Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


orta gəlir 20 ən kasıb ölkədəkindən 37 dəfə çoxdur və son qırx ildə



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə32/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   28   29   30   31   32   33   34   35   ...   115

orta gəlir 20 ən kasıb ölkədəkindən 37 dəfə çoxdur və son qırx ildə 
bu  fərq  iki  dəfə  artmışdır.  Həmin  məruzədə  göstərildiyi  kimi,  ba­
zar iqtisadiyyatına keçid m ərhələsində  olan Avropa v ə  Orta Asiya 
ölkələrində  gündə  1  dollardan  az  vəsaitlə  dolanan  insanların  sayı 
“80-ci illərin axırlarından bəri iyirmi dəfədən çox artmışdır” .  Y al­
nız  Şərqi  Asiyada  belə  insanların  sayı  1987- 1998-ci  illərdə  420 
milyondan 280 milyonadək azalmışdır.  Eyni  zamanda,  Latm A m e­
rikasında,  Cənubi  Asiyada  və  Afrika  ölkələrində  yoxsulların  sayı 
artmaqdadır61.
G 7 +  1  (Böyük yeddilik + Rusiya = G 8) kimi iqtisadi birliklə­
rin fəaliyyəti dünya miqyasında subyektlərin iqtisadi cəhətdən qar­
şılıqlı  asılılığını  önə  çəkmişdir.  Eyni  zamanda,  bundan  irəli  gələn 
bütün  müsbət  amillərlə  yanaşı,  qloballaşma  həm  inteqrasiya  pro­
seslərinin  genişlənm əsinə,  həm  də,  -   paradoksal  görünsə  belə, 
-  millətçilik görüşləri v ə  ovqatının güclənm əsinə səbəb  olmuşdur.
Qloballaşma  tədricən  dövlətlərarası  deyil,  qarşılıqlı  iqtisadi 
amillərlə m üəyyənləşən prosesə  çevrilmişdir.  Bu isə öz növbəsin­
də indi tez-tez anlaşılmazlığa, dünya inteqrasiyasının mənfi am illə­
rinin  nəticələrinin  dərk  edilm əm əsinə  və  deməli,  müəyyən  dərə­
cədə  onların  qarşısını  almaq  tədbirlərinin  görülməməsinə  gətirib 
çıxarır.  Söhbət dünya qloballaşmasının təsiri yayılarkən milli xüsu­
siyyətlər nəzərə  alınmaqla  qloballaşma proseslərinin  istər iqtisadi, 
istərsə  də  siyasi baxımdan təshih  edilməsindən gedir.
Şübhəsiz,  qloballaşma  prosesində  dünya  iqtisadiyyatı  daha  tu­
tumlu,  daha  çevik  olur,  çünki  vahid  bir  tam  təşkil  edir,  bu  isə,  in­
sanların  sosial-iqtisadi  tələbatına  güclü  təsir  gösterir.  Qiymətlər, 
ərzaq,  səhiyyə  v ə  sosial  təminatın  səviyyəsi,  gəlirlər,  habelə  bank 
sistemi milli  suverenliyi  üstələyir.  Hazırda bu problem qloballaşma 
nəzəriyyəçiləri  ilə  onun  əleyhdarları  arasında  daha  qızğın  müba­
hisə  doğurur.  Bazar  dünya  nizamının  siyasi  dayaqlarını  getdikcə 
daha  çox  məhdudlaşdırır,  “milli  hökumətlərin  fəaliyyət  dairəsini 
daraldaraq,  onların  manevr  etmək  imkanlarını  daha  da  azaldır- 
milli parlamentlərin qanunları deyil,  sərbəst bazar qanunları  fəaliy­
yət göstərməyə  başlayır”.
Ramiz Mehdiyev. Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
_______
128
Qloballaşma suveren dövlətlər arasındakı sədləri dağıdaraq, c ə ­
miyyətin  daxilində  sosial  münasibətləri  yeni  məcraya  salır,  milli 
özünəməxsusluğu  xüsusi  dünyagörüşü  çərçivələrinə  salaraq  sərt 
şəkildə məhdudlaşdırır. O,  əvvəla, milli m ədəniyyət v ə ənənələrin 
öncüllüyünü dağıdır,  özünəməxsusluqdan uzaqlaşmam gücləndirir, 
coğrafi v ə  iqtisadi vəziyyətindən,  siyasi quruluşundan, habelə mil­
li  mentalitetindən  asılı  olmayaraq  cəm iyyəti  qərbləşdirir.  İkincisi, 
istər 
millətin,
 istərsə də dövlətin müstəqil  inkişaf imkanlarının ma­
hiyyətinə  varmadan,  səm ərəsizliyi  amansızcasına  cəzalandırır  və 
beynəlxalq səmərəlilik “çempion”larini, yəni inkişaf etmiş ölkələri 
isə daha da həvəsləndirir.
Beləliklə,  yeni  minilliyin  əvvəlində  qloballaşma  dünya  təfək­
kürünün v ə tərəqqinin yeni, öncül  istiqamətinə çevrilmişdir.  Hesab 
edilir  ki,  ümumiyyətlə,  XXI  əsr qloballaşma  əlaməti  altında keçə­
cəkdir.
Həm  də  qeyd  edilməlidir  ki,  müasir  qloballaşma  üç  yöndə 
-  beynəlxalq birliyin obyektiv  inkişaf meyli, beynəlxalq  idarəetmə 
layihəsi v ə nəzəri konsepsiya kimi daha aydın şəkildə təzahür edir. 
Tədqiqatçılar  bu  üçlülüyü  nəzərə  alaraq  qloballaşmanın  “lehinə” 
və “əleyhinə”  çoxsaylı  dəlillər gətirirlər.
Müasir  şəraitdə  qloballaşmanın  şərhində  iki  əsas  istiqamətdən 
danışmaq  düzgün  olardı.  Liberallar  hesab  edirlər  ki,  qloballaşma 
ancaq dünya  ideoloji  standartı kimi,  liberal  dəyərlərin  zəfər çaldığı 
təkqütblü dünya çərçivəsində  mümkündür.  Liberal  ideoloqlar, m ə­
sələn,  Z.Bjezinskiyə  əsaslanaraq  qloballaşmanın  aşağıdakı  müd­
dəalarını  önə çəkirlər:
-  dövlət təsisatının özünün böhranı  və imkanlarının  tükənməsi;
-  beynəlxalq birliyin təşkilinin üstün üsulu kimi  dünyanın qerb- 
ləşməsinin  labüdlüyü;
-   “demokratik”  təkqütblük  beynəlxalq  birliyin  təşkilinin  üstün 
üsulu kimi62.
B elə yanaşmada qloballaşma mərkəzində açıq-aşkar bir dövlə­
tin -  Amerika Birləşmiş Ştatlarının durduğu monosentrik proses xa­
rakteri  kəsb  edir.  Qloballaşmanın  başqa bir  izahı  isə  bir neçə  döv­
____________  
IIIfəsil.  Qloballaşma dövründə dövlət və cəmiyyət
129


lətin  geosiyasi  məqsədlərini  həyata  keçirməyə  yönəldilmiş  siyasi 
təzyiq  və  iqtisadi  sanksiyalar olmadan,  milli  sosiomədəni  v ə   dini- 
əxlaqi dəyərlər əsasında dövlətlərin müəyyən güc balansının olma­
sını v ə  inkişafını mümkün sayır.
S.Hantinqton  göstərir  ki,  mövcud  dünya  nizamını  “tək -ço x- 
qütblü hibrid nizamı”  kimi səciyyələndirmək olar, belə ki, bir föv­
qəldövlətin  bu  v ə ya  digər  fəaliyyəti  həyata keçirmək  üçün  qəbul 
etdiyi qərarlara daha az güclü, lakin öz regionlarında üstünlüyə ma­
lik olan və kondominium təşkil edən dövlətlərin:  Böyük Britaniya­
nın,  Fransanın,  Almaniyanın  (Fransa-Almaniya  kondominiumu), 
Yaponiya,  Rusiya  və  Çinin razılığı  tələb  olunur.  Hantinqton  hesab 
edir  ki,  bu  şəraitdə  aparıcı  dövlətlər  arasında  qarşılıqlı  münasi­
bətlərin  səm ərəliliyini  artırmağa  v ə  dünyada  qüvvələrin  sabit  ta­
razlığını  yaratmağa  imkan  verən  iki  geostrateji  üçbucaq  yaranır: 
ABŞ-Avropa Birliyi-Rusiya və ABŞ-Çin-Yaponiya. Bu halda qlo­
ballaşma real plüralizmi və istər ayrı-ayrı ölkələrin, istərsə də bey­
nəlxalq  birliklərin  tarixi,  dövlət,  dini,  milli,  mədəni,  sivilizasiyalı 
inkişaf  formalarının  hüquq  bərabərliyini  nəzərə  alan  polisentrik 
proses kimi təzahür edir.
H ələ ötən əsrin 90-cı illərində, yeni dünya nizamının formalaş­
ması  ilə  əlaqədar  Samuel  Hantinqton  “Sivilizasiyaların  toqquş­
ması”  adlı  əsərində  sivilizasiyaların  qlobal  qarşıdurmasının  müm­
künlüyü  barədə  sual  vermişdir.  Tədqiqatçının  bu  sualı  yeni  dünya 
nizamı  və  müsəlman  aləmində  baş  verən  hadisələr  baxımından 
dünya  birliyi  qarşısında  bütün  kəskinliyi  ilə  durur.  Doğrudan  da, 
Şərqlə  Qərb  arasında qarşıdurma mümkündürmü?  Sivilizasiyaların 
tarixi anlamda deyil, geosiyasi anlamda mövcudluğu şəraitində on­
lar arasında qarşıdurma mümkündürmü? Belə  şəraitdə transforma­
siya  dövrünü  yaşayan  dövlətlər nə  ilə  üzləşəcək və  hadisələrin bu 
cür  inkişaf edəcəyi  halda,  həmin  dövlətlərin  davranış  strategiyası 
necə  olmalıdır?  Doğrudanmı,  qloballaşma bəşəriyyətə  təhlükə  tö­
rədir, yoxsa,  olsa-olsa,  inkişaf etməkdə olan məkanlar və avtarkiya 
məkanları üçün qorxuludur?
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün tələbləri
130
Bu suallar indi heç  də təkcə  siyasətçiləri və iqtisadçıları,  sosio­
loq və  filosofları  düşündürmür.  Qloballaşma proseslərinin dinami­
kası,  onun  siyasi  və  iqtisadi  aspektləri  və  sosiomədəni  təsiri  bütün 
dünya  ictimaiyyətini  narahat  edir.  Şərq  tradisionalistlərinin  fikrin­
cə,  sosiomədəni mühitin qloballaşması  təkcə müsəlman dünyasına 
deyil,  həm  də  kökləri  uzaq  keçm işə  gedib  çıxan  qədim  ənənələrə 
malik  bütün  Şərqə  fəlakətli  təsir  göstərir.  Antiqloballaşmanın  bir 
çox  məddahları  dünya məkanında  siyasi  və  iqtisadi  baxışların qlo­
bal  “müdaxiləsini”,  Şərq  cəmiyyətlərinin  McDonaldlaşmamasmı 
(qərbləşməsini)  “mezalyans”,  yəni  sosial  vəziyyətləri  bərabər  ol­
mayan şəxslərin nikahı  kimi  başa düşürlər.
Qərb  alimlərinin  çoxsaylı  əsərlərində  qloballaşma  onun  gedi­
şində  sosial  fəallığın  çox  hissəsinin  dünya  xarakteri  aldığı,  zəma­
nəmizin tarixi  fenomenini m üəyyən edən,  cəmiyyətin  fəaliyyətinin 
xarakterini  və nəticələrini dəyişdirən proses  kimi nəzərdən  keçiri­
lir.  Qloballaşma,  getdikcə  artan  qarşılıqlı  iqtisadi  asılılıq  və texno­
loji  imkanlar, hüquqi tənzim ləmənin səviyyəsinin aşağı düşməsi və 
bazar inteqrasiyası da daxil olmaqla, dünya iqtisadiyyatında baş ve­
rən  dəyişikliklərlə  stimullaşdırılır.  Yuxarıda  qeyd  edildiyi  kimi, 
“qloballaşma ikitərəfli  prosesdir.  O,  bolluq  yaratmağa,  məhsuldar­
lığı,  istehsalın  səmərəliliyini  artırmağa qadirdir.  Digər tərəfdən,  o, 
qeyri-bərabərliyi dərinləşdirir, yeni şəraitə uyğunlaşmanı çətinləş­
dirir, müxtəlifliyi azaldır,  vətəndaş cəmiyyətini sarsıdır. Qloballaş­
ma inkişafın, demokratikləşmənin və sosial  təminatın perspektivlə­
rinə  ciddi  təsir  göstərərək  proseslərin  tənzimlənməsində  dövlətin 
rolunu azaldır və qlobal  korporasiyaların rolunu artırır”63.
Bu  əsərlərdə  diqqət  ona  cəlb  edilir  ki,  “qloballaşma  dünyanın 
qarşılıqlı  asılılığını möhkəmləndirməklə yanaşı,  çox vaxt yoxsullu- 
ğun  müəyyən regionlarda cəm leşm əsi  ilə  müşayiət olunan  separa­
tizm,  yerliçilik  meyillərini  təşviq  edir.  Qloballaşma,  bir  tərəfdən, 
mövcud  hakim  sistemi  möhkəmləndirir,  digər  tərəfdən  isə,  qeyri- 
ənənəvi  zəmində  münaqişələrə  meyli  üzə çıxarır”64.
N əticədə,  E.Q.Koçetovun  fikrincə,  “müharibə,  təcavüz,  təca­
vüzkar,  müharibələrin  başlanması  və  qurtarması,  qələbə,  m əğlu-
__________________
III fəsil.  Qloballaşma dövründə dövlət və cəmiyyət
131


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə