Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


Əsrlərin,  minilliklərin  dərinliklərindən  gələn   ə n ə n ə y ə   m ən-



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə29/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   25   26   27   28   29   30   31   32   ...   115

Əsrlərin,  minilliklərin  dərinliklərindən  gələn   ə n ə n ə y ə   m ən- 
subluq  bizim   m ədəniyyətim iz  kimi  qədim   m əd ən iyyət  üçün 
dövlətçiliyin  əsasını,  bütün  vətəndaşların  rifahı  naminə  dövlətin 
mövcudluğunun və inkişafının əsasını təşkil  edir.  M əhz buna görə, 
zəngin  keçmişi  olan  dövlət  fərdi  v ə  ya  qrup  mənafelərinin  mexa­
niki  məcmusunun  ifadəsi  deyildir,  əksinə,  bütün  cəm iyyətin  ali 
mənafelərinin  təcəssümüdür.  O  mənafelərin  ki,  vətəndaş  onların 
naminə  təkcə  öz mülkiyyətini  deyil,  həm  də  həyatını  qurban  ver­
m əyi bacarmalıdır.
“Vətən, onun tarixi, dili və adət-ənənələri olmadan m ən bir heç 
olardım” fikrini dərk edən fərd vətəndaşa çevrilir, çünki başa düşür 
ki,  “V ətənə  olan  təhlükə  şəxsən  m ənə  də,  yəni  mənim  firavanlı- 
ğıma  və  hətta  həyatıma  olan  təhlükədir”.  M əhz  bu  şəkildə  milli 
ideologiya ilə  aşılanmış vətəndaşlıq dövlətin öz tərəqqisini,  təhlü­
kəsizliyini,  ərazi  bütövlüyünü,  nəsillərin  və  milli  ruhun  varisliyini 
təmin  etmək səylərinin  əsas amilinə  çevrilir.
Tarixi  inkişafın mənasını,  intellektual  fenomeni  və  m ədəni  irsi 
özündə  birləşdirən  azərbaycançılığı  bu  gün  belə  təsəvvür  edirik. 
B elə  ideologiya  millətin  birliyinə,  onun  ruhunun  əzəm ətinə  və 
sosiumun  fəaliyyətinin  məqsedyönlülüyünə  çalışaraq,  g ələcəyə 
körpümüz olmağa qadirdir.
Prezident Heydər Ə liyev 2001-ci  il noyabrın  9-da dünya azər­
baycanlılarının  birinci  qurultayında  dövlətin  siyasətini  səciyyələn­
dirərkən  onun  prioritet  hissəsini  nəzərə  çarpdırmışdır:  “Müstəqil 
Azərbaycan  dövlətinin  əsas  ideyası  azerbaycançılıqdır.  Hər  bir 
azərbaycanlı  öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir 
və  biz  azərbaycançılığı  -   Azərbaycanın  dilini,  mədəniyyətini, 
m illi-m ənəvi  dəyərlərini,  adət-ənənələrini yaşatmalıyıq”51.
Dövlət  siyasətinin  strategiyası  olan  azərbaycançılıq  dolğun 
ideologiyanın  bütün  keyfiyyətlərini  qazanır,  Azerbaycan  xalqının 
bu  günü  və  gələcəyinin  qavranılması  və  qiymətləndirilməsini 
müəyyən edir.
Neokonservatizmə  qayıdaraq  xatırladaq  ki,  onun  tərəfdarları 
dövlətin  şəxsi  həyata  müdaxiləsinin  əleyhinə  çıxsalar  da,  etiraf
Ramiz Mehdiyev. Azərbaycan:  qloballaşma dövrünün tələbləri
_______
116
edirlər ki,  ümumi  olmadan xüsusi  mövcud deyildir.  Xalqın  həyatı­
nın təşkilinin ali  forması,  fundamental  antropoloji təsisat dövlətdir. 
Məhz  buna  görə  də  dövlətçilikdən  məhrum  olmuş  xalqlar  dünya 
tarixinin səhnəsindən silinmişlər. Xalqın öz dövlətçiliyinə münasi­
bəti barədə rəylərin dairəsi kifayət qədər genişdir və öz dövlətçili­
yinə  görə  qürur  hissindən  v ə  dövlət  atributlarına  çox  böyük 
hörmətdən  tutmuş,  “xalqın  öz  hökumətlərini  tənqid  etməsindən 
xoşu  gəlir”  kimi  bizim  günlerədək  mənasını  itirməyən  qədim 
Roma  deyiminədək  ən  m üxtəlif variantlarda  özünü  gösterir.  Bəzi 
tədqiqatçılar  milli  dövlət  ideyasını  beynəlxalq  münasibətlərin  ha­
kim  konsepsiyasına  qurban  verərək,  bu  ideyanı  tarixin  arxivinə 
göndərməyə  nə  qeder  tələssələr  də,  əslində,  biz  milli  dövlət  mo­
delinin  müəyyən  modifikasiyası  ilə  qarşılaşırıq.  Hər  bir  dövlətin 
hər  bir  vətəndaşına  aydın  olmalıdır ki,  beynəlxalq  münasibətlərin 
təşəkkül  tapmış  müasir  sisteminin  əsasını  suveren  dövlətlər  təşkil 
edir.  Milli  dövlət  öz  suverenliyini  qorumağa,  milli  rifahın  maksi­
mum səviyyəyə çatmasına nail olmağa çalışır və s.  M ehz belə qav­
rama  prizmasından  yanaşaraq  vurğulamaq  lazımdır  ki,  müasir 
Azərbaycan  dövləti  öz  vətəndaşlarının  təhlükəsizliyini  təmin  et­
m əyə  və  onların sosial rifahına təminat verməyə qadirdir.
Dünyanı öz gözləri ile görm əyə çalışan hər bir insan təkcə m il­
li  ənənəyə  deyil,  həm  de  dünya  sivilizasiyasına  mənsub  olduğunu 
dərk  etməlidir.  A ilə,  soy,  icma,  etnos,  dil  birliyi  heyatımıza  təbii 
surətdə daxil olmuş kateqoriyalardır.  Lakin daha yüksək, mücərrəd 
səpkili, yeni millətin fovqünde duran və onun dünyagörüşünün  for­
malaşmasında  fəal  iştirak  edən  deyərlər  var.  Bu,  milli  ideya,  milli 
ideologiyadır ki, onların təsiri nəticəsində  dünya tarixi v ə siyasəti­
nin müəyyənləşdirdiyi  məkanda millətlər və  dövlətlər yaranır,  in­
kişaf edir,  yaşayır,  öz  nadirliyini  qoruyub  saxlayırlar.  Bu  məkanın 
özünü  sivilizasiya telləri  birləşdirir və bunlar bir regionun  xalqları 
v ə  dövlətlərinin  milli  xüsusiyyətlərini  inkar  etməyərək  və  ki- 
çiltmeyərək,  onların  yanaşı  yaşamasını  və  əməkdaşlığını  mümkün 
edir.
____________
IIfəsil.  Azərbaycanın modernləşdirilməsi:  inkişaf yolları
117


Azərbaycan  Avropa  ilə  Asiyanın  qovuşuğunda  yerləşən   ölkə­
dir.  Bizim  sivilizasiyamız  əsasən  iki  güclü  qüvvənin  təsiri  altında 
formalaşmışdır: Şərq təm əli və Qərb təsiri. Məlumdur ki, xalqın ic­
timai-tarixi  inkişafının  başlıca  istiqamətlərini,  onun  xarakterini, 
dünya  siyasi  meydanında  davranışını  ən  çox  coğrafi  determinizm 
amili  m üəyyən edir.  Mütəfəkkirlərin bir çoxu coğrafi mühiti  siyasi 
həyat, dövlət quruluşu formalarının və milli varlığın digər formala­
rının determinantı kimi  qiymətləndirir.
Biz  bu  tədqiqatımız  çərçivəsində  milli  ideologiya  kimi  azər- 
baycançılığm mahiyyətini təhlil etm əyi  qarşımıza m əqsəd  qoymu­
ruq. İndi bu ideologiya dövlətçiliyimizin bir hissəsidir. H egelin belə 
bir  dahiyanə  kəlamını  xatırlamaq  kifayətdir:  “Xalqın  dövlət  quru­
luşu onun dini,  onun incəsənəti  v ə  fəlsəfəsi  ilə,  yaxud, heç  olmaz­
sa,  onun  təsəvvürləri  v ə  fikirləri  ilə,  ümumiyyətlə,  onun  m əd ə­
niyyəti  ilə  birlikdə  vahid  substansiyanı,  vahid  ruhu  ə m ələ  gətirir. 
D övlət  fərdiləşmiş  bütöv  deməkdir,  bu  bütövdən  onun  ən  yüksək 
dərəcəli  əhəm iyyətli bir tərəfini  də ayırmaq olmaz”52.
Dərk  etmək  lazımdır  ki,  biz  keçid  iqtisadi  sistemi  olan,  vətən­
daş  cəm iyyəti  təsisatlarının  formalaşdığı  tranzitar  cəm iyyətdə  ya­
şayırıq və Ermenistanla müharibə  vəziyyətindəyik. B elə bir şərait­
də  azerbaycançılıq  inteqrativ  ideoloji  sistem  kimi,  “milli  ideya” 
forması  kimi  təsəvvür  edilir.  Bu  ideyanın  əsasında  sivilizasiyalı 
Avrasiya  birliyinin  bir  hissəsi  -   özünəməxsus  milli  özgünlüyə, 
ənənəyə, milli eyniyyətə və mentalitetə malik Azərbaycan haqqın­
da  təsəvvür dayanır.
Tarixi inkişafın gedişində inteqrasiya olunan və formasını dəyi­
şən “milli ideya” dövlət quruculuğu prosesində həmişə mühüm ya­
radıcı  rol  oynamışdır.  H ələ  qədim  romalılann  imperiya  istilaları 
prosesində formalaşmış öz “m illi-dövlət” ideyası vardı: “Qoy, baş­
qaları metalı yumşaq və mərməri canlı etsinlər və mahir əllərindəki 
tişələrlə  heykəllər yonsunlar:  ey  romalı,  onlar  bunu  səndən  yaxşı 
bacarırlar!  Sen  isə  bir  şeyi  -   dövlətinlə  xalqları  idarə  etməyi,  tə­
kəbbürləri bağışlamağı və devirməyi yadında saxla”. Tarixin dönüş
Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün  tələbləri
_______
118
məqamlannda milli  ideya çox  vaxt millətin və  dövlətin inkişafının 
yeni  istiqamətini  müəyyən  etmişdir.
Biz  “yenidən  ideologiyalaşdırmaya  və  ideologiyasızlaşdır- 
maya”  çağırışlar  dövrünü  yaşayaraq,  ideologiya  barəsində  elə  bir 
konstruktiv baxışa gəlib  çıxm ışıq ki,  indi  ideologiyanı obyektiv su­
rətdə zəruri və müsbət hal kimi, siyasi vəzifələrin həlli üçün lazımi 
vasitə kimi,  ölkəni  modernləşdirmək üçün  çox mühüm milli  resurs 
kimi  qavrayırıq.  Bununla  yanaşı,  azerbaycançılıq  bizim  üçün,  ilk 
növbədə,  cəmiyyətimizdəki  deyərlərin elə  bir sistemidir ki,  o,  ay­
rıca bir vətəndaşın həyatını ali ümummilli və ümumbəşəri deyərlər 
dünyasına qovuşdurmaq üçün  çox böyük əhəm iyyətə  malikdir.
Azərbaycançılığm  məzmunca  mahiyyətini  m üxtəlif  xalqların, 
mədəniyyətlərin,  ənənələrin,  konfessiyaların  üzvi  şəkildə  vəhdəti 
təşkil  edir.  Azerbaycançılıq  keçmiş  tarixi  epoxaların  mifologiya­
sını,  mədəni  kodlarını  və rəmzlərini  mənimsəyərək,  onlardan yeni 
ideyaları əsaslandırmaq və m illi dövlətin inkişafının yeni vektorunu 
müəyyənləşdirmək  üçün  istifadə  edir.  İndi  o,  cəmiyyətimizdə  en 
qurucu v ə dinamik qüvvədir.  Azərbaycançılığm gücü həm de bun­
dadır ki,  o,  fərdi maraqları v ə  meyilleri dövlətin siyasəti  ilə birləş­
dirməyə  və  xalqın  m illi-m ədəni  eyniyyətini  qoruyub  saxlamağa 
qadirdir.  Təbii  ki,  milli  birliyə  mensubluq  hissi  heyatın  özünə  de 
mena verir və onun əhəm iyyətini m üəyyən edir, qarşılıqlı məsuliy­
yət  və  ümumi  işə  bağlılıq  hissini  gücləndirir,  tənhalıq  və  qəriblik 
hissini  aradan  qaldırmağa kömək  gösterir.  Bu  ideologiya Azərbay­
canda vahid cəmiyyət,  vahid xalq  formalaşdırır.
Deyilənləri nəzərə alaraq, Qərb tədqiqatçılarının belə bir fikrini 
müəyyən dərəcədə  başa düşmək olar ki,  insan  “derin  köksalma ve 
demək olar ki, tayfa mənsubiyyəti  duyğuları  doğuran  tarixi  ənənə­
lərin  mövcudluğu  şəraitində  özünü  müdafiə  olunmuş  hiss  edə 
bilər”53.  Onu da nəzərə  almaq  lazımdır ki,  cəmiyyətin  modernləş­
məsi,  kosmopolitleşmesi,  simasızlaşması  ve  buna  müvafiq  olaraq 
öz  kökündən  qopmaq  meyilleri  gücləndikcə,  bu  tələbat  nəinki 
azalmır,  hətta  m üəyyən  şəraitdə  qat-qat  artır.  B elə  vəziyyətdə 
mehz dövlət -  insan birliyinin bu özünü təşkil forması bir çox sosial
____________
II fəsil. Azərbaycanın modernləşdirilməsi:  inkişaf yolları
119


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə