŞ  Konstitusiyasına  ilk  10  düzəliş)  bəyan  edilir ki,  xalq 
şəxsiyyətin və mənzilin qorunması hüququna malikdir.  Konstitusi­
yada eyni  zamanda göstərilmişdir:  “Konqres  dinin  müəyyən  olun­
masına v ə  ya ona  azad  etiqadın  qadağan  edilməsinə,  yaxud  söz  və 
mətbuat azadlığını, yaxud da xalqın dincliklə toplaşmaq və şikayət­
lərinin  təmin  edilməsinə  dair  petisiyalarla  hökumətə  müraciət  et­
mək hüququnu məhdudlaşdıran heç bir qanun verməməlidir”.
Konservatorlar sübut edirdilər ki,  öz mahiyyəti  etibarilə,  həmin 
dəyərlər demokratik və liberaldır ki, bu da Amerika konservatizmi- 
nin  aşkar paradoksunu  üzə  çıxarır:  O,  feodalizmin  heç  vaxt  olma­
dığı A B Ş-da əzəli  liberal deyərlərin qorunmasına yönəldilmişdir.
Ümumiyyətlə,  konservatizmin  m üxtəlif variantlarının  ayrı-ayrı 
xüsusiyyətlərini bu və ya diger dərəcədə inteqrasiya edən neokon- 
servatizmin mahiyyəti bundan ibarətdir:  insanların iradəsindən asılı 
olmayan  təbii  qanuna  inam;  kilsə  kimi,  insan  cəmiyyətinin  də  bir 
növ,  “m ənəvi  korporasiya”  olduğuna  əminlik.  Qayda,  ədalət  və 
azadlıq  bəşər  tarixinin  çox  uzun  bir  dövrünün  məhsullarıdır.  Ona 
görə  də  “cəmiyyət-korporasiya”nın  sabitliyini  saxlamaq  üçün 
“...həyat  arteriyasının  fasiləsiz  varisliyi  v ə  əlaqəsi”nin  qorunub 
saxlanması birinci  dərəcəli əhəm iyyətə malikdir.
Cəmiyyətdəki  dəyişikliklər hansısa süni  şəkildə baş verməmə­
lidir,  çünki  onları  cəmiyyətin  özü təbii  yolla yaradır.  Konservator­
lar  məlumu  naməlumdan,  indini  və  keçmişi  gələcəkdən  üstün 
tuturlar.  İnsan cəmiyyətinin  sabitliyini  qoruyub  saxlamaq üçün  hər 
bir “ötəri”  m əsələni  şəxsi  rəylər v ə şəxsi  zəka əsasında  götür-qoy 
etməkdənsə, əvvəlki nəsillərdən miras qalan müdrikliyi rəhbər tut­
maq daha təhlükəsizdir.  “Fərd səfeh, nəsil müdrikdir”.
Heyatın  bərqərar  olmuş  təsisat  və  formalarının  müxtəlifliyinə, 
mürəkkəbliyinə  və  dərkedilmezliyine  inam  vacibdir.  Cəmiyyətdə 
“sağlam”  müxtəliflik üçün  öz  iqtisadi  vəziyyəti  və bərabərsizliyin
____________
II fəsil. Azərbaycanın modernləşdirilməsi:  inkişaf yollan
95


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə