Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


güclü  təkan  vermişdir.  Klassik  liberalizmlə  sosial-liberallan  insan



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə25/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   21   22   23   24   25   26   27   28   ...   115

güclü  təkan  vermişdir.  Klassik  liberalizmlə  sosial-liberallan  insan 
şəxsiyyətinin dəyərinin v ə  onun azadlığının qəbul edilm əsi, hüquqi 
dövlət ideyalarının qorunması  doğmalaşdım.  Sosial-liberalların  öz 
mövqelərinin orijinallığı insanla dövlət arasında qarşılıqlı hüquq v ə  
vəzifələrə dair ideyalann işlənib hazırlanması ilə, bərabərliyin tək­
cə  qanun  qarşısında  bərabərlik  kimi  deyil,  həm   də  hər  k əs  üçün 
“bərabər  imkanlar”  kimi  başa  düşülməsi  ilə  bağlıdır.  Liberalizmi 
aktuallaşdırmağın  digər  istiqamətləri  etatizm  (dövlətin  iqtisadiy­
yatda  rolunun  tanınması),  m illətçiliyin  xeyrinə  olaraq  kosm opoli- 
tizmdən  imtina  edilməsi  xətləri  ilə  gedir.  Bütün bu novasiyalar  li­
beralizmin  fəaliyyət  qabiliyyətini  gücləndirir,  perspektivli  siyasi 
cərəyan kimi onun cazibə  qüvvəsini  artırır.  Cəmiyyətin  inkişafının 
müasir  mərhələsində,  oriyentirlərin  tez-tez  dəyişdiyi  şəraitdə  isə 
sırf liberal  ideyaların qavranılması  getdikcə çətinləşir.
Kommunist sisteminin süqutundan sonra liberal ideyalar ə v v ə l­
cə Şərqi Avropada,  sonra isə keçmiş  SSRİ respublikalarında xüsusi 
təsirə  malik  oldu.  Burada  liberal  yönümlü,  vətəndaş  cəm iyyəti  və 
hüquqi  dövlət  yaradılmasına,  monetarizmin  makroiqtisadi  konsep­
siyasına istiqamətlənmiş proqram müddəaları olan partiyalar v ə ic­
timai təşkilatlar formalaşmağa başladı.
Lakin tradisionalist şüurun hakim kəsildiyi cəm iyyətlərdə  libe­
ralizm  ideyalarının  sürətlə  irəliləm əsi  konservativ  əhval-ruhiyyə 
ilə  liberal dəyərlərin tətbiqi  arasında  münaqişə,  koqnitiv dissonans 
xarakterli psixoloji  gərginlik  yaradır.  Bu cür kəskin hərəkətləri  iq­
tisadiyyat  da  qəbul  etmir,  çünki  sənayece  inkişaf,  “konyunktura 
dalğaları”nın dəyişm əsi “süvari qoşunun hücumlarını” qəbul etmə­
yən  obyektiv  surətdə  şərtlənmiş  sosial  prosesdir.  Yeri  gəlmişkən, 
sovetlərin  sürətlə  senayeleşdirmə  tarixi bunu əyani  şəkildə  nüma­
yiş etdirir.
O ki qaldı Azərbaycana,  1992-1993-cü illərin təcrübəsi əsasın­
da  qəti  demək  olar  ki,  hadisələrin  gedişini  dəyişdirmək,  kütləvi 
şüuru  180  dərəcə  döndərmək üçün  göstərilən  radikal  və  düşünül­
məmiş cəhdlər ən mənfi cəhdlərə gətirib çıxarır. Bu qənaəti bir sıra 
digər  postsosialist  ölkələrdə  ucdantutma  liberallaşdırma  ilə  bağlı
Ramiz Mehdiyev.  Azərbaycan: qloballaşma dövrünün  tələbləri
_______
100
uğursuzluqlar  da  təsdiq  edir.  Həmin  ölkələrin  əhalisi  “şok  terapi- 
yası”ndan, vauçerləşdirmedən, bədnam ad çıxarmış girov hərracla­
rından və bir çox digər formal liberal-iqtisadi texnologiyalardan ol­
mazın əzablar çəkmişdir.
Qeyd  etmək  lazımdır  ki,  Azərbaycanda  liberal  layihə  heç  de 
birdən  v ə  dərhal  həyata  keçirilməyə  başlamadı.  Digər  postsovet 
respublikalanndakı  kimi,  bizdə  də  bu  layihə  mühafizəkar  (sözün 
məişət mənasında) əhval-ruhiyyənin,  yeniliklərdən qorxub-çekin- 
mənin  şüurlara hakim  kəsilm əsi,  qarşıda  ölkəni  gözləyən  tranzitar 
dövrün mahiyyəti barədə lazımi informasiya v ə biliklərin olmaması 
ilə, -  bunun olması son dərəcə vacibdir, -  əlaqədar cəmiyyətin qar­
şıdakı  dəyişikliklərə  hazırsızlığı  ile  üzləşdi.  Eyni  vaxtda  bir  neçə 
ideoloji  qurum  qavrama  sədlərini  d ə f etm əyə,  informasiya  boşlu­
ğunu  v ə   ideya-nəzəri  boşluğu  doldurmağa  başladı,  çünki  yeganə 
bir konstruksiya cəm iyyətin bütün  seqmentlərinə  təsir göstərə bil­
məzdi.
Klassik konservatizm klassik liberalizmin dəyərləri  ile,  sonun­
cu  isə  ictimai  sarsıntılardan  v ə   mümkün  anarxiyadan  qurtarmaq 
cəhdləri  ile  qarşılaşardı,  çünki  m əsələn,  dövlət -   “gecə  keşikçisi” 
(yeni,  özünü ictimai  asayişin qorunmasına dair minimum funksiya­
larla  məhdudlaşdıran  “kiçik”  dövlət”)  kimi  liberal  ideyaların  küt­
ləvi  təsəvvür  səviyyəsinə  uyğunlaşdırılmayan  irəliləyişi  hökmən 
mürtəce-mühafizəkar  əhval-ruhiyyənin  və  hərəkatların  yüksəli­
şinə gətirib çıxarardı.  Azərbaycanın yaşadığı keçid vəziyyətində bu 
və ya digər ideoloji  konstruksiyanın meqbulluğu barədə daha kəs­
kin diskussiya konservatizm və liberalizmin milli şəraitimizdə kon­
vergensiyası  ideyası ətrafında da gedə bilər.
Əlbəttə,  “s ır f’  konservativ  müddəaların  həyata  keçirilməsinin 
tərəfdarları  kimi,  “s ır f’  liberalizmin  tətbiqinin  tərəfdarları  da  çox 
olmayacaqdır.  Bu,  da  aydındır.  Özünün  transformasiyasının  indiki 
mərhələsində cəm iyyətim iz dəqiq gösterilmiş yeganə bir xətlə in­
kişaf edə,  hansısa  monolit,  konkret  ideoloji  sistemin  prinsiplərinə 
əməl edə bilməz. Zennimizcə, liberal və konservativ ideyalann bir­
ləşm əsi,  konservativ  liberalizm  v ə  ya  liberal  konservatizm  ideolo­
____________
II fəsil. Azərbaycanın modernləşdirilməsi:  inkişaf yollan
101


giyasından müasir milli siyasətin determinantlan kimi istifadə ed il­
m əsi Azərbaycan üçün daha məqbuldur.
Cəm iyyətim iz  öz  mahiyyəti  etibarilə  mühafizəkardır,  hərçənd 
onu mühafizəkar yox, tradisionalist cəm iyyət adlandırmaq daha d ə ­
qiq  olardı.  Odur  ki,  liberalizm  prinsiplərinin  tam  dolğunluğu  ilə  
gerçəkləşdirilməsini  hərəkət  vektoru,  həyata  keçirilm əsinə  h ə lə  
çox  qalan niyyətlərin  son həddi kimi  təsəvvür etmək olar.  Bundan 
əlavə,  müasir  Azərbaycanda  mühafizəkar  ideyalardan  istifadə 
tarixlə, dinlə, m ənəvi v ə əxlaqi dayaqlarla, fərdin həyatı üçün ailə­
nin ənənəvi dəyəri ilə,  dövlətin rolu haqqında kütləvi təsəvvürlər­
lə bağlı olan möhkəm tarixi köklərə əsaslana bilər.  Axı, bir çox il­
lər ərzində Azərbaycan cəm iyyəti həm  öz quruluşuna görə, həm  də 
öz inkişaf mənbələrinə görə  ənənəvi  cəm iyyət olaraq qalmışdır.
Ölkəmizin bütün tarixi ərzində tradisionalizm dəfələrlə müasir­
liyin  əleyhinə  çıxmışdır  və  yalnız  köhnə  ilə  təzənin  süni  surətdə 
birləşdirilməsi,  hansısa  bir  simbioz  tradisionalist  şüurun  anti- 
modemləşdirmə  əhval-ruhiyyəsini  söndürməyə  imkan  vermişdir. 
Lakin  kütlələrin  əhval-ruhiyyəsindən  danışmalı  olsaq,  onda  görə­
rik  ki,  indiki  Azərbaycanda  ölkənin  senayeləşdirilmesini  güclən­
dirməyə,  yeni  sivilizasiyalı  məcraya  keçm əyə  imkan  açan  liberal 
dəyərlərin  təsir  dairəsini  genişləndirməyə  güclü  həvəs  müşahidə 
edilir.  Tarixi  yaradıcılığa Tanrının verdiyi  istək,  dövləti v ə   cəm iy­
yəti  dünya inkişafının yeni  epoxasının  tələblərinə müvafiq  surətdə 
modernləşdirməyə qadir olan istək azərbaycanlılarda aydın şəkildə 
nəzərə  çarpır.
Sosializm  nəzəriyyəçilərindən  sitat gətirmək  indi  dəbdən  düş­
sə  də,  fransız  utopik  sosialisti  Şarl  Furyenin  (1772-1837)  proqno­
zunu  xatırlamaq  istərdik.  Onun  fikrincə,  ayrıca  bir  insanın  həyatı 
kimi,  bəşər  cəmiyyətinin  varlığı  da  bir  sıra  müəyyən  dövrlərdən 
keçir.  Furye  insanın bütün  qabiliyyətinin  özünü  göstərməli  olduğu 
“ahəngdarlıq”  quruluşuna  doğru  tədrici  irəliləyiş  barədə  yazırdı: 
“Məqsədimiz  irəliyə  getməkdir;  hər  bir  sosial  dövr  ali  dövrə  keç­
məlidir: təbiətin istəyi barbarlığın sivilizasiyaya, sivilizasiyanın qa- 
rantizmə,  qarantizmin  sadə  assosiasiyaya  tədricən  keçməsindən
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
_______
102
ibarətdir;  bu,  digər dövrlərə  də aiddir...  Cəm iyyət bir dövrdə v ə ya 
bir fazada həddindən  çox  qaldıqda,  iylənmiş  su kimi xarab  olmağa 
başlayır”41.
Səm ərəli  v ə  son  dərəcə  nəzakətli  modernləşmə  sosial  şüurun 
və  cəmiyyətin  tədricən,  amma  məqsədyönlü  şəkildə  liberallaşma­
sını, insanların bir-birilə və dövlətlə qarşılıqlı əlaqənin yeni qayda­
larını  qəbul  etməsini,  təfəkkür  və  varlığın  xeyli  dərəcədə  fərdi- 
ləşməsini  tələb  edir.  Əlbəttə  ki,  dəfələrlə  deyildiyi  kimi,  millətin 
həyatının  təbiət  və  tarixin  özü  tərəfindən  müəyyənləşdirilmiş 
sosial-m ədəni,  dini-etik  əsaslarından  imtina  edilərsə,  modernləş­
mə uğurla həyata keçirilə bilməz.
Beləliklə,  demək  olar  ki,  şəxsiyyətin  sosiumdan  fərqləndiril­
məsindən,  onun  özünüinkişafı  və  özünütesdiqi  üçün şərait yaradıl­
masından  ibarət  olan  fərdileşm e  modernləşmə  proseslərinin  ilk 
fərqləndirici xüsusiyyəti  və hərəkətverici  qüvvəsidir.  Bununla ya­
naşı, unutmaq olmaz ki, həddən artıq ferdileşdirmə həmrəyliyi, ə x ­
laqı  inkar  edir,  hər  cür  sosiallığın  dağılmasına  doğru  aparır.  Ona 
görə de,  təsadüfi  deyil ki,  Fransada  hələ  1789-cu  ildə  qəbul  olun­
muş İnsan və Vətəndaş Hüquqları Bəyannaməsi ehkam kimi  bəyan 
etmişdir:  “Azadlıq başqasına ziyan vurmayan hər şeyi etmək imka­
nının olmasındadır...  Qanunun cəm iyyətə zərər gətirən hərəkətləri 
qadağan etm əyə  ixtiyarı  var”42.
Təxminən  iki  yüz  il  sonra  britaniyalı  filosof və  sosioloq  Karl 
Popper (1902-1994) “Açıq cəm iyyət və onun düşmənləri”  kitabın­
da yazmışdır:  “dövlətin  müdafiə  etməli  olduğu  azadlığı  təhlükəyə 
məruz  qoymadan,  vətəndaşlara  verilə  biləcək  azadlığın  dərəcəsini 
ciddi  m üəyyənləşdirmək asan  deyildir.  Bununla yanaşı,  bizim təc­
rübəmiz  (yeni,  demokratik  dövlətlərin  mövcudluğu)  gösterir  ki, 
bunun  dərəcəsini  təxminən  müəyyənləşdirmək  olar.  Həqiqətən, 
demokratik qanunvericiliyin başlıca vəzifəsi de mehz bunu etmək­
dədir...  Azadlığın harada qurtardığını və cinayətin harada başlandı­
ğını  söyləm əyin  çətin  olması  barədə  fikrə  etiraza  bir  xuliqan  haq­
qında  məlum  əhvalat  prinsipcə  cavab  verir.  Həmin  xuliqan  iddia 
edirdi  ki,  azad  vətəndaş  olaraq,  o  öz  yumruğunu  istənilən  istiqa­
____________
II fəsil.  Azərbaycanın modernləşdirilməsi:  inkişaf yollan
103


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə