Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


biyyət,  zərər,  döyüş  meydanı,  hərbi  əməliyyatlar meydanı,  strateji



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə33/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   29   30   31   32   33   34   35   36   ...   115

biyyət,  zərər,  döyüş  meydanı,  hərbi  əməliyyatlar meydanı,  strateji 
tərəfdaşlıq,  təzminat və  s.  anlayışlar yeni məna kəsb edir”65.
Polisentrik qloballaşma təbii  v ə  dinc beynəlxalq qarşılıqlı  fəa­
liyyət formalarında getdiyi halda, monosentrik qloballaşma həmişə 
hegemonçuluqla,  ölkələr  arasında  münasibətlərdə  ikili  əxlaq  və 
standartların  tətbiqi  ilə  bağlıdır.  B elə  siyasət yüksək  inkişaf etmiş 
Qərb ölkələrinin dünyanın inkişafını nəzarət altına almaq v ə  az in­
kişaf etmiş  ölkələrin v ə  sivilizasiyalann təbii  v ə  sosial  ehtiyatları­
nın  istismarını  gücləndirmək  cəhdini  əks  etdirir.  Bu,  sonuncuların 
fəal  müqaviməti  ilə  qarşılaşır,  sivilizasiyalar  arasında  qarşıdurma­
ların  güclənm əsi  fonunda  bir  sıra  regionlarda  beynəlxalq  münasi­
bətlərin gərginləşm əsinə  səbəb  olur.
Qloballaşma prosesini araşdırarkən qeyd etmək yerinə düşər ki, 
o,  tək cə əlaqələrin beynəlm iləlləşm əsi,  dünya  nizamının  siyasi  və 
iqtisadi  determinantlarının güclənm əsi  demək olmayıb,  həm də elə 
qlobal  bütövlük yaradır ki,  onun hər bir elementi dünya orqanizmi­
nin strukturuna daxil olur.  Qlobal meyillərin əsas müddəalannı ye­
kunlaşdıraraq  qısa  şəkildə  demək  olar  ki,  qloballaşmanın  aşkar 
m eyillərinə  v ə  ya təzahürlərinə aşağıdakılar daxildir:
-  transmilli  korporasiyaların  (TMK)  kütləvi  surətdə  yaranması 
v ə  fəaliyyət göstərməsi;
-   öz  siyasi  v ə  iqtisadi  maraqlan  olan  və  onlan  müdafiə  edən 
qeyri-hökumət  təşkilatlarının,  fondlann,  assosiasiyalann  kütləvi 
surətdə meydana gəlməsi;
-   gömrük  sədlərinin  zəifləm əsi,  transmilli  kapital,  xidmətlər, 
əm təə,  işçi  qüvvəsi  axınının kəskin  surətdə artması;
-  yükdaşımaların, qazın, neftin nəqlinin, elektrik enerjisi ötürül­
m əsinin transmilli  dünya  şəbəkəsinin yaranması;
-   təkcə  siyasi  (BMT  v ə  onunla  bağlı  qurumlar)  deyil,  həm  də 
iqtisadi (Beynəlxalq Valyuta Fondu v ə Dünya Bankı) münasibətlə­
rin tənzim ləyicisi kimi  dövlətlərarası təsisatların yaranması və on­
ların rolunun artması;
-   dünya  İnternet  informasiya  şəbəkəsinin  yaranması  və  ondan 
siyasi,  kommersiya,  m ədəniyyət,  informasiya  məqsədləri  üçün  is­
Ramiz Mehdiyev.  Azərbaycan: qloballaşma dövrünün tələbləri
_______
132
tifadə  olunması,  Qərb  televiziya  kanallarına  hamılıqla  qoşulma v ə 
bunun nəticəsi kimi “CNN effekti”ndən (dünya ictimai fikri bir çox 
hallarda  Qərb təfəkkür tərzinin  məqbul  saydığı informasiyanı təq­
dim  edən  CNN  informasiyalarının  təsiri  ilə  formalaşır)  istifadə 
edən vahid informasiya məkanının təşəkkülü;
-   Amerika  həyat  tərzinin  və  kütləvi  mədəniyyətinin  dünya 
standartı kimi təbliği;
-  Roma klubunun  qloballaşma konsepsiyalarının təbliği;
-  “açıq  cəm iyyət”  ideologiyasının  ixracı;
-  liberal dövlət siyasi modelinin təbliği v ə yayılması;
-  “məhdud suverenlik”  və  “seçki  legitimliyi”  (yəni,  hakim eli­
tanın demokratik seçki yolu ilə legitimləşdirilməsi) konsepsiyasının 
tətbiqi.
Bütün  bu deyilənlərin  hamısı  ona gətirib  çıxarır ki,  Qərb alim­
lərinin  əksəriyyəti  qloballaşmaya  dair  diskussiyalarda  müsbət 
amillərə  istinad edirlər.  Onların  fikrincə,  qloballaşmanın üstünlük­
ləri sayəsində maliyyə vəsaitləri  dünyanın bir hissəsindən başqa bir 
hissəsinə  asanlıqla  hərəkət  edir,  informasiya  azadlığı  və  bundan 
bəhrələnmək  imkanı  o  qədər  asanlaşmışdır  ki,  planetin  istənilən 
hissəsində  baş  vermiş  heç  bir  siyasi,  yaxud  hərbi-siyasi  aksiyanı 
gizlətmək  mümkün  deyildir.  İnsan  hüquqları  və  azadlıqlarının 
qorunması  qlobal,  beynəlxalq  səviyyədə  təmin  olunur.  İnkişaf et­
məkdə  olan  cəmiyyətlərin  qarşılaşdığı  problemlərin  əksəriyyəti 
aşkarlıq  kəsb  etmişdir  ki,  bu  da  onların  müsbət  həllinə  müəyyən 
dərəcədə  kömək  etmişdir.  İnformasiya-kommunikasiya texnologi­
yalarının  inkişafı  fərdi  daha  da  kamilləşdirir,  mənzil  sahibinin 
harada  olmasından  asılı  olmayaraq,  internet  vasitəsilə  tam  idarə 
edilən “elektron kottecləri” yaradır.  Soyuducuda müəyyən məhsul­
ların  çatışmadığı  barədə  yaxınlıqdakı  ərzaq  mağazasına  avtomatik 
surətdə  melumat  verilməsi  kimi  keçmişdə  əsla  ağla sığmayan  sis­
tem  müasir dünyada  yuxu deyil,  m əişət reallığıdır.
Hazırda  mövcud  olan  fikir v ə   baxışlar müxtəlifliyində  bəziləri 
hesab edirlər ki,  qloballaşma “ölkələr və regionlar arasında iqtisadi
__________________
III fəsil.  Qloballaşma dövründə dövht və cəmiyyət
133


və  siyasi  qarşılıqlı  asılılığın  inkişafının  elə  bir  səviyyəsidir ki,  va­
hid  dünya  hüquq  sahəsinin  v ə  dünya  iqtisadi  və  siyasi  idarəetmə 
orqanlarının  yaradılması  m əsələsini  qaldırmaq  mümkün  v ə  zəruri 
olur  ”66.  Qloballaşmanı  “qlobal təcrübənin insan həyatına  getdikcə 
daha  güclü  təsir  göstərdiyi,  Yer  kürəsinin  isə  insan  fəaliyyətinin 
formalaşmasının  fokusuna  və  ilkin  şərtinə  çevrildiyi  indiki  dövrdə 
təcrübələrin, dəyərlərin və insanın digər yaratdıqlarının bütün dün­
yaya yayılması”67 hesab edən Martin Elbrounun da fikrini misal g ə ­
tirmək olar.
Bununla belə, başqaları qloballaşmanın xüsusi tərzdə inkişaf et­
mək  imkanlarının  azaldılması,  sınaqdan  çıxmış  yoldan  sapma,  de­
m əli,  dövlətin  v ə  cəmiyyətin  şüurlu  surətdə  müstəqil  inkişaf yolu 
seçməsinin  mümkünsüzlüyü  kimi  başa  düşürlər.  Qloballaşma  ma­
liyyə  axınının hərəkət istiqamətlərini müəyyənləşdirir,  onlan  daha 
az  tənzimlənmiş  edir,  nəqliyyat  şəbəkələrini  sıxlaşdırır,  yükdaşı- 
maları sürətləndirir. Meqapolislərin sayı artır, sərhədaşırı miqrasiya 
genişlənir,  ekoloji effektlər zaman və məkan baxımından hərtərəf­
li əhatəli olur.
D əfələrlə  vurğuladığımız kimi,  qloballaşma,  ilk  növbədə,  ma­
liyyə bazarlarına və kapital  axınına,  istehsalın xarakterinə və infor­
masiyanın  ötürülməsinə,  yükdaşımaların  və  kommunikasiyaların 
formalarına v ə sürətinə, habelə insanların həyat tərzinə təsir göstə­
rir,  eyni vaxtda  onların həyatını  unifıkasiya  edir və  fərdiləşdirir.
Qloballaşma  dünyanın  əksər  ölkələrinin  iqtisadi  inkişafının 
sinxronlaşdırılmasmın sürətləndirilməsi və milli sərhədlərin aradan 
qaldırılması formasında baş verir.  B əzi ölkələr bundan çox, bəziləri 
az  faydalanır, bəziləri  isə  büsbütün  uduzurlar.  Qloballaşma b əzilə­
rində  inam,  digərlərində  isə  qorxu  yaradır.  Bütün  hallarda  iqtisadi 
inkişafın  əsas  tənzim ləyici  təsisatı  kimi  qloballaşma milli  dövlətin 
rolunu modifıkasiya edir.  Bunun  sübuta ehtiyacı yoxdur,  baxmaya­
raq ki,  1980-ci  illərin  sonu -  90-cı  illərin əvvəllərində  baş  vermiş 
hadisələrdən -   Berlin divarının  sökülməsindən,  sovet qoşunlarının 
Mərkəzi və Şərqi Avropadan çıxarılmasından,  sosializm sisteminin 
süqutundan,  SSRİ-nin  dağılmasından  sonra  fəal  milli  dövlət  quru­
Ramiz Mehdiyev.  Azərbaycan: qloballaşma dövrünün  tələbləri
134
culuğu yenidən müşahidə olunur.  Lakin yeni dövlətlər bu hadisələr 
fonunda  qloballaşma  proseslərinə  qoşulduqca  iqtisadi  vəziyyəti 
tənzimləmək və ona nəzarət etmək qabiliyyətini getdikcə daha çox 
itirirlər.  Bununla  belə,  dövlətin  istədiyi  vaxt  özünün  tənzimləyici 
funksiyasını bərpa  edə bilməsi  barədə  mülahizə müasir cəm iyyət­
də  hələ  də  kifayət  qədər  yayılmışdır.  Fövqəlmilli  qurumlardan 
fərqli olaraq, milli  strukturlar insanlara daha aydın və yaxındır.  İn­
sanlar həmişə bilmək istəyirlər ki,  hadisələr əlverişsiz  şəkil  aldıq­
da  öz iradlarını kimə ünvanlasınlar68.
Qloballaşmanın hazırkı vəziyyətini təhlil edərkən qloballaşma 
layihəsinin  qavranılması  və  qiym ətləndirilm əsinə  yanaşmaları 
müəyyənləşdirən ideoloji mövqeləri nəzərə almaq lazımdır.  Çox­
qütblü  dünya tərəfdarları  təkqütblü  qloballaşmanı  zorakılıq hesab 
edirlər,  çoxqütblü dünya nəzəriyyəçiləri isə əmindirlər ki,  müasir 
şəraitdə  beynəlxalq  münasibətlər  sistemi  kimi  qüvvələrin  taraz­
lığı mümkün və məqsədəuyğun deyildir. H.Kissincer ümumiyyət­
lə  hesab  edir ki,  qüvvələr tarazlığından  son  d əfə  üç  min  ildən  də 
bundan  qabaq,  eramızdan  əv vəl  224-cü  ildə  Sin  Şi  Xuandi  Çində 
hakim iyyətə  gələndə  v ə  ölkə  birləşdiriləndə  istifadə  olunmuş­
dur69.  Təkqütblük  tərəfdarları  iqtisadi  rifahın,  xalqların  siyasi  və 
m ənəvi  dəyərlər  baxımından  yaxınlaşmasının  əsasım   qloballaş­
mada  görürlər.  Onların  fikrincə,  qloballaşma  təkcə  bazarlar  uğ- 
runda  deyil,  həm  də  deyərlər uğrunda yarışdır,  dünya  kapital  ba­
zarı  isə  böhranın  səbəbkarı  deyil,  əksinə,  o,  daha  böyük  maliyyə 
şəffaflığına,  sahibkarlığın  səm ərəliliyinə  v ə  demokratik  nəzarətə 
şərait  yaradır.
Müasir  qloballaşma  prosesləri  inkişaf etməkdə  olan  cəm iyyət­
ləri  həyat tərzinin,  davranış  və  hətta,  qəribə  de  olsa,  təfəkkür  for­
malarının  qerbləşmesi  dilemması  qarşısında  qoymuşdur.  Qərbleş- 
m ə  daxili  siyasi  determinantlara  təsir göstərərək,  milli  ənənələrin, 
adətlərin,  bəzən  də  öz  tarixinin  başa  düşülməsinin  ağırlıq  mərkə­
zini  dəyişdirir,  bununla  bərabər,  “bərpa  olunan  m üxtəlif  enerji 
m ənbələrinə;  müəssisələrdə  yığma  konveyerlərinin  əksəriyyətini 
gereksizləşdirən  istehsal  metodlarına;  yeni  qeyri-nuklear  ailələrə;
III fəsil.  Qloballaşma dövründə dövlət və cəmiyyət
135


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə